Cümə axşamı günü, 01 oktyabr 2026
     

Vahid Ömərlini tanımaq istəyənlərə kiçik bir konspekt

Image


Vahid Ömərli. Şəxsən tanımırdım onu. Məndən 7 il əvvəl bitirmişdi Kosalı Orta Məktəbini. Məktəbdə oxuyarkən ən çox sevdiyim müəllimlərimdən biri – Azərbaycan dili müəllimim İmdad Məmmədov mənim dilimizə, bədii ədəbiyyata, poeziyaya olan həvəsimi görür, "səndən yaxşı ədəbiyyatçı çıxar" deyə ədəbiyyatçı olmağımı istəyirdi. İmdad müəllimin dərslərində (elə dərsdən kənar vaxtlarda da) çox sevə-sevə məşğul olduğumuz işlərdən biri cümlə təhlil etmək idi. Bununla bağlı unudulmaz müəllimlərim İmdad Məmmədovdan və Qabil Əsədovdan (Qabil müəllim mənə dərs deməsə də cümlə təhlili ilə bağlı tez-tez ondan məsləhətlər alırdım) aldığım məsləhətlər, bu insanlarla cümlə təhlili prosesindəki "mübahisələrimiz" indi də məktəb illərinin ən xoş və unudulmaz anları kimi xatırimdədir. İmdad müəllimin dediyinə görə onun nə vaxtsa dərs dedikləri şagirdləri arasında ən yaxşı cümlə təhlil edənlərdən biri də mən olmuşam. İmdad müəllim bunu həmişə qeyd edirdi və məni daha da həvəsləndirmək üçün tez-tez məndən əvvəlki illərdə oxumuş və ondan dərs almış ən yaxşı cümlə təhlil edən 2-3 şagirdinin adını çəkirdi. Vahid Ömərlinin adını da ilk dəfə bu "ən yaxşı"ların sırasında eşitmişdim. Digər tərəfdən də, bir qədər sonralar bizim kənddən – Kosalıdan olan elmlər namizədləri sırasında da Vahid Ömərlinin adını eşidirdim. Tale elə gətirdi ki, bir ara Xəzər Universitetində birlikdə işləməli olduq. Xəzər universitetində çıxan "Xəzər-Xəbər" jurnalında, əvvəlcə korrektor, sonralar məsul katib işlədiyi təxminən 10 illik bir dövrdə daha yaxından tanıdım Vahidi. İşgüzarlığına, fəallığına söz ola bilməz, məsuliyyət onun varlığının ayrılmaz hissəsidir, kifayət qədər maraqlı həmsöhbət, yol yoldaşıdır Vahid. Bir fərqləndirici keyfiyyəti də var Vahidin. Azərbaycanın elm aləmində, təhsil sahəsində, özü də yalnız məşğul olduğu fəlsəfə sahəsində deyil, eləcə də digər sahələrdə olan alimləri, mütəxəssisləri eyni dərəcədə yaxşı tanıyır Vahid. Bu onun bir tərəfdən ünsiyyət qurma bacarığından, yaradıcı insanlarla çoxlu ünsiyyətdə olmasından irəli gəlirsə, digər tərəfdən də onun daimi elm aləminə yaxın olmaq istəyindən irəli gəlir. Amma bu keyfiyyətləri varlığının yalnız bir hissəsidir Vahid Ömərlinin. Vahid Ömərli hələ gənc yaşlarından anadan olduğu, boya-başa çatdığı Kosalı kəndinin, daha geniş anlamda Qarayazının tarixi ilə maraqlanmış və yəqin ki, yaradıcılığının əsas hissəsini məhz doğma yurdunun tarixinə həsr edəcəyinə öz vicdanı qarşısında and içmişdir. Yoxsa, onun bu qədər intuziazmla, bu qədər həvəslə, bu qədər enerji ilə və bu qədər inadkarlıqla bu məsələlərlə məşğul olmasını izah etmək bir qədər çətindir. Hələ ali məktəbi bitirərkən Qarayazının danışıq xüsusiyyətləri ilə bağlı mövzuda diplom işi müdafiə edən Vahid, sonralar ciddi bir tədqiqatçı kimi Qarayazını, ümumilikdə Borçalı mahalının azərbaycanlılar yaşayan bölgələrini addım-addım gəzdi, müəllimlərlə, el-obanın yaradıcı insanları ilə, ağsaqqallarla, ağbirçəklərlə görüşdü, onların hər sözünü-söhbətini qələmə aldı. Məhz Vahidin ciddi əməyinin nəticəsi olan 3 cildli "Qarayazı" kitabı kifayər edərdi ki, Vahid öz doğma kəndi, el-obası, Qarayazı qarşısında üzüağ, şax vüqarla gəzsin. Lakin bunun üçün yazmadı bu kitabı Vahid. Sadəcə olaraq varlığının əsas mənəvi borcu hesab edirdi o, bu işləri. Elə buna görədir ki, Qarayazı tarixinin bütöv bir dövrünü özündə əks etdirən bu kitabla da öz işini bitmiş hesab etmədi Vahid. Başqalarının yaratdıqlarını xalqa çatdırmaq da məncə Vahid üçün onun öz əsərləri qədər xoş bir işdir. "Aşıq Aslan Kosalının ozan dünyası" adlı kitabın işıq üzü görməsində də təşəbbüskar və işin əsas ağırlığını öz üzərinə götürən Vahid Ömərli oldu. Məndə olan məlumata görə hazırda Vahid Ömərli Borçalı mahalının ən ustad aşıqlarından olan Aşıq Alxan Qarayazılının şeirlərini kitab şəklində dərc etdirmək üzərində çalışır, eləcə də el-obamızın neçə başqa yaradıcı insanlarının, el şairlərinin fəaliyyəti ilə bağlı bəzi layihələr üzərində işləyir. Məncə doğma el-oba üçün ən qiymətli işlərdir Vahidin elədiyi və eləmək istədikləri. Vahid Ömərli Kosalıdan çıxmış elm adamları arasında Kosalıya ən tez-tez səfər edənlərdən biri və yəqin ki, birincisidir. Bu bir tərəfdən onun yaradıcılığının xüsusiyyətləri ilə bağlı olsa da, digər tərəfdən də bu torpağa, elə-obaya sıx bağlılığının, sevgisinin əlamətidir. Ömür adlı sarayın 70-ci pilləsini qalxır Vahid. İnanıram ki, usanmaz enerji və istəyi ilə hələ çox xeyirxah işlər görəcək, Qarayazı tarixinin hələ neçə açılmamış səhifələrini açacaq, el-obanın neçə-neçə "papaq altda yatan" yaradıcı insanlarını "kəşf edəcək", onların yazdıqlarını elimizə, obamıza, xalqımıza bəxş edəcək Vahid. Elə bu niyyətlə də dostum Vahid Ömərliyə möhkəm cansağlığı və uğurlar arzulayıram.

İsaxan İsaxanlı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ