çərşənbə günü, 11 noyabr 2026
     

Məhv edilən sadəcə otlaqlar deyil, ekologiyamıza ağır zərbələr vurulur…

Image


Bugünlərdə Şabran rayonunda olarkən çox qəribə hadisə ilə rastlaşdıq. Dağ kəndlərinə yaxın ərazidə yaşayan yerli sakinlər bildirdi ki, yaşadıqları ərazidə təbiətə ciddi ziyan dəyib, hətta vəziyyət ekoloji fəlakət halındadır. Bizə əvvəl yamyaşıl olan, ind isə bozarmış dağ yamaçlarını göstərdilər.

Hətta bildirdilər ki, əvvəl yamyaşıl olan, adamın sinəsinə qədər qalxan yovşanların belə kökü kəsilib. Bunun səbəbini otlaqlardan düzgün istifadə edilməməsi ilə izah etdilər. Xüsusilə də bölgədə fermer təsərrüfatlarının artması nəticəsində yay və qış otlaq rejiminə riayət olunmaması amilinin bu məsələdə ciddi rol oynadığını bildirdilər. Bizim də müşahidələrimiz göstərdi ki, bu sahəyə ciddi nəzarətin olunmaması çox ciddi problemlərin yaranmasına səbəb olub.

Problemin kökünü araşdırdıqda məlum olur ki, mövcud torpaqların əsasən icarə yolu ilə fermerlərə verildiyi Azərbaycanda yarımköçəri maldarlığın mövcud olduğu, heyvanların yayda dağlara, qışda isə qışlaqlara aparıldığı halları mövcudur. Qoyunçuluq və maldarlıq təsərrüfatı ilə məşğul olan fermerlər mal-qaranın sayını artırdıqca, otlaq sahələri daha çox deqradasiyaya uğrayır. Fermerlər, çobanlar yaxşı ot olan yerlərdə mal-qara otarırlar. Artıq bu ənənəvi hal alıb. Sovet dövründə tətbiq olunan normaya görə, bir hektarda 4 qoyun otarılmalı idi. Ancaq indi   normadan çox heyvan saxlanılır. Deməli, bir hektara təxminən 20 dəfə çox mal-qara düşür. Yaylaqların və meşələrin idarə olunması ilə bağlı beynəlxalq aləmdə qabaqcıl təcrübələr mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə ehtiyacı var. Bu, torpaqların deqradasiyaya uğramasının və çox istifadə olunmasının qarşısının alınmasına, meşə, yaylaq, qışlaq torpaqlarının səmərəli idarə olunmasına imkan verəcək.

  • Səbəb heyvanların yem üçün gəzdikləri sahələrin get-gedə daralması, otlaqların azalmasıdır

Ölkəmizdə kənd təsərrüfatı, o cümlədən, heyvandarlıq sahəsi sürətlə inkişaf edir, təsərrüfatlarda saxlanılan mal-qaranın sayı da durmadan artır. Lakin bunun fonunda respublikada otlaq ərazilərinin kəskin azalması problemi özünü göstərməkdədir.

Kənd yerlərimizdəki heyvan saxlanılan əksər təsərrüfatlarda, eləcə də həyətyanı sahələrdə kiçicik müşahidə aparmaq yetər ki, bu təzahürləri hiss edəsən.

Uzun illər heyvandarlıqla məşğul olan Şabran rayon sakini bildirdi ki, gözünü açandan bu işlə məşğuldur. Onun müşahidələrinə görə, əvvəllər, məsələn, 10-15 il qabaq, qoyun-quzu örüşlərdə doyunca otlaya bilirdisə, son illər heyvanlar çöldən aç gəlir. Səbəbi isə heyvanların yem üçün gəzdikləri sahələrin get-gedə daralması, başqa sözlə, otlaqların azalmasıdır: "Dədə-babadan qoyun saxlayırıq. Əvvəllər heyvanı buraxırdın, özü gedib otlayırdı, hətta gözdən itirdi, qayıdanda da tox gəlirdi. İndi onlar düz-əməlli otluq da tapa bilmirlər, axşam tövləyə yarıac qayıdırlar, məcburuq əlavə yem tədarük edək. Bu da onun məhsulunun maya dəyərini qaldırır. Otlaqların çatışmaması özünü göstərir".

Məsələ ilə bağlı söhbətləşdiyimiz bir çox ekspertlər deyir ki, problemə kompleks şəkildə yanaşmaq lazlmdır. Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi qəzetimizə bildirdi ki, son dövrlər respublika üzrə istər yay, istərsə də qış otlaqlarının azalması bir çox amillərin təsiri ilə baş verib: “Əlbəttə, səbəb ilk növbədə bu sahədə nizamın pozulması, təbii otlaq ərazilərimizin xeyli hissəsinin uzun illər erməni işğalına məruz qalması və bundan doğan digər fəsadlarla bağlıdır.

Uzun illər ərzində erməni işğalı altında qalan 20 faizlik ərazimizin böyük hissəsi otlaqlar, özü də əsasən yay otlaqlarıdır. Odur ki, hazırda heyvandarlıqda, necə deyərlər, yük daha çox qış otlaqlarının payına düşüb. 1990-cı ilədək respublika üzrə 1 hektar otlaq sahəsinə 7-8 baş heyvan düşürdü, indi bu göstərici 30-40 arası dəyişir. Digər tərəfdən, son 30 ildə təsərrüfatlarda saxlanılan heyvanların sayı sürətlə artırılıb. Yay otlaqlarının qıtlığı və qış otlaqlarının hədsiz yüklənməsi bu ərazilərin səhralaşması təhlükəsi də yaradır. Kənd təsərrüfatı regionu olan Qərb bölgəsində eroziyaya məruz qalan otlaqlardan 370 hektar əraziyə və yaxın zamanlara kimi 72 növ bitki örtüyünə malik olan Ceyrançöl qış otlaq sahəsini göstərmək olar. Bu sahələr bir neçə il bundan əvvələ kimi normal vəziyyətdə olsa da, son illərdə burada bəslənilən heyvanların sayının kəskin artması torpaqların keçəlləşməsinə gətirib çıxarıb”.

Mütəxəssis həmçinin antropogen faktorlar, yəni insan fəaliyyəti nəticəsində otlaqların bir qisminin məhv edildiyini də vurğulayır:

"Hazırkı dövrdə heyvanların otlaq arealının daralmasında antropogen təsirlər də böyük rol oynayır. Məsələn, bir çox hallarda ənənəvi  qış-otlaq  funksiyalı torpaqlarda müxtəlif obyektlər, cürbəcür texniki qurğular tikirlər və bu sahələr insan basqısına davam gətirməyərək məhv olur. Və yaxud,  keçmiş yay  otlaqlarında  indi xeyli istirahət məkanları salınıb. Bunlar, əlbəttə, yaşadığımız dövrün diqtə etdiyi, insanların azad iqtisadi fəaliyyəti ilə də bağlı olan xüsusiyyətlərdir".

Mütəxəssis onu da qeyd edir ki, dünya təcrübəsinə görə, otlaqları azalan ölkələrdə, təsərrüfatlardakı mal-qaranın sayından daha çox, onun cinsinin daha məhsuldar olması əsas götürülür və bir növ, "oturaq", yəni fermada yemlə bəslənən heyvanların saxlanılmasına üstünlük verilir. Əks halda, yəni təsərrüfatlarda iri və xırda buynuzlu mal-qara sayının durmadan artırılması artıq ekoloji fəsadlar da yarada bilir”.

Hesab edirik ki, əlaqədar qurumlar bu sahəyə çox ciddi fikir verməlidir. Belə olmasa, bizim üzləşdiyimiz problem əsl ekoloji fəlakət halına gəlib çatacaq.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ