Bazar günü günü, 15 noyabr 2026
     

Yenilməz idmançı və vətənpərvər zabit ömrü... - FOTO

Image


Müqəddəs Vətən torpağını düşməndən qoruyarkən canını fəda etmiş igid oğullarımızın xatirəsi xalq yaddaşında unudulmazdır. Hər bir xalqın böyüklüyü məhz belə oğulları yetişdirməsində və onların adını uca tutmasındadır. Şəhidlik zirvəsi müqəddəsdir. Biz bu zirvəyə ucalmış hərbi qulluqçularımızın fədakarlığını həmişə geniş təbliğ etməliyik.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yüzlərlə hərbi qulluqçusu Qarabağ müharibəsindən sağ qayıtmayıb. Bu yazıda onlardan biri, Daxili Qoşunların ilk şəhidi, cəsur zabit leytenant İsmayılov Rafiq Seyfəddin oğlunun şərəfli ömür yolundan söhbət açacağam. O, 28 noyabr 1963-cü ildə Bakı şəhərində Seyfəddin İsmayılovun ailəsində dünyaya göz açıb. Bu ailə əslən İsmayıllı rayonunun Hacıhətəmli kəndindəndir. İsmayılovlar ailəsinin beş övladından biri idi. Onun üç bacısı və bir qardaşı var. Atası S.İsmayılov SSRİ DİN Daxili Qoşunlarının tərkibində xidmət edərək, cəzaçəkmə müəssisələri sistemində işləyib. O, 1982-ci ildə vəfat edib. Anası Əsmər İsmayılova isə bu il haqq dünyasına qovuşub. 1992-ci ildə 28 yaşlı oğlunu torpağa tapşıran ana, övlad dağı görmüş bütün valideynlər kimi, həyatının sonunadək bu itkinin iztirabı ilə yaşayıb.

R.İsmayılov Bakıdakı 135 nömrəli orta məktəbdə oxuyub. O, 9 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. İdmanın silahsız özünümüdafiə, cüdo və güləş növlərinə maraq göstərib. Qeyd etmək lazımdır ki, atası Seyfəddin kişi vaxtilə güləşlə məşğul olub və oğlunun idmana həvəs göstərməsində onun da az rolu olmayıb.

İdman da bir sınaq meydanıdır. Bu sınaq meydanında qalib kürsülərə yiyələnmək heç də bütün idmançılara nəsib olmur. Bunun üçün yenilməz iradə, mübarizlik ruhu, öz gücünə inam və gərgin əmək sərf etmək gərəkdir. Rəqiblər üzərində qələbələr alın təri ilə qazanılır. R.İsmayılov məhz bu keyfiyyətlərə malik idmançı idi. O, yeniyetməlik və gənclik illərində silahsız özünümüdafiə və cüdo idman növləri üzrə bir çox yarışlarda tatamini qalib olaraq tərk edib, onu yetişdirən məşqçilərin etimadını doğruldub. “Burevestnik” idman cəmiyyətindən başlanan uğurlu yol onu layiq olduğu zirvələrə aparıb. Bu idman cəmiyyətinin açıq birinciliyində, paytaxt miqyaslı yarışlarda, respublika çempionatlarında birinci yerləri tutub və hər dəfə qarşısına əsl idmançı inadkarlığı ilə yeni məqsədlər qoyub. Ona görə də təsadüfi deyil ki, Belarusun paytaxtı Minskdə keçirilmiş gənclər arasında SSRİ çempionatında da qalib yeri tutmağa müvəffəq olmuşdu. O, Ümumittifaq miqyasında müxtəlif regionları təmsil edən idmançıların spartakiadasında azərbaycanlı idmançılar arasında ilk dəfə olaraq ən yüksək pilləyə sahiblənib.

R.İsmayılov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Y.Q.) məzunu idi. Bu zəngin tarixi və özünəməxsus ənənələri olan ali təhsil ocağında yiyələndiyi nəzəri və praktiki biliklər onun idmançı kimi peşəkarlıq səviyyəsinin yüksəlməsinə təkan verib.

R.İsmayılov Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət zamanı ordu sıralarında da idmançı fəaliyyətindən kənarlaşmayıb. Bu dəfə hərbçi idmançı kimi növbəti sınaqlarda da öz potensialını nümayiş etdirib.

Sonrakı illərdə Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində (hazırda DİN-in İdman Cəmiyyəti - Y.Q.) məşqlərini davam etdirib. O, idmançı bioqrafiyasında yeni uğurlara imza atıb. SSRİ çempionatlarında fəxri kürsülərə qalxaraq, respublikamızın idman şərəfini layiqincə qoruyub. 1990-cı ildə İranda keçirilmiş beynəlxalq turnirdə də o, qalib olub. Daha sonra Türkiyə və Rusiyada keçirilmiş beynəlxalq turnirlərdə öz idmançı məharətini bir daha təsdiqləyib, birincilik qazanıb. O, beynəlxalq dərəcəli idman ustası idi. Məşğul olduğu idman növləri üzrə respublikamızın yığma komandasının üzvü kimi hər bir yarışa ciddi hazırlaşırdı, gələcək üçün planlar qururdu, yeni zirvələri fəth etməyi arzulayırdı. Respublikamızın idman mütəxəssisləri və ümumən idman ictimaiyyətimiz onu perspektivli idmançı kimi tanıyır və fəaliyyətinə rəğbət bəsləyirdilər.

R.İsmayılovun DİN sistemində xidməti fəaliyyəti onun bioqrafiyasında xüsusi yer tutur. DİN-in İdman Cəmiyyətində təlimatçı işləyib, ona əməliyyat-axtarış qrupunun rəisi vəzifəsi də həvalə olunub. Nəhayət,  DİN-in Daxili Qoşunlarının idman bölüyündə baş məşqçi vəzifəsində xidmət edib. O, Azərbaycan Daxili Qoşunlarının ilk zabitlərindən biri idi. Hərbi formaya qürurla yanaşırdı, tabeliyindəki hərbi qulluqçulara vətənpərvərlik əqidəsi aşılayırdı, onları dözümlü və iradəli olmağa ruhlandırırdı.

1992-ci il fevralın 26-da baş vermiş dəhşətli Xocalı faciəsi Rafiqi çox sarsıtmışdı. Günahsız dinc sakinlərin erməni cəlladları tərəfindən amansızlıqla qətlə yetirilməsi, qocaların, qadınların və uşaqların əsir götürülməsinə dözə bilmirdi. Düşməndən qisas almağı qətiləşdirmiş, bu barədə idmançı dostları və paqondaşları ilə yekdil fikrə gəlmişdilər. O vaxt ön cəbhənin ən qaynar nöqtələrindən olan Ağdam rayonu ərazisində düşmənlə təmas xətti boyunca gərginlik səngimirdi. Xocalıların xilas ola bilmiş bir qismi ilk olaraq Ağdama pənah gətirmişdi. Əsirlərin geri alınması, meyitlərin çıxarılması da Ağdam-Əsgəran istiqamətində həyata keçirilirdi. Məhz bütün bu səbəblərdən həmin günlərdə buraya torpaqlarımızı müdafiə etmək və düşməndən qisas almaq üçün respublikamızın bütün bölgələrindən könüllülər cəmləşirdi.

Leytenant R.İsmayılov da ön cəbhəyə könüllü getmişdi. Ağdam rayonu ərazisində ­ düşmənlə təmas xəttindəki postlarda yerləşən könüllülər və polis heyətinin sıralarına qatılmış, o istiqamətdə yaşayış məntəqələrimizin müdafiəsində dayanmışdı.  Çünki o vaxt Daxili Qoşunların şəxsi heyətinin döyüş zonasına göndərilməsi hələ başlamamışdı. Ancaq belə bir qərar verilmişdi. Məlum olduğu kimi, Daxili Qoşunların ilk birləşmiş hərbi dəstəsi Ağdam rayonuna 1992-ci il martın 12-də gətirilmişdi. Bundan iki gün qabaq - martın 10-da Ağdam-Əsgəran təmas xəttində, Qara qaya yüksəkliyi yaxınlığındakı mövqelərimizi şiddətli atəşə tutan və irəliləməyə cəhd göstərən düşmənin atəş nöqtələrinin susdurulması, ermənilərin canlı qüvvəsinin məhv edilməsi üçün döyüşçülərimiz qətiyyətlə vuruşmuşlar. Bu döyüşdə leytenant R.İsmayılovun açdığı aramsız atəşlə bir neçə düşmən piyadası məhv edilir. Ancaq o özü düşmən snayperinin gülləsinə tuş gəlir. Güllə döş qəfəsindən daxil olaraq, sol ağ ciyəri və ürəyini zədələmişdi. Beləcə, xalqımız daha bir mərd oğlunu itirdi. Daxili Qoşunların ilk şəhidi leytenant R.İsmayılovun qorxmazlığı, cəsarəti və vətənpərvərliyi ön cəbhədə neçə-neçə döyüşçüyə örnək olub.

Məqaləni hazırlayarkən şəhidin ailəsinə baş çəkdim. Leytenant R.İsmayılovun vaxtilə yaşadığı, paytaxtın 8-ci mikrorayonunda yerləşən ünvanda onun qardaşı Akif İsmayılovla görüşdüm.

A.İsmayılov qardaşı barədə xatirələrini danışdı. O bildirdi ki, qardaşı ağır təbiətli, sadə, təmkinli, ailəcanlı, dostluqda sədaqətli, böyüklərə, müəllimlərinə və məşqçilərinə xüsusi hörmətlə yanaşan insan idi.

İdman onun həyatının mənasına çevrilmişdi. Bir idmançı kimi, tükənməz enerjiyə malik olmaqla, fiziki gücündən heç vaxt sui-istifadə etməmişdi. Ona müraciət edən heç kəsə köməyini əsirgəməyib.

1992-ci ildə şəhidi son mənzilə yola salmağa yüzlərlə adam qatılıb. Şəhidin silahdaşları və yaxınları ona son borclarını ehtiramla yerinə yetiriblər. 

Mənzildə divarda onun portreti asılıb. Ailə albomunda xeyli fotoşəkilləri yadigar qalıb.

Ailədən bildirdilər ki, 8-ci mikrorayonda yerləşən 10 nömrəli poliklinika şəhidin adını daşıyır.

Bakıda leytenant R.İsmayılovun xatirəsinə həsr olunmuş silahsız özünümüdafiə üzrə (sambo) beynəlxalq turnirlər də keçirilib. Bu turnirlərin keçirilməsi onun parlaq idmançı kimi respublikamız qarşısında xidmətlərinə verilən qiymətin təzahürüdür.  

Şəhid haqqında bir sıra müəlliflərin kitablarında, o cümlədən Daxili Qoşunlar tərəfindən hazırlanmış xüsusi nəşrlərdə, habelə ayrı-ayrı qəzetlərdə yazılar dərc olunub. Daxili Qoşunların Muzeyindəki “İlk şəhidlərimiz” stendində onun döyüş yolu barədə məlumat öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 09.03.2007-ci il tarixli, 2019 nömrəli Sərəncamı ilə leytenant İsmayılov Rafiq Seyfəddin oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Medal şəhidin qardaşı A.İsmayılova Daxili Qoşunların Baş İdarəsində keçirilmiş mərasimdə təqdim olunub.

Şəhidin qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

Allah rəhmət eləsin!

Yalçın QAYA

P.S. Məqalənin hazırlanması üçün xidməti və bioqrafik məlumatların toplanmasına göstərdikləri köməkliyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşı Natiq Qurbanova və şəhidin qardaşı Akif İsmayılova dərin minnətdarlığımı bildirirəm.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ