çərşənbə günü, 11 noyabr 2026
     

Qədim Gəncə qoruğu zibil içində - Cavad xan Fondu etiraza qalxdı…

Image


Prezidentin Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illi münasibətilə ölkəmizdə 2021-ci il “Nizami Gəncəvi İli” elan olunub.  Əlbəttə, bu, dövlət başçısının Nizami dünyasına, Nizami dühasına və Nizami irsinə verdiyi böyük dəyərin, əhəmiyyətin təzahürüdür. 

Amma gəlin görək, 880 illiyini qeyd etdiyimiz Nizami Gəncəvinin doğulduğu qədim Gəncənin hazırkı mənzərəsi necədir? Nizami Gəncəvinin anadan olduğu, yazıb-yaratdığı, kamalı və söz sərvəti  ilə işıqlandırdığı qədim Gəncənin bugünkü vəziyyəti qətiyyən ürəkaçan deyil. Çox təəssüflər olsun ki, son vaxtlar qədim Gəncənin - Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun zibil poliqonuna çevrildiyi, qədim tariximizin zibillər altında qaldığı haqda qanqaraldıcı, təəssüfləndirici xəbərlər alırıq. Amma nədənsə, hələ rəsmi qurumlar bu məsələyə reaksiya verməyə tələsmirlər. Gəncə şəhər ictimaiyyəti isə həyəcan təbili çalır, “Qədim Gəncəni zibillikdən təmizləyin” deyə dünyaya səs salır.

  • “Qədim Gəncə qalasının nisbətən salamat qalmış Qala bürcü, körpü və qala divarları olan hissəsi zibildən tam təmizlənməli...”

Məsələ ilə bağlı “Cavadxan” Tarix və Mədəniyyət Fondunun rəhbəri Müzadil Həsənovla əlaqə saxladıq. M.Həsənov bizimlə söhbətində təəssüflə bildurdi ki, qədim Gəncə hazırda zibilliklər içində qalıb. M.Həsənov eyni zamanda bizə qədim Gəncənin hazırkı vəziyyətini əks etdirən fotoşəkillər və videogöüntülər də təqdim edib.

M.Həsənov qeyd etdi ki, Nizami Gəncəvinin doğulduğu və 1988-ci ildə Nazirlər Soveti tərəfindən dövlət qorugu elan edilən qədim Gəncə zibil poliqonuna çevrilib, bura zibil içindədir. Müsahibimiz bildirdi ki, qoruğun vəziyyəti çox acınacaqlıdır və bir necə dəfə monitorinq keçirilib, monitorinqin nəticələri ictimailəşdirilib, müraciətlər edilib, amma hələ problem öz həllini tapmayıb: “Çox təəssüf ki, qədim Gəncə zibil poliqonuna çevrilib. Ərazi tamamilə zibillikdən təmizlənməlidir”.

M.Həsənovun sözlərinə görə, Gəncə İctimai İştirakçılıq Məclisi Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu ilə bağlı müraciət də edib.  Müraciətdə qeyd edilir: “Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri 15 oktyabr 2021-ci il tarixində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində ictimai monitorinq həyata keçirib və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu, 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən ən yüksək dərəcəli qoruq statusu almasına baxmayaraq, təəssüf ki, elə həmin dövrdən  çox zəif qorunub. Qoruq anlayışı üçün xarakterik olan zəruri tələblər təmin olunmamış qalıb: onun sərhədləri işarələnmədiyi və ərazisi hasarlanmadığı üçün mühafizəsini normal şəkildə təşkil etmək mümkün olmayıb. Digər yandan, Qoruq ərazisində o vaxtdan onlarla sənədsiz ev tikilib, tarixi abidələrin çoxu sökülüb və nəzarətsizlikdən dağıdılıb və bu təzahür indi də davam etməkdədir. Həmçinin qoruq  ərazisinə çirkab suları və kanalizasiya axıdılıb və indi də axıdılmaqdadır.

Son bir neçə ildə isə əraziyə nəzarətsiz şəkildə yüzlərlə-minlərlə yük maşını həcmində tullantı, yəni on minlərlə ton məişət, sənaye və tikinti tullantıları tökülüb və bu,  əfsus ki, bir çox tarixi abidənin faktiki olaraq məhv edilməsinə gətirib çıxarıb.

Görünür, bu acınacaqlı vəziyyətdən narahat olan bir sıra dövləti qurumları təqdirəlayiq addımlar atmağa başlayıblar. Belə ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyinin tapşırığına əsasən Xidmətin Gəncə Regional idarəsinin yeni rəhbərliyi tərəfindən bir müddət əvvəl Qoruq ərazisində geniş monitorinq keçirilib və mövcud vəziyyətlə bağlı görülməli olan lazımi tədbirlər haqda aidiyyəti üzrə məruzələr edilib. Eləcə də, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni rəhbərliyi də gücləri və imkanları daxilində, əsasən Nizami məqbərəsi ətrafında abadlıq işləri aparıb, yeni artezian quyusu quraşdırıb istifadəyə verib, yaşıllıq zolaqlarını artırıb. Bütün bu müsbət addımlarla yanaşı, ümumilikdə 1482 (min dörd yüz səksən iki) hektar genişlikdə ərazini əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzarəti və mühafizəsi üçün qoruğun yetərli işçi qüvvəsi (cəmi 22 işçi) və texniki vasitələri mövcud deyil. Gəncə İctimai İştirakçılıq Məclisi aparılan monitorinqin nəticələrini təhlil edərək, ilkin mərhələdə yerli miqyasda həyata keçirilməsi mümkün olan təxirəsalınmaz tədbirlər haqda təkliflər paketi hazırlayıb”.

Tarixi irsimizin xilas edilməsi üçün bütün aidiyyəti və maraqlı qurumları, eləcə də şəhər ictimaiyyətini bu önəmli istiqamətdə birgə fəaliyyət göstərməyə və sıx əməkdaşlıq etməyə çağıran Gəncə İctimai İştirakçılıq Məclisi bu istiqamətdə Gəncə şəhər İcra Hakimiyyəti (İH), Mədəniyyət Nazirliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (MİQİBDX),  Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu (GDTMQ), Gəncə İcra hakimiyyəti Mənzil Kommunal Tikinti İstehsalat Birliyi (MKTİB), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Daxili İşlər Nazirliyi (DİN), Kəpəz Bələdiyyəsi Dövlət Turizm Agentliyi (DTA)  və Təhsil Nazirliyi (Gəncə Təhsil İdarəsi- GTİ) kimi rəsmi qurumlardan dəstək gözlədiklərini bildirirlər.  

“Bu genişmiqyaslı tərəfdaşlığın nəticəsində tarixi mədəni irsimizin qorunmasında müsbət nəticələr əldə ediləcəyini əminliklə söyləmək mümkündür.

Müraciət müəllifləri təklif edir ki, baş verənlərin qarşısını almaq üçün qoruq ərazisinə yük maşınlarının keçidi hər tərəfdən tam bağlanmalıdır, ərazidə təmizlik işlərinin aparılması üçün əsas yolda kamera və şlaqbaumla təchiz olunmuş bir mühafizə postu quraşdırılmalıdır, əraziyə zibil atan və çirkab suları axıdan müəssisə, qurum və vətəndaşlara qarşı ciddi və sərt şəkildə cərimələr tədbiq edilməli, qanun pozuntuları TV kanallarda, sosial şəbəkələrdə ictimailəşməlidir, paralel olaraq başqa yerdə alternativ tullantı poliqonu yaradılması və zibil emalı zavodu quraşdırılması vacibdir, ərazidə bir neçə dəfə ümumşəhər iməcilikləri təşkil edilməli, bu işə texnikalar (ekskovatorlar, traktorlar, yük maşınları) və canlı qüvvə cəlb edilməli, ərazi mütəxəssislərin nəzarət altında təmizlənməlidir, qədim Gəncə qalasının nisbətən salamat qalmış Qala bürcü, körpü və qala divarları olan hissəsi zibildən tam təmizlənməli, ərazi abadlaşdırılmalı, burada yaşıllıq salınmalıdır, yer xüsusi mühafizə işarələrilə nişanlanmalı, məlumat lövhələri vurulmalı, oturacaqlar quraşdırılmalı, ərazinin yolları abadlaşdırılmalıdır, mütəmadi şəkildə həmin yerə ekskursiyalar təşkil edilməli, təhsil müəssisələrindən şagird və tələbələrin, yerli və xarici turistlərin əraziyə gəzintiləri təşkil edilməlidir, qoruğun sərhədləri yenidən mühafizə üçün işarələnməli və bu ərazi bütün perimetr üzrə məlumatlandırıcı və xəbərdarlıq lövhələri ilə təchiz edilməlidir. Müəyyən xüsusi önəmli hissələrinin hasarlanması təşkil edilməlidir, olduqca geniş sahəsi olan, ümumilikdə 1482 hektar ərazini əhatə edən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizəsinin mükəmməl təşkil edilməsi üçün əlavə əməkdaşlar, o cümlədən azı 10 nəfər mühafizəçi ştatı ayrılması məqsədəuyğun hesab edilir, müxtəlif dövrlərdə, xüsusən ötən əsrin 80-ci illərində AMEA-nın arxeoloji ekspedisiyalari tərəfindən aşkarlanmış, dünya əhəmiyyətli tapıntılar kimi təsdiq olunmuş, hazırda zir-zibil və torpaq qatları altında qalaraq itib-batmış qiymətli tarixi obyekt və artefaktların yerləri Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun sxem və xəritələrinə əsasən dəqiqləşdirilməli və onların yenidən üzə çıxarılması,  konservasiya və qorunması üçün mütəxəssislərin iştirakı ilə xüsusi tədbirlər görülməlidir. Təkliflərdə o da qeyd edilir ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tam təmizlənməsi, abadlaşdırılması və ətrafının hasarlanması ilə yanaşı,  AMEA tərəfindən sözügedən ərazidə yeni arxeoloji ekspedisiyaların təşkil edilməsi və  bu işlərə maliyyə ayrılması üçün yaxın gələcəkdə aidiyyəti qurumların Nazirlər Kabinetinə müraciət etməsi məqsədəuyğun hesab edilir. “Qeyd edilən bütün məsələlərin operativ həlli və birgə işin səmərəli təşkili üçün Gəncə şəhər İcra Hakimiyyəti yanında müvafiq qurumların və ictimaiyyətin nümayəndələrindən ibarət Operativ Koordinasiya Mərkəzinin yaradılması məqsədəuğun hesab edilir”- deyə sənəddə qeyd edilir.

M.Həsənov onu da əlavə etdi ki, son monitorinqdən sonra Gəncə Şəhər İcra başçısı məsələyə reaksiya verib: “Son monitorinqdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı özü iki dəfə əlaqə saxladı, zəng vurdu və birlikdə gedib qoruq ərazisinə baxış keçirdik. İcra başçısı tapşırıqlar verdi. Biz də təklif etmişik ki, Qədim Gəncə qalasının nisbətən salamat qalmış Qala bürcü, körpü və qala divarları olan hissəsi zibildən tam təmizlənməli, ərazi abadlaşdırılmalı, burada yaşıllıq salınmalıdır. İcra başçısı da bu barədə əlaqədar qurumlara tapşırıq verib. Biz sonuncu dəfə orada keçən həftənin bazar günü olmuşuq. Qədim Gəncənin təmizlənməsinə bu həftənin birinci günü başlanılmalı idi, amma təəssüf ki, hələ təmizlik işinə başlanılmayıb. Burada vəziyyət həqiqətən də acınacaqlıdır, günü-gündən tariximiz itir, dağılır. Sizə fotoları da göndərmişəm, hər şey orada ifadə olunub. Ümumən vəziyyət çox acınacaqlıdır. Yəni demək olar ki, burada olanların 90 faizini itmiş hesab etmək olar. Bəlkə bu yanlış məsələ dayandırılsa, ərazidən zibillər daşınsa və arxeoloji qazıntılara başlanılsa, bəlkə də onları xilas etmək mümkün olar. Bu isə hələlik real görsənmir. Biz Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə təmasdayıq. Xidmətin də rəhbərliyi yenidir və vəziyyətin yaranmasında, belə götürdükdə, onların elə də böyük suçu yoxdur. Xidmətdən açıqlama verilmişdi ki, bununla bağlı yuxarı təşkilatlara məruzə edililib. Yəni zibilliyin təmizlənməsi üçün vəsaitin ayrılması ilə bağlı, yəqin ki, Nazirlər Kabinetinə, Heydər Əliyev Fonduna və başqa qurumlara müraciət etsinlər.

Amma hələlik vəziyyət bu yerdədir və real dəyişiklik yoxdur. Bütün təşkilatlar deyir ki, müraciət etmişik, pul ayrılmalıdır ki, qoruğun ərazisi mühafizə olunsun. Həqiqətən də qoruğun sahəsi böyükdür və qoruğun mühafizəçilərinin də sayı yetərincə deyil”- deyə bildirən M.Həsənovun sözlərinə görə, Gəncə şəhər İH-dən qoruğa gedən yolun bağlanmasının vacibliyi deyilib və bu istiqamətdə ilkin tədbirlər həyata keçirilməlidir ki, maşınlar ora daxil olmasın.

Biz də ümid edirik ki, dövlətin aidiyyəti qurumları Gəncə ictimaiyyətinin səsini eşidib, zibil altında qalan qədim Gəncəni xilas edəcəklər. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ