çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - On dördüncü yazı

Image


(Əvvəli ötən sayımızda)

Elcanın cənazəsi torpağa tapşırılandan sonra çox maraqlı bir hadisə baş verib. Belə ki, onun yas məclisinə iki yeniyetmə uşaq gəlir və dualar edərək göz yaşını axıdırlar. Şəhidin qohum-əqrəbası, təbii ki, onları tanımır. Allah qonağıdır, yəqin başsağlığı verib ehsandan “bismillah” etməyə gəliblər” - deyə düşünürlər. Bir qədər sonra həmin yeniyetmələr məclisin sahibilə maraqlanıb Elcanın atasının yanına gəlirlər. Onu qucaqlayıb başsağlığı verirlər:

- Əmi, Allah rəhmət eləsin! Oğlunuz bizə böyüklük edib. Yeri cənnət olsun.

Eldəniz onların nə demək istədiyini başa düşmür və soruşur:

- Amin! Ölənlərinizə rəhmət! Elcanın dostlarısınız?

- Hə, dostlarıyıq. Daha doğrusu, onunla qardaş kimi idik. Əmi, biz iki qardaşıq, ata-anamız rəhmətə gedib, yetimik. Elcanla bir hadisə nəticəsində tanış olmuşuq. O bizə qalmağa ev tutdu – deyə iki qardaşdan böyüyü sözünə davam elədi. – Mənə işləmək üçün yer tapdı. Hər ay da müntəzəm olaraq pul, “produkt” gətirib verirdi.

– Necə yəni, sizə ev tutub? Harda?

– Abbas Səhhət tərəfdə...

Eldəniz bir az duruxdu. Elcanın aradabir həm ondan, həm də digər dost-tanışlarından bir qədər pul istədiyini xatırladı. Elə düşünürdü ki, cavandır, yəqin dostları ilə gəzib-əylənir. Amma sən demə, o həmin pulları yığaraq aparıb yetimlərə verirmiş.

Həmin gün olanları götür-qoy edən Eldəniz işin ardınca düşməyi qərara alır. Oğlunun dostları ilə söhbətləşir. Sonra ikinci gizli xeyirxah iş ortaya çıxır. Sən demə, Elcan qonşu binadakı bir ailəyə də köməklik göstərirmiş. Həmin ailədə  də iki balaca körpə yetim var imiş. Uşaqlara bibiləri baxırmış. Tək canı ilə həm işləyib, həm də yetimlərə baxan bibiyə Elcan hər ay maddi dəstək olurmuş. Təsəvvür etmək çətindir, özün kasıbçılıqla böyüyəsən, amma güc-bəla ilə pul toplayıb yetimlərə baxasan.

Eldəniz aşkar etdiyi cəmi iki ailə oldu. Lakin bəlkə hələ nə qədər aşkar etmədiyimiz belə ailələr var...

Bütün bu olanlar Elcanın qəlbinin necə geniş olmasının bariz nümunəsidir. O, hamının dərdini öz dərdi bilirdi. Şəkillərinə baxanda bunu gözlərindən sezmək çox asandır.

Həqiqətən də, kimin şəhid olacağını sanki Allah özü təyin edir. Şəhidlər Cənnətin ən uca mərtəbəsində məskunlaşırlar. Uca Yaradan insanlar içərisindən ləyaqətli olanları şərafətləndirir və onlara şəhadət bəxş edir.

Yuxarıdakı hadisəni şair Şakir Əhmədli necə də gözəl nəzmə çəkmişdir:

 

Neçə səxavətin yasda açıldı,

Danışdı köməyə yetdiyin kəslər.

Doğmalar köksünə fərəh saçıldı,

İndi hamı sənə ehtiram bəslər.

 

Adın, əməllərin yaşadar səni,

Tanrı dərgahına çəkilər ruhun.

Sevdi Yaradan da şəhadətini,

Uyu, rahat olsun, əbədi yuxun!

 

Fəslin sonunda qeyd etmək istəyirik ki, boynumuzdakı haqlardan biri də insan haqqıdır. Ömrü yarıda qırılanların yarımçıq arzularını bizlər həyata keçirməliyik. Bu, onların üzərimizdəki haqqıdır. İndi Elcanın Rəsail və Eltac adlı iki qardaşı əvvəla Allaha, sonra bizlərə əmanətdir.

İndi Elcan fiziki olaraq aramızda yoxdur. Amma bir şəhid kimi o, ölməzlik qazanmış, öz şəhidliyi, qəhrəmanlığı, mərdliyi, cəsurluğu ilə, nəhayət, xoş arzuları ilə hər zaman aramızdadır...

 

* * *

 

Cənab Prezident Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda və işğal altındakı Füzuli rayonunun azad olunmasında göstərdiyi şücaətə görə şəhid Elcan Muradovu (ölümündən sonra) “Vətən uğrunda” və “Füzuli rayonunun azad olunmasına görə” medalları ilə təltif etmişdir.

Ümid edirik ki, ölməz şəhidimiz Elcan Muradovun əziz xatirəsi layiqincə anılacaq, onun ruhu kimi adının da ölməzlik qazanması üçün yaşadığı Gəncə şəhərindəki küçələrdən birinə, təhsil aldığı 19 nömrəli tam orta məktəbə şəhidin adı veriləcəkdir.

Elcan Muradov Vətənə canını fəda etdi. Bu da bizlərin ona kiçicik bir töhfəmiz olardı...

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Məzarları nurla dolsun!..

4. Əzizlərin xatirəsində şəhid Elcan Muradov

Şəhidlər heç vaxt unudulmur. Xüsusilə yaxınları, əzizləri tərəfindən. Şəhidlər əzizlərin xatirəsinə əbədi olaraq doğmalıqla və qürurla həkk olunurlar. Onlardan istənilən biri ilə şəhid haqqında danışdıqda qəlbindəki ən ülvi sözlər dilinə axmağa başlayır.

Mən şəhid Elcan Muradovla bağlı onun yaxınları və əzizləri ilə söhbətləşdikdə bu deyilənlərin əyani şahidi oldum. Elcan on doqquz illik qısa ömür sürsə də, insanların xatirəsində necə dərin iz buraxdığını anladım. Əlbəttə, burada onunla bağlı deyilənlərin hamısını bölüşmək imkanım yoxdur. Amma mümkün qədər Elcanın bir neçə yaxını və əzizi ilə apardığım söhbətin xülasəsini siz dəyərli oxucularla bölüşmək istəyirəm.

Əzizlərin xatirəsində Elcan Muradov əbədi olaraq belə qalacaq:

Eldəniz Muradov (atası): “Elcan mənim oğlum olmaqdan əlavə, həm də dostum kimi idi. Dərdimiz-sərimiz eyni olardı. Heç vaxt üzümə qayıtmazdı. Bir ata kimi onunla həmişə qürur duymuşam. Onun ölümü ilə elə bil belim sındı”.

Leyla Muradova (anası): “Bir ana üçün övladı itirmək həqiqətən də çox acıdır. Görmüşük ki, övlad valideynini torpağa qoyar. İstəsək də, istəməsək də bu təbii sonluğa öyrəşirik. Lakin ananın övladının ölümünü görməsi dünyanın ən ağır səhnəsidir. Elcan mənim ilk balam idi. Onun vəfat etməsi təkcə bizi yox, bütün onu tanıyanları ağlatdı. Mən oğlumun şəhidliyindən sonra bildim ki, sən demə o, hamının qəlbinin fatehi olub”.

Rəsail Muradov (qardaşı): Yaxşı şeylərdə mənə nümunə olub. Elcan həmişə haqlı olanın, yaxşı insanların yanında olmağımı məsləhət görərdi. O mənim üçün bir qardaşdan da irəli olub. Zaman keçdikcə Elcansız günlərin necə çətin olduğunu anlayıram. Həmişə qardaşımın gülər üzündən, məni bağrına basıb üzümdən öpməsindən ötrü çox darıxacam”.

Eltac Muradov (qardaşı): “Elcan dünyanın ən yaxşı qaqası idi. Mən onu çox istəyirəm. Bilirəm ki, ölməyib. Göylərdən bizə baxır”.

Yaylaq Muradova (nənəsi): Bir nənə üçün nəvənin ölümü çox böyük dərddir. Elcan balam çox cəsarətli, igid oğlan idi. Böyüklərinin üzünə əsla ağ olmazdı. Hamını çox istəyirdi. Gülərüz və mehriban idi.

Saniyə Cəfərova (nənəsi): “Elcan mənim böyük nəvəm olub. Həmişə gülərüzlüyü ilə dərd-sərimi azaldardı. Səmimi, mehriban olmaqla bərabər, çox xeyirxah idi. Yetim-yesir görəndə halı çox pozulardı. Neçə dəfə olub ki, axırıncı pulunu belə ehtiyacı olana verib”.

İntiqam Muradov (əmisi): “Rəhmətlik Elcan elə bil, sağ əlim idi. Həmişə mənə köməklik göstərib. Böyüklə böyük, uşaqla uşaq idi. Heç vaxt böyüklərinin üzünə ağ olmazdı. Hamının ad günlərini əzbər bilirdi və çox vaxt ilk təbrik edən o olurdu”.

Gülnarə Muradova (qohumu): “Cəsarətli oğlan idi. Gözündə qorxu olmazdı. Özünə tez hörmət qazanırdı. Gəncənin hər yerində dostu-tanışı var idi. Kiməsə haqsızlıq edildiyini eşidəndə əsəbiləşərdi və dost-tanışını yığıb həmin adama köməyə tələsərdi. Düzdür, mehriban xasiyyəti vardı, amma hoqqabaz və təkəbbürlü insanlar Elcandan xoş üz görə bilməzdi”.

Fərqanə Muradova (əmisi qızı): “Elcan mənə böyük qardaş əvəzi idi. Onunla qürur duyuram. Şəhidlik hər insana, hər kişiyə qismət olmur. O özünü həmişə xoşbəxt sayırdı. Adını hər dəfə xatırlayanda gözlərimin qarşısına gülər üzü gəlir”.

Rauf Cəfərov (dayısı): “Şəhid dayısı olmağımla fəxr edirəm. Elcan az yaşadı, amma həyatının hər anı yaddaşlarda qalacaq. Bunu deyə bilərəm ki, o, mərd oğlan idi. Heç vaxt kiminləsə davaya girişməzdi. Amma kimsə ona ilişsə, artıq-əskik söz desəydi, lazımi cavabını alardı”.

Aybəniz Muradova (bibisi): “Elcan dəcəl idi. Həmişə özündən böyük adamlarla dostluq edərdi. Ona görə də həmyaşıdlarından fərqlənirdi. Elə bil, vaxtından tez böyümüşdü. Harda olarsa, özünü lider kimi aparırdı. Camaatın qəlbini tez ələ alardı. Gülərüz idi”.

Turxan Muradov (bibisi oğlu, dostu): “Ən yaxın dostum idi. Rəhmətlik Elcanla dostluğumuzun kökləri uşaqlığımıza gedib çıxır. Bu uzun illər ərzində dostluq münasibətlərimiz o qədər doğmalaşdı ki, biz əsl qardaş olduq. İndi mən canını Vətən uğrunda, bizim həyatımız və rifahımız uğrunda fəda etmiş qardaşım barəsində danışıram. Onu itirmək mənim üçün çox ağırdır. Bilirəm ki, ömrümün sonuna qədər heç kəs Elcanın boş qalmış yerini doldura bilməyəcək. Çünki onun kimi səmimi və mehriban dost günümüzdə çox çətin tapılır”.

Jalə Muradova (bibisi qızı): “Elcanı ən yaxşı tanıyan insanlardanam. Mənə qardaş əvəzi olub. Yaşıd olmağımıza baxmayaraq, onu özümə böyük bilmişəm. Hər zaman arxam-dirəyim olub. Ən çox sevdiyim xüsusiyyəti səmimiliyi idi”.

Təranə Məmmədova (bibisi): “Elcan gözümün qabağında böyüyüb. Onun xasiyyətinə ən çox bələd olan adamlardanam. Qardaşım oğludur deyə demirəm, tam səmimi sözümdür: Elcan qeyrətli Azərbaycan övladı idi. Onu tanıyan elə bir adam yoxdur ki, barəsində nəsə xoş olmayan bir şey fikirləşsin. Bir bibi kimi mən onunla fəxr edirəm”.

Arif Məmmədov (qohumu): “Əsl kişi idi. Sanki vaxtından əvvəl böyümüşdü. Bəlkə də həyatda çəkdiyi əziyyət onu tez yaşa doldurmuşdu. Gülərüz, mehriban, səmimi birisi idi. Böyüklərinin üzünə ağ olmaz, cavab qaytarmazdı. Çox qıvraq uşaq idi. Tənbəl insanlardan zəhləsi gedərdi”.

Elvin Məmmədov (bibisi oğlu): “Elcan mənim mənəvi qardaşım idi. Ona söz vermişdim ki, gələcəkdə birlikdə çalışacağıq. Lakin təəssüf. Tanıdığım qədər, cəsarəti, qorxmazlığı ilə başqalarından seçilirdi. Dostluqda sadiq olmaq onun üçün dəyişilməz prinsip idi”.

Elmir Məmmədov (bibisi oğlu): “Mehriban, səmimi oğlan idi. Sirr saxlamağı yaxşı bacarırdı. Həmişə mənə: “Mənim ürəyim qəbiristan kimidir”, - deyərdi. Əlamətdar günlərdə təbrik etməkdə hamıdan qabağa düşərdi. Özü kasıb ailədən olsa da, ehtiyacı olanlara həmişə əl tutardı.

Zeynəb Həsənova (bibisi): “Onu öz balam kimi çox istəmişəm. Bir sözümü iki etməzdi. Söz eşidən, məsləhətə qulaq asan idi. Adam var onun varlığı ilə yoxluğu arasında elə də fərq olmur. Amma Elcan özünü elə sevdirmişdi ki, yoxluğuna hələm-hələm öyrəşmək olmaz”.

İldırım Həsənov (qohumu): “Elcan istiqanlı oğlan idi. Hamının xeyir-şərinə şərik olardı. Mehriban, zarafatcıl idi. Amma zarafatlarında heç vaxt duzsuzluğa yol verməzdi. Hamı ilə səmimi olduğundan xətri əziz idi. Onunla söhbət edəndə sanki yeniyetmə yox, yaşa dolmuş bir kişi ilə danışırdın”.

Aytən Həsənova (bibisi qızı): “Bizə gələndə hər zaman evdəki xoş ab-hava birə min artırdı. Üzü gülsə də gözlərində həmişə nəsə bir nisgil var idi. Amma heç kəslə dərd-sərini bölüşməzdi. Bir sözü var, hələ də qulağımdadır: “Dərdini nə dostuna aç, nə də düşməninə. Çünki düşmənin eşidib sevinər, dostun isə qəmlənər”.

Günel Həsənova (bibisi qızı): “Dayım oğlu Elcan gümrah, pozitiv insan idi. Hamımızla mehriban davranardı. Hər çörək yeyib qurtarandan sonra əllərini açıb Allaha şükür edərdi. Gözü başqasının malında olmazdı. Kasıb ailədə böyüməsinə baxmayaraq, gözü tox idi”.

Mətləb Həsənov (qohumu): “Rəhmətliyin atası ilə həm dayıoğlu-bibioğlu, həm də yaxın dost olmuşam. Elcan barədə bunu deyə bilərəm ki, hamı onu çox istəyirdi. Cəsarətli, igid oğlan idi. Hara getsə özünə hörmət qazanmağı bacarırdı. Səmimi olması onu hamıya sevdirmişdi”.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ