çərşənbə günü, 11 noyabr 2026
     

Yeni Təhsil nazirindən maraqlı yanaşmalar - təhsilin strukturu və keyfiyyət məsələsi cəsarətlə ictimailəşdirilir...

Image


Azərbaycanda çox az ailə tapılar ki, təhsillə maraqlanmasın, təhsil sahəsində baş verənləri yaxından izləməsin. Bir sözlə, cəmiyyətimizdə ən həssas mövzulardan biri, bəlkə də birincisi təhsil mövzusudur. Bilirik ki, uzun illərdir Azərbaycan təhsili haqqında çox ciddi nöqsanlar, problemlər mövcud olub, bu gün də bu sahə problemsiz deyil.

Əlbəttə, təhsil sahəsindəki problemlərin həlli yolları ilk növbədə islahatlardan keçir. İslahatlar həyata keçirmədən mövcud problemlərin həlli barədə danışmaq mümkün deyil. 27 iyul 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin edilən Emin Əmirullayev təxminən il yarımdır ki, bu sahəyə rəhbərlik edir.

Emin Əmirullayev təhsil naziri təyin edildikdən sonra təhsilin formasında, məzmununda, idarəetmədə hansı yeniliklər, dəyişikliklər baş verib? Emin Əmirullayev keçmiş təhsil nazirlərindən fərqli olaraq təhsil sahəsində olan neqativləri, xoşagəlməz məsələləri daha açıq şəkildə ictimaiyyətə açıqlayır. Buna münasibət necədir? Ümumiyyətlə, təhsildə baş verən yeniliklər necə qiymətləndirilir?

Ekspertlərin fikrincə, əvvəlki dövrdən fərqli olaraq, indi təhsilə baxışda xeyli dəyişikliklər var və islahatların həyata keçirilməsi prosesi diqqəti cəlb edir. Ekspertlərin sözlərinə görə, son dövrlər təhsil sahəsində həyata keçirilən islahatlar özünü daha aydın şəkildə göstərir. Ekspertlər. xüsusən də təhsil sahəsində aparılan islahatların davamı olaraq regional təhsil idarələrinin yaradılması, məktəb direktorlarının nazirlik tərəfindən təyinatı, məktəbəqədər təhsil müəssisələrinin nazirliyin balansına verilməsi, habelə qəbul qaydalarının elektron şəkildə keçirilməsinə qərar verilməsi məsələsini qeyd edirlər. Bundan əlavə, ekspertlərin sözlərinə görə, nazirin məktəblərdə pul yığımına qarşı tətbiq edilən mübarizə üsulları, çağırışlar, müraciətlər də görülən işlərə daxildir.

Tanınmış təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə bildirdi ki, təhsil sahəsində baş verən proseslərə cəmiyyət birmənalı yanaşmır: “Ümumiyyətlə təhsil sahəsində elə bir məsələ yoxdur ki, cəmiyyətin bütün üzvləri tərəfindən birmənalı qarşılansın, müzakirələrə səbəb olmasın, onun ətrafında diskussiyalar yaranmasın, polemikalara səbəb olmasın. Bu kimi məsələlərə elə məktəbə hazırlığı da, 6 yaşlıları da, 12 illik təhsili də, MİQ-i də, DİQ-də, repetitorluğu da, dərslikləri də, distant təhsili də və sadalamağa ehtiyac olmayan digər sahələri də aid etmək olar. Məsələn, elə götürək repetitorluğu. Bunu, “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da. Bu da təbiidir. Çünki hər kəsin məsələyə öz baxış prizması, yanaşma tərzi var. Əski dini mənbələrdə deyildiyi kimi, nəyin düz, nəyin səhv, nəyin həqiqət, nəyin yalan olduğunu sübut etmək mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti, öz yalanı var. Nəinki yanaşmalar təkmil hesab oluna bilməz, heç qanunlar, qaydalar belə təkmil olmayıb, heç də hamı tərəfindən birmənalı qarşılanmır. Elə olmasaydı qanun va qaydalarda bu qədər dəyişikliklər, təkmilləşdirmələr aparılmazdı. Yəni istənilən məsələyə bu kimi yanaşmalar olub və bundan sonra da olacağı istisna deyil.

O ki qaldı təhsildə baş verən prosesləri bilavastə Təhsil nazirinin fəaliyyəti ilə əlaqələndirmək cəhdlərinə, hesab edirəm ki, belə bir yanaşma düzgün mövqe sayıla bilməz”.

N.İsrafilov qeyd etdi ki, təhsildə həmişə proseslər gedir, irəliləyişlər olur, bu gün də xeyli dəyişikliklər mövcuddur. Ekspert deyir ki, Təhsil Nazirliyi təhsildə dövlət siyasətinı həyata keçirən ali idarəedici orqandır: “Təhsil qanunvericiliyimizin tələblərindən, Təhsilə dair İnkişaf Strateqiyasının hədəflərindən irəli gələn vəzifələr əsasında öz işini qurur, təhsildə aşkarlıq, şəffaflıq, humanistlik, demokratiklik prinsiplərinı rəhbər tutur. Bu mənada istər, müəllimlərin, istər, direktorların işə qəbulunu, istər məktəb-valideyn münasibətlərini, istərsə də Regional Təhsil idarələrinin yaradılmasını hazırda bu postu tutan Nazirlə əlaqələndirmək nə dərəcədə düzgündür? Deyək ki, məktəb-valideyn münasibətləri nə bugünün, nə də dünənin problemidir, uzun müddət dartışılan məsələdir, həmçinin sadaladığımız digər məsələlər. Sadəcə, nazirin səmimi açıqlamasını təhrif edərək onu başqa don geydirmək nazirə deyil, gələcəyimiz olan təhsilimizə hörmətsizlikdir. Nazirin cəmiyyətə bu dərəcədə açıq olmasından və yaxınlığından sui-istifadə edib, ucuz reytinq qazanmaq cəhdləri cəmiyyətimizə heç də başucalığı gətirmir...”

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ