çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qəmər Cavadlının "məktəbdə din dərsi" təklifi süngülənir - "bura İrandır?"...

Image


“Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu mütləqdir və bu, dini maarifləndirmədir. Bununla da cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür. İkincisi, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyllərə yol açmaqdadır. Korrupsiya, yerlibazlıq kimi hallar cəmiyyətin beyninə nüfuz edir. Üçüncüsü isə psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Mən xahiş edirəm, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşsin, müzakirə və təkliflərə açıq olsun". Bunu QMİ sədrinin müavini Qəmər Cavadlı deyib.

Sədr müavini insanlar arasında etiqad hissinin yaranması üçün Allah xofunun olmasının vacibliyini vurğulayıb: "Ümumiyyətlə, Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz. Filan qız məni atdı, vəssalam, gedib intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür".

QMİ sədrinin müavininin sözlərindən belə çıxır ki, baş verən bu kimi problemlər dinin məktəblərdə ayrıca fənn kimi tədris edilməməsindən irəli gəlir, giya din tədris olunsaydı nə intiharlar olardı, nə da başqa problemlər.

Ekspertlərin fikrincə, bu fikir əsassızdır və dinin ayrıca fənn kimi keçilməsi ziyanlıdır. Ekspertlər hesab edir ki, din adı altında İranda baş verənlər göz qabağındadır və dinin tədrisinin fəsadları ortadadır. Azərbaycan məktəblərində tarix, həyat bilgisi kimi fənlərin içində dinlə bağlı da geniş məlumat verilir.

  • Vüsalə Ağabəyli: “Məktəblərdə dinin tədrisini təklif edən şəxsləri dəvət etmək lazımdır ki...”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli hesab edir ki, dinin ayrıca bir fənn kimi tədrisi ziyanlıdır. “Məktəblərdə dinin tədrisini təklif edən şəxsləri dəvət etmək lazımdır ki, ilkin növbədə, konstitusiyamızla tanış olsunlar, dövlətin mahiyyətini öz maraqlarına qatmasınlar. Azərbaycan multikulturalizmi dəstəkləyən tolerant ölkədir, din dövlətdən ayrıdır. Onsuz da ölkəmizdə bir sıra qatı təriqətlə məşğul olanların sayı-hesabı günbəgün artır. Onların vurduğu zərbə də az deyil, hələ fəsadları bəlkə də sonralar üzə çıxacaq. Biz elmin inkişafı ilə məşğul olmalıyıq, təhsilimizin təkmilləşdirilməsinə fikir yönəltməliyik, dini inanclarla, irqi mənsubiyyətlərlə fikir ayrılığı yaratmamalıyıq. Din pərdəsi altında müxtəlif kodekslərlə elmdən kənar çıxış edənlərin əksəriyyəti mövhumatçı dini dəyərləri ilə, şəriət və mollalıq nöqteyi-nəzərləri ilə,  xüsusilə də gənclərin beynini korlayıb, onların inkişafına mane olmamalıdır.

Qəribədir ki, XIX əsrdə M.F.Axundzadənin, Vazehin mübarizə apardığı mövzularla biz yenidən XXI əsrdə mübarizə aparmalı olmuşuq”. 

  • Məhərrəm Zülfüqarlı: “Azərbaycan orta məktəblərində dinin ayrıca bir fənn kimi tədrisi qətiyyən məqbul deyil”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı da hesab edir ki, dinin ayrıca tədrisi ziyanlı tendensiya olardı. “Azərbaycan konstitutsiyasında yazılır ki, din dövlətdən ayrıdır. Azərbaycan XXI əsrdə sivil bir dövlət kimi konstitutsiya ilə insanların dini etiqad azadlığını müdafiə edir. Hər bir vətəndaş istədiyi dinə inana da bilər, inanmaya da. Qaldı orta məktəblərdə dinin ayrıca fənn kimi tədrisinin təklif edilməsinə, bu, din xadimi tərəfindən səsləndirilir. Bu onun subyektiv fikridir. Amma Azərbaycan orta məktəblərində dinin ayrıca bir fənn kimi tədrisi qətiyyən məqbul deyil. Azərbaycan tarixi tədris olunur və həmin fəndə islam, xristianlıq, yəhudilik dini barədə də yeri gəldikcə məlumat verilir. Sadəcə olaraq, bu təklifə uyğun olaraq təklif verərdim ki, məktəblərdə Azərbaycan tarixi fənninin saatı artırılsın. Bildiyimiz kimi, ildən-ilə tarix dərslərinin saatı azaldılır. Bu xoşagələn hal deyil. Tarix fənni ilə milli tariximizi təbliğ etməklə dini dəyərlərimizi də təbliğ edə bilərik...”

M.Zülfüqarlının sözlərinə görə, Azərbaycan əhalisinin 90 faizi Azərbaycan türklərindən ibarətdir, 10 faizini isə milli azlıqlar təşkil edir. Azərbaycan əhalisinin içində islam dininə də, xristianlığa da, yəhudilik dininə də sitayiş edənlərin olduğunu deyən M.Zülfüqarlı vurğuladı ki, tolerant, multikultural bir mühitdə orta məktəblərdə islam dininin tədris olunması ayrıseçkilik siyasətinə gətirib çıxara bilər. Vəziyyətdən çıxmaq, dinin mahiyyətini, qayəsini şagirdlərə, tələbələrə izah etmək üçün Azərbaycan tarixi fənninin saatını artırmaq lazımdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ