çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - On besinci yazı

Image


(Əvvəli ötən sayımızda)

Sevda Həsənova (qohumu): “Elcan qabiliyyətli, mərifətli oğlan olub. Ürəyiaçıq olduğu üçün, istəsən, son tikəsini də verərdi. Kimləsə boş-boş mübahisə eləməyi, kiminsə arxasınca danışmağı, qeybəti sevmirdi. Zəhmətkeş idi. Pərakəndə nəsə etməkdən çəkinərdi. Xoşlayardı ki, hər şey planlı və dəqiq olsun”.

Zahid Hüseynov (qohumu): “Ağıllı oğlan idi. Söz deyəndə, nəsə məsləhət verəndə qulaq asardı. Yersiz danışmaz, kiminsə sözünü ağzında qoymazdı. Düzdür, dəcəlliyi də var idi, amma qədərində”.

Ədibə Hüseynova (qohumu): “Elcan mənim bacımın nəvəsi idi. Dünyaya gələndə mən də valideynlərinə gözaydınlığı vermişdim. O, adı kimi yaşadı, elinə canını verdi, elinin canı oldu. Ən uca ad şəhidlikdir ki, hər kişiyə qismət olmur. Elcan öz canı bahasına bu adı qazandı. Hamımız ona borcluyuq. Şəhidlər unudulmayacaq”.

Sahil Hüseynov (qohumu): “Delavoy” oğlan idi. Sünilikdən qaçardı. Həmişə səmimi olmağa üstünlük verərdi: Mövlanənin sözü dilinin əzbəri idi: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Acgöz, paxıl, xəsis deyildi. Kiməsə haqsızlıq edildiyini görəndə hirsindən yerə-göyə sığmazdı. Çalışırdı ki, ətrafındakılar hamısı ədalətli olsun”.

Cəfər İsmayılov (qohumu): “Mərifətli, qanacaqlı oğlan idi. Rəhmətlik babası Cəmşid kişi kimi haqlının tərəfini tutardı. Yəni həmişə ədalətli olmağı üstün sayardı. Kiminsə onun barəsində arzuolunmaz sözlər dediyini eşitməmişəm. İnsanların yaddaşında pozitiv və xoş əhval-ruhiyyəli olması ilə qalıb”.

Zemfira İsmayılova (qohumu): “Ən çox işlətdiyi sözlərdən biri: “Sənə qurban olaram. Qadan alaram” – olub. Nəsə özünəməxsus xoş aurası vardı. Xalqımızın qeyrətini, namusunu qorumaq üçün şəhid olub. Bundan artıq nə deyə bilərəm ki? Halal olsun ona. Elcan əslində ölməyib. Axı, şəhidlər ölmür”.

Cavid Dərələyəzli (qohumu): “Düzdür, xətrini çox istəyirdim. Amma döyüşdə göstərdiyi fərasət və igidlikləri ona olan ehtiramımı birə-min apardı. Elcan öz canı bahasına “Vətən uğrunda” medalını qazanıb. Əsl vətənpərvər oğlan idi. Biz bu gün dinclikdə və rifah içində yaşayırıqsa, bunu məhz Elcan kimi cəsarətli oğullara borcluyuq”.

Misir Həsənov (qohumu): Elcan barəsində nə qədər deyilsə, məncə azdır. Gözlərində qorxu yox idi. Yeniyetmə bir olsa da, onunla danışanda adama elə gəlirdi ki, orta yaşlı biri ilə söhbət edirsən. Ən çox işlətdiyim bir ifadə vardı: “Dayı gözlərini yesin”. Elcana bunu deyəndə həmişə: “Qadan alaram, Misir dayı” – deyərdi”. Nəriman Həsənov (qohumu): “Mehriban, istiqanlı idi. Uşaq vaxtlarında həmyaşıdları gününü oynamaqla keçirsə də, Elcan belə şeylərə az vaxt sərf edərdi. Böyüklər söhbət edəndə gəlib oturar və diqqətlə qulaq asardı”.

Ramiq Eminov (manqa komandiri): “Cəsur oğlan idi. Elə bil şir ürəyi yemişdi. Gecənin qaranlığında bu postdan o biri posta həmişə mənimlə gedirdi. Yolda düşmən kəşfiyyatı, diversant ola bilərdi. Amma Elcanın gözündə qorxudan əsər-əlamət yox idi. Əminəm ki, düşmənlə qarşı-qarşıya çıxsaydı və əlində silahı olmasaydı dişi ilə düşməni didərdi. Vətənpərvər oğlan idi”.

Mükafat Yaqubov (Elcanın döyüş yoldaşı olan şəhid Əliqismət Yaqublunun atası): “Oğlumla eyni gündə şəhid olub. Elcanla Əliqismət qardaş kimi idilər. Telefonla oğluma zəng eliyəndə həmişə Elcanı da maraqlanardım. Qabiliyyətli, mərifətli oğlan idi”.

Arif Abbasov (dostu): “İmanlı insan idi. Allaha çox bağlıydı. Nəsə haqsızlıq görəndə: “Adamda Allah qorxusu olar”, – deyərdi. Xeyirxah, əliaçıq idi. Yetim uşaq görəndə çox təsirlənərdi. İmkan daxilində onlara əl tutardı. Onun işlətdiyi: “Əl tutmaq Əlidən qalıb” – ifadəsi dilimizin əzbəri olub”.

Nicat Məmmədov (dostu): “Dostluq etməyi bacarırdı. İndiki dövrdə hər kişi başqasını öz evinə qonaq belə gətirmir. O qədər nanəcib insanlar var ki. Amma Elcan qeyrətli oğlan idi. Dostunun ana-bacısını öz namusu sayırdı. Boş-boş əyləncə məclislərinə həvəs göstərməzdi. Gülərüz idi”.

Rauf Məlikov (dostu): “Elcanla dostluğumuz çox dərinlərə getmişdi. Şübhə etmədən deyə bilərəm ki, ailəmi necə özümə arxa bilirəmsə, Elcanı da özümə elə arxa bilirdim. İndi mən öz dayağımı itirmişəm. Amma eyni zamanda qürur duyuram ki, bu itki boşuna olmayıb. Elcan və onun kimi igidlərimiz sayəsində Vətənimiz işğaldan azad edilib. Ona görə də həyatımın sonunadək Elcanla qürur duyacam”.

İsmayıl Əsgərov (dostu): “Yaxın dostlarımdan olub. Sirrimizi, dərdimizi həmişə bölüşərdik. Doğma qardaşım olmasa da, Elcan qardaşım əvəzi idi. Açıq ürəkli olması, möhtac insanlara əl tutması ən çox xoşladığım xasiyyəti idi”.

Etibar Həziyev (dostu): “Sadə oğlan idi. Yekəxana, təkəbbürlü adamlardan zəhləsi gedirdi. Nə vaxt məni kefsiz görsə, gəlib əhvalımı açardı. İmkan olduqca pul atışıb yetimlər evinə getməkdə o bizə örnək olmuşdu. Allaha çox bağlı idi. Bizim dərdimizə şərik olsa da, öz dərdini heç kimlə bölüşmürdü. Tez-tez gözləri yol çəkirdi. Elə dost çətin bir də qarşıma çıxsın. Çox mehriban idi”.

Elvin Əlizadə (dostu): “Rəhmətlik Elcanla cəmi bir neçə il idi dostluq edirdik. Amma bu müddət ərzində hər dostda olmayan üstünlükləri onda görmüşəm. Adamın qanı ona tez isinirdi. Əvvəllər münasibətimiz elə də ürəkaçan olmayıb. Lakin vaxt keçdikcə Elcanla aramızdakı soyuqluq yoxa çıxmış və bu münasibət dostluğa çevrilmişdi”.

Elcan Rəsulov (dostu): “Mərhumla adaş idik. Bir-birimizi adımızla yox, sadəcə “adaş” deyə çağırırdıq. Elcan yaxşı dost, qardaş idi. Nəsə problemim olsaydı, bir zəngə dərhal özünü yetirərdi. Cəsarətli oğlan olduğu üçün bilirdim ki, dostunu dar ayaqda qoyub əsla qaçmaz. Elə bu cəsarətinə görə də şəhid oldu. O, düşmənin qabağından heç vaxt qaçmazdı. Təəssüf ki, namərdcəsinə raket-mərmi ilə şəhid etdilər onu.

Əziz Şahbazov (dostu): “Elcan həm yaxşı dost, həm də yaxşı sirdaş idi. Şəhid olub deyə demirəm, həqiqətən də, o, qızıl oğlan idi. Dinə inancında möhkəm idi. Neçə dəfə birlikdə İmamzadəyə getmişik. Kərbəla hadisəsinə dair xütbələri çox sevirdi. O vaxt zalım Yezidin İmam Hüseynə etdiklərini həzm edə bilmirdi. Hər zaman Allah yolunda şəhidliyin necə müqəddəs mərtəbə olduğunu deyərdi. Axırda ürəyindəki məqsədinə çatdı. Allah onu Peyğəmbər və Əhli-Beyt ilə məhşərə gətirsin!”.

Bilal Fərəcov (qonşusu): “Gözlərimin qabağında böyüyüb. Çox ürəkli oğlan idi. Deyib-gülər, dostlarının, yaxınlarının könlünü sevindirərdi. Onun dostlarına kimsə haqsızlıq edərdisə, Elcan dərhal özünü çatdırardı. Demirəm, davakar olub, amma həyatdır, lazım olanda şir kimi vuruşurdu. Cəsur və qorxmaz idi. Atası onunla nəfəs alırdı. Allah yerdə qalanlara səbir versin”.

Təranə Əliyava (qonşusu): “Elcan o qədər yaxşı uşaq idi ki, bütün qonşular onu öz əzizi kimi çox istəyirdi. Ona görə də onun ölüm xəbərini eşidəndə hamımız bu xəbərdən sarsıldıq, ağladıq, kədərləndik. İndi də ondan söhbət düşəndə gözlərim dolur. Özümü saxlaya bilmirəm. Onun gülərüzlüyü, mehribanlığı gözümün qabağında canlanır. Axı, o, mənim gözümün önündə böyüyüb, bütün qonşular kimi mən də onunla fəxr edirəm. Allah Elcana rəhmət eləsin”.

Arzu Əliyev (qonşusu): “Mən hər insanın həyatda layiq olduğu məqama çatdığına inanıram. Mərd və qorxu bilməz Elcan da daxil olmaqla rəhmətliyin cəsarət və şücaətini öz gözlərimlə müşahidə etmişəm. Şəhidlik Elcanın çata biləcəyi və layiq olduğu ən uca zirvədir. O, indi təkcə Gəncənin yox, bütün Azərbaycanın fəxridir”.

İmnar Əliyev (qonşusu): “Gözlərimiz önündə böyümüş Elcanın mərifət-qanacağı onu hamımızın istəklisi etmişdi. Şəhid olduğunu eşidəndə necə kədərləndiyimi ifadə etmək çətindir. Amma şəhidliyin ən uca zirvə olması və şəhidlərin heç vaxt ölməməsi mənə təsəlli və təskinlik olur. O canı, qanı ilə bu ucalığı qazanıb. Düzdür, şəhid olub, lakin həmişə ürəyimizdə olacaq, adı Azərbaycan var olduqca, var olacaq!”.

Əli Rzazadə (qonşusu): “Səmimi və mehriban oğlan idi. Tanıdığı hər kəsə yaxşılıq etməyə çalışardı. Elə bu xüsusiyyətinə görə də hamı tərəfindən sevilirdi. Varlığını bilməyimiz o qədər xoş idi ki, indi yoxluğuna öyrəşməyimiz çox çətin olacaq. Yeri əbədi behişt olsun”.

Elnurə Məmmədova (qonşusu): “Elcanla bir binada yaşamışam. Onun hər hərəkəti, davranışı, gülüşü hələ də yaddaşımdadır. Çox mehriban və istiqanlı oğlan idi. Buna görə də bütün qonşular rəhmətliyin xətrini çox istəyirdi. Onun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu eşidəndə həqiqətən də kövrəldim. Elə bil yalnız qonşuluqda yaşayan birini deyil, doğma, əziz bir insanı itirmişəm. Bu doğmalığı Elcan özü qazanmışdı”.

Fərid Əhmədov (qonşusu): “Can çox şirin şeydir. Ondan keçmək hər oğulun hünəri deyil. Amma Elcan öz canını gözünü qırpmadan eli üçün verdi. Yadımdadır, bir dəfə mən öz adımın mənasını deyərkən “tək, yeganə” demişdim, rəhmətlik isə belə demişdi: “Mənim adımın mənası çox sadədir – Elin canı” Sanki adı ilə qürur duyurdu. Cəsarətli və qeyrətli oğlan idi”.

Vüsalə Məmmədova (qonşusu): “Səxavətli adam idi. Qonşuluqda yetimlərə baxan bir qadın var. Təzə bilmişəm ki, Elcan sən demə, onlara həmişə dəstək olarmış. Məncə elə bunun özü onun necə geniş bir qəlbə sahib olduğunu isbatlayır. Pozitiv böyük idi. Mərhumun tabutu alqış və “Allahu Əkbər” sədaları ilə qarşılandı. Yəni onun ölümü də bir qələbə simvolu daşıyırdı”.

Günay Əliyeva (qonşusu): “Balaca vaxtlarımdan filmlərdə təqdim olunan qəhrəmanlara, tarixdə ad çıxarmış şücaətli şəxslərə həmişə qibtə etmişəm. Təəssüf ki, qəhrəmanların ətrafımızda ola biləcəyini heç düşünməmişəm. Elcan belə qəhrəmanlardan biri olub. O, nə filmə çəkilən personaj, nə də kitablarda haqqında bəhs olunan tanımadığım şəxs idi. Elcan tarix yazan oğul olub. Əminəm ki, gələcək nəsillər onun adını tarix kitablarında oxuyacaqlar. Çünki Elcan öz qanı ilə bu tarixi yazıb”.

Elçin Alıyev (məktəb direktoru): “Mənim üçün şübhəsiz ki, bütün şagirdlər əzizdir, doğmadır. Onların təkcə məktəb həyatı yox, məktəbdənkənar həyatı da məni hər zaman düşündürür. Ona görə də uşaqları daha yaxından tanımağa çalışıram. Bu tanışlıq işlədiyim illər ərzində mənimçün nə qədər yeni-yeni kəşflər ərsəyə gətirib. Belə kəşflərdən biri də adını qürurla andığım Elcanla tanışlığımdır. Etiraf edək ki, indiki dövrümüzdə Elcan kimi oğullar təkcə ailələri və müəllimləri üçün deyil, bütün cəmiyyət üçün qürur mənbəyidir. Bir çoxları düşünür ki, yaxşı uşaq yalnız dərslərini yaxşı oxuyanlardır və təəssüflər olsun ki, onların əxlaqı, mənəvi keyfiyyətləri bir çoxlarını heç düşündürmür. Amma həyat göstərir ki, bunlar olmadan yüksək keyfiyyətli şəxsiyyət formalaşmır. Bax, Elcanda bütün bu yüksək keyfiyyətlər cəmləşmişdi. O, böyük-kiçik yerini bilən, müəllimlərinin hörmətini saxlayan, ailəsinin, dostlarının, yaxınlarının və həyat göstərdi ki, Vətənin qeyrətini çəkən mərd oğul idi. Bu gün biz, Elcan və Elcan kimilərin bu mərdliyi sayəsində güclü Azərbaycanımızın bir vətəndaşı kimi yaşayırıq. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin”.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ