İran ABŞ-a sərt təhdidlər irəli sürüb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton İrana qarşı hər hansı bir addım atarsa, ABŞ-ın hərbi və iqtisadi maraqlarına "tarixi zərbə" endiriləcək.
Rizayi ABŞ-a qarşı etimadsızlığını ifadə edərək, ABŞ-ın dəfələrlə diplomatiya və danışıqlara xəyanət etdiyini bildirib.
"ABŞ-ı xəbərdar edirik ki, əgər onlar İrana qarşı hər hansı bir qanunsuz hərəkətə başlasalar, biz onların hərbi və iqtisadi maraqlarına tarixə düşəcək zərbə vuracağıq" – deyə Rizayi bildirib .
İran rəsmisi vurğulayıb ki, Hörmüz boğazının yenidən açılması üçün ABŞ əvvəlcə İranın şərtlərini yerinə yetirmək üçün əməli addımlar atmalıdır. O, bildirib ki, vasitəçilərin xahişi ilə Hörmüz boğazının açılması üçün şərtlər siyahısı hazırlayıblar.
Tahir TAĞIYEV