Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qatır Məmmədin Goranboydakı heykəli sökülsün, ya qalsın...

Image


Tariximizdə elə adamlar var ki, bolşevik Rusiyası onları 70 ildən çox bizə “qəhrəmanımız” kimi tanıdıb, onlara Azərbaycanın müxtəlif yerlərində heykəllər, abidələr qoyub. Gizli deyil ki, camaat da onları "xilasar” kimi əzizləyib.

Amma zaman keçdikcə bolşeviklərin bizə “qəhrəman” kimi tanıtdığı şəxslərin xeyli bir hissəsinin Azərbaycan Xalq Cumhuriyyətinin əleyhdarı olduğu, demokratik cumhuriyyətə qarşı vuruşduğu üzə çıxır. Özü də belələrinin çoxunun yan-yörəsində erməni quldurları da olub ki, onlar fürsətdən istifadə edib xalqımıza divan tutublar. Təbii ki, o cür adamlara cəmiyyətimizdə münasibət birmənalı deyil, onların fəaliyyəti əsasən tənqid obyektinə çevrilir. Hazırda belələrinin büstlərinin, abidələrinin sökülməsi, adlarının küçələrdən, meydanlardan götürülməsi zərurətə çevrilib.

Bu gün sosial şəbəkələrdə bəzi istifadəçilər hesab edirlər ki,  “Gəncəbasarlı qiyamçı” Məmməd Əli oğlu Məmmədovun, başqa adla desək, el arasında qatır Məmməd kimi tanınan  bolşevik inqilabçının Goranboy şəhərində abidəsinin  sökülməlidir. Əsaslandırırlar ki, Qatır Məmməd Azərbaycan Xalq Cumhuriyyətinin ən qatı düşmənlərindən biri olub.

Həmkarımız Nardar Bayramlı Qatır Məmmədin abidəsinin fotosunu paylaşaraq Feysbuk hesabında yazır: “Qatır Məmmədin Goranboy şəhərində abidəsi. Sovet dövründə bu adam inqilabçı kimi təqdim olunurdu. Əslində, Qatır Məmməd Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizə aparmış cinayətkardır. Onun terror əməlləri haqqında da kifayət qədər faktlar var. Hansı səbəbdən bu terrorçunun abidəsi hələ də saxlanılır?”.

Digəriləri də bu qənaəti bölüşür. Qatır Məmməd haqda məlumatlara göz gəzdirərkən onun Azərbaycan Xalq Cumhuriyyətinin qəti əleyhdarı olduğunu bir daha görmüş oluruq.  Bolşevizm dövründə “Qatır Məmməd” bədii filmi də çəkilib, bizim kanallar da dövlət müstəqilliyimizin əleyhinə olan bu filmi böyük “zövqlə” göstərirlər. Qatır Məmməd barədə   Cumhuriyyəti dövrünün araşdırmaçısı Ədalət Tahirzadənin mətbuatda gedən fikirlərinə diqqət yetirək: “...Kimlərsə bu gün yenə Qatır Məmməddən "xalq qəhrəmanı" düzəltmək istəyir! Şaumyanla birləşərək Cümhuriyyətimizə qarşı üsyan etmiş, erməniləri başına toplayaraq bir çox bəylərimizin qanını axıtmış, nəslini kəsmiş, var-dövlətini tar-mar etmiş bu Vətən və millət xaininə tariximizdə yer yoxdur!!!

Buyurun, onun başına topladığı quldur dəstəsindəki ermənilərlə tanış olun! Adlarını sıra ilə qeyd edirəm: Martiros Aruşanov, Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç Qriqoryan, Santri Badalyan, Nazar Veliyan... Bunlar da Qatır Məmmədin quldur dəstəsindəki adı müsəlman, özü ermənidən daha qəddar olan başkəsənlərdir. Bunların hər birinə Cümhuriyyət hökuməti Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə 30 il iş vermişdi. Adlarını sıra ilə yazıram: Dəli Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov, Tapdıq Nəbiyev..."

Bəzi tarixçilərin “1918-1919-cu illərdə Yelizavetpol quberniyasında kəndli qiyamının lideri” kimi qələmə verdiyi Qatır Məmməd 1887-ci ildə Goranboyda doğulub. “Adam öldürdüyü üçün sürgün olunmuş, ancaq qaçaraq bolşeviklər ilə dostlaşmışdır. Yenidən həbs olunaraq sürgün olunmuş, 1917-ci il Rusiya inqilabından sonra geri dönmüş və öz dəstəsi ilə ADR müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Hərbi nazir Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirmiş, bölgədə varlıların malikənələrini viran qoyub, dəmiryol hərəkətini pozmuşdur. Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır. Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən öldürülmüşdür. Sovet Azərbaycanı zamanı Azərbaycan Qatır Məmməd xalq qəhrəmanı elan edilmiş, heykəlləri qoyulub, adına küçələr salınmışdır. Haqqında film çəkilmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra Gəncədəki heykəli  götürülmüşdür”. Bu, onun bioqrafiyasından götürülən məlumatdır.

Qatır Məmmədin Goranboy şəhərindəki abidəsi götürülməlidir, yoxsa yox?

  • “Cumhuriyyət dümənlərinin hər yerdən abidələri sökülməlidir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə “Əlbəttə, Azərbaycan Xalq Cumhuriyyəti dövründə ona qarşı silahlı mübarizə aparanlara, müqavimət göstərənlərə istər azərbaycanlı, istərsə də qeyri-azərbaycanlı olsun, münasibət birmənalı deyil. Əgər məsələyə hərtərəfli yanaşsaq və Cumhuriyyətin varisiyiksə ona qarşı mübarizə aparanlara da münasibət dəyişilməlidir. Sovet dövründə Cumhuriyyətə qarşı silahlı qiyam qaldıranlar Qatır Məmməd və başqalarını müsbət dəyərləndirirdilər. Ancaq ruslarla, ermənilərlə birləşib Cumhuriyyətə qarşı mübarizə aparanlar heç də bizim müstəqilliyimizin tərəfdarı olmayıblar. Çünki Azərbaycan Cumhuriyyəti milli, müstəqil, azad bir dövlət idi. Ancaq Azərbaycan SSR-in ilk dövrlərində respublikamız sözdə müstəqil olsa da, sonradan ZSFSR adı altında SSRİ-yə birləşdirildi. 1937-ci ildə isə müstəqil Azərbaycan SSR yenə də SSRİ-nin tərkibində qaldı. Ancaq Azərbaycan Cumhuriyyəti müstəqil dövlət idi. Bu anlamda Qatır Məmməd və digərilərinin Cumhuriyyətə qarşı əldə silah mübarizə aparması qəbuledilməzdir. Eləcə də Əliheydər Qarayev, Ruhulla Axundov, Səməd Ağamalıoğlu, Dadaş Bünyadzadə, Həmid Sultanov, Ayna Sultanova, Qəzənfər Musabəyov, Məşədi Əzizbəyov və başqaları da Cumhuriyyətə qarşı mübarizə aparıb. Son 32 il ərzində Məşədi Əzizbəyovun, Qəzənfər Musabəyovun və başqalarının heykəlləri götürüldü, amma müəyyən şəxslər var ki, onların abidələri hələ də qalıb. Bəzi bölgələrdə o abidələr sökülməyib. Bu məsələdə dəqiqlik olmalıdır. Qatır Məmmədin abidəsinə bizim ehtiyacımız yoxdur”-deyə bildirdi. F.Ələkbərli qeyd etdi ki, Cumhuriyyət əleyhinə döyüşənlərin abidələri götürülməlidir, çünki onlar milli müstəqil Azərbaycana qarşı vuruşublar. F.Ələkbərli dedi ki, Azərbaycan Xalq Cumhuriyyətinin düşməni olan şəxslərin abidələri bir yerə toplanmalı və onların heykəlləri ayrıca saxlanılmalı, xüsisi lövhələrə onların kim olduğu yazılmalı, əməlləri haqda məlumatlar qeyd olunmalıdır.  “Ancaq sovet dövründə elə şəxsiyyətlər olub ki, onların abidəsi qalmalıdır. Məsələn, Nəriman Nərimanov kimi. Onun abidəsinin saxlanılması hardasa qəbulediləndir. Ancaq Qatır Məmməd kimilərinin abidəsinin qalması qəbuledilməzdir. Mən sovet dövründə yaşamış bütün şəxslərin abidələrinin ucdantutma götürülməsinin tərəfdarı deyiləm. Ancaq Cumhuriyyətə qarşı mübarizə aparanların və bir çox məsələlərdə ifrata varanların abidəsinin olması doğru deyil. Biz onların yerinə məhz cumhuriyyətin şəhidlərinə abidələr ucaltmalıyıq.  Bəli, Cumhuriyyət uğrunda mübarizə aparanlara da abidələr qoymalıyıq...Nəsib bəy Yusifbəyliyə, Fətəli xan Xoyluya, Xosrov bəy Sultanova, Məhəmməd Əmin Rəsulzadəyə, Ümmugülsümə, Əhməd Cavada, Seyid Hüseynə, Almas İldırıma və başqalaraına abidələr qoyulması vacibdir.

Amma Cumhuriyyət dümənlərinin hər yerdən abidələri sökülməlidir”- deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ