Bazar günü günü, 15 noyabr 2026
     

Test üsulu ətrafında suallar çoxalır – kimlərinsə məqsədli idarə etdiyi proses, ya öz-özünə yaranan xaos...

Image


Əjdər Ağayev: ”Heç biri mexanizmi açmır ki, nəyi necə və nə üçün görürlər?”

Etibar Əliyev: ”Əslində, söhbət tamamilə testin ləğv olunmasından getmir”

 

Son zamanlar Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində təsdiqləyib.

M.Abbaszadənin sözlərinə görə, gələnilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələnilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəklində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
M.Abbaszadə, həmçinin, bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli  sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

M.Abbaszadənin açıqlamasına ekspertlər fərqli mövqedən yanaşır. Onlar hesab edirlər ki, test imtahanı ləğv edilməyəcək, sadəcə, imtahanların tərkibində yeniliklər həyata keçiriləcək.

Respublika Təhsil Şurasının rəhbəri, professor Əjdər Ağayev bizimlə söhbətində M.Abbaszadənin fikirlərini şərh edərkən ziddiyyətə aydınlıq gətirməyə çalışdı: ”Məleykə xanım da, nazirlik də öz sözünü deyib. Lakin heç biri mexanizmi açmır ki, nəyi necə və nə üçün görürlər? Çünki bir hadisə baş verəndə onun səbəbi aşkarlanmalıdır. Əlbəttə, testin təkmilləşdirilməsi çoxdan bəridir ki, söz-söhbət mövzusudur. Məleykə xanım deyir ki, test ləğv olunacaq. Təhsil Nazirliyi də deyir ki, test ləğv oluna bilməz. Məncə, Təhsil Nazirliyi ümumtəhsil məktəblərindəki imtahanları, Məleykə Abbaszadə isə ali və orta ixtisas məktəblərinə qəbulu nəzərdə tutur.  Düşünürəm ki, qəbul imtahanlarının forma və məzmunca dəyişdirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Çünki yalnız test imtahanları ümumtəhsil məktəblərinin səviyyəsini endirir. Şagirdlər 9, 10, 11-ci siniflərdə məktəbdən çıxıb repititor yanına gedirlər. Orada da seçdiyi ixtisas üzrə lazım olan 3-4 fənni öyrənirlər”.

Ə.Ağayev qeyd etdi ki, bir neçə fənni öyrənən şagird o biri fənlərdən xəbərsiz olur, ali məktəbə qəbul olunduqdan sonra fikrini ifadə edə bilmir. Məktəbin vətəndaş mövqeyi aşılamalı olduğunu deyən professor Ağayev hesab edir ki, abituriyentlər dövlətin tarixini, mədəniyyətini, coğrafiyasını bilməlidir.

“Mən düşünürəm ki, bəlkə bu amilə görə qəbul imtahanlarının testlə keçirilməsi, ləğv deməzdim, təkmilləşdirilməlidir. Fikrimcə, birinci şifahi imtahan, sonra yazılı imtahanlar keçirilməlidir. İnsan qabiliyyətini şifahi və yazılı şəkildə bildirəndən sonra o, test imtahanına buraxılmalıdır. Yəni son mərhələ test olsun” - deyən Ə.Ağayev bildirdi ki, mərhələlər abituriyentlərin mükəmməl vətəndaş kimi formalaşmasına şərait yaradır.

Onun sözlərinə görə, imtahan zamanı yazılı və şifahi imtahanın tətbiqi böyük nəticə verə bilər: ”Abituriyentlər şifahi, yazılı və onlardan sonra test imtahanı versələr, bu çox effektiv olacaq”

“XXI əsr” Təhsil Mərkəzinin sədri, təhsil üzrə ekspert Etibar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri M.Abbaszadə bu fikirləri səsləndirərkən test imtahanlarının tamamilə ləğv ediləcəyini nəzərdə tutmayıb. M.Abbaszadənin fikirlərinin təhrif edildiyini deyən E.Əliyevin fikrincə, test imtahanları ləğv edilməyəcək, təkmilləşdiriləcək: ”Əslində, söhbət tamamilə testin ləğv olunmasından getmir, sadəcə, müəyyən təkmilləşdirmə işləri aparılmalıdır. Bu ondan irəli gəlir ki, şagirdlərin və eyni zamanda tələbələrin çoxunun nitq keyfiyyəti yoxdur. Amma indiki sistemin daha yaxşı alternativi olmadığı üçün, bu sistemə müəyyən esselərin yazılmasını əlavə etmək olar, bir çox ixtisaslar üçün keçirilən qabiliyyət imtahanlarını gücləndirmək lazımdır. Əgər orta məktəb məzununa kamal attestatı verilirsə, o, nitqini ifadə etməyi, yazmağı bacarmalıdır və bir sıra bacarıqları əldə etməlidir. Digər mərhələdə isə ali təhsil gəlir. Ali məktəblər də bu prosesə aktiv qoşulmalıdır. Tələbələrin daha savadlı, ixtisasını daha dərindən bilən mütəxəssis kimi yetişməsinə yardımçı olmalıdır. Hazırda həm orta məktəblərdə, tələbə qəbulunda, həm də ali məktəblərdə biliyin qiymətləndirilməsində test üsulu tətbiq olunur”.

E.Əliyev bildirdi ki, imtahanların formasında dəyişiklik ola bilər. Onun sözlərinə görə, 9-cu siniflərdə bu dəyişikliklər baş verdi: ”9-cu sinif şagirdləri ki, kurikulum əsasında təhsil alırlar, onlar üçün açıq tipli tapşırıqların sayı artırılmışdı. İmtahana eyni zamanda da ana dilindən mətn əlavə olunmuşdu. Bu forma dəyişikliyi kurikulumlardan irəli gələn məsələdir. İmtahanın ikinci mərhələsində bütün qapalı testlər saxlanılmışdı. Ənənəvi olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və onun varisi olan Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi imtahan üsulu, demək olar ki, qalmışdı. Məleykə xanımın fikirlərini təhrif ediblər. O konkret olaraq testin ləğv olunması məsələsini ortaya qoymur. Yəni açıq tipli tapşırıqları da müəyyən mənada testin tapşırıqlarına daxil etmək mümkündür. Yaxud da gələcəkdə imtahanların birləşdirilməsi məsələsi qoyula bilər. Yəni buraxılış və qəbul imtahanları birləşdirilə bilər. Yaxud şagirdlər buraxılış imtahanlarında esselər yazarlar. Bu yenə də kurikulumun tələblərindən irəli gəlir. Bu imtahan metodu təkmilləşdiricidir, deyim ki, 100 faiz dəyişilkliyə uğramayacaq. Amma müəyyən dəyişikliklər olacaq. Görüləcək işlər Dövlət İmtahan Mərkəzinin qarşıya qoyduğu missiyaya xidmət edəcək dəyişikliklər olacaq”.

E.Əliyev qeyd etdi ki, ekspertlər Dövlət İmtahan Mərkəzində hansı məsələlərin müzakirə edilməsindən xəbərsizdir. O təklif edir ki, bu müzakirələrə ekspertlər də qatılsın: ”Hesab edirəm ki, bu işdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər, tanınmış KİV nümayəndələri iştirak etsələr yaxşı olar. Yəni  onların bura qatılması bu işin daha şəffaf olmasına şərait yarada bilər. Hər halda, kurukulumlarla Təhsil Nazirliyi işləyir, imtahanlarla da Dövlət İmtahan Mərkəzi. Bunların işi müəyyən mənada uyğunlaşdırılmalıdır. Yəqin ki, ortaya layihə qoyacaqlar. Layihə də müzakirə olunacaq”.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ