çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - (On altıncı yazı)

Image


(Əvvəli ötən saylarımızda)

Məmmədov Nizami (ibtidai sinif müəllimi): “Elcanı lap uşaqlığından tanıyıram. Belə bir deyim var – müəllim ikinci valideyndir. Bax, mən Elcanın ikinci valideyni kimi olmuşam. Axı, mən onun ilk müəllimiyəm. Ona ilk dəfə hərfləri, yazı-pozunu, rəqəmləri öyrətməklə bərabər, elə bir bilgiləri də öyrətməyə çalışmışam ki, bununla o, kiçik cəmiyyəti olan ailədən böyük cəmiyyətimizə qapı aça bilsin. İndi mən görürəm ki, Elcan bu qapını şərəflə, ləyaqətlə açmağı bacardı. O, əsl kişi olaraq yetişdi və kişi olaraq da canını Vətəninə fəda etdi. Bu gün mən Elcanla fəxr etməklə yanaşı, onun ilk müəllimi olmağımla qürur duyuram. Eyni zamanda valideynləri qədər onu itirdiyimizə görə kədərlənirəm. Bu kədərimi toxdadan yeganə amil Elcanın şəhid olub Cənnətə getməsidir. Məkanı həmişə Cənnət olub, qəbri nurla dolsun”.

Könül Əsgərova (fiziki tərbiyə müəlliməsi): “Elə adamlar var ki, adam onun barəsində heç danışmaq belə istəmir. Lakin elələri də var ki, onun haqqında danışdıqca elə hey danışmaq istəyirsən. Elcan məhz belələrindən idi. Biz müəllimlər onun xəbərini eşitdikdən sonra elə hey ondan danışırıq. Mənim göz yaşlarım kədər və qürur göz yaşlarının qarışığıdır. Elcan balam kimi çox istədiyim bir uşaq idi. Onu itirməklə mən öz əzizimi itirmişəm. Amma müəlliməsi kimi qürur duyuram ki, şagirdim Elcan hamımızın başını ucaltdı. Bu böyük qələbəmiz Elcan və elcanların qəhrəmanlığı sayəsində əldə edildi. Hesab edirəm ki, onun adı və xatirəsi mənim və bütün müəllimlərinin qəlbində əbədi olaraq yaşayacaqdır. Şəhidlər ölməz, Vətən bölünməz!”.

Təranə Namazova (rəsmxətt müəlliməsi): “Mən Elcana illərlə dərs demişəm. Hələ də gözlərimin önündədir: pəncərə tərəfdən ikinci partada oturardı. Rəssamlıq qabiliyyəti vardı. Etiraf edim ki, məndən çox güclü idi. Fitri istedada malik olduğunu düşünürdüm. Çəkdiyi kompozisiyalar günlərin birində ən ali zirvəyə qovuşacağından xəbər verirdi. Öz ləyaqətini hər zaman uca tutardı. Özünü ağsaqqal kimi aparardı. Yəni, mehriban olmağıyla bərabər, həm də ağıryana xasiyyəti vardı. İndi Elcan Allah yanında peyğəmbərlərdən sonra ikinci mərtəbədədir. Xoş halına!”.

Gülbahar Dumanova (ingilis dili müəlliməsi): “İlk insan cəmiyyətlərindən günümüzə qədər milyonlarla il ötmüşdür. Bu uzun zaman kəsiyində milyardlarla insan gəlib getmişdir. Həmin insanların içərisindən tək-tükünü çıxmaqla, hamısı tarixin tozlu səhifələrində itib batmışdır. Tək-tük şəxslərin adı günümüzədək gəlib çıxmışdır. Elcanın həyatı və ölümü onun da bu tək-tük insanlardan olduğunu və gələcək nəsillərə qürurla və fəxarətlə ötürüləcəyini göstərir. Elcan və onun kimi qəhrəmanlar əsla ölmür və unudulmurlar. Həyat fanidir, hər kəs bir gün bu dünyadan köçür. Mübarəkdir o şəxsə ki, şəhid adını qazanmaqla ölümsüzlük qazanır. Elcan indi tək mənim yox, bütün Azərbaycan xalqının qürur mənbəyidir”.

Tamara Nağıyeva (əmək təlimi müəlliməsi): “Elcan sakit təbiətli bir şagird idi. Dinimiz də bunu deyir ki, şəhidlər ölmür. Bir insan üçün çata biləcəyi ən uca mərtəbə məhz şəhidlik mərtəbəsidir. Bu ad hər yoldan keçənə nəsib olmur. İnsan gərək ləyaqətlə, qeyrətlə ömür sürsün ki, sonda belə bir məqamla mükafatlansın. İndiyə qədər neçə-neçə doğmamız dünyadan nakam köçüb. Təbii ki, hansısa əzizimizin gənc yaşda ölməsi qəlbimizə dağ çəkib. Amma Elcanın itkisi mənə daha çox təsir etdi. Elə bil, doğma balamı itirdim. Bundan sonra neçə il ömrüm var, bir Allah bilir, lakin mənim bildiyim budur ki, Elcanın gülər üzü, kədərqarışıq təbəssümü, oturuşu-duruşu həmişə yadımda qalacaq. Onun yoxluğu çox hiss olunur və bu mənə daha çox təsir edir.

Naibə İsmayılova (riyaziyyat müəlliməsi): “Rəhmətlik tək mənim yox, bütün müəllimlərinin sevgisini qazanmışdı. Bilmirəm, buna intuisiya demək olar, ya yox, lakin mən həmişə Elcanı görəndə onun aurasında bir fərqlilik sezirdim. Cəsarətli oğlan idi. Yalan danışmazdı. Deyərdi ki, yalanı nədənsə qorxub-çəkinənlər danışar. Mənəvi üstünlükləri ilə həmişə seçilərdi. Yadımdan çıxmaz, nəsə tənlik həll eləyəndə, haradasa təntiyib səhv etsəydi üzü qızarardı. Məsuliyyətli bir şagird idi. Elcanın barəsində çox danışmaq olar. O, qürurla, iftixarla yaşayırdı. Şəhidliyi bütün müəllim və müəllimələrini sarsıtsa da, indi hamının qürur mənbəyinə çevrilib”.

Nurlana Verdiyeva (sinif rəhbəri): “Şəhidlik xəbəri məni həqiqətən də çox sarsıtdı. Övladını itirmiş bir ana kimi ağladım. Təəssüf ki, həyat çox acımasızdır. Elcanın bir neçə spesifik xüsusiyyəti vardı ki, onlardan biri həmişə mənim diqqətimi özünə cəlb edərdi. Bu da rəhmətliyin gözlərində kədərin kök salması idi. Yeniyetmə yaşlarında axı, bu nə nisgil ola bilərdi ki? Hələ də bu sual mənimçün cavabsız qalıb. Düzdür, çoxlarının xatirəsinə Elcan gülərüzlüyü və təbəssümü ilə həkk olunub. Amma bu təbəssümün arxasındakı kədər bir müəmmaya çevrilmişdi. Bu gün əminəm ki, onun gözlərindəki həmin kədər artıq yox olub, sevinclə əvəzlənib. O, indi dünyanın ən xoşbəxt insanları ilə birlikdə Cənnətdə məskən salıb”.

İlqar Məmmədov (fiziki tərbiyə müəllimi): “Xoşbəxtlik həyatda yaşanan xoş anların toplusundan ibarət bir anlayışdır. Ən azından mən belə düşünürəm. Həyatımın ən xoş anları demək olar məktəbdə, dərs dediyim təhsil ocağında keçib. Bu anlarda müəllim yoldaşlarımla bərabər, şagirdlərimin də xüsusi payı olub. Elcanın yeri isə xüsusi qeyd edilməlidir. Çünki onun olduğu dərsdə həmişə müsbət, pozitiv ab-hava hökm sürürdü. Elcan elə bil ki, ətrafına müsbət enerji saçırdı. Tək bir təbəssümü belə qəlbdəki nisgili aparırdı. Bunu tək mən yox, söhbət etdiyim bütün pedaqoji heyət də təsdiqləyir. Allah rəhmət eləsin!”.

Elmira Bayramova (ana dili və ədəbiyyat müəlliməsi): “Mən Elcana bir il dərs demişəm. Həmin bir ildəki xatirələrimi xülasələşdirsək, Elcanın çevik, diribaş, cəsur, mətin birisi olduğunu deyə bilərəm. Güclü yaddaşa sahib idi. Belə yaddaşla sinifdə əlaçı olmaması məni həmişə üzürdü. Amma mənəvi keyfiyyətləri, mehribanlığı, səmimiliyi onun dəyərini gözümdə birə-min artırırdı. Uzun illər ərzində Elcana dərs demiş müəllim yoldaşlarımın hamılıqla rəhbərlikdən məktəbimizə şəhid Elcan Muradovun adının verilməsini xahiş etməsi məndə qəti bir fikir yaradıb: Elcan təhsil aldığı müddət boyunca hamının qəlbini fəth edibdir”.

Dilbər Bəhlulova (tarix müəlliməsi): “Millətlərin, dövlətlərin və sivilizasiyaların həyat yolu tarixin səhifələrində əks olunur. Ən böyük tarixlər məhz qanlar, canlar bahasına ərsəyə gələn tarixlərdir. Bizlər həmin tarixi oxuyaraq keçmiş millətlərin taleləri ilə tanış oluruq. Amma Elcan kimi oğullar tarixi yazırlar. Elcan öz şəhidliyi ilə tarix yazdı və gələcək nəsillər məhz o tarixi oxuyacaqlar. Azərbaycan var olduqca Elcan və elcanlar da var olacaq. Mən, bir tarix müəlliməsi kimi qürur duyuram ki, tarix yazan igid Elcan məhz mənim şagirdim olub.

Sevda Hüseynova (ingilis dili müəlliməsi): “Elcan xatirələrimdə səmimiliyi, sakit təbiəti, dostcanlığı ilə qalıb. Məktəbdə təşkil olunan ictimai tədbirlərdə fəal iştirak etməklə bərabər, özü tədbirə əlavə bir rəng qatardı. Məktəbimizdə oxuduğu illər ərzində dostları ilə çox mehriban idi. Elcanın kiçik qəlbində böyük Vətən sevgisi vardı. Zənnimcə məhz bu sevgi sayəsində o, şəhidliyə yüksəldi, Elcan kimilər! Yaşadığımız bu coğrafi region sadəcə quru torpaq sahəsidir. Torpaq, uğrunda ölən varsa Vətəndir!”.

Qismət Namazov (sinif yoldaşı): “Mən illərlə Elcan Muradovla eyni sinifdə oxumuşam. Onunla bir sinif yoldaşı olmaqdan daha yaxın əlaqəmiz vardı. Belə ki, biz dost idik. Nə vaxt bir dərd-sərim olsaydı, Elcanla bölüşərdim. Səmimi etiraf edirəm, o, min dosta dəyərdi. Gözəl sirdaş olmağı bacarardı. Hər şeydə birinci olmağa çalışırdı. Liderliyi bacarma xüsusiyyətinə görə, onu özümə bir böyük qardaş bilirdim. Sinifdə öz dostcanlığı ilə hamımızın sevgisini qazanmışdı. Elə adamlar bu dünyaya çox gec-gec gəlir və təəssüf ki, əksər vaxtlarda tez də dünyadan köçürlər”.

Allahyarov Adil, Alınağıyev Fərman, Kərimov Həsən (sinif yoldaşları): “Biz Elcanın sinif yoldaşları olmağımızla fəxr edirik. Təəssüf ki, heç kimi geri qaytarmaq olmur. Əgər olsaydı, əlimizdən gələni edərdik ki, Elcanı qaytaraq. İndi biz sanki öz qardaşımızı itirmişik. Xatirələrimizdə həmişə müsbət keyfiyyətləri ilə özünə yer edəcək. Ölkəmizin müstəqilliyində ən çox haqq sahibi olanlar məhz şəhidlərimizdir. Elcan şəhidlik zirvəsinə ucalıb və zənnimizcə elə bu adın özü, onun nakam ömrünü necə yaşadığına dəlildir. Çünki şəhidlərin hamısının həyatı bir yolda cəmlənir: Kişilik, mərdlik, qəhrəmanlıq yolu! Elcan tez-tez bizə şəhidlər sərvəri İmam Hüseyndən danışardı. Bu gün o, şəhid olub və əminik ki, hazırda Həzrət Hüseyn ilə birlikdə Cənnətdədir”.

Cəlilova Müjgan, Vəliyeva Məfkurə, Qurbanova Ülkər (sinif yoldaşları): “Elcan bizə həm qardaş, həm himayəçi olub. Ləyaqətlə yaşanmış həyat illərlə deyil, əməllərlə ölçülür. Biz səmimi olaraq deyirik, rəhmətlik bizim qəlbimizdə ancaq yaxşı əməlləri ilə qalıb. Baxmayaraq ki, bioloji olaraq eyni ailədən deyilik, amma Elcan sinifdə qardaş-bacı mühiti yaratmışdı. Özümüzü sinifdə sanki öz evimizdəki kimi hiss edirdik. Eşidəndə ki, o, şəhid olub, günlərlə ağladıq. Biz qardaşımızı itirmişik. Allah Elcan qardaşımızın ruhunu şad eləsin. O, bizə həmişə mehriban olub. Dua edirik ki, Allah da həmişə onunla mehriban davransın...”.

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ