Cümə günü, 06 noyabr 2026
     

Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

Image


Sahil Kərimli: “Bu səfər eyni zamanda beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul etdiyini göstərir”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura müntəzəm səfərləri təşkil edilir. Sonuncu səfər sentyabrın 11-12-də baş tutub və bu sayca 22-ci səfər olub.

Ekspertlər hesab edir ki, bu sadəcə protokol xarakterli tədbirlər olmayıb, pərdəarxası çox mühüm regional və qlobal reallıqları üzə çıxarır. Xarici diplomatların, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin bu səfərlərinin sonradan aydınlaşan və siyasi-diplomatik müstəvidə görünməyən əsas tərəfləri var.

58 ölkə və 9 beynəlxalq təşkilatdan olan 150 nəfərlik heyətin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər kimi ərazilərə rəsmi Bakının xətti ilə səfər etməsi, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə və yerindəcə qəbul etməsinin əyani göstəricisidir.

Diplomatların Qarabağ Universitetində, Xankəndi Dəmir Yolu Kompleksində olması bu ərazilərin Azərbaycanın daxili idarəçilik sisteminə tam inteqrasiya edildiyini dünyaya nümayiş etdirir.

Səfərlər çərçivəsində diplomatlar Ağdərədəki Gəncəsər və Kəlbəcərdəki Xudavəng monastır komplekslərini ziyarət edirlər.

Diplomatik korpusa bu qədim xristian abidələrinin əsl tarixi-memarlıq xüsusiyyətləri, eləcə də işğal dövründə ermənilər tərəfindən məruz qaldığı müdaxilə, dəyişdirilmə və saxtalaşdırma faktları ilkin sənədlər və vizual sübutlarla göstərilir. Bu, xarici ölkələrin erməni təbliğatına olan inamını kökündən sarsıdır. Səfərlər diplomatlara Azərbaycanın üzləşdiyi kütləvi mina təhdidinin miqyasını göstərməklə yanaşı, Ermənistanın destruktiv siyasətini beynəlxalq hesabatlara daxil etmək üçün zəmin yaradır.

Xarici dövlət təmsilçilərinin ailələri və ya geniş heyətlərlə bu ərazilərdə rahat şəkildə hərəkət etməsi regionun artıq bir münaqişə zonası deyil, dinc və təhlükəsiz yaşayış məkanı olduğunu sübut edir.

Füzuli Beynəlxalq Hava Limanından başlayan səfərlər xarici dövlətlərə regionun beynəlxalq nəqliyyat-logistika qovşağına çevrildiyini bəyan edir.

Kəlbəcərdəki "İstisu" mineral su zavodunun fəaliyyəti, Bal festivalları və bərpa olunan enerji layihələri ilə tanışlıq xarici diplomatların timsalında böyük qlobal şirkətlərin Qarabağa investisiya yatırmaq marağını stimullaşdırır.

Bu səfərlərin sonradan açılan ən böyük tərəfi ondan ibarətdir ki, Azərbaycan Ermənistanın və onun xaricdəki havadarlarının apardığı "etnik təmizləmə" və "mədəni soyqırım" miflərini diplomatların öz gözləri qarşısında darmadağın edir. Yerində görülən tikinti-quruculuq işləri, tarixi abidələrin restavrasiyası və mülki həyatın bərpası Azərbaycanın bölgəyə sülh, sabitlik və inkişaf gətirən tərəf olduğunu beynəlxalq siyasi elitaya birdəfəlik diktə edir.

Qeyd edək ki, iki günlük səfər Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə gerçəkləşib.

Diplomatik korpus nümayəndələrinin azad Qarabağa səfərlırinin əhəmiyyəti nədir?

Politoloq Sahil Kərimli baki-xeber.com-a bildirdi ki, diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə-Qarabağa və Şərqi Zənəzura səfərləri çox böyük əhəmiyyətə malikdir. “Ərazilərimiz işğaldan yeni azad olunan dövrdə də diplomatik korpus nümayəndələrinin azad olmuş ərazilərə bir neçə səfəri təşkil oldundu. Əgər Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə ilk səfərləri daha çox erməni vəhşiliyinin, vandalizminin, Azərbaycan ərazilərinin dağıdılmasının, kütləvi şəkildə məhv edilməsinin, daşın daş üstə qoyulmamasının göstərilməsi kimi xarakterizə olunurdusa, amma son səfərlərin mahiyyəti fərqlidir. Son dövrlərdə Azərbaycan dövlətinin həyata keçirdiyi sıfırdan quruculuq-bərpa işləri, meqa layihələr, nəhəng infrastruktur, sosial obyektlərin inşaası, abadılıq işlərinin görülməsi ilə yanaşı azad olunmuş ərazilərə Böyük Qaydış prosesinin başlanması və uğurla davam etdirilməsi kimi məsələlər var. Artıq Azərbaycan dövlətinin keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qaytarması, onların orada necə həvəslə, sevgi ilə məskunlaşması əlbəttə, diplomatik korpus nümayəndələrinin bu səfəri zamanı bir daha müşahidə olundu. Eyni zamanda azad olunmuş ərazilərdə fəaliyyət göstərən infrastruktur obyektləri, müasir sosial obyektlərin tikilməsi, yeni iş yerlərinin açılması, müəssisələrin, istehsalat sahələrinin fəaliyyətə başlaması və bu gün öz işini uğurla davam etdirməsi də xarici diplomatların gözləri ilə gördükləri bir mənzərə oldu. Hesab edirəm ki, diplomatların bu səfəri bütün istiqamətlərdə böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun bərpa ediliməsi ilə bağlı öz iqtisadi imkanları ilə həyata keçirdiyi işlər bir daha diplomatik korpus nümayəndələrinə göstərildi”.

S.Kərimli vurğuladı ki, diplomatlar həmçinin Qarabağın və Şərqi Zəngəzurun füsunkar təbiətini bir daha gördülər, bu bölgələrimizin tamamilə yenidən qurulduğunun, simasının necə dəyişdiyinin şahidi oldular. “Bu səfər eyni zamanda beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul etdiyini göstərir.

Bu cür səfərlər gələcəkdə də davam etdirələcək. Çünki azad olunan ərazilərdə işlər daha da irəliyə aparılır, günü gündən azad ərazilərə yeni sima verilir. Gələcəkdə də bu cür səfərlərin təşkili Azərbaycanla bağlı həmin ölkələrdə müsbət təəssüratların yaradılması, ölkəmizin o bölgələrdə həyata keçirdiyi sosial siyasətin təbliğatı baxımından da çox böyük önəm daşıyır”-deyə S.Kərimli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ