Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Rəyasət Heyəti binalarından köçəcəkləri barədə yayılan məlumata aydınlıq gətirib. Trend-in məlumatına görə, AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında RH-nin İstiqlaliyyət küçəsindəki binasından köçəcəyi barədə məlumatı təkzib edib.
Akademiya prezidenti bildirib ki, AMEA Rəyasət Heyəti binasının üzərində olan və Sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Әbülfəs Qarayevə məktub göndərib: "Məktub yazdım ki, bu problemdə bizə kömək etsinlər. Bu, dövlətin işidir. Ona görə də biz onların dəyişdirilməsi istiqamətində təşəbbüsü qaldırdıq".