Səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı mühüm fikirlər səsləndirib. Nazir qeyd edib ki, səhiyyənin inkişafının əsas şərti və aparıcı qüvvəsi onun yüksək hazırlıqlı kadr potensialıdır. "İxtisaslı həkimlərin və orta tibb işçilərinin hazırlığı səhiyyəmizin qarşısında ən ümdə vəzifə kimi dayanır. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün ölkəmizdə tibb təhsilinin keyfiyyətinə daim xüsusi diqqət ayrılır.
Səhiyyə sahəsində aparılan islahatlar, maddi-texniki bazanın möhkəmləndirilməsi, rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi kadr potensialının gücləndirilməsini tələb edir."
Mətləb