Azərbaycan bütün din nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model bütün dünya üçün örnək olmalıdır.
“Trend”in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-nin Qazilər Şurasının dünən keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan həm iqtisadi, həm də mənəvi cəhətdən inkişaf edir: "Azərbaycanda sağlam düşüncəli insanlar çox olduğu üçün məzhəb ayrıseçkiliyi yaratmaq mümkün olmayıb. Dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var. Azərbaycan hər zaman bununla mübarizə aparıb və islam həmrəyliyinə böyük töhfə verib. Bu il Azərbaycanda İslam həmrəyiliyi ili elan edildi. Tarixdə İslam həmrəyliyi ilə bağlı addımlar atılıb, ancaq dövlət rəhbəri tərəfindən ilk dəfə belə addım Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılıb".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə idarənin Ağdam üzrə nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında “Qasım otağı”nda pul yığdığı üçün irad tutub. APA-nın məlumatına görə, QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb. Şeyxülislam ondan əzadarlıq zamanı “Qasım otağından” nə məqsədlə istifadə etdiyini soruşub. Axund şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: “Siz orada “Qasım otağı” yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu düzgün deyil. “Qasım otağı”nı yaradın, amma üstündə deşik olmasın. Pul yığımını yığışdırın”.
Xəbər xidməti