çərşənbə günü, 11 noyabr 2026
     

Nazir Azərbaycan alimlərinin beynəlxalq elmi tədqiqatlardakı roluna olduqca neqativ qiymət verdi…

Image


Azərbaycanda elm sahəsinin inkişafdan geri qalması və beynəlxalq aləmdə, alimlərimizin beynəlxalq elmi tədqiqatlarda uğur qazana bilməməsi, elmin sənayedə, iqtisadiyyatda heç 1 faiz rola malik olmaması cəmiyyəti ciddi narahat edir. Cəmiyyəti ciddi düşündürən bu məsələyə təhsil naziri Emin Əmrullayev də münasibət bildirib.

Təhsil naziri Azərbaycan alimlərinin beynəlxalq elmi tədqiqatlarda iştirak etdiyini, amma aşağı nəticəyə sahib olduqlarını deyib: “Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi müəyyənləşdirib, onun həlli istiqamətində çıxış yolu tapmalıyıq”.

  • Elyar İslamoğlu: “…Mən nazirlə qətiyyən razılaşmıram”

Filologoya üzrə fəlsəfə doktoru, alim-tədqiqatçı Elyar İslamoğlu (Epoş Vəliyev) “Bakı-Xəbər”ə bildirdi ki, bir alim kimi təhsil nazirinin fikrilə razılaşmır:“Bu yaxınlarda sosial şəbəkələrdə məktəb direktorunun yayılan səs yazısından eşitdik ki, məktəb direktoru müəllimlərdən və şagirdlərdən pul tələb edir. Ölkədəki bir çox ali təhsil müəssisələrində də vəziyyət bu cürdür… Təhsilimizdə həddən artıq rüşvət və keyfiyyətsizlik var, əlavə iş dəftərləri aldırılır valideynlərə, uşaqların beli çantaların ağırlığından əyilir, dövlət bağçalarına uşaqları 400-500 manata götürürlər, hər ay da əlavə aylıq tələb edirlər. Təhsil naziri bunlardan da danışsın. Dərsliklərimiz çox keyfiyyətsiz, məzmunsuzdur, dərsliklər qohumluq, tanışlıq prinsipi ilə yazılır, ona görə də dərsliklərimiz bərbad vəziyyətdədir. Qaldı ki, Azərbaycan alimlərinin bir çox beynəlxalq elmi tədqiqatda iştirak etməsinə və onların nəticələrinin elə də  yüksək olmaması fikrinə, mən nazirlə qətiyyən razılaşmıram. Azərbaycan alimləri kifayət qədər beynəlxalq elmi tədqiqatlarda, beynəlxalq konfrnslarda iştirak edir və onların yüksək nəticələri də var. Görünür, bizim təhsil nazirimizə bu barədə düzgün məlumat verilməyib. Yaxşı olardı ki, təhsil naziri Azərbaycan alimlərinin aldığı maaşla da bağlı fikir bildirsin, bu mövzuda da geniş müzkirə açsın və tələb etsin ki, Azərbaycan alimlərinin maaşı qaldırılsın. 400-450 manat maaş alan aparıcı elmi işçidən, gənc alimdən yüksək səviyyədə elmi araşdırma tələb etmək həddən artıq gülüncdür. Biz heç bilmirik ki, ayın axırında kommunal xərclərimizi, kirayə pulumuzu necə ödəyəcəyik.  Azərbaycan alimə, elmi işçiyə ən az maaş verən ölkədir. Milli Elmlər Akademiyasının alimlərinin nə qədər maaş aldığını cənab nazir bilirmi? Əvvəlcə bunu öyrənsin, sonra alimlərdən yüksək nəticə tələb etsin…”

E.İslamoğlu qeyd etdi ki, alimlərin, elmi işçilərin əməkhaqlarının həddən artıq aşağı olması səbəbindən artıq kişilər elm sahəsindən uzaqlaşır və elm, demək olar ki, qadınların çiyinlərindədir: “Qadınlar bəzən az maaşa qane olub işləyir. Amma kişilər işləyə bilmir, çünki onlar ailə dolandırırlar, hər şey bahalaşıb, çatdıra bilmirlər. Kişi elmi işçilərin bir çoxu hətta ikinci iş yeri də tapıb, istirahət günlərində, işdən sonra gedib işləyir ki, evinə pul aparsın. Cənab nazir hökümətdən tələb etsin ki, Azərbaycanda da alimlərə digər ölkələrdəki qədər maaş verilsin, ondan sonra alimlərdən yüksək nəticə tələb etmək olar. Amma indiki maaşla yüksək nəticə tələb etmək gülüncdür. Uzağa getməyək, bir elmi məqalənin xaricdə çap olunması üçün müəyyən miqdarda pul lazımdır ki, o pul da alimdə yoxdur. Biz aldığımız maaşla heç ailəmizin tələbatını ödəyə bilmirik, necə pul verib xaricdə məqalə çap etdirə bilərik? ”.

  • Vüsalə Ağabəyli: “Qınamaqla iş bitmir, elmi bu böhrandan, alimi bu cür məziyyətdən çıxarsınlar”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin fikrincə isə, ilk növbədə sağlam rəqabəti formalaşdırmaq, əməyi düzgün qiymətləndirmək lazımdır: “Nazir günahkar axtarır, müəllim günahkar axtarır, alim günahkar axtarır, bəs həlli yolunu niyə axtaran yoxdur? Biz hələ beynəlxalq elmi tədqiqatlar arasında olan nüfuzumuzdan öncə yerli elmi nüfuzumuzu, alimlərin fəaliyyətini və elmi tədqiqatların keyfiyyətini artırmalıyıq. Açıq-aşkar gedən bazar söhbətlərini yığışdırmalıyıq. Sifarişlə yazılan elmi işlər, məqalələrin  təqdimatına müdaxilə etməliyik. Bugün bir neçə səhifə var ki, çəkinmədən elmi məqalə, elmi iş yazmaq haqqında elan verir, hətta beynəlxalq jurnallarda dərc ediləcək məqalələrə 2000-3000 manat arası "qiymət oxuyan" dəllallar var. Bu cür nüfuz lazımdır bizə? Bunlar açıq-aşkar reklam edib məqalə satırlar, elmi iş satırlar, buna niyə nəzarət edən yoxdur? Bu məsələ özü də narkotik qədər ciddi əhəmiyyətlidir, bir azca pulu olan "dadmaq" istəyir, beləcə başqalarına da rəva görür. Bu halda hansı yüksək reytinqdən və keyfiyyətdən danışa bilərik?

Həm də qınamaqla iş bitmir, elmi bu böhrandan, alimi bu cür məziyyətdən çıxarsınlar. Bunun üçün ilk növbədə sağlam rəqabəti formalaşdırmaq lazımdır, əməyi düzgün qiymətləndirmək lazımdır”- deyə V.Ağabəyli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ