Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan edilib.
Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinirlər.
Qeyd edək ki, “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov son günlərdə “TikTok” platformasında keçirdiyi canlı yayımlarla gündəmə gəlib. Bir müddət əvvəl onun Qəbələdə hücuma məruz qaldığı barədə məlumat yayılmışdı.