çərşənbə günü, 11 noyabr 2026
     

Tanınmış şəxslərin sosial şəbəkə hesablarında qanunsuz dərman reklamları geniş vüsət alıb...

Image


Son vaxtlar tanınmış, məşhur şəxslərin sosial şəbəkə hesablarından müxtəlif dərman və qida əlavələrini reklam etməsi cəmiyyətdə brmənalı qarşılanmır. Onlar bu sahənin mütəxəssisi olmadan çoxsaylı izləyicisi olan səhifələrində çəkinmədən müəyyən məbləğ qarşılığında insanlara dərmanlarla bağlı tövsiyələr verirlər.

İnsanları çaşdıran bu cür reklamların sonradan yarada biləcəyi fəsadları isə nə reklamverən, nə də reklamedən tərəfi maraqlandırır. Qeyd edək ki, qanunvericilik qida əlavələrinin də dərman kimi reklam edilməsini qadağan edir.

Nəzərə almaq lazımdır ki, reseptlə yazılan dərman preparatlarının həkim məsləhəti olmadan istifadə edilməsi çox ciddi fəsadlara yol açır. Hətta bu cür dərmanların kortəbii istifadəsi ölümə belə səbəb olur.

  • Musa Quliyev: “Vətəndaşlarımız o reklamlarla deyil, hansısa dərmana ehtiyac olduqda həkimlərinin məsləhəti əsasında qəbul etsinlər”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, dərman reklamı bir çox ölkələrdə bütövlükdə qadağan edilib: “Azərbaycanda dərman haqqında qanun qəbul ediləndə buna qadağa qoyulmuşdu. Sonradan görünür müəyyən təsirlər oldu ki, bu qadağalar yüngülləşdi və yalnız həkim resepti ilə yazılan dərmanların reklamına qadağa qoyuldu. Dərmanlarla qida əlavəsi qarışıb və çox vaxt qida əlavəsini dərman adı ilə reklam edirlər. Bu da çox təhlükəlidir. Vətəndaşları və xəstə insanları çaşdırır. Onları daha çox dərman olmayan vasitələrə yönəldir. Bundan başqa, qida əlavələrinin qiyməti dərman vasitələrinin qiymətindən xeyli bahadır. İstər reseptlə satılmayan dərman vasitələrinin, istərsə də qida əlavələrinin hər hansı reklamına qadağa qoyulmadığına görə, reklam edən şəxsə hüquqi cəhətdən ittiham irəli sürə bilmərik. Mənəvi cəhətdən tənqid edə bilərik ki, bu doğru deyil, insanları çaşdırır. Yaxşı olardı ki, vətəndaşlarımız o reklamlarla deyil, hansısa dərmana ehtiyac olduqda həkimlərinin məsləhəti əsasında qəbul etsinlər. Ümumiyyətlə, reseptsiz dərman alınmasının tərəfdarı deyiləm. İstənilən halda ən yüngül soyuqdəymə, baş ağrısı və.s hallarda belə həkim məsləhəti ilə dərman alınması daha doğrudur. Müğənninin reklam edəcəyi şey onun səsi və sənətidir. Əgər başqa bir vasitə ilə pul qazanmaq və özünü cəmiyyətə göstərmək istəyirsə, o zaman xeyriyyəçilik fəaliyyəti ilə məşğul ola bilərlər. İndi şəhidlərimiz, qazilərimiz, yoxsul insanlarımız var. Onlar üçün faydalı işlər görsələr, məncə yaxşı olar. Bununla daha çox hörmətə sahib olarlar və cəmiyyətdə müsbət imiclə tanınarlar”.

  • Adil Qeybulla: “Dərmanların sosial şəbəkələrdə reklamı daha çox qanunda olan boşluqlardan irəli gəlir”

Professor, həkim ekspert Adil Qeybulla bildirdi ki, belə halların qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: “Əvvəla, dərmanların reklam edilməsi bütün dünyada qadağan edilib. Məsələ ondadır ki, reklam korporativ marağa hesablanan bir fəaliyyət formasıdır. Dərman isə satış üçün nəzərdə tutulan bir şey deyil. Dərman yalnız müalicə məqsədi üçün lazım olan bir preparatdır. Onun da təyinat məsələsi ancaq və ancaq həkimdən asılıdır. Ona görə də dünyada dərman preparatlarının təyini icbari tibbi sığorta paketi əsasında həyata keçirilir. Xaricdə dərmanı sığortasız, reseptsiz almaq mümkün deyil. Bu yalnız bizdə var. Yəni istənilən dərmanı gedib aptekdən almaq olur. Dərmanların sosial şəbəkələrdə reklamı daha çox qanunda olan boşluqlardan irəli gəlir. Görürlər ki, “Reklam haqqında” Qanunda dərman preparatlarının konkret olaraq “Facebook” və “İnstagram”da reklamı ilə bağlı qadağa yoxdur, bu zaman yaranan boşluqdan sui-istifadə edirlər. Ona görə də qanunvericiliyə dərman preparatlarının sosial şəbəkələrdə reklamının məhdudlaşdırılması ilə bağlı məqam əlavə edilməlidir. Bir sıra hallarda məhdudlaşdırıcı qərarlar verilir, amma onun tətbiqi reallaşmır. Belə problemlər də var. Sosial şəbəkələrdə nəinki dərmanlar, eyni zamanda, həkimlər də reklam edilir. Bütün bunlar biabırçı formada həyata keçirilir. Bu da doğru deyil. Ona görə də KİV-in bu məsələyə diqqət ayırması çox vacibdir. Müvafiq qurumlar bunun qarşısının alınması istiqamətində səylərini artırmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ