Cümə günü, 06 noyabr 2026
     

Bir vaxtlar Vüsaldan incidiyim üçün özümü bərk-bərk qınayıram...

Image


(On yeddinci yazı)

Vüsal Tahirovun bacısı Gülnar Eyyubova yaddaşında ilişib qalmış kövrək anları bizimlə yenidən bölüşdü:

- Vüsal beş il sərasər bizdən uzaqda yaşadı. Darıxırdıq. Müddətdən artıq xidmət etdiyinin fərqinə varıb özümüzü birtəhər ələ alırdıq. Tətildə, ya əlamətdar günlərdə gələndə də evdə tapılmırdı, sanki hamı ilə görüşmək, sanki hamıdan halallıq almaq istəyirdi. Nə bilim, bəlkə də belə deyildi, hər halda biz onu evdə çox az görürdük. Bununla bağlı deyinəndə də, bizə heç nə demirdi, sakit halda üzümüzə baxırdı. O anda da sanki nəsə demək istəyirdi, eləcə susurdu...

Şəhid olandan sonra anladım ki, Vüsal nə üçün həyatını harasa tələsirmiş kimi keçirirdi. O, bəlkə də bizimlə ona görə çox vaxt keçirmək istəmirdi ki, Naxçıvana qayıdandan sonra darıxmasın. Nə bilim, arada düşünürəm ki, bəlkə də o, bütün sevgisini vətənə veribmiş.

Hətta bir dəfə bizə gəlmişdi, onun üçün tort bişirmişdim, bir tikə yemədən getmək istədi, bu dəfə məcbur etdim ki, bir hovur otursun. Bilirsiniz, bizim aramızda həmişə xüsusi hörmət pərdəsi olub, bizdə məcbur etmək, israrla bir sözü dəfələrlə təkrar demək, təkidlə - bunu mütləq yeməlisən... və s. kimi hallar olmayıb. Ancaq bu dəfə mən Vüsalı heç olmasa beş-on dəqiqə oturmağa məcbur etdim. O, tortdan bir tikə yedi, bir qurtum da çay içdi, ayağa qalxdı, əvvəlki adəti üzrə getdi. Elə bil kimsə onu harasa çağırırdı.

Bir dəfə - daha doğrusu, Vətən müharibəsi başlama­mışdan bir neçə gün əvvəl biz Vüsalın otağını tör-toküntü içində gördük; hansı ki, o, çox səliqəli, nizam-intizamlı insan idi, səliqə-səhmanı həmişə qaydasında olardı. Bu dəfə bəlkə də ona xəbər veriblərmiş ki, təcili gəl, müharibə başlanır. Kim bilir...

Açığı, onun bu halına çox tərəddüd etmişdik...

Vüsal ara-sıra gəlirdi və hər dəfə özünü elə aparırdı ki, guya bizdən ötrü darıxmır. Ancaq mən onun necə darıxdığını titrək gözlərindən aşkar edirdim. Yəni, azacıq diqqət yetirmək kifayət edirdi ki, onun necə darıxdığını bəlli etmək mümkün olsun.

Arada Vüsala müxtəlif bəhanələrlə zəng vurur, onu danışdırmağa çalışırdım. Göycəni çox xoşlayırdı. Yetişəndə görüntülü zəng vurur, telefonu ağaca sarı tutur və deyirdim ki, bax, gör necə də yeməli vaxtlarıdır. O da, sadəcə, çöhrəsinə təbəssüm qondurur və xəfif gülümsəməsi ilə kifayətlənirdi.

Vüsal həm fiziki, həm də mənəvi güclü idi. Bəlkə də mənəvi daha güclü idi. Biz, sadəcə, onun mənəvi dünyasına nüfuz edə bilmirdik.

O vaxt biz anlamırdıq ki, Vüsal nə üçün evə az-az gəlir, nə üçün suallara qısa cavab verir və s. Sanki hansısa bir hiss onu harasa tələsdirirdi. Gah gözləri yol çəkir, gah da özü bir dəqiqə yerində durmurdu. Ancaq elə aid olduğu yerə getməyə can atırdı...

Şəhid olandan sonra anladıq ki, bütün bunlar Vüsalın əbədiyyət ünvanına getməsi üçün imiş...

Bəlkə də başdaşı ilə tənha qalsam, Vüsalın mərmərdən boylanan şəklinə baxıb deyərəm: “Məni bağışla!”...

Deyirlər ki, insan ölməmişdən 9 ay əvvəl ölüm anı yaşayır. Yəni, hər insan üçün ölüm 9 ay əvvəldən başlayır...

Həm də deyirlər ki, şəhid olacaq adam da xeyli əvvəldən şəhid həyatı yaşayır. Mən bu halları Vüsalda dəfələrlə sezmişdim, ancaq belə olacağının fərqinə vara bilməmişdim. Sonradan anladım ki, Vüsal nə üçün bizimlə görüşə çox gec-gec gəlir, hansı səbəbdən belə ovqatda olurmuş... Demək ki, Allah ona şəhid olacağını mələkləri vasitəsi ilə çatdırıbmış...

Bir vaxtlar belə soyuq hərəkətlərinə görə Vüsaldan incidiyim üçün indi özümü bərk-bərk qınayıram...

Vüsal bizim əbədiyyət Günəşimizdir. Biz nə vaxtsa kö­çüb gedəcəyik, amma o, daim Vətən göylərində şəfəq saçacaq...

Qələbə Şanlı Ordumuzun Zəfər modelidir

Zəfər hissi xalqımızın Qələbə ruhudur... Bu hissi bizə daddıran Vüsal kimi oğullardır. O oğullar ki, bir oldular, yumruq kimi birləşdilər, düşmənə sarsıdıcı zərbələr endirməklə işğal altındakı torpaqları düşməndən geri aldılar. Bu­nunla da üstümüzdəki ləkə silindi, başımız dik, üzümüz ağ, alnımız açıq oldu.

Vüsal Tahirov kimi oğulların Vətən məhəbbəti İkinci Vətən müharibəsində də özünü aydın göstərdi. Bu müharibədə xalq-dövlət birliyi də Orduya əlavə güc verdi, Xalq və Ordu birləşdi, Vətən müharibəsi böyük Zəfərlə başa çatdı...

27 sentyabr 2020-ci il tarixində başlanan əks-hücum əməliyyatı – Vətən müharibəsi 30 illik həsrətə son qoyan Zəfər diqtəsidir. Bu müharibədə Vüsal Tahirov kimi oğullar Mübarizlərin, Fəridlərin, Poladların... yolunu davam etdirdilər, onların göstərdikləri rəşadət torpaqlarımız uğrunda yüksək əzm kimi tarixə düşdü.

Bəllidir, istər Aprel savaşında, istər ard-arda baş verən terror ha­disələrində, istərsə də Tovuz hadisələri zamanı, sonradan baş verən Vətən müharibəsi və antiterror əməliyyatlarında Vüsal kimi cəsur oğullarımız erməni separatizminə bir daha sübut etdilər ki, Azərbaycan Ordusu bir həmləyə düşməni məhv etmək gücündədir, heç bir çətinlik bu Ordunun birlik əzmini qıra bilməz...

Bildiyimiz kimi, təxminən 30 il idi Ermənistan rəhbərliyi ikibaşlı davranışı, təxribat xarakterli çıxışları, düşmən münasibəti ilə diqqət mərkəzində idi. Dünya dövlətləri də bunu görür, lakin susurdu. Ölkə rəhbəri İlham Əliyev müharibədən əvvəl məhz bu səbəbdən mövcud müna­qişənin güc variantı barədə fikirlər səsləndirir, lazım gəldikdə torpaqlarımızı müharibə yolu ilə azad edəcəyimizi aşkar ifadə edirdi. İllər sonra bütün dünya anladı ki, erməni şovinizmi, onlara havadarlıq edən ölkələr sülhün tərəfdarı deyillər. Bu səbəbdən, sülhü siyasi fəaliyyətinin əsas hədəfi hesab edən Ali Baş Komandanımız müharibəni Qələbəmiz üçün prioritet kimi mənalandırdı və əks-hücum əməliyyatı ilə torpaqlarımız işğaldan azad edildi. Bu, həm də o anlama gəldi ki, zora zorla, gücə güclə qalib gələrlər. Bunu da XTQ giziri Vüsal Tahirov kimi qəh­rəman oğullar bacardılar. Onlar dünyanın müharibə istəyən dövlətlərinə anlatdılar ki, Azərbaycan Ordusu öz vahid hərbi siyasəti, öz parlaq örnəyi, Ordu olmaq bacarığı ilə daim öndədir, artıq heç bir qara qüvvə torpaqlarımıza göz dikə bilməz.

Vətən müharibəsindəki Qələbə Şanlı Ordumuzun Zəfər modelidir. Müasir Azərbaycanın dövlət quruculuğu, torpaqlarımızın işğaldan tam azad edilməsi, qazandığımız nailiyyətlər bu modelin əsas prioritetləridir. Vüsal kimi qəhrəman oğullarımız isə bu modelin sütunlarıdırlar. Bu qəhrəman oğullar Milli Orduda təkmilləşən canlı strukturdur. Canlarında, qanlarında Vətən sevdası tüğyan edən bu oğullar düşməni torpaqlarımızdan qovmaqla həm Zəfər tarixi yazdılar, həm də göstərdilər ki, Azərbaycan Ordusu hansı gücə və potensiala malikdir. O qəhrəman oğulların müharibədə nümayiş etdirdikləri igidliklər sayəsində bu gün Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Xocavənddə, Laçında, Şuşada, nəhayət, Xankəndi(n)də, Xocalıda, Xocavənddə üçrəngli bayrağımız dalğalanır, bu bayraq indi aydın səmamızda coşqun Vətən nəğməsi kimi vücud tapır...

Haqq sözdür, insan bir amal uğrunda mübarizə aparsa, mütləq qalib gəlir. Bu mənada, Azərbaycan Ordusu da Vətən müharibəsi zamanı yalnız bir məqsəd üçün birləşdi, işğal altındakı torpaqlarımızı, Qarabağı, xüsusən də ölkəmizin əsas göydələni hesab olunan Şuşanı erməni faşistlərindən geri aldı. Bu qələbədə Vüsal Tahirovun da payı var. O, məhz 8 noyabr 2020-ci ildə Şuşada erməni hərbi birləşmələrinə qarşı həm silahla, həm də əlbəyaxa döyüşüb.

Təəssüf ki, yanına minamyot mərmisi düşüb, mərmidən qopan qəlpə onu başından ağır yaralayıb və Vü­sal Qələbədən 8 gün sonra xəstəxanada vəfat edib...

Təkrar deyirik: Vüsal Tahirov və onun kimi qəhrəman oğullar bizə Zəfər hissi daddırdılar. Bu Zəfər xalqımızın ən şərəfl, ən çox qürur duyduğu fərəhli andır... Buna görə Vüsala, onun timsalında bütün şəhid oğullarımıza həmişə borclu olacağıq...

Vüsal uca məqamı ilə qəlblərdə dərin izlər buraxıb

Biz dəfələrlə demişik: həyat bəzən insan üçün müxtəlif mövqe və maraqlar əks etdirir, vücudlarda bir tərpəniş, bir hənirti yaradır. İstər adi hislər olsun, istərsə də içdən gələn səmimi duyğular olsun, fərq etməz, hər iki halda həyat insanın özünə və ömrünə ilıq bir təbəssüm, isti-qaynar bir coşqunluq qatır... Bu həyat dediyimiz şəhidə aiddirsə, ümumiyyətlə, onun ifadə etdiyi mövqe insanı çox yüksək qata çıxarır...

Xüsusi Təyinatlı Qüvvələrin giziri, qəhrəman kəşfiyyatçı-snayperçi Vüsal Mehdi oğlu Tahirovun həyatı da mövqe və həssaslıq baxımından onu çox uca məqama çəkib. Daşıdığı şəhid adı onun həyat pasportudur. Bu “pasport”da qeyd olunanlar Vüsalın Vətən sevgisi barədə həqiqətlərdir və əsl vətəndaş rəğbəti ilə süslənib. Ən əsası, bu “pasport”da ifratdan uzaq qəhrəmanlıq, real həyat və döyüş lövhələri, cəsur bir insanın örnək ömür faktı, cəsur bir döyüşçünün şəhadət üfüqü diqqətimizi çəkir.

Qəhrəmanlıq (dediyimiz kimi) bir insanlıq nümunəsidir; hamının etmək istədiyi, lakin çox az sayda insanın bacara biləcəyi işdir...

Tarix göstərir ki, Azərbaycan xalqı öz qəhrəmanlıq ruhu ilə daim diqqət mərkəzində olub. Heç şübhəsiz, məmləkətimizdə bu gün də qəhrəman oğullar yetişir. Məhz 27 sentyabrdan başlayaraq 44 gün davam edən Vətən müharibəsində erməni qəsbkarlarına, el dili ilə desək, “toy tutmuş” Vüsal Tahirov kimi cəsur oğullarımız da bu qəhrəmanların sırasındadır. Vüsalın döyüş salnaməsində əksini tapan qəhrəmanlıq nümunələri başlıca örnəklərdir...

Yəni, bu xalqın Vüsal kimi qəhrəman övladlarının sayəsində torpaqlarımız düşməndən geri alındı...

Etiraf edək ki, 27 sentyabra qədər Azərbaycan bəlkə də bir çox ölkələr üçün o qədər də əhəmiyyət kəsb etmirdi. Ancaq müzəffər Azərbaycan Ordusu erməni hərbi birləşmələrinə və onların havadarlarına döyüş meydanında elə qətiyyətli və tutarlı cavablar verdi, dünyaya elə bir mədəni döyüş taktikası sərgilədi ki, ən güclü ölkələr Azərbaycana məxsusi hörmət ifadə etdi və etməyə məcbur oldu.

Ən əsası da, dünya ölkələri anladı ki, Azərbaycan özü özünün ağasıdır...

Belə deyək, 27 sentyabr – 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu öz dəmir intizamı ilə bu fikrin reallığını bir daha təsdiq etdi.

Vüsal Tahirovun Vətən duyğusu, Vətən eşqi ən qaynar, ən təmiz duyğu, ən təmiz eşqdir. O, bu eşqlə sübut etdi ki, “bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir”...

Bu gün Vüsal Tahirovun qatı Vətən ovqatında, qaynar Vətən hissində təcəlla edən amirlik, şahanə duruş yetişən nəsilləri mübariz olmaq əzmi ilə doldurur. Bu kontekstdə xalqımızın 30 illik səbri, qəlblərdə düşmənə qaynayan nifrət hissi dəqiq xarakterizə edir. Burada Vüsalın özünün də səbr və təmkini örnək səciyyə kimi diqqətdən yayınmır...

Əlbəttə, biz Vüsal Tahirova həsr etdiyimiz bu kitabda mümkün qədər çalışdıq ki, qəhrəman döyüşçümüzün doğru-dürüst, gerçək obrazını yaradaq, heç bir (ifrat) təfərrüata varmayaq. Bunun üçün (də) onun Vətən naminə qazandığı uğurları, yüksək ad və mübarək məqamı ən vacib nüanslar kimi qabartdıq.

Əsas odur ki, Vüsal Mehdi oğlu Tahirov uca məqamı ilə hər kəsin qəlbində dərin izlər buraxıb, xoş xatirələr onu daim yaddaşlarda tutacaq...

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ