çərşənbə günü, 11 noyabr 2026
     

İsmayıllının kənd bağçasında da tərbiyəçinin uşaq döyməsi barədə xəbər yayıldı...

Image


Yanvarın 13-də sosial şəbəkələrdə ürək parçalayan video paylaşıldı. İsmayıllıda 1 saylı uşaq bağçasında özünü “tərbiyəçi” bilən qadın azyaşlıya qarşı şiddət göstərib.

Sosial şəbəkədə yayılan bu görüntü insanların haqlı hiddətinə və narazılıqlarına səbəb olub.

Belə ki, 2-3 yaşarası məsum körpənin qidanı ağzında saxlayarkən görüntüsünü çəkməyə cəhd edən zalım tərbiyəçinin düşdüyü vəziyyət əslində əksər bağçalarda mövcud olan durumu göstərir.

Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar dərhal hərəkətə keçdi və uşağı döyən tərbiyəçi işdən azad edildi. Lakin cəzalandırılmadı... Tərbiyəçinin cəzalanmasını döyülən uşağın yaxınları istəmədi. Səbəb isə “tərbiyəçi”nin ailənin yaxın qohumu olması idi. Ancaq yaxşı olardı ki, uşağı vuran şəxs tək işdən çıxmaqla deyil, daha sərt şəkildə cəzalandırılardı. Bu hal digər tərbiyəçilərə də dərs olardı ki, azyaşlı uşağı vurmaq və ya ona səs tonunu qaldırmaq düzgün deyil. Tərbiyəçinin vəzifəsi uşağa nəvaziş göstərmək, onun qidasına, geyiminə, davranış tərzinə, bir sözlə, tərbiyəsinə diqqət etməkdir. Ancaq bu “tərbiyəçi”lər sayəsində onların təsadüfən məktəbəqədər işdə çalışmasının şahidi oluruq.

Qeyd edək ki, baş vermiş məlum hadisə ilə bağlı ölkədə fəaliyyət göstərən 5 QHT bəyanat yayıb. Bəyanatda qeyd olunur: “Son vaxtlar məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərdə uşaqlara qarşı baş verən şiddət və təzyiqlərlə bağlı sosial mediada davamlı olaraq məlumatlar paylaşılaraq ictimailəşdirilir. Hər gün valideynlər tərəfindən  övladlarının hüquqlarının pozulması, onlara qarşı ayrıseçkiliklə bağlı Qeyri Hökumət Təşkilatlarına müraciətlər daxil olur. Sosial şəbəkələrdə, mətbuatda yayımlanan azyaşlıya qarşı baş vermiş zorakılıqla bağlı Çevik Ekspertlər Qrupu olaraq aşağıdakı məsələləri qaldırırıq:

Tədqiqatın aparılması, hadisəyə hüquqi qiymətin verilməsi, uşaq müəssisələrində tərəfimizdən müstəqil monitorinqin aparılması, aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq, məktəbəqədər təhsil müəssisələrində işə götürülənlərin hərtərəfli psixoloji testlərinin aparılması, belə hallara yol verən pedaqoji işçinin fəaliyyətinin məhdudlaşdırılması”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova jurnalistlərə açıqlmasında qeyd edib ki, azyaşlılara qarşı belə zorakılıq hallarına əvvəlki illərdə də rast gəlinib: “Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir. Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər hər il tibbi-psixoloji müayinədən keçməlidirlər”.

Ekspertlər bildirir ki, tək bu bağçada yox, əksər bağçalarda istər tərbiyəçi, istər dayə, istərsə də qeyri-iş sahibləri təsadüfi olaraq orada işləmir. Onlar ya müdirin qohumu, tanışı olur, ya da müəyyən miqdarda pul qarşılığında orada çalışırlar. Ona görə də bu gün bu cür hadisələrin şahidi oluruq.

  • Hüseyn Axundov: “Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır”

Hüquqşunas Hüseyn Axundov bildirdi ki, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin”  5.2-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir: “Nizamnaməyə əsasən, təhsilalanların şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq hüququ var. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. Qanunvericiliyə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur”.

  • Könül İsmayılova: “Bağçada və yaxud hər hansı tədris müəssisəsində mütəxəssis seçilərkən onların psixoloji durumu yoxlanılmalı, psixoanaliz olunmalıdır”

Psixoloq Könül İsmayılova bildirdi ki, məktəbəqədər təhsil-tərbiyə fundamentdi, burada uşağın öyrəndiyi hər şey onun yaddaşında həkk olunur: “Tərbiyə mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir. Deməli, bizim uşaqları bilərəkdən belə tərbiyəçilər “vəhşi” edirlər? Nəinki məktəbəqədər, məktəb direktorları, müəllimlər, bütün təhsil pillələrində dərs deyənlər əvvəlcə psixoloji komissiyadan keçib, kağız alıb, ondan sonra pedaqoji prossesdə iştirak etməlidirlər”.

Psixoloqun sözlərinə görə, uşaqların döyülməsi  yolverilməzdir. Bağça tədris müəssisəsi sayılır. Biz övladlarımızı ora göndəririk ki, sosiallaşsın, paylaşmağı öyrənsin, qalibiyyəti, məsuliyyəti öyrənsinlər. Bu doğru bir hal deyil: “Bağçada və yaxud hər hansı tədris müəssisəsində mütəxəssis (bura pedaqoq, psixoloq, loqoped, tərbiyəçi, müəllimə daxildir) seçilərkən onların psixoloji durumu yoxlanılmalı, psixoanaliz olunmalıdır. Çünki psixoloji durumunda problem olan hər hansı bir mütəxəssis uşaqlarla çalışanda çətinlik çəkəcək, işləyə bilməyəcək. Ona görə də mütləq şəkildə birinci onların psixologiyasını tənzimləməliyik. Əslində, məsləhət görərdim ki, uşaqlarla işləyən hər hansı bir müəssisə öz işçilərini heç olmasa 2-3 aydan bir hansısa təlimə yönləndirsin. Yaxud uzun illər işləyən işçilər var ki, eyni işi görürlər və artıq onlarda yanma sindromu başlayır. İnsan hətta sevdiyi işdən belə zövq almır. Çünki artıq eyni işi illərdir fasiləsiz olaraq görür. Mütləq şəkildə fasilə verilməlidir. Həmin müəssisələrin rəhbərliyinin üzərinə çox iş düşür. Çünki onlar işçilərini daim nəzarətdə saxlamalıdır. Hər bir insanın problemi ola bilər və hər kəsin də psixologiyası bərabər deyil. Bunun üçün də bu kimi hallar ortaya çıxmasın deyə müəssisə rəhbərliyi problemi olan işçisinə mütləq şəkildə yardım göstərməlidir. Həmin uşağı döyən müəllimənin psixologiyasında hər hansı bir çaxnaşma, gərginlik var. Ona görə də bu kimi hərəkətləri edib. Bəlkə də istəyərək etməyib. Bu həmin qadının səbrini toplaya bilməməsinin nəticəsidir. Amma bütün hallarda bu yolverilməzdir”.

  • Fatimə Hacıbəyli: “Uşağı döyən qadının əməlinin cəzası işdən qovulması ilə bərabər 2 ilədək həbs və yaxud...”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, uşağı döyən qadının əməlinin cəzası işdən qovulması ilə bərabər 2 ilədək həbs olmalı və yaxud həbs icbari cəza ilə əvəzlənməlidir: “Bildiyimə görə, valideynlər şikayətçi olmayıblar. Ancaq nəzərə almaq lazımdır ki, bu gün bu uşağa edilən zorakı hərəkət sabah başqa uşağa da ediləcək. Bir uşağın bu qədər şiddətə məruz qalması doğru bir hal deyil və uşağın psixologiyasına mənfi təsirini göstərəcək. Uşaqda təşviş pozuntuları, stressə davamsızlıq, özgüvənsizlik yaranacaq. Təşviş pozuntuları artdıqca qorxuları, get-gedə yuxu terrorları yaranacaq. Gecə yatanda ağlayıb qışqıracaq. Gündüz yaşadığı travmanı gecə yuxusunda canlandıracaq. Bu da uşağın psixologiyasının mənfi tərəfə istiqamətlənməsinə yol açır. Nəinki tək döyülən uşağın, həmçinin onun yanında olan digər uşaqların da psixologiyasına mənfi təsir göstərir. Bu proseslər aktiv uşaqları passiv edə bilər. Həmin uşaqlar hər xırda bir şeydən işgəncə alacağını düşünəcək. Bura həm döyülən, həm də yanında bunu müşahidə edən uşaqlar daxildir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ