çərşənbə günü, 11 noyabr 2026
     

Bütün qazilərimizi işlə təmin etmək mümkünsüz məsələdir?..

Image


Mətbuatda yayılan məlumata görə, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.  Qazinin atası mətbuata oğlunun işlə bağlı problemlərinin olduğunu bildirib:“Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni iş problemi var idi, sonda da belə oldu”.

Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaləddin Şabəddinov isə mətbuata deyib ki, işlə bağlı müraciət edilməyib:

“Anası müəllimə, atası isə Rusiyaya gedib-gələn adamdır. Ailədə iki qardaş olublar. İntihar edən qazimiz Vətən müharibəsində Füzuli-Qubadlı-Cəbrayıl istiqamətində döyüşüb. Bu hadisə gözlənilməz oldu. Bizə iş deyil, həyətyanı torpaq üçün müraciət etmişdi. Biz də bələdiyyəyə məktub göndərmişik. Bələdiyyə də bununla bağlı Əmlak Komitəsində məsələ qaldırıb ki, qazimizə torpaq verilsin. Qeyd edim ki, rayonda Prezident tərəfindən təqaüd alan 17 qazimiz var. Eyni zamanda, rayonun 35 şəhidi var. Bizim təşkilat tərəfindən bütün şəhid, qazi ailələlərinə baş çəkilir və sosial durumunun yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilir”.

İlk dəfə deyil ki, işsizlik məsələsinə görə qazi intiharı baş verir. Niyə aidiyyəti qurumlar qazilərin işlə təmin edilməsini əsas işləri saymır? Məgər qazilərin hamısını işlə təmin etmək olmazmı?

Sizin rəhbərlik etdiyiniz təşkilat qazilərin iş probleminin həlli üçün hansı addımlar atır?

  • “Qazilərə iş təklif edilir, amma o işin qazilərin sağlamlıq imkanlarına uyğun olub-olmadığı məmurlar üçün maraqlı deyil”

“Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Nahid Salayevlə əlaqə saxladıq. N.Salayev bizimlə söhbətində bildirdi ki, qazi Ülvi İsgəndərovun intiharı hər kəsi təəssüfləndirib. N.Salayev qeyd etdi ki, bir qazinin intihar etməsi həqiqətdən də ciddi məsələdir, ciddi bir siqnaldır. “Biz təşkilat olaraq bu məsələlərlə bacardığımız səviyyədə məşğul olmağa çalışırıq. Bəzən bizə iş üçün müraciət edən qaziləri öz imkanlarımız hesabına müxtəlif qurumlarda, müxtəlif özəl təşkilatlarda işlə təmin etməyə səy göstəririk, bəzi hallarda buna nail oluruq, bəzən isə çətinliklərlə üzləşirik. Amma dünən baş verən hadisə bir daha göstərdi ki, cəmiyyətdə müəyyən laqeydliyin olması, aşağı ranqlı məmurların öz işlərinə məsuliyyətsiz yanaşması belə acı nəticələrə səbəb olur. Qazilər barədə həssaslıqla danışmaq, onlara münasibətdə həssaslıqla davranmaq lazımdır. Qazilərimiz əsasən rayon yerlərində, regionlarda iş üçün müraciət edərkən aşağı ranqlı məmurların səhlənkarlığı ilə üzləşirlər. Bunu bizə müraciət edən qazilər də deyir ki, müraciətimizə biganə yanaşıldı. Bəzən səhhəti, sağlamlığı ağır olan qazilərimizə sağlıq vəziyyətlərinə uğun olmayan mürəkkəb işlər təklif olunur, bu da təbii olaraq qazilər tərəfindən qəbul edilmir, təklif olunan işdən imtina edirlər. Deməzdim ki, bu gün qazilərə tam olaraq iş təklif edilmir, amma təklif olunan işlərin təsnifatına baxarkən elə işlərin təklif edildiyini görürsən ki, bu sahədə işləməyə qazinin səhhəti, sağlamlığı faktiki olaraq imkan vermir. Məhz ona görə də, müharibənin odundan-alovundan keçmiş, bu dəhşətləri yaşamış insanlar ümidsizlyə qapılır və bu da sonda Ülvi İsgəndərovun faciəsi kimi acı hadisələrlə nəticələnir”.

N.Salayev qeyd etdi ki, dövlət qazilərin, müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması üçün lazımı addımlar atır. O hesab edir ki, qazilərin sosial rifah halının yüksəldilməsi ilə bağlı tələb olunan vəsait elə də böyük məbləğ deyil və dövlət bunu qarşılaya bilir. “Hesab edirəm ki, bəzi kiçik ranqlı məmurların səhlənkarlığı, biganəliyi olmasa qazilərimizi işlə təmin etmək elə də çətin olmaz. Bununla bağlı konkret dövlət siyasəti var, ölkə başçısının, Ali Baş Komandanın iradəsi var. Qazilərimizin işlə təmin edilməsində özəl sektor da aktivlik göstərməlidir ki, bu cür faciələr baş verməsin. Bir qazinin intihar etməsi cəmiyyətdə çox böyük əks-səda verir, narahatlıq doğurur. Bəzi məmurlar qazilərimizə münasibətdə həsasslıq göstərməlidir”.

N.Salayevin sözlərinə görə, mütəmadi olaraq qazilərimizlə psixoloji söhbətlər aparılmalıdır: “Onların vəziyyətləri, qayğı və çətinlikləri, istəkləri bilavasitə qeydə alınmalıdır ki, onlarda ümid yaransın. Bacardıqca qazilərimizə saglamlıqlarının, səhhətlərinin imkan verdiyi işlər təklif olunsun. Təsəvvür edin ki, müharibədə bədən üzvlərindən birini itirmiş qaziyə ağır iş təklif edilirsə, əlbəttə, o ondan imtina edəcək, amma məmur statistikasında qeyd olunacaq ki, biz qaziyə iş təklif etdik, amma o istəmədi. Bütün bu detallar nəzərə alınmalıdır. Bugünkü gün əlini, ayağını itirmiş qaziyə tikinti sahəsində iş təklif ediləcəksə, əlbəttə, orada işləməyə onun səhhəti, sağlamlığı imkan verməyəcək. Qazi sağlamlığına uyğun gəlməyən işdən imtina edir, məmur hesabatında yazır ki, filan qaziyə iş təklif etdik, işləmək istəməyib təklifdən imtina etdi...”

N.Salayev deyir ki, cəmiyyətdə baş verən prosesləri izlədikcə burada xoşagəlməz hadisələrlə də üzləşirik. “Qazilər qalır bir tərəfdə, qazi olmayanlar müxtəlif tələblər səsləndirir, dövlətin müxtəlif orqanları ilə konflikt yaratmağa çalışır. Hər bir məsələnin həlli sivil yollardan keçir. Sivil yollarla da problemləri həll etmək imkanları var. Mən buradan qazilərimizə müraciət etmək istəyirəm. Əgər hər hansı bir problemləru varsa, hansısa məmur özbaşnalığı, bürokratlığı ilə qarşılaşırlarlarsa yuxarı insansiyalara müraciət etsinlər, bu gün Prezidentin özünə də müraciət etmək imkanları var.

Burada bir məsələ də var ki, döyüşən insanlarda adətən bir daxili qürur olur, bunu özümdən də bilirəm, bəzən hər məsələ üçün ağız açmaq, istəklərini ifadə etmək istəmirlər. Bu məsələdə dövlət orqanlarının üzərinə də yük düşür, qazilərlə fərdi söhbətlər edilməlidir, onların istəkləri nəzərə alınmalıdır, hansı işdə işləmək imkanında olduqlarına xüsusi fikir verilməlidir. Nəzərə alsaq ki, iş yerlərində əməkhaqqı elə də yüksək deyil, bu bəzən bir ailənin, hətta bir insanın tələbatını ödəməyə yetmir. Amma bununla belə iş yerləri var”.

N.Salayev həmçinin vurğulayır ki, qazilərlə psixoloji söhbətlər aparılması, onların psixoloji durumunun qaydaya salınması üçün səyyar psixoloq briqadaları yaradılmalıdır. “Dövlətimizin bu istiqamətə ayırdığı maddi vəsait kifayət qədər böyükdür və çox böyük məbləğdir. O maddi vəsaitlərin bir hissəsini psixoloji yardım prosesinə yönəltmək tam mümkündür. Belə deyək, qazilərlə, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri ilə sosialyönümlü işlərin aparılması kağız üzərində olmalı deyil. Yəni hər hansı bir məmur hesabatında “mən bu qədər qaziyə bu qədər iş təklif etdim, amma qazilər imtina etdi” qeydini edirsə, bu o məmurun obyektivliyini ifadə etmir, bu onun subyektiv fikridir. Qazilərə iş təklif edilir, amma o işin qazilərin sağlamlıq imkanlarına uyğun olub-olmadığı məmurlar üçün maraqlı deyil. Çox təəssüf ki, çox zaman aşağı ranqlı məmurların səhlənkarlığı, məsuliyyətsizliyi belə faciələrə səbəb olur. Müharibənin odundan-alovundan çıxmış qazilərimizin iş probleminə, sosial qayğılarına  aşağı ranqlı məmurların səhlənkar və biganə yanaşmasına imkan vermək olmaz. Bu problem, xüsusən də bölgələrdə özünü daha qabarıq şəkildə göstərir. Biz cəmiyyət olaraq da buna yol verməli deyilik” - deyə N.Salayev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ