Bazar günü günü, 12 iyul 2026
     

Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın mil­li ta­ri­xi kök­lə­rə bağ­lı­lı­ğı...

Image


Azər­bay­can­çı­lıq məf­ku­rə­si xal­qı­mı­zın, döv­lə­ti­mi­zin bir­li­yi­nə, vəh­də­ti­nə, mə­də­niy­yə­ti­mi­zin, ta­ri­xi­mi­zin ya­şa­ma­sı­na, ya­yıl­ma­sı­na, təb­liğ edil­mə­si­nə bö­yük tə­kan ve­rir. Əs­lin­də azər­bay­can­çı­lıq məf­hu­mu bü­tün də­yər­lə­ri­mi­zi özün­də eh­ti­va edir. Mə­lum­dur ki, azər­bay­can­çı­lıq dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li ide­o­lo­gi­ya­sı­dır və hər bi­ri­miz bu ide­o­lo­gi­ya­ya xid­mət et­mə­li­yik. Mil­li, di­ni, ir­qi ay­rı­seç­ki­li­yə qar­şı olan azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı bö­yük ta­ri­xi mər­hə­lə­lə­ri ad­la­ya­raq gü­nü­mü­zə qə­dər gə­lib ça­tıb. Azər­bay­can­çı­lıq de­yən­də bu yal­nız ki­çik bir are­a­lı əha­tə et­mir, o bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nı ət­ra­fı­na top­la­yır.

Mü­a­sir Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­su, Azər­bay­can Res­pub­li­ka­sı­nın sa­biq pre­zi­den­ti mər­hum Hey­dər Əli­yev de­yir­di: "Hər bir in­san üçün mil­li mən­su­biy­yə­ti onun qü­rur mən­bə­yi­dir. Hə­mi­şə fəxr et­mi­şəm, bu gün də fəxr edi­rəm ki, mən azər­bay­can­lı­yam. Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin əsas ide­ya­sı azər­bay­can­çı­lıq­dır. Hər bir azər­bay­can­lı öz mil­li mən­su­biy­yə­ti­nə gö­rə qü­rur his­si ke­çir­mə­li­dir və biz azər­bay­can­çı­lı­ğı - Azər­bay­can di­li­ni, mə­də­niy­yə­ti­ni, mil­li-mə­nə­vi də­yər­lə­ri­ni, adət-ənə­nə­lə­ri­ni ya­şat­ma­lı­yıq".

Azər­bay­can­çı­lıq, azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı ilə bağ­lı çox­say­lı mə­qa­lə və nəşrlə­rin mü­əl­li­fi, pro­fes­sor Ni­za­məd­din Şəm­si­za­də qeyd edir ki, azər­bay­can­çı­lıq dün­ya azər­bay­can­lı­la­rı­nı bir­ləş­di­rən bir ide­o­lo­gi­ya­dır.
N.Şəm­si­za­də ya­zır ki, Azər­bay­can üçün­cü mi­nil­li­yə ye­ni müs­tə­qil­lik qa­zan­mış bir öl­kə ki­mi da­xil olub və bu gün hər bir soy­da­şı­mız yax­şı dərk edir ki, ən ağ­rı­lı prob­le­mi­miz olan Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin öl­kə­mi­zin əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də həl­li dün­ya­da ya­şa­yan bü­tün azər­bay­can­lı­la­rın bir­li­yin­də­dir: "Be­lə bir­li­yi isə ta­ri­xin bü­tün zeh­ni və mə­nə­vi təc­rü­bə­lə­ri­ni özün­də əks et­di­rən mil­li ide­o­lo­gi­ya ya­ra­da bi­lər. Bu ide­o­lo­gi­ya azər­bay­can­çı­lıq­dır. Azər­bay­can­çı­lıq coğ­ra­fi an­la­yış de­yil, o da­ha çox si­ya­si an­la­yış­dır. İde­o­lo­gi­ya cə­miy­yət­də mil­li bir­li­yi və ümum­xalq mü­na­si­bət­lə­ri­ni qo­ru­maq, mil­lə­tin və onun döv­lə­ti­nin möv­qe­yi­ni izah və təs­diq et­mək üçün ya­ra­dı­lır. O, xal­qın mil­li-mə­nə­vi var­lı­ğı­nın il­kin əla­mət­lə­rin­dən­dir, xal­qın kim­li­yi­ni əks et­di­rən tə­fək­kür, adət və inanclar sis­te­mi­dir. Dil, əra­zi, din və ide­o­lo­ji bir­lik xal­qın, mil­lə­tin və döv­lə­tin ta­ri­xi var­lı­ğı­nın əsas at­ri­but­la­rı­dır.

Bu ba­xım­dan son za­man­lar azər­bay­can­çı­lı­ğın ta­ri­xi­ni XIX-XX əsrlər­lə məh­dud­laş­dı­ran mü­la­hi­zə­lər­lə ra­zı­laş­maq ol­maz. Biz hə­lə so­vet ide­o­lo­gi­ya­sı olan marksizm-le­ni­niz­min sü­qu­ta uğ­ra­dı­ğı XX əs­rin 90-cı il­lə­rin­də Azər­bay­can­da ide­o­lo­gi­ya boş­lu­ğu döv­rün­də çap et­dir­di­yi­miz "Azər­bay­can ide­o­lo­gi­ya­sı" mo­noq­ra­fi­ya­sın­da be­lə nə­ti­cə­yə gəl­mi­şik ki, ide­o­lo­gi­ya­mı­zın tə­şək­kü­lü ən qə­dim çağ­lar­dan - mi­fik tə­fək­kür­dən baş­la­nır. Ən əs­ki za­man­lar­da tə­bi­ə­ti dərk et­mə­yə cəhd, cə­miy­yət ami­li ilə he­sab­laş­maq zə­ru­rə­ti ide­o­lo­gi­ya­nı ya­ra­dıb. Ona gö­rə də ide­o­lo­gi­ya­ya xas baş­lı­ca xü­su­siy­yət ta­ri­xi­lik­dir.

Hər bir ide­o­lo­gi­ya­nın əsa­sın­da ger­çək­li­yə re­al mü­na­si­bət ami­li da­ya­nır. Bu mü­na­si­bət ta­ri­xin təc­rü­bə­si­nə əsas­lan­ma­lı, ta­ri­xi xa­rak­ter da­şı­ma­lı­dır. Onun də­yiş­mə­si ta­ri­xin cə­miy­yət qar­şı­sın­da irə­li sür­dü­yü tə­ləb­lə­rə mü­va­fiq ol­ma­lı və əs­lin­də hə­min tə­ləb­lər ide­o­lo­gi­ya­nın ide­ya mən­bə­yi, hə­rə­kət­ve­ri­ci amil­lə­ri­dir. Be­lə­lik­lə, ide­o­lo­gi­ya ta­ri­xin ge­di­şi ilə mey­da­na çı­xa­raq, hə­min ge­di­şi təs­diq edən və bu ge­di­şin son­ra­kı is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rən, hə­min pro­ses­də xal­qın və mil­lə­tin ro­lu­nu tə­yin edən, döv­lə­tin ti­pi­ni və ta­ri­xi si­ma­sı­nı for­ma­laş­dı­ran ən par­laq və ob­yek­tiv ide­ya­la­rın və sis­te­min mən­ti­qi ye­ku­nu­dur. Azər­bay­can­çı­lıq xalq ta­ri­xi­nin ob­yek­tiv iza­hı­na xid­mət edir. Ta­ri­xin hə­rə­kə­ti ilə təs­diq olun­ma­yan ide­o­lo­gi­ya de­mok­ra­tik cə­miy­yət struk­tu­ru, xal­qı irə­li apa­ran döv­lət­çi­lik üçün nə­zə­ri zə­min ola bil­məz".

Pro­fes­sor Şəm­si­za­də qeyd edir ki, qə­dim xalqla­rın, o cüm­lə­dən Azər­bay­can türklə­ri­nin ide­o­lo­gi­ya­sı əv­vəl­cə mif, son­ra isə din, da­ha doğ­ru­su, əs­ki inam­lar olub. Onun bil­dir­di­yi­nə gö­rə, mif si­nif­li mər­hə­lə­yə qə­dər­ki çağ­la­rın ide­o­lo­gi­ya­sı­dır: "Sər­həd­siz dü­şün­cə tər­zi­nin ifa­də­si olan mif xal­qın özü haq­qın­da söy­lə­di­yi ən ba­kir, ən ka­mil hə­qi­qət­dir. On­da son­ra­lar Azər­bay­can xal­qı­nın tə­şək­kü­lün­də rol oy­na­mış tay­fa­la­rın dün­ya­du­yu­mu, əx­laq tər­zi və gə­lə­cə­yə mü­na­si­bə­ti ifa­də olu­nub. Han­sı xal­qın mi­fik tə­fək­kü­rü güc­lü­dür­sə, onun son­ra­kı ta­le­yi ay­dın, ta­rix­də­ki möv­qe­yi möh­kəm­dir. Mif ic­ti­mai tə­fək­kü­rün ge­ne­tik be­şi­yi­dir, "ger­çək­li­yin özü­dür" (A.F.Lo­sev). Azər­bay­can ide­o­lo­gi­ya­sı­nın türk mi­fik tə­fək­kü­rü ilə vəh­dət mə­qa­mı "azad ruh" his­si­dir. Azad ruh türk qöv­mü­nün ge­ne­tik ener­ji mən­bə­yi, dün­ya­ya çı­xış nöq­tə­si­dir. Mi­fik tə­fək­kür və inancla­rı­mız­da er­kən ide­o­lo­ji sis­tem­də kod­la­şan azad ruh son­ra­kı ic­ti­mai-ta­ri­xi dövrlər üçün də nü­mu­nə­yə çev­ril­di.

Son­ra­lar Av­ro­pa­nın da­hi fi­lo­so­fu He­gel eti­raf­la ya­za­caq: "Biz Şərqdən gə­li­rik, ümum­dün­ya ta­ri­xi Asi­ya­dan Av­ro­pa­ya hə­rə­kət edib... Şər­qin il­kin şər­ti və zə­mi­ni ai­lə­yə əsas­la­nan mil­li­lik­dir". Azər­bay­can­çı­lı­ğın əsa­sın­da mü­kəm­məl ai­lə kul­tu da­ya­nır. Xü­su­si­lə Şərqdə, türk-mü­səl­man are­a­lın­da ta­ri­xin təc­rü­bə­si gös­tə­rir ki, ai­lə­si möh­kəm ol­ma­yan xal­qın döv­lə­ti də möh­kəm ola bil­məz. Çün­ki or­du müx­tə­lif ai­lə­lər­dən çıx­mış fərdlər­dən iba­rət­dir. Əs­gə­rin tər­bi­yə­si, - və­tən eş­qi ai­lə­dən, ana­ya mə­həb­bət­dən baş­la­nır. Azər­bay­can­çı­lıq­da ai­lə kul­tu­nun da­va­mı olan şəx­siy­yət kul­tu əsas yer tu­tur. Çün­ki "Mə­də­ni əx­laq fərdlər­də şəx­siy­yə­tin yük­sək ol­ma­sı­na söy­kə­nir. Əs­ki türklə­rin di­nin­də şəx­siy­yə­ti gös­tə­rən sim­vol­lar var" (Z.Gö­yalp). Azər­bay­can­çı­lıq­da zo­ra yer yox­dur, bu xal­qa zor­la özü­nə hör­mət et­dir­mək ol­maz. Bu­na gö­rə də azər­bay­can­çı­lı­ğın şər­ti xal­qın lə­ya­qə­ti­ni uca tut­maq­dır. Azər­bay­can­çı­lı­ğın əsa­sın­da da­ya­nan inanclar­dan bi­ri zər­düş­tizm idi (e.ə. VII əsr). Əmə­yi azad­lı­ğın mən­bə­yi qə­bul edən zər­düş­tizmdə, du­al fəl­sə­fə zə­mi­nin­də azad ira­də­yə ma­lik şəx­siy­yət, əda­lət­li in­san və dün­ya prob­le­mi zər­düş­tiz­min kon­sep­si­ya­sın­da­kı üç prin­si­pə əsas­la­nır: "xe­yir fi­kir, xe­yir söz, xe­yir iş" (son­ra­lar ya­ran­mış "Mə­lik Məm­məd" na­ğı­lı­nı, da­hi Ni­za­mi­nin "Xe­yir və Şər"ini, "Haqq möv­cud" na­ğı­lı­nı xa­tır­la­yaq!).

Zər­düş­tizm (Ahu­ra Məz­da!) son­ra­lar məz­də­kizm tə­li­mi­ni ya­rat­dı. Bö­yük fi­lo­sof Ma­ni (215-ci il) zər­düş­tizm, xris­ti­an­lıq və bud­diz­mi bir­ləş­di­rə­rək "İran­dan Ro­ma im­pe­ri­ya­sı­nın uc­qar­la­rı­na­dək, Af­ri­ka və İs­pa­ni­ya­ya... Or­ta Asi­ya­ya qə­dər ya­yı­lan" ma­nizm ide­o­lo­gi­ya­sı­nı ya­ra­dır. Həm Ma­ni­nin, həm də Məz­dək Bəm­dad oğ­lu­nun tə­lim­lə­ri əda­lət­li döv­lət, cə­miy­yət, əm­lak bə­ra­bər­li­yi, azad ru­hun qüd­rə­ti­nə inam ifa­də edir­di... Bu min­val­la məz­də­kiz­min Azər­bay­can mi­fik tə­fək­kü­rün­dən, zər­düş­tizmdən (atəş­pə­rəstlik­dən!) qə­bul et­di­yi zi­ya xür­rə­mi­lə­rin azad­lıq yo­lu­na işıq sal­dı, əxi­lə­rin qar­daş­lıq oca­ğı­na, hü­ru­fizm ide­ya­sı­na ("İn­san həq­dən qop­muş nur par­ça­sı­dır"), or­ta çağ­lar fəl­sə­fə­si­nin "İşıq hey­kəl­lə­ri"nə (Ş.Süh­rə­ver­di) çev­ril­di. İl­lər keç­di, xalq göy­dən en­miş nur­lu daş­dan Ko­roğ­lu­nun əf­sa­nə­vi Mis­ri qı­lın­cı­nı dü­zəltdi, XIX əsrdə A.Ba­kı­xa­nov və M.F.Axun­dov­dan baş­la­ya­raq ma­a­rif­çi­lik əlin­də hə­min NUR ta­rix­də və yad­daş­da Azər­bay­ca­nı ax­tar­ma­ğa üz tut­du!...

Bu­ra­da epos tə­fək­kü­rü­nü xü­su­si qeyd et­mə­li­yik. He­sab edi­rik ki, azər­bay­can­çı­lı­ğın, Azər­bay­can döv­lət­çi­lik tə­fək­kü­rü­nün ən möh­tə­şəm qay­na­ğı "Ki­ta­bi-Də­də Qor­qud" epo­su­dur". Pro­fes­sor qeyd edir ki, Azər­bay­can tə­fək­kü­rü­nün (müş­tə­rək türk dü­şün­cə­si­nin) ən bö­yük abi­də­si olan "Ki­ta­bi-Də­də Qor­qud"un əsas ide­ya­sı türk tay­fa­la­rı­nı - 24 oğuz tay­fa­sı­nı va­hid xalq və döv­lət ha­lın­da bir­ləş­dir­mək­dən iba­rət idi. O bil­di­rir ki, bu­ra­da tay­fa bi­zim in­di an­la­dı­ğı­mız məh­dud mə­na­da de­yil, mü­əy­yən əra­zi, mad­di, mə­nə­vi-əx­la­qi bir­lik əla­mət­lə­ri­nə ma­lik EL mə­na­sın­da iş­lə­nir: "Əsa­sən VI-VIII əsrlər­də cə­rə­yan et­miş ha­di­sə­lə­ri əha­tə edən epos I mi­nil­li­yin inanc, dü­şün­cə və döv­lət­çi­lik tə­səv­vür­lə­ri­ni əks et­di­rən ide­o­lo­ji sis­tem­lər top­lu­su­dur.

Tay­fa və bir­lik­lə­rin er­kən dün­ya­du­yu­mu və dü­şün­cə tər­zi­ni əks et­di­rən mif­də hə­lə döv­lət­çi­lik tə­səv­vür­lə­ri yox idi. Döv­lət­çi­lik haq­qın­da il­kin tə­səv­vü­rə "Ki­ta­bi-Də­də Qor­qud"da rast gə­li­rik. Bu­nun at­ri­but­la­rı aşa­ğı­da­kı­lar­dır: və­tən­çi­lik; Ba­yan­dır xa­nın baş­çı­lıq et­di­yi si­ya­si-hər­bi ie­rar­xi­ya; ai­lə kul­tu ("Ana haq­qı - Tan­rı haq­qı"); or­du və özəl ənə­nə­lə­rə ma­lik El kul­tu ("Qon­şu haq­qı Tan­rı haq­qı­dır"). "Ki­ta­bi Də­də Qor­qud" oğuz türklə­ri haq­qın­da Azər­bay­can en­sik­lo­pe­di­ya­sı­dır. Də­də Qor­qud üzü­nü EL-ə tu­tub "Döv­lə­ti­miz əbə­di ol­sun!" - de­yir.

İs­la­ma­qə­dər­ki döv­rün ən bö­yük ta­ri­xi-ide­o­lo­ji ye­ku­nu Azər­bay­can xal­qı­nın ya­ran­ma­sı idi. Bu həm də Azər­bay­can di­li­nin və ide­o­lo­gi­ya­sı­nın tə­şək­kül döv­rü idi. "Hər bir xal­qın kök­lə­ri­nin ən qə­dim dövrlə­rə ge­dib çıx­ma­sı­na bax­ma­ya­raq, ta­rix­çi­lər bü­tün bu epo­xa­la­rı xal­qın ya­ran­ma­sı­nı mü­əy­yən­ləş­di­rən vaxtdan baş­la­ma­ğı üs­tün tu­tur­lar" (L.Qu­mil­yov). Hə­lə­lik Azər­bay­can ta­rix­çi­li­yi­nin mö­tə­bər sö­zü olan "Azər­bay­can ta­ri­xi" (1994. Z.M.Bün­ya­dov və Y.B.Yu­si­fo­vun re­dak­tə­si ilə) əsə­rin­də (s. 209-235) bu ba­rə­də təq­dim olu­nan fi­kir be­lə­dir: Azər­bay­can xal­qı Azər­bay­can əra­zi­sin­də tə­şək­kül ta­pıb. Xal­qı­mı­zın ya­ran­dı­ğı əra­zi şi­mal­dan Dər­bənddən tut­muş, cə­nub­da Zən­can-Qəz­vin böl­gə­si­nə­dək (da­xil ol­maq­la), şərqdə Xə­zər də­ni­zin­dən qərbdə İrə­van, Tif­lis və Ur­mi­ya gö­lü­nün qərb sa­hil­lə­ri­ni əha­tə edir. Ta­ri­xi ba­xım­dan "Azər­bay­can di­li­nin və xal­qı­nın tə­şək­kü­lü III-VII əsrlər­də baş ve­rib, VII-VIII əsrlər­də ba­şa ça­tıb. Bu za­man Azər­bay­can­da ge­dən di­ni mü­ba­ri­zə ar­tıq so­na yet­miş­di" (s. 235).

XIII-XIV əsrlə­ri Azər­bay­can ide­o­lo­gi­ya­sı­nın tə­şək­kü­lün­də mil­li tə­ma­yü­lə ke­çid mər­hə­lə­si ad­lan­dır­maq olar. Təf­si­la­ta var­ma­dan hə­min ke­çi­di ha­zır­la­yan ic­ti­mai-ta­ri­xi sə­bəb­lə­ri be­lə ümu­mi­ləş­dir­mək olar:

- XIII əs­rin son­la­rın­dan IX-XIII əsrlər­də ha­kim ol­muş ümum­mü­səl­man mə­də­niy­yə­ti (tə­fək­kü­rü!) kon­tekstin­də par­ça­lan­ma baş­la­nır. Zə­mi­nin­də an­tik yu­nan və Şərq fəl­sə­fə­si da­ya­nan, ərəb, fars və türk tə­fək­kü­rü­nün ən par­laq na­i­liy­yət­lə­ri­ni əks et­di­rən bu ta­ri­xi-mə­nə­vi vəh­dət məhz Xi­la­fə­tə 508 il (750-1258) baş­çı­lıq et­miş Ab­ba­si­lər sü­la­lə­si sa­yə­sin­də Şərq elm və mə­də­niy­yə­ti­nin, dü­şün­cə tər­zi­nin zir­və­si­nə çev­ril­miş­di. Ab­ba­si­lər­dən son­ra Xi­la­fət zə­if­lə­di və par­ça­lan­dı, bu ide­o­lo­gi­ya­nın da ay­rı-ay­rı tə­ma­yül­lə­rə bö­lün­mə­si üçün ta­ri­xi şə­ra­it ya­rat­dı".

Alim ya­zır ki, XI-XII əsrlər­də türklə­rin Qaf­qa­za və Azər­bay­ca­na üçün­cü gə­li­şi baş ver­di. Onun bil­dir­di­yi­nə gö­rə, oğuz­la­rın qı­nıq eli­nə mən­sub 24 tay­fa­dan iba­rət Səl­cuq­lar Azər­bay­can əra­zi­sin­də türklə­rin sa­yı və nü­fu­zu­nu ar­tır­dı­lar. N.Şəm­si­za­də vur­ğu­la­yır ki, bir əsrdən ar­tıq ömür sü­rüb is­lam di­ni­ni qə­bul et­miş Səl­cu­qun nə­və­si Toğ­rul bəy 1038-ci il­də özü­nü sul­tan elan et­di və Şərqdə bö­yük Səl­cu­qi­lər türk im­pe­ri­ya­sı­nın (1038-1157) əsa­sı qo­yul­du: "Səl­cu­qi­lər Qaf­qaz­da və Ya­xın Şərqdə tək­cə tür­kün nü­fu­zu­nu yox, həm də türkçü­lü­yün əra­zi­si­ni ge­niş­lən­dir­di­lər. 1064-cü il­də 36 ya­şın­da Sul­tan Toğ­ru­lun ölü­mün­dən son­ra tax­ta çı­xan Alp Arslan 1071-ci ilin av­qus­tun­da Ma­laz­gird dö­yü­şün­də 54 min türklə Bi­zans im­pe­ra­to­ru Ro­men Di­o­qe­nin 200 min­lik or­du­su­nu məğ­lub edib onu əsir al­dı. Ana­do­lu­ya türk bay­ra­ğı sancdı, Tür­küs­tan və Qaf­qaz­dan son­ra üçün­cü türk fü­tu­ha­tı ya­ran­dı. Ta­rix­də ilk də­fə is­lam türk yü­rü­şü­nə mə­nə­vi da­yaq ol­du. İde­o­lo­gi­ya­da və döv­lət­çi­lik­də türkçü­lük qüv­vət­lən­di.

- Azər­bay­can xal­qı­nın et­no­ge­ne­zin­də ye­ni ta­ri­xi pro­ses­lər baş ve­rir. Əv­vəl­cə Hü­la­kü­lər (El­xa­ni­lər), son­ra Ata­bəy­lər döv­lə­ti mü­hüm rol oy­na­yır. Yer­li və gəl­mə türklə­rin gen və din bir­li­yi zə­mi­nin­də müx­tə­lif döv­lət qu­rum­la­rı ya­ra­nır və güc­lə­nir.

- XIII-XIV əsrlər "Şərq ta­rix­şü­nas­lı­ğı­nın qı­zıl əsrlə­ri" he­sab olu­nur. Bu za­man fun­da­men­tal Azər­bay­can ta­rix­şü­nas­lı­ğı­nın əsa­sı qo­yu­lur, Əh­məd Təb­ri­zi­nin "Şa­hən­şah­na­mə", Əbu Bəkr əl-Qüt­bi Əl­va­ni­nin "Dəs­tur əl-ka­tib fi tə­yin əl mə­ra­tib" ki­mi qiy­mət­li əsər­lə­ri ya­ra­nır. İlk də­fə məhz bu dövrdə bə­dii tə­fək­kür­də klas­sik ənə­nə­lər­lə türk xalq po­e­zi­ya­sı ənə­nə­lə­ri­nin sin­te­zi baş­la­nır və XVI əsrdə ba­şa ça­tır. Bu isə ədə­biy­yat və sə­nət­də mil­li­lik və bə­şə­ri­li­yin vəh­də­ti­nə sə­bəb olur. XIV əsrdə Azər­bay­can şa­i­ri İz­zəd­din Hə­sə­noğ­lu­nun Mi­sir­də türkcə "Di­van"ı mey­da­na gə­lir.

Xalq ədə­biy­ya­tı­nın, xü­su­si­lə aşıq po­e­zi­ya­sı­nın bə­dii-ta­ri­xi ba­xım­dan qüv­vət­lən­mə­si ide­o­lo­gi­ya­da mif­dən gə­lən baş­lan­ğı­ca, el ru­hu və psi­xo­lo­gi­ya­sı­na da­ya­nan mil­li mü­əy­yən­li­yin ya­ran­ma­sı­na sə­bəb ol­du. Azər­bay­can­da or­ta əsrlər­də mil­li bir­li­yin əsa­sı, ener­ji mən­bə­yi olan məf­ku­rə məhz po­e­tik for­ma­lar­da mey­da­na çı­xıb. Bu dövrdə elm də, ədə­biy­yat da sinkte­rik xa­rak­ter da­şı­yır­dı. Or­ta əsrlər Azər­bay­can et­nik mə­də­ni sis­te­min­də po­e­zi­ya bi­rin­ci yer­də da­ya­nıb, po­e­tik tə­fək­kür dün­ya­dər­kin­də həl­le­di­ci olub. Bu za­man ədə­biy­yat elmlə­ri - "ülu­mi-ədə­bi" özün­də on be­şə qə­dər el­mi bir­ləş­di­rir­di".

Pro­fes­sor N.Şəm­si­za­də­nin yaz­dı­ğı­na gö­rə, Azər­bay­ca­nın Ru­si­ya tə­rə­fin­dən iş­ğa­lın­dan son­ra ide­o­lo­gi­ya­mı­zın tə­şək­kü­lün­də ye­ni bir pro­ses - Şərq və Qərb də­yər­lə­ri­nin sin­te­zi baş­la­nır. Onun qeyd et­di­yi­nə gö­rə, bu­nu ma­a­rif­çi ide­o­lo­gi­ya ad­lan­dır­maq olar. Alim de­yir ki, mif­dən, Zər­düş­tizm, İş­ra­qi­lik­dən gə­lən İşıq (Nur), Hü­ru­fizmdə ür­fan və ka­mal vəh­də­tin­dən gə­lən Zə­ka və İn­ti­ba­hın bay­ra­ğı­na iri hərflər­lə ya­zıl­mış İn­san ma­a­rif­çi ide­o­lo­gi­ya kon­sep­si­ya­sın­da vəh­dət təş­kil edir: "XIX əs­rin ma­a­rif­çi ide­o­lo­gi­ya­sı bir növ məz­də­ki­lə­rin, xür­rə­mi­lə­rin, əxi­lə­rin və Azər­bay­can-türk ca­han­gir­li­yi­nin ta­ri­xi dərslə­ri­nə ye­ni­dən mü­ra­ci­ət edir, mil­li şü­ur və azad­lıq duy­ğu­su tər­bi­yə­si­ni ta­ri­xi-mə­nə­vi ide­al seç­mə­li olur.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...

11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir - Navrotski parlamentə çağırış etdi...

11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ