Cümə günü, 02 oktyabr 2026
     

Onlar elm və ədəbiyyat tariximizin böyük simaları idi...

Image


Azərbaycan dövlətinin ədəbiyyata, şair və yazıçılara, ədəbiyyatşünaslara göstərdiyi qayğı misilsizdir. Bilirik ki, Azərbaycan ədəbiyyatına dövlət dəstəyi özünü müxtəlif formalarda göstərir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yazıçı və şairlərə diqqətin də miqyası genişləndi. Artıq uzun illərdir yazıçı və şairlərin xeyli hissəsi Prezident təqaüdü alır, mənzillə təmin olunur. Bu da artıq bir ənənə halına çevrilib ki, şairlərin, yazıçı və ədəbiyyatşünasların vəfatından sonra xatirələri əziz tutulur.
Onların yubileyləri qeyd edilir, xatirələri əbədiləşdirilir. Məlum olduğu kimi, bunun əsası Heydər Əliyev tərəfindən qoyulub, o, qələm adamlarının qədrini bilir, onlara qayğı göstərməyi bacarırdı. Keçən yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun yolunu davam etdirir, ədəbiyyata və onu yaradanlara sonsuz qayğı bəsləyir.
Son iki ildə dövlət səviyyəsində yubileyi keçirilən şair-yazıçı və ədəbiyyatşünaslar olub. 2013-2014-cü illərdə bir neçə qələm adamının yubileyi ölkə başçısının sərəncamları ilə keçirilib.
Böyük Azərbaycan şairi, yüzlərlə mahnı mətninin, bir neçə dram əsərinin müəllifi İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının verdiyi sərəncam doğrudan da diqqətəlayiq olub. Ədəbiyyata, sözə, söz adamlarına daim dayaq olan İlham Əliyevin İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı həm şairin ailəsi, həm də ədəbiyyat adamlarının ürəyincə oldu. Sərəncamda deyilir ki, 2013-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və dramaturq İslam Əhməd oğlu Səfərlinin 90 illiyi tamam olub: "İslam Səfərli bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmış, vətən təbiətinin gözəlliklərini və insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şeiriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirmişdir".
Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair və dramaturq İslam Səfərlinin 90 illik yubileyi ölkəmizdə çox yüksək səviyyədə qeyd edildi.
2014-cü il 12 fevral tarixində verilən Prezident Sərəncamı isə Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilib ki, Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur: "Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ictimai fikrin, elmin və mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bu sərəncamın da əhəmiyyəti böyükdür.
Ədəbi-bədii düşüncəmizin beşiyi başında duran Abbasqulu ağa Bakıxanov dühası milli mədəniyyətimizi, milli tarixşünaslığımızı, milli ədəbiyyatımızı yaradanlar sırasındadır.
Akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
da yaddaqalan olub. Ölkə başçısının 15 aprel 2014-cü il tarixli Sərəncamı ilə akademik Məmməd Arifin 110 illik yubileyi keçirilib. Görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arifin-Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin anadan olmasının 110 illiyi ölkədə qeyd edildi.
Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynayıb. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməyib.
İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da çox dəyərlidir. Prezident İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycanın xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi qeyd edildi. Sərəncamda qeyd edilirdi ki, İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr verib. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərib. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus yer tutur.
Onu da bildirək ki, keçən ilin may ayının 19-da Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə, qurumun mənzil-iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri - yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirildi. İlyas Əfəndiyevin 100 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi birmənalı olaraq Azərbaycan dövlətinin İlyas Əfəndiyev irsinə bəslədiyi qayğının nəticəsi ilə bağlı olub. UNESCO-da düzənlənən tədbirdə İlyas Əfəndiyevin həyat və yaradıcılığı ilə bağlı sənədli film nümayiş etdirilib. Filmdə yazıçı-dramaturqun Qarabağın məşhur bir nəslindən olmasından, valideynlərindən, uşaqlıq illərindən, gənclik dövrünün çətinliklərindən bəhs edilir, rus şair və yazıçılarından A.Puşkinin, A. Çexovun, M.Lermantovun, İ.Turgenevin, M.Qorkinin əsərlərinin mütaliəsinin onun ədəbiyyata gəlişində böyük rol oynadığından, Akademik Milli Dram Teatrı ilə 50 ilə yaxın əməkdaşlıq etdiyindən, çoxsaylı pyeslərinin teatrın səhnəsində oynanıldığından söhbət açılıb.
Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova nasir və dramaturq İlyas Əfəndiyevin zəngin yaradıcılığına görə Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu xüsusi vurğulayıb, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsinin müxtəlif mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini, yazıçının yaradıcılığının öz xalqının zəngin mədəniyyəti ilə sıx bağlı olduğunu bildirib.
Baş nazirin müavini, xalq yazıçısı Elçin qeyd edib ki, ölməz dramaturqun əsərlərinə, yaradıcılığına və şəxsiyyətinə hörmətin, ehtiramın ifadəsi olaraq müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında xüsusi Sərəncam imzalayıb: "Qeyd etmək istəyirəm ki, on il bundan əvvəl İlyas Əfəndiyevin 90 illiyi ilə əlaqədar da Prezident İlham Əliyev Sərəncam imzalamışdı. Yazıçının 90 illiyi də çox yüksək səviyyədə qeyd olunmuşdu. Müstəqil Azərbaycan dövlətinin ən çətin vaxtlarının birində - 1994-cü ildə ümummilli lider, o dövrdəki Prezident, unudulmaz Heydər Əliyev İlyas Əfəndiyevin 80 illiyi ilə bağlı xüsusi bir Sərəncam imzalamışdı. O vaxtkı çətin dövrə baxmayaraq, Azərbaycanda yazıçının özünün iştirakı ilə yubileyi təntənəli şəkildə qeyd olunmuşdu. Bu gün UNESCO kimi mötəbər təşkilatda İlyas Əfəndiyevin 100 illiyi qeyd edilir. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, müstəqil Azərbaycan ilə UNESCO arasında çox yüksək səviyyəli işgüzar bir münasibət mövcuddur. Zəngin fəaliyyət UNESCO ilə Azərbaycanı birləşdirməkdədir. Əlbəttə, bu münasibətlərin yaranmasında ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etmək istəyirəm. Mehriban xanımın fəaliyyəti, UNESCO-ya bağlılığı, hörməti, İrina Bokova ilə şəxsi əlaqələri Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin inkişafında mühüm rol oynayıb".
Digər bir sərəncam isə Xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi üçün Prezident tərəfindən imzalanıb. İlham Əliyevin 2014-cü ilin sonlarında imzaladığı sənədə əsasən Xalq şairinin yubileyi qeyd edildi. Məlumat üçün bildirək ki, böyük şairin yubiley tədbirləri bu il davam etdiriləcək. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyinin keçirilməsi haqqında Sərəncamın verilməsi ədəbiyyata, milli poeziyaya böyük dəyərdir: "2014-cü ilin dekabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyi tamam olur.
Nəbi Xəzri bədii söz sənətini yeni keyfiyyətlərlə zənginləşdirib, onun imkanlarını genişləndirmişdir. Şairin humanist dəyərləri poetik-fəlsəfi mənalandırma gücü, dərin lirizmi, vətəndaşlıq qayəsi və milli koloriti ilə seçilən yaradıcılığı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynayır".
Böyük şair, yazıçı və ədəbiyyatşünasların yubileylərinin keçirilməsi təqdirəlayiq haldır. Bu, təbii ki, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin ədəbiyyata, sözə, sənətə verdiyi dəstəyin bariz nümunəsidir.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ