Bazar günü günü, 15 noyabr 2026
     

Dərslik problemini MM-ə çıxaran deputatlar onun daha ağır mənzərəsini də açdılar

Image


Orta ümumtəhsil məktəbləri üçün yazılan dərsliklərin keyfiyyətinin və səviyyəsinin aşağı olması, dərsliklərdə kifayət qədər nöqsanların aşkarlanması cəmiyyətin ayrı-ayrı kəsimlərini, xüsusən də ziyalıları ciddi narahat edir. Dərsliklərin əksəriyyətinin qeyri-peşəkar səviyyədə hazırlanması elm adamlarının diqqətindən yayınmır.

Bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsində dərslik məsələsi müzakirə edilib. Komitə üzvü olan bir neçə millət vəkili dərsliklərlə bağlı iradını bildirib. Yerli KİV-lərin yaydığı məlumata görə, komitə üzvü Rafael Hüseynov dərsliklərlə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib. O, iclasda Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, dərsliklərlə bağlı son dövrlərdə tənqidi fikirlər çox səslənir: “Məsələnin aktuallığını Təhsil Nazirliyi dərk edərək Ekspertiza Şurası yaradıb və mən də həmin şurada təmsil olunuram. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik”.

O, həmçinin, dərsliklərlə bağlı danışarkən deyib ki, dərsliklərin hazırlanması məsələsi qanunla idarə olunarsa, gələcəkdə bu sahədə problemlərin qarşısını almaq mümkün olar: “Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi hazırlanmalıdır. Qanunda elə parametrlər olsun ki, hansı müəllifin yazmasından asılı olmayaraq, həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Milli Məclisin Elm və təhsil komitəsinin məlum iclasında orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı deputat, professor Musa Qasımlı da çıxış edib. Mətbuatın yazdığına görə, o, dövlətin ölkədə yeni-yeni təhsil müəssisələrinin yaradılması üçün çox böyük qayğı göstərdiyini vurğulayıb: “Amma məktəblərdə dərsliklərin keyfiyyəti, müəllimlərin hazırlıq səviyyəsi də artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir. Ən vacib məsələ orta məktəblərdə dərsliklərlə bağlı problemlərdir. Bizim dərsliklərlə bağlı iradlarımıza nəhayət diqqət göstərilməli, tədbir görülməlidir. Dərsliklərin yazılmasında inhisarçılıq ola bilməz. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərsliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik, dövlətçilik aşılanmalıdır, statistika yox”.

Deputat Kamilə Əliyevanın isə orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırladığı üçün, bu problemin davam edəcəyini vurğuladığı bildirilir. K.Əliyeva “Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda, əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”.

Mövzunun həddən artıq aktuallığını nəzərə alaraq məsələ haqqında fikir bildirən millət vəkilləri ilə əlaqə saxladıq.

Millət vəkili, professor Musa Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun KİV-lərdə yayılan fikirləri təhrif edilib və ona aid edilən fikirlər əslində jurnalistin impravizəsidir. 

M.Qasımlı bizimlə söhbətində bunları bildirdi: “Dövlət müstəqilliyi bərpa edildikdən sonra indiyədək olan dövrdə təhsil sistemimiz böyük bir inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsilə göstərdiyi qayğı nəticəsində ən ucqar dağ kəndlərində belə yeni məktəb binaları tikilib, müasir avadanlıqlarla təchiz edilib. Şagirdlərimiz ana dilimizdə dərsliklərlə məktəbə gedirlər. Bu, Təhsil Nazirliyinin və dərslik yazan müəlliflərin xidmətidir. Ölkəmizdə dərsliklərin yazılmasına verilən tələblər, standartlar və dərsliyin fəlsəfəsinin nədən ibarət olması mütəxəssislərə yaxşı məlumdur. Lakin bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də orta məktəb dərsliklərində qüsurlar var.  Söhbət qətiyyən müəlliflərin kimliyindən getmir. Bu bizim ümumi işimiz olduğu üçün, qüsurlar söylənilməli və aradan qaldırılmalıdır. Tarix dərsliklərimizdə xronologiya, rəqəmlər, yer və adam adları çoxluq təşkil edir, bəzən mühasibat sənədlərini xatırladır. Şagirdlərimiz mövzulardakı informasiyaların içərisində az qala itib-batırlar. Dərsliklər şagirdlərimizi yorur və başlıca məqsədə nail olmaqdan uzaqlaşdırır. Dərs verən müəllimlərimiz də çətinliyə düşürlər. Dərsliklərdə çoxsaylı rəqəm, xronologiya şagirdlərimizə elə də bir şey vermir. Tarix dərsliklərində başlıca olaraq tarixi hadisənin baş verməsi, səbəbləri, bəhanəsi, gedişi, prosesdə iştirak edən tərəflərin mövqeyi, fəaliyyət üsulları, nəticəsi, əhəmiyyəti, sonrakı hadisə və proseslərə təsiri və s. öz əksini tapmalıdır. Dərsliklər analitik düşüncə, tarixdən ibrət almaq, buraxılan səhvləri bir daha təkrar etməmək, milli dövlətçilik ruhu aşılamalıdır.  Dərsliyi oxuyan şagirdin tarixinə, torpağına, vətəninə və dövlətinə  sevgisi artmalıdır.

Dərslik yazmaq xüsusi məharət tələb edir. Dərsliklərin yazılmasına olan tələbləri Təhsil Nazirliyi xeyli sərtləşdirib.Tenderlərin təşkili sağlam rəqabət mühitinin formalaşması üçün zəruri ilkin şəraiti yaradır. Zəif dərslik layihələri keçmir. Hesab edirəm ki, dərsliyi həm tədris olunan fənni yaxşı bilən, həm şagirdin qavrama səviyyəsini, həm də dərslik yazılmasının texnologiyasını, metodikasını mükəmməl bilən şəxslər yazdıqda xeyirli olar. Mövcud sahənin alimləri isə ümumi rəhbərliyi həyata keçirə bilərlər. İşi bilməyənlər bu məsələlərə girişib təhsil sistemimizə ziyan vurmamalıdırlar. Fikrimcə, dərsliklərimiz daim təkmilləşdirilməli, sadələşdirilməli, lüzumsuz məsələlər çıxarılmalıdır. Dərsliklərlə bağlı söylənən  sağlam, qərəzsiz tənqidi qeydlərdən qorxmaq lazım deyil.

Yeri gəlmişkən qeyd edim ki, bəzi saytlarda yanlış olaraq yazıldığı kimi, mən orta məktəblərimiz üçün tarix dərsliklərinin heç birinin müəllifi deyiləm. Qətiyyən şəxsi marağım və iddiam da yoxdur, orta məktəblər üçün dərslik yazılması prosesində iştirak etmirəm. İkincisi, Milli Məclisin Elm və təhsil komitəsinin iclası zamanı etdiyim çıxışda "dərslik yazılmasında inhisarçılıq var" deyil,  "dərslik yazılmasında inhisarçılıq olmaz" söyləmişəm. Bunlar isə kifayət qədər fərqli anlama gəlir. Çıxışımın stenoqramı saxlanır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ