Norveç kralı V Harald 89 yaşında Oslo xəstəxanasında vəfat edib. Bu barədə krallığın mətbuat xidməti məlumat yayıb.
89 yaşlı kral V Harald 17 avqustda infeksiya və hemolitik anemiyadan qaynaqlanan ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri xəstəxanada qalırdı. 27 avqustda kral ailəsi onun səhhətinin pisləşdiyini və "çox ciddi" kimi qiymətləndirildiyini açıqlamışdı.
Qlüksburq sülaləsinin üzvü olan kral 1991-ci ildən bəri hakimiyyətdədir. Onun yerinə 53 yaşlı oğlu Haakon keçəcək.
Tahir TAĞIYEV