Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan polisinin obyektiv obrazını yaradan milli teleseriallara ictimai tələb artır…

Image


Şəmsəddin Əliyev: ”Seriallarda polisin müsbət obrazının yaradılması bu sahədə çalışanların işinə daha güclü stimul verər və onları işlərində daha fəal olmağa həvəsləndirər”
Təranə Əlizadə: ”Gənc nəsil bilməlidir ki, respublikamızda sabitlik polisin fədakarlığı, güc orqanlarının ayıq-sayıqlığı nəticəsində qorunur”  

 

Kinonun təsir gücü, təbii ki, digər sənət növlərindən daha böyükdür. Kino dili ilə təqdim edilən, göstərilən, təbliğ edilən istənilən hadisə, fakt daha güclü təsir mexanizminə sahibdir. Azərbaycan kinosu zaman-zaman cəmiyyətin ağrılı yerini canlandırıb, təsvir edib. Keçən illərdə yaranan filmlərdə neqativliklərlə mübarizə aparan hüquq-mühafizə orqanlarının fədakar fəaliyyəti, əməyi lazımi səviyyədə canlandırılıb.

Son illər yaranan filmlərdə də müəyyən qədər bu dəst-xəttə rast gəlinir. Ancaq təəssüf ki, yerli telekanallar tərəfindən istehsal edilən seriallarda biz bu sahədə müsbət addımları müşahidə edə bilmirik. Azərbaycan televiziyalarında çəkilən seriallarda polisi müsbət deyil, daha çox mənfi planda təqdim edirlər. Bu seriallara baxan tamaşaçıda belə təsəvvür yaranır ki, Azərbaycan cəmiyyəti tamamilə kriminallaşıb və həyat dedektiv axardadır. Sözsüz ki, bu, polisin fədakar işinə olduqca ədalətsiz bir münasibətdir. Yeni serial çəkənlər, bu seriallara ssenari yazan adamlar nədənsə polisin əsl işini pərdələməyə, polis orqanlarında olan bəzi neqativlikləri iri planda təqdim etməyə çalışırlar. Polisi mənfi obrazda, mənfi rakursda təqdim edənlər, əslində, görülən işlərə kölgə salmaq niyyəti güdürlər.  

Kiçik istisnaları nəzərə almasaq, deyə bilərik ki, Azərbaycan polisinin cinayətkarlıqla barışmaz mübarizəsi, cəmiyyətin sabitliyi üçün gördükləri davamlı, dinamik işlər seriallarda əks olunmur. Hansı seriala baxırsan, orada cinayət görürsən və bu cinayəti törədənlərin də polislə bağlı olduğunu müşahidə edirsən. Sanki Azərbaycan cəmiyyəti polis qayğısından məhrumdur. Əlbəttə, bu göstərilənlərin əsası yoxdur. Çünki reallıq bundan ibarətdir ki, polis işləyir, bizim təhlükəsizliyimizi qoruyur, cəmiyyətdə təhlükəsizliyi təmin edir, ictimai-mənəvi tərbiyənin qorunmasında müstəsna rol oynayır.

Azərbaycanda çəkilən seriallarda polisin müsbət obrazının yaradılmasına ciddi ehtiyac var. Qeyd etdiyimiz kimi, kinonun təsir gücü çox olduğundan, cəmiyyətin polisə münasibətinin dəyişməsinə səbəb ola bilər. Azərbaycan kinosunda, seriallarda polisin müsbət obrazının təqdim edilməsi DİN sıralarında, eləcə də digər qurumlarda çalışan hüquq-mühafizə işçilərinin işinə verilmiş ədalətli qiymət olardı.

“Bu seriallarda təbliğ olunan cinayətkarlıq hadisələri gəncləri…”

“Polisə Dəstək” İcimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında son illər çəkilən seriallarda polisin mənfi planda təqdim edilməsindən, onların fəaliyyətinin qaralanmasından ciddi narahatlıq keçirdiyini bildirdi. Mövzunu aktuallaşdırdığımız üçün qəzetimizə təşəkkürün bildirən Ş.Əliyevin sözlərinə görə, serial çəkənlər sanki Azərbaycan polisinin cəmiyyətdə sabitliyin, əmin-amanlığın qorunmasında oynadığı rolu görmək istəmirlər. O dedi ki, polisin bu şəkildə təqdim edilməsi DİN orqanlarında fədakarlıqla xidmət edən generalların, yüksək çinli polis əməkdaşlarının, bu gün fəaliyyətdə olan gənc polislərin indiyə qədər gördüyü işlərə kölgə salmaqdır. Ş.Əliyevin sözlərinə görə, polisin mənfi istiqamətdə təqdim edilməsi əvəzinə onun bitkin obrazının yaradılmasına ciddi ehtiyac var: ”Mən seriallara çox nadir hallarda baxıram. Bəzən baxanda da hədsiz dərəcədə pis oluram. Bu serialların çoxunda ictimai-əxlaqi məsələlərlə bağlı ciddi nöqsanlar var. Burada Azərbaycan gənclərinə mənfi emosiyalar, mənfi davranışlar aşılanır. Bu seriallarda hədsiz dərəcədə mənfi faktorlar var. Quldurluq hadisələri, bıçaqlanmalar və s. məsələlər canlandırılır və aktyorların ifasında təqdim edilir. Nə qədər silahgəzdirmə, qisasalma, evsoyma kimi hallar təbliğ ediləcək? Bu seriallar gənclərin mənəvi-əxlaqi tərbiyəsinə, yeni qurulan gənc ailələrin münasibətinə mənfi təsir edir. Ailədaxili zorakılıq hadisələrini, cinayətkarlıqla bağlı hadisələri bu dərəcədə aşırı şəkildə təqdim etmək olmaz. Bu seriallarda təbliğ olunan cinayətkarlıq hadisələri gəncləri cinayətlərin yaranmasına istiqamətləndirir. Mən o serial çəkənlərə üz tutub demək istəyirəm ki, siz polisin cinayətkarlıqla mübarizəsini, onların bu sahədə gördüyü saya gəlməz müsbət işləri görmürsünüz? Onlar, nəyin bahasına olursa-olsun, cinayətkarlığın kökünü kəsməyə çalışır, bu istiqamətdə çoxlu işlər görür. Dünya yaranandan, dövlət quruculuğu mövcud olandan cinayətkarlıq da var, onunla mübarizə də. Təbii, indiyə qədər dünyada cinayətkarlığın qarşısını tam olaraq kəsmək mümkünsüzdür. Amma polis buna çalışır. Cinayətkarlıqla mübarizədə canlarından keçməyə hazır olan fədakar insanların müsbət obrazları seriallarda əsas xəttə çevrilməlidir. Təsəvvür edin ki, il ərzində 27 min cinayət işi qeydə alınıb və bunun da 85 faizinin üstü açılıb. Bu az iş deyil ki?! DİN öz üzərinə düşən işi layiqincə yerinə yetirir, eləcə də cinayətkarlıqla mübarizə aparan digər qurumlar da öz işini lazımi səviyyədə yerinə yetirir”.

“Siz 24 saat evinizdə rahat yaşayırsınız “

Seriallarda polisin müsbət obrazının yaradılmasına kifayət qədər ciddi səbəblər və əsaslar olduğunu qeyd edən Ş.Əliyevin sözlərinə görə, seriallara ssenari yazan insanlar polisin işini dərindən öyrənməlidir: ”Polisin əməyini kölgədə qoymaq istəyi, onu bu şəkildə aşağılamaq istəyi qəbuledilən hal deyil. Mən bunu qətiyyətlə pisləyirəm. Siz 24 saat evinizdə rahat yaşayırsınız, günlərlə istirahətə gedirsiniz, evinizdə olmursunuz, rahat şəkildə gəzirsiniz, ailə-uşağınız təhlükəsizdir-bütün bunlar polisin gücünədir. Yəni bu əmin-amanlığı, rahatlığı polis yaradıb. Bunun fərqinə varmırsınızmı ki, harasa gedirsiniz, evə qayıdanda hər şeyi öz qaydasında görürsünüz. Mən hesab edirəm ki, polisin müsbət obrazının yaradılması lazımdır. Qoy gənclər polisin həyatından, fədakarlığından nümunə götürsünlər. Amma bu seriallar cəmiyyətə polis haqqında tamam yanlış məlumat, informasiya ötürür. Seriallar cəmiyyətin şüurunda polislə bağlı mənfi meyllər yaradır. Bu isə narahatlıq yaradır. Düşünürəm ki, televiziya rəhbərləri bu işə ciddi yanaşmalıdır. Çünki polisin mənfi obrazda təqdim edilməsi çoxminli DİN orqanları əməkdaşlarının fədakar fəaliyyətinə kölgə salmaqdır. Bundan sonra hər hansı bir televiziyada seriallar çəkilərsə və orada polis obrazı olarsa, mütləq  DİN-dən rəy alınmalıdır. DİN müsbət rəy verdikdən sonra o seriallar efirə çıxarılsın. Polis bu qədər iş görür, amma serial çəkənlər bunu görmək istəmir. Bu qarayaxmalar dayandırılmalı və polisin işinə seriallarda yeni yanaşma sərgilənməlidir. Polisin müsbət obrazı seriallarda əsas xətt kimi götürülməlidir. Seriallarda polisin müsbət obrazının yaradılması bu sahədə çalışanların işinə daha güclü stimul verər və onları işlərində daha fəal olmağa həvəsləndirər”.

Kinoşünasların bildirdiyinə görə, bəzi ssenaristlər və rejissorlar çəkdiklərinin maraqlı olması üçün bu vasitələrə əl atırlar. Kinoşünaslar qeyd edirlər ki, son zamanlar çəkilən seriallar məişət mövzusunda olduğu üçün, tamaşaçıları elə də cəlb etmir. Bu halda onlar kriminal, dedektiv çalarları seriala gətirməklə diqqəti cəlb etmək istəyirlər. Onlar hesab edirlər ki, yeni seriallarda cəmiyyəti narahat edən məsələlər qabardılmaq əvəzinə, qondarma məsələləri canlandırırlar.  Bütün dünyada istehsal edilən seriallara ciddi nəzarət var. Ssenarini prodüsser düşünür, qeydlərini aparır və onun təlimatına əsasən ssenarist ssenari yazır, rejissor da çəkir. Bu halda, heç bir problem aşırı dərəcədə ekrana gətirilmir. Bu sahədə Türkiyə televiziyalarının çəkdiyi serialların örnək olduğunu vurğulayan kinoşünaslar deyirlər ki, bu ölkədə polis işçiləri ilə bağlı saysız filmlər, seriallar çəkilib və burada polisin müsbət obrazı yaradılıb. Bizdə də bu məsələnin belə olmalı olduğunu deyən kinoşünaslar hesab edirlər ki, bu, polisin əsl işinə böyük qiymət olar.

“Polis illərdir cinayətkarlıqla mübarizə aparır, cinayətkarlığın kökünü kəsməyə çalışır”

Kinoşünas Təranə Əlizadə bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda dedektiv yazanlar çox azdır, əgər bu sahədə maraqlı əsərlər yaransaydı, daha mükəmməl əsərlər əsasında ssenarilər yazılıb seriallar çəkilərdi: “Azərbaycan televiziyalarında çəkilən serialların böyük əksəriyyəti tamaşaçı marağını cəlb etmir. Ona görə də onlar serialları maraqlı etmək üçün qondarma obrazlar, qondarma hadisələr yaratmaqla serialları baxımlı etmək istəyirlər. İndiyə qədər çəkilən serialların çox az hissəsində müsbət obraza rast gəlmək olur. Təkcə polis deyil, digər sahələrdə çalışan adamlar da mənfi obrazda təqdim edilir. Bizim seriallara baxanda sənə elə gəlir ki, çölə çıxsan, serialda baş verən hadisə ilə rastlaşacaqsan. Əslində isə belə deyil. Biz əminamanlıq içində yaşayırıq. Hansı seriala baxırıq, mütləq cinayətkarlıq hadisəsi, oğurluq, cibgirlik, zorakılıq hadisələrinin canlandırıldığını görürük. Narkotik, silahgəzdirmə, küçədə adamsoyma, oğurluq kimi hadisələr təsvir edilir, hadisənin mərkəzində isə göstərilir ki, polis bütün bunlarla əlbirdir. Ümumiyyətlə, bu olduqca anormal haldır. Polis illərdir cinayətkarlıqla mübarizə aparır, cinayətkarlığın kökünü kəsməyə çalışır. Polis müsbət mənada təbliğ edilməlidir. Kinonun əsas işindən biri təbliğatdır. Onun vəzifəsi yaxşı, müsbət məsələləri təbliğ etmək, cəmiyyətə çatdırmaqdır. Polis orqanlarında, milli təhlükəsizlik sahəsində saysız-hesabsız vicdanlı, xalqına, dövlətinə sədaqətlə qulluq edən, xidmət göstərən insanlar var. İndiyə qədər saysız cinayət hadisəsinin üstü açılıb, cinayətkar cəzasını alıb. Bu, polisin xidmətidir. Reallıq budur ki, polis cinayətə şərik olmur, polis cinayətkarlığa qarşı mübarizə aparır, xalqa arxa-dayaq olur. Kinoda bütün bu məqamlar canlandırılmalıdır, seriallar bu məqamı önə çəkməlidir. Elə cinayət hadisələri var ki, onun üstü 20-25 il sonra polisin fədakarlığı, yorulmaz, gərgin fəaliyyəti sayəsində açılıb. Serial çəkənlər hansısa bir cinayət işini götürüb onun əsasında serial çəkə bilərlər. Əlbəttə, polisin müsbət işi burada qiymətləndirilmək şərti ilə. Cinayət hadisələrinin üstü elə-belə açılmır ki, bu mütləq mənada polisin ardıcıl fəaliyyəti sayəsində açılır. Bizdə kriminaldan yazan yazıçılar, demək olar ki, yoxdur, Dedektiv ədəbiyyatın da vəziyyəti yaxşı deyil. Bu iş elədir ki, buna mütləq peşəkar münasibət olmalıdır. Bu seriallar peşəkarlar tərəfindən çəkilmədiyi üçün, analoji vəziyyət mövcuddur. Serial çəkilərkən mütləq əlaqədar qurumlarla əlaqə saxlanmalıdır. Hansı seriala baxırsan, polisi mənfi planda görürsən. Bu, gənc nəsildə polisə qarşı inamsızlıq formalaşdırır. Gənc nəsil bilməlidir ki, respublikamızda sabitlik polisin fədakarlığı, güc orqanlarının ayıq-sayıqlığı nəticəsində qorunur”.  

“Azərbaycan dövlətçiliyinin qorunmasında, cinayətkarlıqla mübarizədə görün nə qədər polis canından keçib”

T.Əlizadə onu da vurğuladı ki, bu serialların çoxunun süjeti xarici dedektiv filmlərdən oğurlanıb. Onun sözlərinə görə, belə olmasaydı, Azərbaycan polisinin real siması təqdim edilərdi: ”Bizim seriallarda xarici dedektiv filmlərin təsiri çox güclü hiss olunur. Bu serialların əksəriyyətinə baxanda elə bilirsən ki, hansısa uzaq bir ölkədə baş verənlərə baxırsan. Azərbaycan polisi xalqına bağlıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra biz polisin daha genişmiqyaslı işlərinin şahidi olduq. Azərbaycan dövlətçiliyinin qorunmasında, cinayətkarlıqla mübarizədə görün nə qədər polis canından keçib, neçə polis ağır bədən xəsarətləri alıb. Qarabağ uğrunda savaşda onlarla polis şəhid olub, yaralanıb. Bütün bunlar serial çəkənlərə müsbət bir söz demirmi? Məncə, artıq kinoda polisə ədalətli münasibət bildirməyin vaxtıdır. Türkiyədə polislə bağlı elə maraqlı film və seriallar çəkilir ki, adam onların gördüyü işə heyran qalır. Bizdə də fədakar polislərlə bağlı seriallar çəkməyin tam zamanıdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ