Kürdəmir rayonunda anadan olmuş 25yaşlı Solmaz Asim qızı Qaçayeva cari il mayın 19-da saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 162 sm, kök bədən quruluşuna malikdir, qara uzun saçlı, gözlərinin rəngi qaradır. Evdən çıxarkən əynində göy cins şalvar, qırmızı kofta, ağ idman ayaqqabısı olub.
Solmaz Qaçayevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq xəbər vermələri xahiş olunur.
Bakı şəhərində anadan olmuş 1958-ci il təvəllüdlü Mirvahid Musəvi mayın 22-də saat 20:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 49, mənzil 37-dən çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri: boyu 175 sm, arıq bədənli, gözləri qəhvəyi rəngdə, daim eynəkdə olub, saçları ağdır.
Evdən çıxarkən əynində göy pencək, qara şalvar, qara ayaqqabı olub.
Mirvahid Musəvini görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Xidməti”nə, həmçinin Nərimanov Rayon Polis İdarəsinə (012) 567-02-02 nömrəli telefona zəng vuraraq məlumat vermələri xahiş olunur.
Məlumatı DİN-in mətbuat xidməti yayıb.