Bazar günü günü, 15 noyabr 2026
     

Yeniyetmə və gənclərimiz arasında enerji içkilərinə aludəçilik getdikcə artır…

Image


Nərgiz Allahverdiyeva: “Bu vərdişlərin formalaşması onları mənəvi deqradasiyaya aparır”

Humay Cəfərova: “Enerji içkilərinin ən böyük zərəri gənclərdə sonsuzluq yaratmasıdır”

 

Son illər bir qrup yeniyetmə və gənc qızlarda qəribə vərdişlər yaranıb. Yeniyetmə psixologiyasına yad olan bir sıra məsələlər var ki, onları bu yaş qrupunda olan qızlarda müşahidə etdikcə adam təəccüblənir. Təbii, bu hallara təəssüflənirik də. 

Belə halların orta məktəblərin 7, 8, 9, 10 və 11-ci siniflərində oxuyan qızlarda özünü göstərməsi ciddi və qarşısı alınması vacib olan problemdir. Bəlkə də bu məsələni qabartdığımız üçün bizi qınayanlar da tapılacaq, amma xalqımızın balalarının gələcəyi üçün nöqsanları zamanında qeyd etməli və bunun qarşısının alınmasına çalışmalıyıq.

Yeniyetmə və gənc qızlarda müşahidə edilən nəzərəçarpan vərdişlər nədir?

Bir qisim qız uşaqları sanki gələcəyin anası olacaqlarını, bir ailənin təməlini qoyub onun çırağını yandıracaqlarını unudurlar. Bu qəbildən olan yeniyetmə və gənc qızların enerji içkilərinə həddən artıq meyl göstərməsi olduqca acınacaqlı haldır. Mənşəyi bilinməyən “Hell”, “Redbul”, daha neçə çeşidli içkiyə aludə olan qızlar sağlamlıqlarının təhlükə altında olduğunun fərqinə varmırlar. Səhər-səhər metro ətrafında və ara yollarda görünmək bəs edər ki, qarşılaşdığın 5 qızdan 4-nün əlində müxtəlif adlı, amma eyni tərkibli enerji içkilərini görə biləsən. Bu qızlar səhər evdən çıxan kimi ilk olaraq mağazaya, supermarketlərə gedir və enerji içkisi alır, acqarına bu içkidən istifadə edirlər. Hətta iri supermarketlərdə işləyən satıcılar bildirir ki, gün ərzində ən çox enerji içkiləri satılır və alıcıların da 30-40 faizi yeniyetmə və gənc qızlardır. Bir faktı da deyim ki, turizm üçün əlverişli olan rayonlardan birində iri supermarket işlədən tanışımızdan biri and içir ki, həftəyə 400-500 “kaset” müxtəlif cür enerji içkisi gətirir və hamısı da satılır. O da alıcılar arasında gənc və yeniyetmə qızların oğlanlardan az olmadığını təəssüflə qeyd edir. 15 sentyabrda artıq respublikamızda dərslər başlayır. Hər səhər məktəbə gedən qızları müşahidə etsək görəcəyik ki, keçən il olduğu kimi, bu il də əlində “Hell”, “Redbul” olan qızlar var. Əvvəllər qızlar daha çox “Coca Cola” içkisindən istifadə edirdisə, indi enerji içkiləri “Coca Cola”nı unutdurub.

İdman meydançalarında müşahidə olunan hallardan biri də qızların bura kütləvi axınıdır. Həmin idman meydançalarında da əli “Hell”i, “Redbul”lu qızların hədsiz çox olduğu təəssüf doğurur. Sanki onlar bir-birinin bəhsinə bu enerji içkilərindən istifadə edirlər. Harada bir oturacaq yeri tapdılarsa, oxuculardan üzr istəyirik, ayaqlarını aralı qoyub enerji içkiləri içirlər. Qızlarda yaranan bu pis vərdişin qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bu kimi problemlərdən üzüldüyünü bildirdi. Onun sözlərinə görə, bəzi qızlarda yaranan mənfi vərdişlər onların dünyagörüşündə, əxlaqında da mənfi rol oynayır. Yeniyetmə və gənclərin psixi və mənəvi cəhətdən kövrək olduğunu qeyd edən psixoloq hesab edir ki, bu işdə valideynlərdən diqqətli olmaq tələb olunur: “Bir vaxtlar daha çox oğlan uşaqlarının enerji içkiləri içdiyini görürdüksə, təəssüf ki, bu gün onların sırasına qızlar da qoşulub. Ola bilsin ki, kimsə burada pis heç nə olmadığını düşünər. Burada yaxşı və nümunəvi heç nə yoxdur. Bəzi ailələr qız uşaqlarını başlı-başına, nəzarətsiz buraxır, valideyn nəzarətindən kənarda qalan qızların bir qisminin günü isə küçələrdə, oğlanlarla idman meydançalarında, məktəb yan-yörəsində, ağaclıqlarda, parkların qaranlıq guşələrində keçir. Adamın o qızlara heyfi gəlir. Gözəldirlər, yaxşı tərbiyə görsələr, cəmiyyət üçün, ailə üçün çox faydalı olarlar. Onu da vurğulayım ki, yeniyetmə və gənc qızların çoxu enerji içkilərini dəb xatirinə içirlər. Yəni buna da “müstəqil, azad” qız desinlər. Azadlığı belə şeylərlə qarışdırmaq olmaz. Qadın azadlığı fərqli şeydir, əxlaqa zidd hərəkətlər fərqlidir. Fikrimcə, məktəbdə də bu məsələlərə diqqət yetirilməlidir. Çünki 7-8-ci sinif şagirdi “Hell”i içib qutusunu zibil qabına atdıqdan sonra sinif otağına girir. Belə halı çoxlarımız müşahidə etmişik. Mən hesab edirəm ki, onlarda bu vərdişlərin formalaşması onları mənəvi deqradasiyaya aparır. Valideyn qızına birdəfəlik deməlidir ki, enerji içkiləri sənin sağlamlığına ziyandır, dünyaya övlad gətirməyinə mane olacaq. Burada həkimlər də böyük maarifçilik işləri aparmalıdır. Birmənalı olaraq qeyd etməlidirlər ki, enerji içkiləri sonsuzluq yaradır. Bu gün sonsuzluq baş alıb gedir. Hamısı mənşəyi bilinməyən qidaların yaratdığı fəsadların nəticəsidir”.

Müəllimlərin, valideynlərin, sosioloq, psixoloq və həkimlərin bu məsələdə aktivlik göstərməsinin vacibliyini qeyd edən psixoloq bildirdi ki, maarifçilk işi ilə normal nəticə əldə etmək olar. O, həmçinin, nəzərə çatdırdı ki, qızların düzgün yola yönləndirilməsi işi bizim həm də gələcəyimizin sağlam analarla təmin olunmasına dəstəkdir: “O qızlar sabah bir evə gəlin köçəcək. Təbii ki, küçələrdə əlində enerji içkisi dolaşan qızların sabah ailə həyatında ciddi problemləri üzə çıxacaq. Çünki əksər hallarda valideyn qızlara bu içkilərdən istifadə ilə bağlı qadağa qoymur, hətta elə hallar olur ki, ata-ananın özü qızına enerji içkisi alır. Deyim ki, onlar özləri övladlarını korlayır. Qızlarını düşünən valideyn gözü görə-görə qızını təhlükəyə atmaz. Ata-anasının enerji içkisi aldığı qız sabah ər evində ciddi problemlərlə qarşılaşacaq. Heç kəsə mənəviyyatı zədəli gəlin lazım deyil. Bu birmənalı belədir”.

Həkim Humay Cəfərovanın da sözlərinə görə, enerji içkiləri insan sağlamlığına mənfi təsir göstərir. H.Cəfərova dedi ki, bu, gənclərdə asılılıq yaradır: “Enerji içkilərindən övladlarımızı qorumalıyıq. Bu, narkotik, alkoqol kimi insanda asılılıq yaradır. Ola bilsin, qızlar bir-iki dəfə onun dadına baxmaq məqsədilə o enerji içkilərini alıb içirlər, amma özləri də bilmədən yavaş-yavaş ondan asılı vəziyyətə düşürlər. Bu onlara həm psixoloji, həm mənəvi, həm də fiziki cəhətdən zərər vurur. Onlar gəncdir, orqanizmləri hələ fəsadlara müqavimət göstərə bilir, ancaq müəyyən vaxtdan sonra onlar bunun ağrısını çəkəcəklər. Enerji içkilərinin tərkibi ilə bağlı ziddiyyətli fikirlər dolaşır. Bu ziddiyyətlər də biz həkimləri narahat etməyə başlayıb. Ciddi məsələdir. Yeniyetmə və gənc qız enerji içkisi içirsə, bu artıq yaxşı görsənmir. Hara gedirsən eyni mənzərə ilə qarşılaşırsan. Qızlar kütləvi olaraq enerji içkilərinə maraq göstərir. Məsləhət görərdim ki, KİV-lərdə bunun fəsadlarını izah edən maarifləndirmə işləri aparılsın. Televiziyalarda da enerji içkilərinin reklamına yer verilməsin. Seriallarda da enerji içkisi içən obrazlar görürük. Bunlar məhdudlaşdırılmalıdır.

Enerji içkilərinin ən böyük zərəri gənclərdə sonsuzluq yaratmasıdır. Onlar süni enerji qəbul edirlər və bu enerji də onların orqanizmində problemlər yaradır, yaxud da gələcəkdə yaradacaq. Bu həm də mənəvi məsələdir. Qızlarımıza məsləhət görərdim ki, bu vərdişləri tərgitmək üçün çalışsınlar. Biz həkimlər onsuz da məsləhət veririk. Bunun üçün ilk növbədə iradə lazımdır. İradəli insanlar bu addımı atıb uğurlu nəticə əldə edə bilərlər”.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ