çərşənbə günü, 11 noyabr 2026
     

AMEA-da 6-7 vəzifə tutan institut direktorları...

Image


Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müzakirə edilən məsələlərdən biri bir çox elmi-tədqiqat institutlarının direktorlarının eyni zamanda 6-7 vəzifə tutması məsələsidir. Məsələn, AMEA-da yayılan söz-söhbətlərə görə, akademik Arif Həşimov həm AMEA-nın birinci vitse-prezidenti, həm də akademik-katibi vəzifələrini yerinə yetirir, həmçinin də Fizika İnstitutunun icraçı direktorudur. Söhbət təkcə A.Həşimovdan getmir, burada onun kimi bir neçə vəzifəni tutan alimlər, rəhbər şəxslər var. 

AMEA əməkdaşları deyirlər ki, bir neçə vəzifə tutanlar arasında yaşı 70-80-ni keçən və düz-əməlli işə gəlib-gedə bilməyən şəxslər də yox deyil.

Bu nə dərəcədə düzgündür ki, bir adam eyni zamanda bir neçə vəzifəni icra etsin? Bu fiziki cəhətdən mümkündürmü? Bir adamın həm institut direktoru, həm Rəyasət Heyətinin üzvü, həm də başqa vəzifələr daşıması, dövlət büdcəsindən 6-7 vəzifəyə görə maaş alması nə dərəcədə doğrudur?

  • “…Bu  cür idarəetmə yanlışdır və birmənalı olaraq yolverilməzdir”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, AMEA-da hər zaman belə tendensiya yaşanıb. “Akademiya prezidentləri belə eyni zamanda institut direktoru vəzifəsini “icra ediblər”. Niyə “icra ediblər”i dırnaq  içində dedim? Çünki Akademiya prezidenti vəzifəsi kifayət qədər məsul vəzifədir və idarəetmənin başında durur. Həmin adam eyni zamanda institut direktoru vəzifəsini daşıyır, amma o, faktiki olaraq institutda olmur. İnstitut direktoru vəzifəsi də kifayət qədər məşğul vəzifədir. Mən yalnız Akademiyanın prezidenti olmuş Mahmud Kərimovun simasında bu tendensiyanın aradan qalxmasının şahidi oldum. Mahmud Kərimov Radiasiya Problemləri İnstitutunun direktoru olarkən Akademiyanın prezidenti seçildi, lakin çox qısa müddətdə Radiasiya Problemləri İnstititunun direktoru vəzifəsindən istefa verdi. Qeyd etdi ki, mən bu işi apara bilməyəcəyəmsə, formal olaraq bu vəzifənin daşıyıcısı olacağamsa, bu, instituta fayda verməyəcək.

Burada eyni zamanda maraqların toqquşması baş verir. Hər bir müssisənin idarə edilməsində maraqların toqquşması adlı sənəd var. Həmin sənəd eyni zamanda ehtiva edir ki, rəhbər şəxs yaxın qohumları ilə belə eyni müəssisədə çalışa bilməz. Siz təsəvvür edin, AMEA-nın vitse-prezidenti olan bir adam eyni zamanda hansısa bir elmi tədqiqat institutunun da direktorudur. Təbii ki, bunun da kökündə onun öz institutunun maraqlarını qorumaq durur. Bu baxımdan hesab edirəm ki, əlbəttə, bu yolverilməzdir. AMEA-nın prezidenti, yaxud vitse-prezidentlərinin əksəriyyəti həmçinin də böyük bir elmi-tədqiqat institutunun direktorudur. Aydın məsələdir ki, burada ədalətli idarəetmədən söhbət gedə bilməz. Bu baxımdan, Akademiyada həmin tendensiyalar yaşanmaqdadır. Mən Arif Həşimovu dəyərli bir alim, peşəkar, öz işini yaxşı bilən elm təşkilatçısı kimi tanıyıram. Arif müəllimlə biz uzun illər bir yerdə işləmişik. Mən onu işinin peşəkarı kimi tanıyıram. Amma o, Akademiyanın birinci vitse-prezidenti kimi məsul, akademik-katibi kimi də məşğul və məsul vəzifə daşıyır. Həmçinin akademik-katib vəzifəsi də AMEA-nın idarəolunmasında kifayət qədər rola malik olan, məsul və böyük enerji tələb edən məsul vəzifədir. Bundan başqa, Akademiyanın ən böyük institutu Fizika İnstitutudur, onun da baş direktoru vəzifəsini o daşıyır. Bu da çox böyük və məsuliyyətli vəzifədir. Bir şəxsin eyni zamanda üç vəzifəni daşıması düzgün yanaşma deyil. Mənim Arif müəllimə böyük hörmətim var. Söhbət təkcə Arif müəllimdən getmir. Rasim Əliquliyev eyni zamanda İnformasiya Texnologiyaları İnstitutunun direktorudur, həmçinin də uzun illərdir Akademiyanın vitse-prezidentidir. Digər belə faktlar da mövcuddur. Dilqəm Tağıyev də həm institut direktorudur, həm də vitse-prezidentdir. İsa Həbibbəyli də uzun illər həm vitse-prezident, həm də institut direktoru kimi çalışıb, həm Milli Məclisin elm və təhsil komitəsinin sədri olub, deputatdır. Hesab edirəm ki, Akademiyada bir şəxsin eyni zamanda bir neçə vəzifə daşıması kimi ziyanlı tendensiya aradan qaldırılmalıdır. Kimin bizim dostumuz-tanışımız, kiminlə münasibətlərimizin hansı səviyyədə olmasından asılı olmayaraq bu  cür idarəetmə yanlışdır və birmənalı olaraq yolverilməzdir”.

İ.Orucovun sözlərinə görə, hələ biz bu insanların daşıdıqları ictimai vəzifələri qeyd etmirik, onlar həm də ictimai vəzifələr daşıyır, hərəsi bir jurnalın baş redaktorudur, dissertasiya şurasının, institutların elmi şuralarının sədridir. İ.Orucov hesab edir ki, bir insanın eyni zamanda bu qədər vəzifənin öhtəsindən gəlməsi faktiki olaraq mümkün deyil. “Bu qədər vəzifənin bir insanın əlində cəmlənməsi, bir adam tərəfindən idarə olunması, əlbəttə ki, mümkünsüzdür, onlar öz vəzifələrini formal olaraq daşıyırlar. Xatırlayıram, Mahmud Kərimov Akademiya prezidenti olanda institut direktoru vəzifəsindən istefa verdi, amma ondan sonra gələn Akif Əlizadə həm AMEA prezidenti oldu, həm Akademiyada özünə bir qondarma Direktorlıar Şurası yaratdı, onun da sədri oldu. Adamdakı iddiaya baxın. Akademiyanın prezienti vəzifəsini düz-əməlli icra eə bilməyən bu adam Direktorlıar Şurasının da sədri oldu, Geologiya və Geofizika İnstitutunun da direktoru vəzifəsini daşıdı, bu gün də 87 yaşında o direktordur. Mən ağsaqqalalara həmişə hörmət etmişəm, amma insan bu yaşda vəzifələrdən yapışmalı deyil, gənclərə yer verməlidir. Gənclərə yol vermək əvəzinə yaşlı insanların müxtəlif vəzifələri zəbt etməsi pis nəticələr verib və ona görə də Akademiya bu vəziyyətədir. Elmin başında duran, elmi idarə edən şəxslərin əlavə olaraq bu vəzifələri “işğal” etmələri, zəbt etmələri ona gətirir ki, Akademiyanın göstəriciləri ildən-ilə zəifləyir, elmimiz dünya elmindən çox aşağı yeri tutur. Düşünürəm ki, bu həqiqətən də zərərlidir, yolverilməzdir və Azərbaycan elminə birbaşa mənfi təsir göstərən faktorlardandır. Əlbəttə ki, institut direktoru vəzifəsi böyük təcrübə, eyni zamanda təşkilatçılıq, böyük enerji tələb edir. Amma siz təsəvvür edin, 70-80, 87 yaşlı bir adam hansı enerji ilə çalışa bilər? Təbii ki, çalışa bilməz. Onlar yerlərini gənc nəslə də vermək istəmirlər, qısqanclıqla yanaşırlar, gənclərin yolunu bağlayırlar. Elmə gənclər gəlmir… İcra edə bilmirsən, işləri apara bilmirsənsə, o vəzifələrdən niyə yapışırsan?” İ.Orucovun fikrincə, bizdə də elmi müəssislələrdə vəzifə tutan adamlar xaricdəki kimi davranmalıdır, təqaüdə çıxandan sonra kənara çəkilməlidir. Onun sözlərinə görə, belələri ən yaxşı halda  laboratoriya müdiri, şöbə müdiri olmalı, enerji tələb edən vəzifələri tutmamalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:36
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ