çərşənbə günü, 11 noyabr 2026
     

Sənədsiz evlər məsələsi hələ də dövlətə və vətəndaşa zərər vurur…

Image


Hələ 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə vaxtı prezident İlham Əliyev tərəfindən hökumətə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tədbirlər görülməsinə dair müvafiq tapşırıqlar verilmişdi. Elə həmin vaxtdan sonra dövlət başçısının məsələ ilə bağlı bir sıra müvafiq sərəncamları da oldu. Həmin sərəncamlara əsasən, bəzi sənədsiz evlər sənədləşdirildi, sənədsiz olan çoxmərtəbəli binaların istismara verilməsi və sənədləşməsi bir çox binalarda həllini tapdı.

Lakin bütün bunlar fonunda o da faktdır ki, bir çox evlər bugünə qədər hələ də sənədsizdir, vətəndaşlar onların üzərində mülkiyyət hüququna malik deyil. Burada bir məqamı da xatırladaq ki, iki il əvvəl Prezident Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunub. Həmin tədbirlər planına əsasən, icazə olmadan tikilmiş evlərin siyahıyaalınma məsələsi aidiyyəti qurumlara tapşırılmışdı. Həmin gündən etibarən bu iş başlanılmışdı. Bütün ölkə üzrə sənədsiz evlərin, əmlakların siyahıyaalınması prosesinə start verilmişdi və bu iş pandemiyaya qədər davam etdi. Pandemiya dövründə müəyyən məhdudiyyətlər oldu və buna görə bu proses dayandı. Bu fonda sənədsiz evlərlə bağlı məsələnin çözümünü tapmaması həm vətəndaşa, həm də dövlətə böyük miqdarda zərər vurur. Vətəndaş yaşadığı mənzil, fərdi yaşayış evi, əmlak üzərində sərəncam vermək hüququna malik olmur. Həmin evlər sənədləşdirilmədiyi üçün onların üzərində alqı-satqı və digər əməliyyatlar aparıla bilmir. Halbuki, bunlar olsaydı, həmin əməliyyatlardan əldə olunan rüsumlar hesabına dövlət büdcəsi əlavə vəsait əldə edə bilərdi. Elə əmlak eksperti Elnur Fərzəliyev də məsələyə bu prizmadan yanaşır: "Bugünün aktual problemlərindən biri də istər fərdi tikililərdə, istərsə də çoxmərtəbəli binalarda yaşayan vətəndaşların mülkiyyət sənədi ala bilməməsidir”. Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda beş yüz mindən çox çıxarışı olmayan fərdi yaşayış evi var. Bunun əsas səbəbi isə torpaqların təyinatının fərqli olmasıdır. Həmin evlər yaşayış massivlərində deyil, digər təyinatlı torpaq sahələrində tikilib. Ekspert qeyd edib ki, bölgələrdə vəziyyət Bakı və Abşeronla müqayisədə bir qədər fərqlidir. Çünki bölgələrdə bələdiyyələr və icra nümayəndələri vətəndaşlara torpaq sahəsi ayırır: "Turizm bölgələrimizdə torpaq sahələrinin sənədləşməsi ilə bağlı problem yaranmır. Evlərin sənədləşdirilməsi ilə bağlı isə maarifləndirilmə az olduğundan, əksər şəxslər evini sənədləşdirmir. Dövlət büdcəsi evlərin sənədləşdirilməməsindən milyonlarla manat pul itirir. Sənədsiz evlərin rəsmiləşdirilməsi əmlak bazarını canlandıra bilər. Çıxarışı olmayan yüz minlərlə ev var. Hazırda ən çox alqı-satqı prosesləri də çıxarışı olmayan evlər üzərində aparılır. Çünki belə evlərin qiyməti nisbətən ucuzdur. Bu evlərin çıxarışı olsa, hər alqı-satqıdan evin kvadratına görə dövlət büdcəsinə vergi daxil olar, icbari sığortaya cəlb olunar, notariusa, reyestr xidmətinə rüsum pulu ödənilər". Onu da qeyd edək ki, daha çox Bakıətrafı qəsəbələrdə yerləşən sənədsiz evlərin bir qisminin köçürülməsi və ya sökülməsi ilə bağlı artıq məhkəmə qərarları verilib. Hələlik bununla bağlı mexanizm hazırlanır. Ona görə də detallar bəlli deyil. Təkliflər səslənir ki, həmin ərazilərdə olan ev sahiblərinə kompensasiya ödənilsin və daha yaxın ərazidə torpaq sahəsi verilsin. Çünki ev sahibi sənəd ala bilməsə də, evin tikilməsinə vəsait xərcləyib. Yerli icra hakimiyyətləri də müəyyən səbəblərdən prosesə göz yumublar. Ona görə də məhkəmədə olan işlərin geri qaytarılması təklif edilir. Kifayət qədər təhlükəli zonadırsa, köçürülməsinə ehtiyac varsa, həmin şəxslərə kompensasiya verilərək köçürülməsini təmin etmək lazımdır. Bununla bir tərəfdən mülkiyyət hüquqları qorunur, digər tərəfdən insanların təhlükəli ərazilərdən çıxarılması təmin edilir. Qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar, əsasən neft buruqları, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz borularına yaxın ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Bu vəziyyətdə hesab olunur ki, kənd təsərrüfatına yararlı torpaq sahələrində kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatının dəyişilməsi məqsədəuyğun olardı. Əgər həmin ərazidə kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksək gərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümkündürsə, o zaman burada sənədləşmə ilə bağlı heç bir problem yaranmaya bilər. Ekspertlərə görə, qeydiyyatsız evlərin sənədləşməsində Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Yəni nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqları tanına bilər. Bu, eyni zamanda, fiskal ödənişlərin artırılması baxımından da vacibdir. Amma istənilən halda, prosesin tezləşdirilməsi də zəruridir.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:50
“Ar olsun!”, “Əllərin qana batıb!” - Baydenin üstünə süd paketi atdılar

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ