çərşənbə günü, 30 sentyabr 2026
     

Xas sözün adamı… - Hafiz Təmirov yazır...

Image


Polis polkovniki haqqında qeydlərim

Qarşımda üç qovluq yazı var. 2010-cu ildən, yəni Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə gəldiyim gündən bugünə kimi onları qoruyub-saxlamışam. Hamısında da qırmızı və göy rəngli qələmlərlə düzəliş olunub. Kiçik qeyd dəftərlərində isə qarışqa ayaqlarına oxşar qeydlərim yer alır. Hətta elə qeydlərim var ki, onları oxumaqda çətinlik çəkirəm, zarafat deyil, üstündən 15 il keçib.

Düzü, nə tanıyırdım, nə də ki, haqqında eşitmişdim. “Mübariz keşikdə” qəzeti ilə tanışlıqdan sonra bildim ki, o, DİN-in mətbu orqanının redaktorudur. Könlünü sözə verən, söz adlı işıqla gələcəyə doğru yön alan bir əməkdaş kimi adıçəkilən qəzetə “Basarkeçər-Basatın keçdiyi yer” adlı bir məqalə göndərdim. Məqaləm qəzetdə dərc olundu.

Beləcə, içimdəki yazmaq eşqimə söykənib 1988-ci ildən sonra tərk etməyə məcbur olduğumuz yurd yerləri ilə bağlı yazdığım publisistik məqalələrlə hər cümə axşamı oxucuların görüşünə gələn “Mübariz keşikdə”nin doğmasına çevrildim.

Yazılarım dərc olunduqca həm sevinirdim, həm də öyrənirdim. Sehirli bir əl fikirlərimə sığal çəkir, onu çoxminli auditoriyaya dilimizin qayda-qanunlarına uyğun, daha axıcı, daha gözəl şəkildə təqdim edirdi.

Necə deyərlər, “Mübariz keşikdə”nin ştatdankənar müxbiri idim. Yazılarıma görə qonorar da alırdım. Məni görəndə Polis Akademiyasındakı həmkarlarım zarafatla: “Səni bir gün “Mübariz keşikdə” bizdən oğurlayacaq”,-deyirdilər. Zənnlərində yanılmamışdılar…

“Oğurlandığım gün”dən artıq 15 il keçib. Bu yazını bir il öncə yazıb onun yubilieyinə hədiyyə də edə bilərdim. Ancaq özünün dediyi kimi, “Hər sözün, fikrin öz vaxtı, öz zamanı var”. Görünür, qismət bu günə imiş.

Bəzən deyirlər ki, yazmaq vərdişə çevriləndə diri sözü, duru sözü yazmağa adam ərinir. Nə özünü, nə də qələmi əziyyətə salmaq istəyir. Düzdür, qələm tutan əlimizdən indi klavyatura tutur, bizi çox çətinə düşməyə qoymur. Ancaq yenə də məsuliyyət öz yerində qalır.

Bu fikirləri yazdıqca gözlərimdə onun əksi canlanır və özümə də, yazıma da çəki, düzən verirəm…

Azərbaycanın Əməkdar jurnalisti, təqaüddə olan polis polkovniki Cavid Xaspoladov. Bu adı köhnələr daha yaxşı xatırlayar. “Dünyanın düz vaxtı”, sovetlər dağılmamışdan öncə qurub-yaratmaq eşqi ilə yaşayanlardan, pambıq tarlalarında, meyvəli bağlarda, əkin sahələrində əsl qəhrəmanlıq nümayiş etdirənlərdən yüzlərlə yazı yazıb. Azərbaycanı qarış-qarış gəzib, onun ən böyük sərvəti olan insanlarının gününü-güzəranını qələmə alıb. Gördüyü problemin üstünə gedib, jurnalist qələminin nişangahında həmişə yaxasını el dərdindən kənara çəkənlər olub. Nə söz götürüb, nə də ki, dediyi söz yerə düşüb. Sözü həmişə yerində işlədib, məqamında danışıb, məqamında yazıb.

1980-ci illərdən sonra qələmini süngüyə çevirib. Yanından, yörəsindən keçən güllələrdən qorxmayıb. Qarabağdan, yurdundan-yuvasından köçkün düşən soydaşlarımızın problemlərindən, yaşadıqları ağır şəraitdən bəhs edən yazılarından vicdanlı vətəndaş, peşəkar jurnalist boy verib. Bəlkə də çoxlarının müsahibə götürməyə ürək eləmədiyi siyasiləri sözün məngənəsində sıxmağı da bacarıb. Peşəsinin haqqını verib Cavid Xaspoladov.

Hər dəfə yazılarımı redaktə etdikdən sonra öz müəllimlərindən söhbət açar, Nəsir İmanquliyevi, Mircəlal Paşayevi, Tofiq Rüstəmovu, Nəriman Zeynalovu, Qulu Xəlilovu, Famil Mehdini, Şirməmməd Hüseynovu, Cahangir Məmmədlini, Nəsir Əhmədlini, Əliş Nəbilini, Firudun Ağayevi, Tariyel Əhmədovu hörmət və ehtiramla xatırlayardı. Onun dediklərinin, yazdıqlarının sübutu barəsində yazılan məqalələrdir, dostların xatirələridir. Mən inanıram ki, Cavid müəllim üçün hər qələm sahibinin deməyə sözü var. Necə ki, illər öncə təqaüddə olan polis polkovniki, Əməkdar jurnalist Sadiq Gözəlov ürəyindəkiləri onun 50 illik yubileyi ilə bağlı yazdığı “Ürəyimdə sözüm var” adlı məqalədə belə qələmə almışdı: “ Məndə bir fotoşəkil var. 1991-ci ildə Qazaxın Aşağı Əskipara kəndində çəkilib. Əlində silah, ətrafında “Xalq qəzeti”nin bölgə müxbiri Valeh Şıxlı və torpağımızı düşməndən qoruyan polis əməkdaşları. Onda Cavid cəbhə reportajları hazırlamaq üçün tez-tez Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Qazaxda, Ağstafada, Tovuzda olur, düşmənlə üzbəüz mövqelərə qədər gedib çıxırdı. Qazaxa da təsadüfən getməmişdi. Dediyinə görə, qəhrəman polislərimizlə şəkil çəkdirməyi tam təsadüfən olub”...

Məlumat üçün bildirim ki, Cavid Xaspoladovun ilk yazısı mətbuatda 1975-ci ildə işıq üzü görüb. Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, aspiranturada qiyabi təhsil almasına, çox erkən SSRİ Jurnalistlər İttifaqının üzvü olmasına rəğmən, düz 4 il müqavilə ilə, yəni yalnız qonorar hesabına çalışıb. Qayğıları, çətinlikləri boyunu ötüb və o, elmi işini yarımçıq qoymalı olub. Cavid Xaspoladov Bakını ovucunun içi kimi tanıyan barmaqla sayılacaq şəxslərdəndir. Bilirsiniz niyə? Çünki kirayələrdə çox yaşayıb…

“Xalq qəzeti”ndə, “Azərbaycan”da, “AzərTAc”da çox çətinin öhdəsindən gəlib, öz dəst-xətti ilə seçilib, parlament müxbiri, xüsusi müxbir kimi yüksək dövlət tədbirlərindən yazdıqları bu gün Azərbaycan mətbuat tarixinin ən dəyərli nümunələrindəndir.

Azərbaycanın Əməkdar jurnalisti, təqaüddə olan polis polkovniki Cavid Xaspoladov ötən il oktyabrın 5-də 65-i geridə qoyub, üzü 70-ə doğru gedir.

Şərait və imkan olsaydı, bu illər ərzində onunla olan hər söhbətimi lentə alardım. O, mənim müəllimim olub. Hərdən hal-əhval tutanda özünə deyirəm ki, mən sizin yanınızda 3-cü ali təhsil almışam.

Öyrətmək onun genetik yaddaşından irəli gəlir. Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Zui Mirzə Mahmud babası olub. (“Şairin maarif yanğısı” adlı məqaləmdə ondan bəhs etmişəm).

Hərdən zəngləşirik. İlk sözümüz sözdən, qəzetdən düşür. İllər öncə dediklərini bu gün də mənim üçün təkrarlayır: “Yazdığın, dediyin sözün, fikrin arxasında durub onu müdafiə edə bilməyəcəksənsə, nə dilinə gətir, nə də ki, qələmə əziyyət ver”...

Bu kiçik yazı Cavid müəllimə olan vəfa borcumdur. Onun ən böyük varı, dövləti, dünən də, bu gün də yazdıqları və bir də yetişdirdiyi, sözü, jurnalistikanı sevdirdiyi yetirmələridir.

İki qız övladının atası, iki gül nəvənin babası olan Cavid müəllimin jurnalistika və daxili işlər orqanlarındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

C. Xaspoladov hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində baş məsləhətçi, dövlət qulluğunun baş müşaviridir.

Hafiz Təmirov
polis polkovniki



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ