Bazar günü günü, 15 noyabr 2026
     

Abşeron və Bakıətrafı göllər bərbad durumda…

Image


Vaqif Məmmədov: “Onların suyu artdıqca, ətrafda olan yaşayış məntəqələrinə, insanlara, kommunikasiyaya mənfi təsir etməyə başlayır”

 

Abşeron yarımadasında və Bakı kəndlərində mövcud olan göllərin çirkləndirilməsi günün aktual problemlərindən biri kimi diqqət çəkir. Bakının ətrafında çirklənmiş göllər gerçək bir ekoloji fəlakət mənbəyi kimi hər bir vətəndaşı narahat edir. Məlumdur ki, ölkə başçısı Bakının ətrafında çirklənmiş göllərin yaxşılaşdırılması istiqamətində tapşırıqlar verib, artıq bəzi göllərdə bu yöndə işlər başlansa da, hələ də ortada nəticə yoxdur.

Ekspertlərin verdiyi məlumata görə, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur və bu göllərə il ərzində 41,5 mln. kubmetr çirkab sular axıdılır. Ekspertlər bildirir ki, bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, suyun səviyyəsinin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir. Mütəxəssislər qeyd edir ki, bu gün daha çox çirklənməyə  Böyükşor, Bülbülə, Qırmızı göl, Hacı Həsən və Çuxurdərə gölləri məruz qalıb.

Bülbülə gölü ətrafında yaşayan sakinlərin “Bakı-Xəbər”ə verdikləri məlumata görə, üfunət iyindən evlərində otura bilmirlər. Gölün başdan-başa zibillik içində olduğunu vurğulayan sakinlər deyir ki, bura bütün göstəricilərinə görə əməlli-başlı ekoloji fəlakət nöqtələrindən biridir. Onlar bildirir ki, həm sakinlər bura tullantı atır, həm də kanalizasiya gölə axıdılır.

Ekspertlər deyir ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib, bu sahədə işlərə başlanıb.

Onu da vurğulayaq ki, Böyükşor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçirilib. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə gölün Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunub. Ekspertlər bu mərhələdə gölün şimal hissəsinin neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunmasının nəzərdə tutulduğunu deyir. Onların sözlərinə görə, bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq.

Bakı kəndlərində və Abşeron yarımadasında ekoloji təhlükə mənbəyinə çevrilən göllərin xilas yolları ilə bağlı ekspertlə söhbət etdik. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Geoekologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında problemin olduqca ciddi olduğunu önə çəkdi. V.Məmmədovun sözlərinə görə, göllərin çirklənməsi müxtəlif vasitələrlə baş verib: “Bu göllərin çirklənməsi müxtəlif vaxtlara təsadüf edir. O göllər ki, vaxtilə neft mədənləri zonasında yerləşib, onlar sözsüz ki, müxtəlif neft məhsulları ilə, neftin istehsalına lazım olan cürbəcür məhsullarla çirklənib. Bu, 1800-cü illərin II yarısına gedib çıxır. Bu göllərə Balaxanı, Ramana, Zabrat, Qala və digər göllər aiddir. Sonrakı mərhələlərdə insan amilinin göllərə müdaxiləsi bir başqa tərzdə özünü göstərməyə başlayır. Yəni digər təsərrüfat və məişət-kommunal mənşəli çirkləndiricilər. Bu dövrdə isə digər göllərin çirklənməsi başlayıb. Buna Xocahəsən, Bülbülə, Məhəmmədi, Lökbatan, Kürdəxanı və s. göllər  misal ola bilər. Təəssüf ki, bu proses indi də davam edir. Bu çirklənmənin xüsusiyyətləri nədən ibarətdir? Əgər birinci adını çəkdiyim göllərdə əsasən neft məhsulları, sənaye mənşəli çirkləndirmələr iştirak edirdisə, ikincidə isə daha çox kommunal çirkləndirmələr iştirak edir.    Birinci göllərdə əgər müxtəlif mikroelementlər, neft məhsulları həm onların suyunun tərkibini dəyişir, həm gölün dib çöküntülərinin dəyişməsinə səbəb olur. Hətta çoxusunu elə çirkləndirir ki, heç o göldə əvvəlki təbii ehtiyatlardan heç nə qalmır. Məsələn, 1800-cü ilin ortalarında Böyükşor gölünün suyi hədsiz duzlu idi. Yəni hər bir litrində 200 qramdan çox duz vardı. Ona RAPA deyirlər. O duzlu sudan hər il suyun dibinə xörək duzu (natrium) duzu tökülürdü. İnsanlar da o duzu yığıb qurudub öz məişətlərində istifadə edirdilər. Hətta yaxın kəndlərin camaatı o duzu yığıb başqa yerlərə aparıb başqa ərzaqla dəyişirdilər. Bu onların bir gəlir mənbəyi idi. Sonra çirklənmə başladı. Balaxanı gölünün dibində olan palçıq çöküntüsü o dövrlərdə, elə 1900-cü ilin əvvəllərinə qədər müalicəvi əhəmiyyət kəsb edirdi. İnsanlar bu palçığı bədənlərinin müxtəlif yerlərinə sürtüb oynaq, sümük, dəri və s. xəstəliklərini müalicə edirdilər”.

V.Məmmədov bildirdi ki, gölün çirklənməsi bir sıra cəhətlərdən bizə zərər vurub. Onun sözlərinə görə, bu göllər təbii vəziyyətindən çıxıb çirkli, neftli bir məhlula çevrildi. Şöbə müdiri qeyd etdi ki, artıq gölün dibinə duz çökmür, çünki lay suları, neft suları gölə axıdılır deyə, onların minerallıq, duzluluq dərəcəsi bir neçə dəfə azalıb: “Suyun duzluluğu 8-10 dəfə azaldı, bununla da göl özünün duztökmə qabiliyyətini itirdi. Minillərlə gölün dibinə toplanan duz qatı mazutla, neftlə çirkləndiyindən, o duz qatını itirdik. Keçən əsrin 30-40-cı illərində Böyükşor gölünün şimal-qərbində “Baksol” deyilən bir təşkilat vardı, onlar hovuz üsulu ilə gölün dibindən duz çıxarırdı. Oradan ildə 30 min ton duz çıxarırmışlar. Hələ mən bir göldən danışıram. Düzdür, respublikamızda neft istehsalı inkişaf etdi. Ancaq duz mədənimizi itirdik”.

Məişət-kommunal mənşəli çirkləndirmədən də danışan alim vurğuladı ki, müxtəlif tullantıların, zibil yığınının göllərə tökülməsi də böyük problemlər yaradıb. “Bilirsiniz ki, Abşeronda çay yoxdur. Eləcə də yeraltı şirin su mənbələri də, demək olar ki, yoxdur. Ona görə də Abşeronda olan göllərin hamısı yayda quruyan göllər olub, nəticədə də dibinə duz çöküb. Kəndlərdə, qəsəbələrdə yeni yaşayış evləri tikildi, idarələr, təşkilatlar yaradıldı, təsərrüfat sahələri genişlənməyə başladı. Digər tərəfdən də Samur-Dəvəçi kanalının suyu Ceyranbatan su anbarına töküldükdən sonra oradan da Abşeron magistral kanalı çəkildi. Bu da Abşeronda suvarma işini yaxşılaşdırdı, insanlar əkin-biçinlə məşğul oldular. Torpaqdan istifadə artdıqca, burada insanlar da artmağa başladı. Bu da təbii olaraq tullantıları çoxaltdı. Çirkli sular da, əkin-biçindən qalan tör-töküntü də, kanalizasiya da göllərə axmağa başladı. Bu göllərin hamısında giogen məhsullar çoxdur. Bu da göllərdə balıq əmələ gəlməsinə səbəb oldu. Yəqin ki, kimsə göllərə balıq atmışdı, sonra da balıq artdı. Göllərin sahilləri yaşıllaşdı, qamışlıqla örtüldü. Göllərdən məişət tullantılarının qoxusu gəlir. Bülbülə, Xocahəsən, Məhəmmədi, Kürdəxanı və s. göllər məişət tullantıları ilə çirklənməyə başladı. O göllərin təbii vəziyyəti yağışlı dövrlərdə yarım netr olardı. Amma indi onların dərinliyi metrlərlədir. İndi o göllər dənizə oxşayır və suları da həddindən artıq çirklənib. Dediyim göllərin bir çoxunda artıq balıq var və onlar yayda qurumur. Onların suyu artdıqca, ətrafda olan yaşayış məntəqələrinə, insanlara, kommunikasiyaya mənfi təsir etməyə başlayır. Quruntları isladır, yeraltı suların səviyyəsini qaldırır. Pis qoxu gələn su mənbəyinin, gölün yanında yaşamaq heç də yaxşı şey deyil. Bütün bunların müəyyən dərəcədə qarşısını almaq üçün dövlət müəyyən tədbirlər həyata keçirir. Məncə, bu tədbirləri daha miqyaslı şəkildə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Təmiz şəhər” layihəsi çərçivəsində həyata keçirirlər. Təxminən 10-a yaxın gölü rekonstruksiya edib təmizləməlidirlər. O işin birinci mərhələsinə Böyükşor gölündən başlanıb. Uzun illərdir bu işin getməsinə baxmayaraq, göl hələ də təəssüf ki, istədiyimiz vəziyyətə çatmayıb. Gölün təxminən 3-də 1 hissəsi qismən təmizlənib, sahilləri abadlaşıb, ancaq Böyükşor gölünün o biri hissələri və qalan 8-9 göldə isə hələ işlər ləng gedir”- deyə V.Məmmədov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ