Rumıniyanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında "PROGRESS IV" adlı ticarət gəmisi yanıb. Məlumata görə, hadisə cümə axşamı Sfantu Gheorghe şəhərindən təxminən 32 km aralıda baş verib.
Rumıniya prezidenti Nikusor Dan bildirib ki, gəmi zədələnib və sonradan batıb: “Hazırda bunu kimin və nə üçün etdiyini bilmirik. İstintaq aparılacaq, ona görə də fərziyyə irəli sürməyə tələsmirik".
"Inform" portalı xəbər verir ki, 12 heyət üzvünün hamısı xilas edilib, bir dənizçi isə yaralanıb.
Tahir TAĞIYEV