çərşənbə günü, 11 noyabr 2026
     

1 manatdan 5 manata qədər çeşidli toyuq dönərindəki nə ətidir?..

Image


Dönər adlanan yeməklə bağlı problemlər barədə çox deyilir, hazırlanmasındakı nöqsanlardan tutmuş, insan həyatı üçün təhlükəsinə qədər hər şeyindən yazılır, danışılır. Dönər hazırlanan zaman istifadə olunan ətin keyfiyyəti və onun hazırlanma texnologiyasının standartlara cavab vermədiyi dəfələrlə müzakirə olunub. Son zamanlar isə dönərlərdən zəhərlənmə halları çoxalıb.

Dekabrın 13-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşən dönərxanalardan birində 8 nəfər dönərdən zəhərlənib. Zəhərlənənlərdən biri qadın, yeddisi kişi, biri isə yeniyetmə olub.

Onu da qeyd edək ki, paytaxtda yerləşən əksər dönərxanalarda hazırlanan dönərlərin qiymətləri arasında kəskin fərq var. Məsələn, toyuq dönərini 1 manata da, 4 manat 90 qəpiyə də almaq olar. Dönərçilərin sözlərinə görə, qiymət fərqinin belə olmasının müxtəlif səbəbləri var. Bura dönər hazırlanarkən toyuq ətinin keyfiyyət və çəkisi, eləcə də digər qidaların qatılması daxildir.

Ekspertlər isə bildirir ki, dönərə köhnə və istifadəyə yararsız ətlər qatılır. Bu səbəbdən də dönərdən zəhərlənmə halları qeydə alınır.

  • Eyyub Hüseynov: “Ölmüş heyvan ətlərinin izi dönərxanalara gedib çıxır, həmin dönərxanaların sertifikatlarının olması heç də inandırıcı deyil”

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, dönərdən zəhərlənmələr hələ bundan sonra da davam edəcək: “Belə hadisələrin əksəriyyəti gizlədilir. İstəmirlər zəhərlənmənin statistikası böyük olsun. Bu proses illərdir davam edir. Bu hadisələrdə xüsusən gənclər, tələbələr əzab çəkirlər. Hələ nə qədər insanın mədə-bağırsaq xəstəliyinə tutulduğunu demirəm. Ən təhlükəli ətlər dönərxanalara gəlib çıxır. Təsadüfi deyil ki, ötən həftə Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın iclasında mən bu məsələni qaldırdım. Təəssüf ki, qanuni dönər biznesi ilə məşğul olan, çiy əti -40 dərəcə şok dondurmadan keçirən “AzProtein Food” və “Səhliyyalı” şirkətlərinin rəhbərləri bazarın təmizlənməsində heç bir iş görmək istəmirlər. Bu şirkətlərin xüsusi avadanlıqları var. Bu iki şirkət “toyuq dönəri” satışı ilə məşğul olmaq və eləcə də mal ətindən dönər hazırlayıb, “strec”lərə büküb, -40 dərəcədə şok dondurmadan keçirib, xüsusi avtomobillə dönərxanalara çatdırmaq servisini yerinə yetirir. Təəssüflər olsun ki, adları çəkilən şirkətlərin rəhbərləri bu haqda heç nə fikirləşmir və dönərxanaların bir faizi də bu şirkətlərdən dönər almır. Biz dönərxanalara getsək, görərik orada çoxlu sertifikatlar asılıb. Güya ki, satılan ətlər təhlükəsizdir. Əslində isə belə deyil”.

E.Hüseynov onu da əlavə etdi ki, hətta ölmüş heyvan ətlərinin izi dönərxanalara gedib çıxır, həmin dönərxanaların  sertifikatlarının olması heç də inandırıcı deyil: “Təəssüflə qeyd edirəm ki, AQTA bu məsələdə susur. Dəfələrlə Azad İstehlakçılar Birliyi olaraq təmənnasız dəstək verməyi təklif etmişəm. Bu dəstəklə müasir dönərxanalar açıla, standartlara uyğun fəaliyyət göstərə bilər. 5 il bundan əvvəl dövlət orqanları tərəfindən dönərxanaların standartı da hazırlanıb. Bu standart nəticəsində şok dondurmadan keçirilən dönərlər dönərxanalarda satılacaq və bazar üsulu ilə azad və ədalətli rəqabət yaratmaqla, digərlərinin sıradan çıxmasına nail olacağıq. Birmənalı şəkildə təhlükəli dönər hazırlanan yerlərin bağlanmasını hökümət yerinə yetirə bilmir. Burada ciddi monitorinqlər aparılmalıdır”.

Ekspert onu da əlavə etdi ki, təhlükəli dönərlər daha çox vağzalətrafı yerlərdə satılır: “Ölkədə 15 mindən çox dönərxana var, lakin bunların heç 1 faizi də qanuni dönər əti hazırlayan yerdən dönər almır. Bu məsələ mütləq araşdırılmalı, dönərxanalar dönərdən zəhərlənən insanlara kompensasiya ödəməlidir”.

  • Nuranə Əliyeva: “Ət və digər inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn toksin birləşmələr qida zəhərlənməsi yaradır”

Qida eksperti Nuranə Əliyevanın sözlərinə görə, dönərə əlavə edilən inqrediyentlər normal halda zəhərlənmə verməməlidir. Bunun da əsas səbəbi saxlanma şərtləri ilə bağlıdır: “Ət, eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn toksin birləşmələr qida zəhərlənməsi yaradır. Düzgün və normal şəraitlərdə saxlanmama, “defrost” (donun açılması) prosesinin anormal aparılması, “kimyəvi” çirklənmələr və bu kimi digər səbəblər qida məhsullarından istifadə zamanı zəhərlənmə faktorunu şərtləndirə bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:28
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ