ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiya enerji hədəflərinə zərbə endirməmək barədə razılığa gəldiyini açıqlayıb. O iddia edib ki. qlobal dizel qiymətlərinin artmasının əsas səbəbi İran deyil, Rusiya-Ukrayna müharibəsidir.
"Ukrayna Rusiyanın enerji hədəflərinə zərbə endirməməyə razılıq verib. Rusiya da eyni şeyi etməyə razılıq verib. Dünya miqyasında dizel yanacağının qiymətinin artmasının əsas səbəbi İran deyil, əsasən Rusiya-Ukrayna müharibəsidir" – deyə Tramp sosial media hesabında bildirib.
ABŞ-da dizel yanacağının orta qiyməti ötən həftə ilk dəfə olaraq qallon üçün 6 dollardan yuxarı qalxıb. Buna səbəb təchizat çatışmazlığı olub.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına görə, ABŞ-da dizel yanacağının orta qiyməti bu gün rekord həddə çatıb - qallon üçün 6,23 dollar.
Tahir TAĞIYEV