Bazar günü günü, 15 noyabr 2026
     

Tanınmış jurnalist İdris Hacızadə ömrün səksəninə çatdı.... - FOTO

Image


“İkinci arzum öz mənzilimdə ahıl çağımda ayaq uzadıb dincəlmək və son mənzilə də öz evimdən köçməkdir”

“Düşmənim yoxdur, heç olmayıb da...”

 

Hər bir insanın öz taleyi, alın yazısı, qədəri var deyirlər. Kimin alnına nə yazılıbsa, o taleyi yaşama məhkumdur. Tanrının qələminin sığal çəkdiyi insanlar bütün göstəricilərinə görə fərqlənirlər. İllah da yazı-pozu adamları tamamilə ayrı bir həyat, ömür-gün yaşayırlar. Əlbəttə, qələmə könül verən adamın içi də, çölü kimi aydın və duru olur. Ömrünün 80-nini haqlayan qocaman jurnalist, şair və nasir İdris Hacızadə kimi.

İdris Hacızadəni “Azərbaycan” nəşriyyatında tanımayan yoxdur. Sakit təbiəti, gülər üzü, səmimiyyəti ilə hər kəsin könlünə yol tapmağı mahir bacaran əziz İdris müəllim 80 yaşının tamam olmasına sayılı günlər qalmasına baxmayaraq, hələ də qələmlə vidalaşmayıb. Ahıl həmkarımız gümrahdır, yazıb-yaratmaq şövqünü çox yüksək səviyyədə qoruyur. Biləndə ki, bu ilin sentyabr ayının 5-də İ.Hacızadənin 80 yaşı tamam olacaq, qulaqlarıma inanmadım. Ruhən cavan olan İdris müəllim püxtə qələm sahibidir. Onun yazdığı şeirlər, nəsr əsərləri, publisistik yazıları yeni əhvala, ovqata köklənib. O, ömrünün qış vədəsini bahar, yaz ovqatı ilə yaşayır. Əsl söz adamı qocalmır ki... Onların qocalığı da, ahıllığı da gənclik libasına bürünür. Saçına  qar yağsa da, könlündə yaz nəfəsi gəzdirən İ.Hacızadə 1937-ci ildə Masallı rayonunun  Boradigah kəndində, fəhlə-kolxozçu ailəsində doğulub. Gözün açıb keçmiş Sovet imperiyasının ən ucqar kəndini belə xof içində saxlayan ağır repressiya illərini görüb, İkinci Dünya Müharibəsinin məşəqqətini, yoxsulluğunu yaşayıb. Atasını erkən itirib, atasızlıq içində dərin yaralar açıb. Kasıblığa, möhnətlərə sinə gərməyi bacarıb. Həyatının uğurlarını alnının təri, qələminin gücü, əzmi ilə qazanıb. Halallıqla yaşayıb İdris müəllim. 1963-cü ildən indiyə kimi peşəkar jurnalist kimi mətbuatımıza xidmət edib. Yorulmadan, geri çəkilmədən çalışıb. Bu gün də yazır, yaradır, yazı masasının üstündə qalaqlanan əlyazmalarını kitab şəklində çap etdirməyə çalışır. İdris müəllimin hazırda dörd kitabı işıq üzü görüb, hamısı da bir-birindən maraqlı, dəyərlidir.

80 yaşının astanasında tanınmış jurnalist İrdis Hacızadəni redaksiyamıza dəvət edib ondan müsahibə götürdüm. 

- İdris müəllim, 80 yaşın astanasında özünüzü necə hiss edirsiniz?

- Nə qədər özümü şux göstərməyə çalışsam da, 80, istər-istəməz, öz sözünü deyir, özünü göstərir-vücuduna qeyri-ixtiyari olaraq vəlvələ salır, əzaların növbə ilə sızıldamağa başlayır. Bunu gizlətmək mümkün deyil. Qaldı 80-nin qapımı döyməsinə, buna heç inanmağım gəlmir, təəccüb edirəm: nə vaxt qəfil qonaq kimi gəlib başımın üstünü aldı.

 - İdris müəllim, ömrünüzün enişli-yoxuşlu, daşlı-kəsəkli dolanbac yollarından keçmisiniz.                  Nağıllarda deyildiyi kimi, dərələrdən sel kimi, təpələrdən yel kimi, dərələr aşıb çaylar keçmisiniz və nəhayət gəlib ömrün mübarək ahıl vədəsində qərar tutmusunuz. Allahın bu gününə şükür. Gəlin uşağlığa qayıdaq. Uşaqlığınızı necə xatırlayırsınız?

- Çox sağ olun, İradə xanım, o dəhşətli illərə qayıtmaq mənim üçün çətin olsa da, həyatımın ayrılmaz tərkib hissəsidir. Belə ki, Böyük Vətən Müharibəsi başlayanda 4 yaşım var idi. Müharibə uşaqlığımı ac qurd kimi uddu. Dəhşətli müharibənin başlaması xəbəri bütün insanları vahiməyə saldı. Başıpapaqlılari cəbhəyə-o vaxt böyük vətənimiz olan, 15 respublikanı birləşdirən SSRİ-nin müdafiəsinə səfərbər etdi. O dövrdə ölməz şairimiz Səməd Vurğunun:

Bilsin ana torpaq, eşitsin Vətən-

Müsəlləh əsgərəm mən də bu gündən.

misraları sanki bir çağırış oldu. Əli silah tutanlar müsəlləh əsgər oldu-vətənin müdafiəsinə yollandı. Mənim də üç dayım, iki əmim, bacımın əri, bibim oğlanları cəbhəyə getdilər. Təkcə atama bron vermişdilər. O, arxa cəbhəyə lazım idi. Üstəlik də öhdəsində 7 övlad var idi. Aclıq, səfalət hökm sürürdü. Ancaq kaş atam elə müharibəyə gedəydi, bəlkə də iki il sonra sağalmaz xəstəliyə düçar olub 42 yaşında dünyasını dəyişməz, anamı bir çətən külfətlə taleyin ümidinə buraxmazdı. Amma ailə üzvlərimizin heç birinin burnu da qanamadı. Çünki məndən böyük iki qardaşım məktəbə “əlvida” deyib kolxozda işləməyə başladı. Həm də bizim bir cins inəyimiz vardı, onun südü bizə kifayət edirdi. Əvəzində anam bir neçə ailəyə də damazlığımızdan pay verirdi. Beləliklə, mən və məndən başqa iki kiçik qardaşım sonradan təhsilini davam etdirdi. Üçümüz də əlaçı idik.

- Bildiyim qədər, Siz jurnalistikaya gəlməzdən əvvəl neftçi olmusunuz. Niyə neft sahəsində qalmadınız?

- Bəli, mən 1955-ci ildə Masallı rayonunun Boradigah kəndindəki orta məktəbin 7-ci sinfini əla qiymətlə bitirib Bakıya gəldim və Bakı Neft Texnikumuna imtahansız qəbul olundum. Oranı bitirdim və Sabunçudakı neft mədənlərində baş operator vəzifəsinə qədər yüksəldim. İşim həmişə təriflənirdi, qabaqcıl neftçi idim, həm də fəal ictimaiyyətçi kimi hörmət qazanmışdım.

- Belə maraqlı işi olan gənc İdris necə oldu ki, daha ağır bir sənətə - jurnalistikaya gəldi?

- Qeyd edim ki, mən yazı-pozu işinə, mütaliəyə erkən yaşlarımdan başlamışdım. Hələ 4-cü sinifdə oxuyarkən artıq yaşıma uyğun gəlməyən kitabları da oxuyurdum. Bir dəfə arxa partada oturub (müəllimin gözündən yayınmaq məqsədilə-İ.H) “Qılınc və qələm” kitabını oxuyarkən müəllimin tənbehini qazandım. Dövrün uşaq mətbuatı ilə də maraqlanırdım. 7-ci sinifdə oxuyarkən “Azərbaycan pioneri” qəzetində “Rus dilini sevirəm” adlı bir məqaləm çıxmışdı. Bu, məktəbə səs salmışdı. Azərbaycanın müxtəlif yerlərindən çoxlu məktub alırdım. Bir məktub da Bakının Maştağa qəsəbəsində yaşayan Aida Babanlı adlı bir qız yazmışdı. Mən sonradan texnikumda oxuyarkən həmin qızı axtarmağa getdim. Onun ünvanını tapdım, qızla görüşdüm, amma o məni görən kimi xoflandı və məni qeyri-etik tərzdə qəbul etdi, bir daha onu narahat etməməyimi israr etdi. Beləliklə, 14 yaşlı bir yeniyetmənin qızla ilk görüşü belə uğursuzluqla nəticələndi.

Bəs necə oldu jurnalistikaya gəldiniz sualınıza cavab olaraq bildirim ki, gənc neftçi kimi “Azərbaycan gəncləri”, “Bakı” və “Baku” qəzetlərinə öz işim və neftçi həmkarlarım barədə xəbərlər göndərir və yazılarım dərc olunurdu. Bu isə məni jurnalistikaya yaxınlaşdırırdı. Elə bu yaxınlaşma mənim 1963-cü ildə indi BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinin tələbəsi olmağıma səbəb oldu. Bu ali məktəbdə mükəmməl təhsil gördüm. Mir Cəlal Paşayev və Nəsir İmanquliyev, Əlövsət Abdullayev və Nurəddin Babayev, Tofiq Rüstəmov və Şirməmməd Hüseynov kimi işıqlı simalardan həm də həyat dərsini aldım. Azərbaycan jurnalistikasının patriarxı Nəsir müəllim mənim kurs işimin rəhbəri olub və başçılıq etdiyi “Bakı” və “Baku” qəzetləri ilə uzun illər əməkdaşlıq etməyimlə həmişə qürur duyub. Qələmə aldığım məqalələrimdə onun istedadlı jurnalistlər ordusu yetişdirilməsi sahəsində əvəzsiz xidmətlərini önə çəkmişəm.

- Gənc jurnalist kimi əvvəlcə harada işləmisiniz?

- Hələ tələbə ikən Nurəddin Babayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Kenematoqrafiya Komitəsində nəşr olunan “Mədəni-maarif işi” adlı məcmuədə fəaliyyət göstərir, mədəniyyətlə bağlı müxtəlif yazılarla dərgidə çıxış edirdim. Sonradan da məzun kimi həmin jurnalda çalışmağa dəvət aldım. Daha sonra “Kino yenilkləri” qəzeti və “Yeni filmlər” jurnalında fəaliyyətimi davam etdirdim. Ümumiyyətlə, düz 10 il kino sahəsində jurnalist kimi çalışmışam. Bu illərdə qəzet və jurnallarda Azərbaycan filmlərinin təbliğinə öz töhfəmi vermişəm. Respublikamızın tanınmış kino xadimləri ilə təmasda olmaqdan zövq alırdım. SSRİ xalq artistləri Adil İsgəndərov, Hökumə Qurbanova, Mehdi Məmmədov, xalq artistləri Həsənağa Turabov, Həsən Məmmədov, Muxtar Dadaşov, Məlik Dadaşov, Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Leyla Bədirbəyli, Muxtar Manıyev və başqaları kimi kino korifeyləri ilə tanışlıq və onlardan aldığım maraqlı müsahibələr ömrümün ən yaddaqalan anlarıdır. Sonra da müxtəlif mətbuat orqanlarda-“Yeni era”, “İmpuls”, “Məşəl”də baş redaktor, “Naxçıvan”, “And”, “Gələcək gün”, “Faktlar”da redaktor işləmişəm.

- Siz həm də şair kimi tanınırsınız. Nə vaxtdan şeir yazırsınız? Şeirlərinizə musiqi bəstələnibmi?

- Uşaqlıqdan şeirə, poeziyaya sonsuz həvəs və marağım olub. İlk şeirim isə universitetin 1-ci kursunda oxuyarkən divar qəzetində çap olunub. Bu, “Bahar” adlı şeir idi. İki şeirimə musiqi bəstələnib. Biri “Ayıq olun insanlar”dır. Vətənpərvərlik ruhunda yazılmış bu şeir sovet dönəmində həvəskar bəstəkar və həvəskar şairlər ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layiq görüldü. İkinci şeirim qızıma həsr olunmuşdu. Adı “Jalə” idi. Musiqisini həvəskar bəstəkar Eduard Volosatov adlı fəhlə bəstəkar yazmışdı. Mahnı sözləri  populyar  müğənni Anatollu Qəniyevin xoşuna gəlmişdi və mahnı üzərində xeyli işlədi. Mərhum müğənni mahnı üçün xüsusi kostyum da tikdirmişdi. Amma təəssüf ki, həmin mahnı efirə getmədi, qəfil ölüm müğənninin ömrünə son qoydu...

- Siz bədii yaradıcılıqla da məşgulsunuz. Şeirlə yanaşı, nəsr də yazırsınız...

- Bəli. İndiyə kimi “İşıqlı ömür”, “Qayıt əzizim”, “Dünyamızın bəzəyidir insanlar” kitablarım maraqla qarşılanıb. Hələ çapını gözləyən çox kitabım var. Onlardan biri də “...Ürək deyir yaşa hələ” adlanır.

- Yəqin ki, qələmi yerə qoymaq haqqında fikirləşmirsiniz.

- Hələ tezdir. Hələ ki, gözlərim görür, əllərim işləyir, təfəkkürüm yerindədir. Axı mən hazırda həm “Təhsil” jurnalının, həm də “Qarabağa aparan yol” qəzetinin əməkdaşıyam. Hələ görəcəyim işlər çoxdur. Allah əcəldən macal versin.

- Dostunuz çoxdur, yoxsa düşməninz?

- Düşmənim yoxdur, heç olmayıb da. Dostlarım isə kifayət qədərdir. Əlbəttə, hər üzünə gülənə dost demək olmaz. Onlar “cib” dostları, badə dostlarıdır, təmənna güdən dostlardır. Əsl dost təmənnasız olur, lazım olanda səninlə ağlayır, səninlə də gülür. Bu məqamda Sokrat belə deyir: ”Əsl dost iki canda olan bir qəlbdir”. Onu da deyirlər ki, dostsuz adam qanadı sınmış quşa bənzəyir. Mənim də belə bir fikrim var:

Bir qəlbim var-sev bir ürək dostunu,

Bir əqidə və bir məslək dostunu.

Bəli, əsl dostları əqidə və məslək birləşdirir.

- Taleyinizdən razısınızmı?

- Necə razı olmayım ki, Allah mənə bu qədər ömür bəxş edib, bütün əzalarım da öz yerində. Bir də axı həyatda hər şey insana verilmir. Belə olsa, həyat yeknəsək və mənasız olar.

- Ömrünüzün bu vədəsində hansı arzularınız var?

- İnsan həmişə arzularla yaşayır, hansı yaşda olmasından asılı olmayaraq. Mənə gəldikdə, iki konkret arzumun müctəcəb olmasının təşnəsindəyəm. Birincisi, vaxtilə Şuşada iki dəfə istirahət etmişəm, üçüncü dəfə də orada dincəlmək arzusundayam. İkinci arzum öz mənzilimdə ahıl çağımda ayaq uzadıb dincəlmək və son mənzilə də öz evimdən köçməkdir.

- İdris müəllim, Sizi bir daha ürəkdən təbrik edir, bundan sonrakı illərinizi də sağ-salamat yaşamağınızı uca Yaradandan təvəqqe edirəm, gözünüzdəki nur, qəlbinizdəki təpər Sizi tərk etməsin!

- Çox sağ olun.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ