çərşənbə günü, 11 noyabr 2026
     

3-cü sinif şagirdi “başqasının arvadına göz dikməyin” nə olduğunu bilirmi... Əcaib dərsliklərimiz...

Image


Azərbaycanda dərslik siyasətinə cavabdeh olan qurumlar, nədənsə, “Sinifdənxaric oxu”, yaxud da tədris vəsaiti üçün digər köməkçi vəsaitlərə nəzarət həyata keçirmir. Mətbəələr, naşirlər müəlliflərlə və tərtibçilərlə əlbir olub ordan-burdan topladıqları materialları, nağıl və rəvayətləri bir yerə yığıb şəkilli bir vəsait çap edirlər, adını da “Sinifdənxaric oxu” qoyurlar.

Maraqlıdır ki, bu vəsaitləri şagirdlərə tövsiyə edən müəllimlərin özləri belə o vəsaitlərin içərisindən xəbərsiz olur. Məsələ burasındadır ki, dərsliklərdə, eləcə də “Sinifdənxaric oxu”da, köməkçi vəsaitlərdəki ciddi nöqsanları əsasən valideynlər müşahidə edib həyəcan təbili çalırlar. Ondan sonra əlaqədar təşkilatlar hərəkətə keçir.

Orta ümumtəhsil məktəblərinin 3-cü sinif şagirdlərinə tədris edilən “Sinifdənxaric oxu”dakı nöqsanları da valdeynlər aşkarlayaraq ictimailəşdiriblər. Məlumatlara görə, 3-cü sinif şagirdinə tapşırılan “Sinifdənxaric oxu” dərsliyindəki rəvayətlərdə o yaş qrupuna aid olmayan mövzular qeydə alınıb. Mətndə “intihar”, “qadın hiyləgərliyi”, “başqasının arvadına göz dikmək” və s. kimi düzgün olmayan mövzulara toxunulub. Bu kimi məsələlər  azyaşlıların psixologiyasına mənfi təsir göstərir.

“Sinifdənxaric oxu” dərsliklərində bu kimi uyğun olmayan mövzulara çox rast gəlinir. Bəzi isbaz nəşriyyatlar pul qazanmagı uşaqların mənəvi inkişafından üstün tuturlar. Halbuki, sinifdənxaric oxu vəsaitləri xüsusi həssaslıqla hazırlanmalıdır. İşbazlar uşaq tərbiyəsini alverə cevirir, buna isə nəzarət mexanizmi yoxdur.

  • “Bu sahədə senzuranın, ciddi nəzarətin həyata keçirilməsi vacibdir”

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, uşaq oxusuna münasibət olduqca pisdir. S.Nuruqızının sözlərinə görə, nəşriyyatlar mütəxəssislərlə məsləhətləşmədən “Sinifdənxaric oxu” kitbları hazırlayırlar və heç dəxli olmayan mövzuları bura daxil edirlər. “Bu bir rəvayətdir və rəvayətin olması o demək deyil ki, mütəq “Sinifdənxaric oxu” dərsliyinə salınmalıdır. Özü də 3-cü sinif üçün olan vəsaitə. Bəlkə bu elə bir rəvayətdir ki, nə vaxtsa kimin tərəfindənsə quraşdırılıb, hansı yollarla səriştəsiz adamlar tərəfindən kitaba salınıb, amma bunu götürüb azyaşlılar üçün “Sinifdənxaric oxu” dərsliyinə salmaq nə dərəcədə düzgündür? Onu da deyim ki, bu dərsliklər qriflə deyil deyə, hansı nəşriyyat istəyir çap edir. Yəni “Sinifdənxaric oxu” dərslikləri Təhsil Nazirliyinin nəzarətində olan dərsliklər deyil. Bu sadəcə oxu materialıdır və onu da nəşriyyatlar necə istəyir elə hazırlayır. Onlar bu vəsaitləri çapa hazırlayarkən heç bir mütəxəssislə məsləhətləşmir və heç bir kriteriyanı gözləmirlər, uşaqların yaş qrupunu, psixologiyasını nəzərə almırlar. Halbuki, uşaqların yaş qrupunu, yaş psixologiyasını, hətta zamanın belə psixoloji durumunu nəzərə almaq lazımdır. Görürsüz, intiharlar çoxalıb. İntiharların çoxaldığı bir vaxtda hansısa “Sinifdənxaric oxu” dərsliyinə hansısa rəvayət daxil edib və orada intihardan danışılır. İndi tutaq ki, uşaqların ətrafında pis davranışda olanların sayı artıb, küçə mühitində vəziyyət pisdir, mənfi vərdişlər aşılanır  və sair, bu halda “Sinifdənxaric oxu” kitabında şagird oxuyur ki, kiminsə kiminsə arvadına “gözü düşüb”. Bu, bilirsiz, şüuraltında qara kölgə, ləkə yaradan təsirlərdir. Ona görə də deyirəm ki, uşaqlara xosbəxt sonluqlu nağıllar vermək lazımdır. Demişəm, yenə də demək istəyirəm ki, bizim folklordan gələn bəzi nağıllarımızda şiddət var. Tutaq ki, nağıllarımızda bir qardaşın digər qardaşı quyuya sallaması, sonra isə kəndiri kəsib onu quyuda qoyması kimi əhvalatlar da var. Bunlar isə zamanla ayaqlaşmır. Bəlkə də o vaxtlar heç bu nağıllar uşaqlar üçün olmayıb. O zamanlar kino, teatr, kitab və sair olmadığı üçün hətta böyük adamlar da nağıla qulaq asırmış. Elə olurmuş ki, bir nağıl üç gecə davam edərmiş. İnsanlar əyləncəyə olan tələbatlarını bu nağıllarla ödəyirmişlər. Yəni bu nağıllar uşaqlar üçün nəzərdə tutulmayıbmış. O nağıllara hamı diqqətlə qulaq asırdı...”

Bu nağılların indi uşaqlar üçün vəsaitlərə salınmasının uşaqlarda böyük travma yaratdığını deyən S.Nuruqızının sözlərinə görə, bu, uşaqlarda psixoloji problem yaratmaq kimi hallarla nəticələnə bilir. “Amma bu kimi nağılların, rəvayətlərin əksəriyyəti uşaqlara hesablanmayıb. Nəşriyyatlar isə həmin rəvayətləri “uşaq nağılı” adı altında götürüb “Sinifdənxaric oxu” dərsliyinə salırlar. Əlavə suallar və narazılıqlar olanda isə “bu Azərbaycan nağılıdır, rəvayətidir” deyib canlarını qurtarırlar, heç kəs öz əməlinə görə məsuliyyət daşımaq istəmir. İrad bildirəndə də iddia edirlər ki, filankəs folklora qarşı çıxır. Amma folklorda da hər yaş qrupuna hesabanan nümunələr var, bunlara diqqət yetirilməlidir”.

S.Nuruqızı deyir ki, uşaqların tərbiyəsinə, mənəviyyatına, psixologiyasına ciddi zərər vuran bu məsələyə barmaqarası baxmaq olmaz. Uşaq yazıçısı təklif edir ki, mütəxəssislərdən ibarət bir komissiya yaradılmalı və bu kimi məsələlərlə mübarizə ilə məşğul olmalıdır. “Uşaq yazıçılarının, alimlərin, tədiqiqatçıların, müəllimlərin iştirakı ilə bir komissiya yaradılmalıdır. Biz bir araya gəlib, bütün materialları saf-çürük edib onları yaş qrupları üzrə təsnifatlandırmalıyıq, kitabın üzərinə konkret yaş qrupları qeyd edilməlidir. Məsələn, 4+, 5+ və sair kateqoriyalara bölünməlidir. Yəni üzərində bu işarə olan kitabları 3 yaşlı uşaq oxuya bilməz. Qonşu ölkələrdə bu proses artıq çoxdan gedib. Onlarda müəllif əsəri, yaxud folklor nümunəsi olmasına baxmayaraq qadağan olunmuş əsərlər siyahısı var. Bizim burada sevə-sevə oxuduğumuz kitablar var ki, onlar qadağan edib...”

S.Nuruqızı deyir ki, bütün nəşriyyatlarda uşaq ədəbiyyatı şöbəsi açılmalıdır və şöbənin başında uşaqların psixologiyasını, dil və üslub mədəniyyətini yaxşı bilən mütəxəssis oturmalıdır: “Bu pərakəndəliyin, özbaşnalığın yığışdırılması üçün bu vacibdir. Məsələn, Təhsil nəşriyyatında uşaq ədəbiyyatı şöbəsi var və o şöbə nəzarət edir ki, çap olunan uşaq ədəbiyyatı nümunələrində, kitablarda belə faktlara yol verilməsin, aqressiya yaradan, uşaqlarda psixoloji problemlərə, gərginliklərə səbəb olan mətnlər nəşr olunmasın.

 Bir cəmiyyət olaraq bu məsələlər bizi çox ciddi narahat etməyə başlayıb. Uşaqlarımız, körpələrimiz bundan çox narahat olur. Uşaqlar, müəllimlər üçün kurslar da açılmalıdır ki, onlara oxu, mütaliə mədəniyyəti aşılasın. Televiziya verilişləri açılmalıdır ki, uşaqları, valideynləri yazıçılarla, çıxan kitablarla, gündəmə gələn əsərlərlə tanış etsinlər. Tutaq ki, mənim “Melisa” kitabım çapdan çıxıb. Bəlkə bu kitabın içində uşaq psixologiyasına zidd məqamlar var və bir valideyn bu kitabı alıb uşağına verir və sair. Demək istəyirəm ki, çıxan hər kitaba nəzarət olunmalıdır. Əgər senzura olarsa, bu kitab senzuradan keçib özünü təsdiqləyən bir kitab kimi mağazalara verilsə, hamı biləcək ki, “Melisa” bu yazıçı tərəfindən yazılıb və bu yazıçı uşaqlar üçün yaxşı yazır və onun əsərlərini oxumaq olar...

Belə xoşagəlməz hallar təkcə folklor nümunələrində yoxdur ki, yazıçıların yazdıqları əsərlərdə də var. Yazıçıların əsərlərini də araşdırmaq, onlarda da bu faktları ortaya çıxarmaq lazımdır. Demək istəyirəm ki, bu sahədə senzuranın, ciddi nəzarətin həyata keçirilməsi vacibdir”- deyə S.Nuruqızı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ