Bazar günü günü, 15 noyabr 2026
     

Bakı qəbiristanlıqlarında ilk milli hökumətimiz barədə “müsavat cəlladları” ifadəsi hələ də yaşayır…

Image


Məhərrəm Zülfüqarlı: ”Məzarların yanına lövhələr vurulsa, onların həqiqi kimliyi hər kəsə məlum olar”
Firdovsiyyə Əhmədova: “Fəxri Xiyabanda bolşeviklərin məzarları saxlanılırsa, mütləq onların üzərində həqiqi tarix öz əksini tapmalıdır”

 

Fəxri Xiyaban 1948-ci ildə yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli, 680 nömrəli Sərəncamı ilə yaradılan Fəxri Xiyabanda Azərbaycan xalqının mədəniyyət, ədəbiyyat, ictimai fikir tarixində müstəsna yeri olan şəxsiyyətlər dəfn edilib. Burada, eyni zamanda, sovet ideologiyasının formalaşması üçün çalışan bolşeviklər də basdırılıb.

Dəfələrlə Fəxri Xiyabanda olmuşuq və hər dəfə də bolşeviklərin dəfn edildiyi sıraya tərəf gedəndə onların məzar daşına yazılan “Müsavat cəlladları tərəfindən qətlə yetirilib” sözündən dəhşətə gəlmişik. Artıq Azərbaycan 26 ildir dövlət müstəqilliyini bərpa edib, ancaq bu gün də həmin məzarlar və məzarüstü yazılar yerində qalır. Onu da qeyd edək ki, dəfələrlə bir sıra ziyalılar, tarixçi alimlər bolşevik ideologiyasına xidmət edən və Azərbaycanın dövlət müstəqilliyinin süqut etməsində rolu, canfəşanlığı olan insanların məzarlarının Fəxri Xiyabandan köçürülməsi məsələsini qaldırıblar. Onlar bildiriblər ki, belə məzarların üzərinə “burada mətin inqilabçı” filankəs yatır sözlərinin yazılması müstəqil Azərbaycan dövlətinin qurulması uğrunda can verən şəxsiyyətlərin ruhunun incidilməsi deməkdir. Fəxri Xiyabanda dəfn edilən Əli Bayramov, Mirfəttah Musəvi, Haşım Əliyev, Qasım İsmayılov və başqalarının məzarlarının üstündə “əksinqilabçıların əli ilə qətlə yetirilib” sözlərinin hələ də qalması yaxşı hal deyil.

Tarixçilər bildirirlər ki, bu insanlar Azərbaycan Xalq Cumhuriyyətinin qatı düşmənləri olublar. 1920-ci ilin 28 aprelində Azərbaycanın müstəqilliyini öz “ağa”larına satan bu insanların məzarları Fəxri Xiyabana ziyarətə gələn istənilən insanın diqqətini çəkir, onlarda qeyri-ixtiyari olaraq müxtəlif suallar yaradır. Nəzərə almaq lazımdır ki, bura yerli əhali ilə yanaşı, xarici ölkə vətəndaşları da gəlir, hətta turistlərin də bu yerə üz tutduğu bildirilir.

Azərbaycanın dövlət müstəqilliyinin qəti əleyhdarları olan insanların qəbir daşlarında yazılanların pozulması təbii ki, həyata keçirilmir. Bu halda təklif edərdik ki, bolşevik ideologiyasına öz əməlləri ilə xidmət edən şəxslərin məzarlarının yanına onların əslində kim olduğu, Azərbaycanın dövlət müstəqilliyinə zərbə vurduğunu özündə əks etdirən xüsusi lövhə vurulsun. Özü də bu lövhədəki yazılar bir neçə dildə olsun ki, bura gələn xaricilər də onların kimliyi haqqında ətraflı məlumat ala bilsin. Əlbəttə, bu insanlar bolşevizmə xidmət etsələr də, əslində, özləri qurduqları hökumətin, çürük ideologiyanın qurbanları olublar. Məlumdur ki, saysız bolşevik sovetlər tərəfindən həbs edilib və qətlə yetirilib.  

Fəxri Xiyabanda dəfn edilən bolşeviklərin məzar daşının yanına onlarla bağlı məlumat lövhəsinin yerləşdirilməsi fikrini bəyənən tarixçilər hesab edirlər ki, ya onların məzarları oradan köçürülməli, ya da lövhə qoyulmalıdır.

Tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu insanlar Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən şəxslər olublar: “Təklifinizi dəstəkləyirəm. Bu şəxslər bolşevik ideologiyasına xidmət ediblər və onların “fəaliyyəti” nəticəsində  Xalq Cumhuriyyəti süquta uğrayıb. Bu gün onların məzarlarının Fəxri Xiyabanda olması haqqında onu deyə bilərəm ki, ümumiyyətlə, həm məzar daşlarının, həm də Bakıda hələ də qalan bolşeviklərə məxsus heykəllərin yanında xüsusi lövhənin quraşdırılması lazımdır. Bu lövhələrdə o adamların bütün əməlləri öz əksini tapmalıdır ki, müasir nəsil onların kimliyini bilsin. Bu adamlar Azərbaycanı heç vaxt müstəqil görmək istəməyib. Bolşeviklərin məzar daşları o vaxtkı bolşevik ideologiyasına əsasən yazılıb. Bu da, əlbəttə, müstəqil bir dövlətdə yaxşı qarşılana bilməz. Amma məzarların yanına lövhələr vurulsa, onların həqiqi  kimliyi hər kəsə məlum olar. Lövhə mütləq vurulmalıdır ki, müasir nəsildə yaranan çaşqınlıq aradan qaldırılsın”.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova isə bizimlə söhbətində ümumiyyətlə bolşeviklərin məzarlarının Fəxri Xiyabandan köçürülməsinə tərəfdardır. Tarixçi-alim bildirdi ki, onların Azərbaycanın fəxri olan insanlarla bir məzarlıqda uyuması yolverilməzdir: “Onların məzarlarının Fəxri Xiyabanda olması nəinki Azərbaycanın milli maraqlarına ziyandır, hətta Azərbaycan dövlətçiliyinin, Azərbaycan vətəndaşının ləyaqətinə xələl gətirən bir işdir. Bu baxımdan, Fəxri Xiyabanda bolşeviklərin məzarları saxlanılırsa, mütləq onların üzərində həqiqi tarix öz əksini tapmalıdır. Yəni ideologiyaya uyğun olaraq, Sovet dövründə onlar bu cür təbliğ olunub. Ancaq həmin yazılar reallığı, həqiqəti özündə əks etdirmir. Müstəqil dövlətin sivil yanaşma tərzi ondan ibarət olur ki, məzarlıqda saxlanılırsa, üzərində siyasi qərəzdən uzaq olaraq həmin şəxslərin ad-soyadları və doğum-ölüm tarixləri yazılmalıdır. Onların fəaliyyətləri millətin, xalqın maraqlarına zərər veribsə, onda müvafiq olaraq həmin mətn dəyişdirilməlidir ki, o adamların “xidmətləri”nin nədən ibarət olduğu bilinsin. Ancaq sivil yanaşma ondan ibarət ola bilərdi ki, sovet dövləti dağılandan sonra bolşevik ideologiyasına xidmət göstərən adamların məzarları ayrıca bir yerə köçürülərdi. Necə ki, “26 Bakı Komissarı” hesab edilən, əslində isə hətta bolşevik olmayan şəxslərin şəhərin mərkəzi parklarından birində dəfn edilmiş cəsədlərinin qalıqları götürülərək başqa yerə köçürüldü. Yaxşı olardı ki, bolşevik dönəmini, sovet ideologiyasını əks etdirən məzarlar üçün vahid park salınsın və onların hamısı bir yerə köçürülsün. Ora gələn xarici vətəndaşlara həmin şəxslərin həqiqi əməlləri haqqında məlumat verilməlidir. Bu həm bir xalqın yanaşma tərzini nümayiş etdirmiş olardı, həm də rastlaşdığımız bu xoşagəlməz hal olmazdı. Fəxri Xiyabana xarici vətəndaşlar, yaxud öz vətəndaşlarımız da gəlirlər. Fəxri Xiyabanın özü bir tarixdir, Azərbaycanın ictimai-siyasi, mədəni tarixinin bir parçasıdır bura. Fəxri Xiyabana gələn insanlar, istər-istəməz, bolşeviklərin məzarları ilə qarşılaşır və yazıları oxuyurlar. Bu yazılar həm Sovet dövründən qalıb, həm də həqiqəti əks etdirmir. Bu halın hələ də olması dövlətçiliyimizə və milli maraqlarımıza ziyandır, ziddir”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ