Bazar günü günü, 15 noyabr 2026
     

Komandir dəyanəti ... - FOTO

Image


Müharibədə şəxsi heyəti döyüşə ruhlandıra bilmək, ölümlü-itimli anlarda komandir kimi nüfuzunu qorumaq hər zabitin işi deyil. Bunun üçün o zabitin özü cəsurluq nümunəsi göstərməli, tabeliyindəki əsgərlərin inamını və hörmətini qazanmalıdır. Ön cəbhədə tanıdığım leytenant Ramiz Məcidov məhz belə zabitlərdən biri idi.

O, 12 yanvar 1959-cu ildə Bakı şəhərində anadan olmuşdu. 1976-cı ildə paytaxtın Əzizbəyov (hazırda Xəzər - Y.Q.) rayonundakı 149 saylı orta məktəbi bitirdikdən sonra “Bakıelektroavtomat” zavodunda işləyib. 1977-1979-cu illərdə SSRİ Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib. Əsgəri xidməti zamanı ona pulemyotçu, baş atıcı vəzifələri həvalə olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra “Bakıelektroavtomat” zavodunda əmək fəaliyyətini davam etdirib. O, istehsalatdan ayrılmadan Bakı Neft Texnikumunda təhsil almışdı. 1982-ci ildə texnikumu bitirərək, texnik-texnoloq ixtisasına yiyələnmişdi. Bir müddət  Rusiyanın Saratov şəhərində “Nitron” müəssisəsində çalışmışdı. Sonra isə Bakı Əlvan Metalların Emalı Zavodunda fəaliyyət göstərib. Onu yaxından tanıyanlar zəhmətkeş, ədalətli,  haqsızlıqla barışmayan, heç vaxt çətinliklər qarşısında büdrəməyən insan kimi xatırlayırlar.

Vətənimizə ermənilərin hərbi təcavüzü başlayanda vətənpərvər ruhlu bir vətəndaş kimi o da bu vəziyyətə biganə qala bilməzdi. Beləcə, 1992-ci il sentyabr ayından öz arzusu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarına qəbul olunur. Daxili Qoşunların tərkibində hərbi xidmətə başlayanadək o, ehtiyatda olan kiçik leytenant idi. Daxili Qoşunların ayrı-ayrı hərbi hissələrində müxtəlif məsul vəzifələrə təyin olunub. Belə ki, ona taqım komandiri, bölük komandirinin şəxsi heyət üzrə köməkçisi, bölük komandirinin texniki hissə üzrə müavini, bölük komandirinin köməkçisi, bölük komandirinin şəxsi heyət üzrə müavini vəzifələri həvalə edilib. Daxili Qoşunlar Komandanının 09.10.1993-cü il tarixli müvafiq əmri ilə ona növbəti leytenant hərbi rütbəsi verilib.

O, Qarabağda döyüşlərin qızğın vaxtında ön cəbhəyə can atıb. Döyüş bölgəsində tezliklə şəxsi heyət arasında hörmət qazanıb, döyüşlərdə komandir kimi qətiyyət göstərib. Onun 1993-1994-cü illərdə Ağdərənin Ortakənd, Çıldıran, Heyvalı (Drımbon), Yayıcı (Kaçaqot), Mehmanə, Canyataq, Gülyataq yaşayış məntəqələrindən, Ağdamın Qalayçılar, Papravənd, Boyəhmədli, Salahlı kəndləri və bəzi yüksəkliklərindən, Füzulinin Böyük Bəhmənli, Yağlıvənd, Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar kəndləri və Horadiz qəsəbəsindən (hazırda şəhər - Y.Q.) keçən döyüş yolunda ağır sınaqlar az olmayıb. Döyüş yolunun müəyyən məqamlarının şahidi kimi, deyə bilərəm ki, silahdaşlarının itkisi onu çox sarsıdırdı. Belə anlarda təkliyə çəkilib çoxlu siqaret çəkirdi. “Müharibə itkisiz olmur, ancaq elə oğulları itiririk ki, buna dözmək çətindir” - deyirdi. Haqlı idi. Döyüşdə komandir nə qədər soyuqqanlı olsa da, cəngavər təbiətli, qorxmaz oğulların düşmən mərmisi və gülləsinə tuş gəlməsi, neçə-neçə gəncin müharibədə yarımçıq qırılan ömrü ürək ağrıdan gerçəklik idi.

Leytenant R.Məcidov döyüşçülərə düşmənə qarşı amansız olmaq fikrini aşılayırdı. Ön mövqelərdə ən şiddətli atəş altında belə, öz polad iradəsi ilə döyüşçülərə mənəvi güc verirdi. Qorxu hissi elə bil ki, ona yad idi. Döyüş təcrübəsi onun mürəkkəb şəraitdə qərarlı və  çevik davranmasına kömək edirdi. Şəxsi heyət arasında pərakəndəliyin qarşısının alınmasına, sonadək vuruşmaq əzminin qorunub saxlanmasına nail olurdu.

1994-cü ilin yanvarında Füzuli rayonu ərazisində Daxili Qoşunların hərbi hissələrinin də iştirak etdiyi uğurlu Horadiz əməliyyatında leytenant R.Məcidov tabeliyindəki şəxsi heyətlə düşmənə sarsıdıcı zərbələr vurub. Beləliklə, qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi nəticəsində həmin istiqamətdə neçə-neçə kənd və Horadiz stansiyası düşmən tapdağından azad olunub.

1994-cü il yanvar ayının 23-də erməni işğalçıları Horadiz yaxınlığındakı Əhmədalılar kəndinə əks hücuma keçdilər. Düşmənin bu hücumu bizim müdafiə xəttini yarmaq və işğaldan azad olunmuş ərazilərə yenidən yiyələnmək məqsədi daşıyırdı. Həmin istiqamətdə müdafiə xəttinin yarılması Horadiz və ətrafındakı böyük bir ərazinin təkrar işğalına gətirib çıxara bilərdi. Əhmədalılar yaxınlığındakı mövqelərdə qızğın döyüş getdi. Daxili Qoşunların hərbi qulluqçuları cəsurluq nümunəsi göstərərək, həmin döyüşdə geri çəkilmədilər. Düşmən canlı qüvvə sarıdan xeyli itki verərək, geri çəkilməyə məcbur oldu. Bu döyüşdə düşmən tankından atılan mərmilərin partlaması nəticəsində ağır yaralanan hərbi qulluqçularımızdan biri də leytenant Ramiz Məcidov idi. O, bu son döyüşdə də dəyanətlə vuruşdu və canından artıq sevdiyi Vətən torpağının toxunulmazlığı naminə şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli Sərəncamı ilə leytenant Məcidov Ramiz Nəcid oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalına layiq görülüb.

 Şəhid zabitin valideynləri - atası Nəcid Məcidov və anası Nadejda Məcidova vəfat ediblər. Onun iki övlad yadigarı qalıb - oğlu Rauf və qızı Təranə. Təranənin Əli adında oğlu var. Rauf isə hələ ailə qurmayıb. Rauf hərbi xidmətdə olub, ali təhsil alıb, hazırda hava limanında işləyir. Şəhidin ailə üzvləri - həyat yoldaşı Kəmalə Məcidova, Rauf və Təranə qeyrətli zabitimizin uca şəhidlik məqamı ilə qürur duyurlar. Dövlətimiz tərəfindən şəhid ailəsinə qayğı göstərilərək mənzil verilib.

Leytenant Ramiz Məcidov Binə qəsəbəsində dəfn olunub. Qəsəbədə adına küçə də var.

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ