çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA-nın Arxeologiya institutunda Cənubi Azərbaycan şöbəsi...(?)

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarında Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və soydaşlarımızın yaşadığı tarixi torpaqlarımız  barədə ayrıca şöbələrin olması arzuediləndir.

Məsələn, Cənubi Azərbaycanı öyrənən xüsusi şöbə olmalıdır ki, biz tarixi ərazimiz haqda daha geniş məlumata malik olaq. Əlbəttə, Cənubi Azərbaycan tarixi torpaqlarımızın bir hissəsidir, orada soydaşlarımız yaşayır,  bu ərazi dərindən öyrənilməlidir. 

AMEA-nın Ədəbiyyat, Folklor, Tarix İnstitutlarında ayrıca Cənubi Azərbaycan şöbələri olsa da, əldə etdiyimiz məlumata görə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda belə bir şöbə yoxdur. Daha doğrusu, keçən sayımızda Cənubi Azərbaycandakı abidələrlə bağlı araşdırma aparırdıq və barədə rəy öyrənmək üçün sözügedən elmi-tədqiqat institutunun bir neçə  əməkdaşı ilə əlaqə saxladıqda onlar dedilər ki, burada Cənubi Azərbaycanı öyrənən şöbə, tədqiqatçılar yoxdur. Bu səbəbdən də öyrənmək istədik ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda hansı səbəbdən Cənubi Azərbaycanla bağlı şöbə yoxdur?  

Əksər mütəxəssislərin sözlərinə görə, Arxeologiya İnstitutunda belə bir şöbənin açılması mütləqdir. Bu şöbənin əməkdaşları Cənubi Azərbaycan etnoqrafiyası və arxeologiyası, oradakı abidələrlə bağlı ciddi araşdırmalar aparmalıdırlar. Mütəxəssislər deyir ki, Şimali Azərbaycanda Cənubi Azərbaycan abidələri elə də dərindən öyrənilməyib. Əlbəttə, məlum səbəblərdən, Azərbaycan arxeoloqları gedib öz başına Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar apara bilməz. Bu təbiidir. Amma bu heç də onların Cənubi Azərbaycan abidələrini öyrənməsinə mane ola bilməz. Abidələri öyrənmək üçün ən müxtəlif vasitələr və variantlar var. Çox istərdik ki, institutun əməkdaşları Cənubi Azərbaycan abidələrini yaxşı öyrənsinlər. Çünki molla rejimi o abidələrin çoxunu məhv edib, bəzilərini ağır şəkildə zədələyib, müəyyən bir hissəsini yer üzündən silməyi planlaşdırır. Bu abidələr öyrənilmədiyindən sabah biz molla rejiminin məhv etdiyi abidələrin siyahısını üzə çıxara bilməyəcəyik. Bu  gün soydaşlarımız haray salırlar ki, abidələrimiz məhv edilir, yer üzündən silinir və sair.

Görək, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitundan məsələyə necə yanaşırlar?

  • İnstitut:“Bizim institutda Cənubi Azərbaycan arxeologiyasını öyrənən şöbə...”

Arxeologiya İnstitutundan bildirdilər ki, institutda Cənubi Azərbaycanın etnoqrafiyası öyrənilir. Əməkdaşlar onu da dedilər ki, lakin oranın arxeologiyası və antropologiyası artıq qazıntılar zamanı öyrənilə bilər, bu təqdirdə onun öyrənilməsi praktik olaraq mümkündür.

İnstitutun mətbuat xidmətindən isə “Bakı-Xəbər”ə bildirdilər ki, bu elmi-tədqiqat institutunda Cənubi Azərbaycanın arxeologiyasını, abidələrini öyrənən şöbənin yaradılması praktik cəhətdən mümkün deyil. “Bizim institutda Cənubi Azərbaycan arxeologiyasını öyrənən şöbə niyə yoxdur? Çünki burada  Cənubi Azərbaycan arxeologiyası şöbəsi olması üçün biz gərək gedib o ərazidə arxeoloji tədqiqatlar, qazıntılar, araşdırmalar aparaq. Ora tamam ayrı dövlətdir. Buradan kim gedib orada tədqiqat apara bilər? Kim bizə izacə verir ki, gedib orada arxeoloji qazıntılar aparaq? Bu heç cür mümkün deyil. Bu səbəbdən də bizdə Cənubi Azərbaycanla bağlı şöbə yoxdur. Folkloru, ədəbiyyatı öyrənmək fərqli bir məsələdir, bunu kitabdan, arxivdən və sair araşdırma aparıb  öyrənmək mümkündür. Amma arxeoloji qazıntılar aparmaq üçün biz əraziyə getməliyik və orada tədqiqatlar aparmalıyıq. Ona görə də bu mümkün olan məsələ deyil”-deyə mətbuat xidmətindən bildirildi.

  • Bünyamin Qəmbərli: “Azərbaycan tarixini öyrənməyin əsas sorunlarından biri Azərbaycanın Güneyində arxeoloji qazıntıların aparılmamasıdır”

Məsələyə ekspert yanaşması da maraqlı olar deyə müstəqil siyasətçi, eyni zamanda da etnoqraf mütəxəssis Bünyamin Qəmbərli ilə əlaqə saxladıq. B.Qəmbərlinin məsələyə yanaşması bir qədər fərqlidir. O hesab edir ki, Azərbaycanın hər tarixi ərazisi ilə bağlı elmi-tədqiqat institutlarında ayrıca şöbələrin yaradılması bizim bütövləşməyimizə, tariximizi kompleks öyrənməyimizə mane olur. “Düşünürəm ki, istər Tarix, istər Folklor, istər Ədəbiyyat İnstitutlarında Cənubi Azərbaycan şöbəsinin olmasının özü yanlışdır. Azərbaycan bir bütövdür. Azərbaycanın hansısa parçalarının müxtəlif dövlətlərin işğalında olması onların hər biri üçün ayrıca şöbələr yaradılmalı olması anlamına gəlmir. O zaman sual oluna bilər: nədən Dərbənd, Borçalı, Kərkük şöbəsi yoxdur? Bu baxımdan düşünürəm ki, bu şöbələrin olmasının özü yanlışdır. Azərbaycanın tarixi də, arxeologiyası da, etnoqrafiyası da heç bir yerə bölünmədən bütöv araşdırılmalıdır. Qüzey Azərbaycanla Güney Azərbaycanın tarixi ayrı yazılmamalıdır. Azərbaycan dövləti birdir. Səfəvilər, Əfşarlar, Qacarlar, onlardan əvvəl Ağqoyunlular, Qaraqoyunlular dövründə ayrı-ayrı bölgələrdə gedən proseslər tamamilə araşdırılmalıdır. Eləcə də folklorunuz və etnoqrafiyamız. Ərdəbil, Borçalı və sair folkloru Azərbaycan folklorunun tərkib hissəsi olaraq araşdırılmalıdır. Ədəbiyyat da həmçinin. Bizim elə şairlərimiz olub ki, onlar həm Güneydə, həm də Qüzeydə yaşayıblar. Biz bunları necə öyrənəcəyik, Güneyli, yoxsa Qüzeyli kimi? Bu səbəbdən də buna bütöv yanaşılmalıdır. Konkret olaraq Arxeologiya və Etnoqrafiya İnstitutuna gəlincə, təbii, Azərbaycanın arxeologiyası və etnoqrafiyası çox ciddi şəkildə dərindən öyrənilməlidir. Rəhmətlik Əbülfəz Elçibəy də vurğulayırdı ki, Azərbaycan tarixini öyrənməyin əsas sorunlarından biri Azərbaycanın Güneyində arxeoloji qazıntıların aparılmamasıdır. Çünki Azərbaycanın Güneyi dünya mədəniyyətinin beşiklərindən biridir. Əgər Azərbaycanən Güneyində arxeoloji qazıntılar, ciddi etnoqrafik tədqiqatlar aparılarsa o zaman Azərbaycan tarixində daha ciddi şəkildə yeniliklər üzə çıxacaq”.

B.Qəmbərli deyir ki, bu istiqamətdə araşdırmalar aparılsa, bu coğrafiyadakı insanların həyatı-məişəti, məskunlaşması ilə bağlı çox ciddi faktlar əldə oluna bilər...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ