Müəllimlik ixtisaslarına qəbul azalıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu il müəllimlik ixtisaslarına 7540 nəfər qəbul olunub: “Biz düşünürük ki, müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik. Müəyyən sayda azalmalar olacaq. Əvvəllər 11 mindən yuxarı rəqəmdən danışırdıq. Amma indi 3690 nəfərlik plan yeri azalıb. Aşağı balla müəllimlik ixtisaslarına qəbul olan tələbələr müəllimlərin işə qəbulu müsabiqəsində (MİQ – red.) yaxşı bal toplaya bilmirlər”.
Emin Əmrullayev qeyd edib ki, ümumilikdə bu il 76 mindən çox şəxs ali məktəblərə qəbul olub. Nazirin sözlərinə görə, magistratura səviyyəsinə isə 18 min 384 yer təqdim olunub.
ZÜMRÜD