çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - On birinci yazı

Image


(Əvvəli ötən sayımızda)
Cəsur Elcan dastanı

Hər bir cəsarətli insanın həyatı bir dastandır. Tarix boyunca milyonlarla, milyardlarla insan gəlib-getmiş ki, həyatları heç yada salınacaq qədər dəyərdə olmamışdır. Lakin neçə-neçə şəxsin yaşadığı ömür özündən sonra dastana çevrilmişdir. Belə insanlar tarixdə az sayda olsalar da, öz həyatları və ölümləri ilə milyonları yaşatmışlar. Çünki onlar özləri üçün müqəddəs olan bir hədəfə doğru tam inamla irəliləmişlər.

İkinci Qarabağ döyüşündə canından keçən əsgər və zabitlərimiz məhz müqəddəs hədəfə doğru inamla irəliləyirdilər. Təbii ki, belə hərbçi heç bir fədakarlıqdan çəkinməz. Onun üçün döyüş meydanı ilə toy-büsat meydanının elə də fərqi yoxdur. Belə bariz nümunələr tarix səhifələrində məğrurluqla anılır.

Tarixi məlumatlara görə, döyüşlərin birində müsəlman ordusunun bir sərkərdəsi Roma ordusuna əsir düşür. Düşmənin hərbi məhkəməsi həmin sərkərdəni ölümə məhkum edir. Amma ona bildirilir ki, əgər xristian dinini qəbul edərsə, edam hökmü ortadan qalxacaq. Məğrur sərkərdə bildirir ki, xristianlığı zahirən də qəbul etsə, bu, canından əziz bildiyi dininə ehtiramsızlıqdan əlavə, cəbhələrdə mərdliklə döyüşən digər əsgərlərin də şücaət ruhunu itirməsinə və təslimolma ruhiyyəsinin onlara hakim kəsilməsinə səbəb ola bilər. Ona görə də məhkəmənin şans kimi təqdim etdiyi təklifi rədd edir. Buna təəccüblənən məhkəmə həmin sərkərdəyə vəd verir ki, xristian dinini qəbul etsə nüfuzlu şəxslərin birinin qızı ilə evlənəcək və yüksək vəzifələrdə işləyəcək. O, indi də bu təklifi geri çevirir. Məhkəmədə iştirak edən qeysər müsəlman əsgərlərindən birinin zeytun yağı ilə dolu qaynar qazana atılmasını əmr edir. O, bununla sərkərdəyə məhkəmənin hökmünün qətiliyini və ağırlığını, zarafat olmadığını bildirir. Sərkərdə öz gözləri ilə əsgərin qazanda yanmasını müşahidə edir. Əsgərin əti sümüyündən ayrılır, bədəni qaynar yağa batıb çıxırdı. Sərkərdə səhnəni izləyərkən biixtiyar ağlayır. Məhkəmə üzvləri və digər nüfuzlu şəxslər onun qorxudan ağladığını güman edirlər. Sərkərdə insanların simasındakı istehza qarışıq təbəssümdən onların nə düşündüklərini təxmin edir. Buna görə də üzünü onlara tutub deyir: “Məni gözləyən taleyə görə ağlamıram. Ona görə ağlayıram ki, fəda etməyə yalnız bir canım var. Kaş tüklərimin sayı qədər canım olaydı və hamısını Vətənə fəda edə biləydim”.

Başqa bir tarixi nümunəyə nəzər salaq: 1950-1960-cı illərdə siyasət səhnəsində Vyetnam məsələsi vardı. Ayaqları yalın bir millət əlinə ox-kaman və Rusiyanın verdiyi köhnə silah-sursat alıb öz hədəfləri naminə Amerika ordusunun qarşısına çıxdı. Araşdırmalara görə, bir vyetnamlı əsgərin ölümü ABŞ üçün hardasa bir milyon dollara başa gəlirdi.

Amerika öz ordusunun iradəsini gücləndirmık üçün hər ay müğənnilər dəvət edir, rəqs məclisləri təşkil edir və onlara maddi ruh aşılayırdı. Vyetnamlılar isə heç bir vəchlə torpaqlarının işğalına razı olmur, lazım olduqda həyatlarını qurban verirdilər.Vyetnamlı əsgərlər məlum hədəf üçün döyüşürdülər. Məqsəd azad yaşamaq və istismar dövrünə son qoymaq idi. Amerika əsgərləri isə nə üçün döyüşdüklərini bilmirdilər. Onlar başqasının torpağını işğal etmişdilər və əraziləri ilə Vyetnam arasında minlərlə kilometr məsafə var idi.

Bunları qeyd etməklə diqqəti İkinci Qarabağ döyüşünə çəkmək istəyirəm. Azərbaycan əsgərlərinin öz hədəfi var idi: Ana Vətənin işğaldan azad olunması! Lakin erməni əsgərinin hədəfi başqasının torpağını işğal altında saxlamaq idi. Düzdür, Ermənistanın bəzi siyasi dairələri onları aldadıb döyüşə gətirə bilərdi. Amma bu heç də reallığı dəyişmirdi. Qarabağ Azərbaycan torpağı idi və Azərbaycan əsgəri bu məqsəd uğrunda canı və qanı ilə vuruşurdu. Buna görə də onlar dastan yazırdı. Tarix yazan əsgərlərimizin mətanət və əzmkarlığı qarşısında aciz qalan düşmən xaincəsinə Gəncəni, Bərdəni və Tərtəri bombardman edirdi. Buralarda hədəfə alınanlar bəs kim idi? Təbii ki, dinc əhali. Gəncə şəhəri nə Ermənistan Respublikası ilə dövlət sərhədində idi, nə də Qarabağla qonşu idi. Ermənistan hakimiyyəti öz murdar hədəflərinə çatmaq üçün körpələrin, qadınların, ahılların qətlinə, daha doğrusu terroruna əl atdılar...

El-obasının bombardman olduğunu eşidən Elcan döyüş vaxtı şərəfi üzərinə and içmişdi ki, düşmənə göz açmağa aman verməyəcək. Onun tağım yoldaşlarından qazi olaraq qurtulan bir igidimiz yas məclisinə gələndə hüzr sahiblərinə belə bir hadisəni danışıb: “Mən sağ qalmağıma görə Elcana borcluyam. O olmasaydı, bəlkə də ölmüşdüm. Döyüşün qızğın vaxtında əmrə uyğun olaraq biz Füzulinin işğal altındakı kəndlərinə hücuma keçdik. Düşmən bunu gözləmirdi. Hücum qəfildən olmuşdu. Döyüş vaxtı bədənimdən bir neçə güllə yarası aldım. Hərəkət edə bilmirdim. Sürünərək özümü bir kənara atdım. Çünki olduğum yer sıx güllə atəşinə tutulurdu. Ətrafımda neçə döyüş yoldaşım şəhid olmuşdu. Gözlərimi səmaya dikib eləcə qaldım. Ölümümü gözləyirdim. Bilmirəm nə qədər vaxt keçdi. Artıq gözlərim qaralırdı. Dünya ilə vidalaşırdım. Atamı, anamı, qardaşımı xatırladım. Bir az qəhərləndim. Hələ döyüş gedirdi. Gördüm bir nəfər əyilə-əyilə, atışa-atışa mənə tərəf gəlir. Mən ağaca söykənib taqətsiz halda ona baxırdım. Yaxınlaşdıqda tanıdım. Bu Elcan idi. Qolundan yaralanmışdı deyəsən. Mənə yaxınlaşıb halımı soruşdu. Yəni sağammı, salamatammı? Başımla “hə” deyə bildim. Məni qucaqlayıb yavaş-yavaş həmin ərazidən uzaqlaşdırdı. Hələ də başa düşə bilmirəm ki, o zəif bədəni ilə məni necə xilas elədi. Elə bil ki, döyüş vaxtı Elcana hardansa güc gəlirdi. Elə hey: “Qorxma! Sən yaşayacaqsan. Bunların anasını ağladacağıq!”- deyirdi. Elcan məni digər hərbçi yoldaşlarımın yanına qoyub təkrar döyüşə atıldı”.

Siz adi bir siravi Azərbaycan əsgərinin qorxmazlığına, cəsarətinə diqqət yetirin. Düşmən məhz belə keyfiyyətdəki əsgərlərimizin qorxusundan silah-sursatı, döyüş bayrağını atıb geri qaçırdı. Məhz bu əsgərlərimiz düşməni iti qovan kimi torpaqlarımızdan qovurdu. Vətən müharibəsi bir kinofilm deyildi. Kinolardakı fantastik və inanılmaz görünən səhnələri Azərbaycan əsgərləri real olaraq nümayiş etdirirdi.

İstiqlal şairi mərhum Mehmet Akif Ersoyun qəhrəman əsgərlərə xitab etdiyi şeiri bütün olanları necə də gözəl şəkildə gözlər önünə sərir:

Durma get, oğlum, açıqdır yolun,

Cəngə hazırdır, o bükülməz qolun.

Süngünü tax, ön sıradır yolun,

Uğurun açıq olsun, uğurlar olsun!

Yerlər uçuran sel olub daşmalı,

Dağ deməyib, daş deməyib, aşmalı!

Səndəki cəsarətə ellər çaşmalı,

Durma get, oğlum, uğurlar olsun!

Bu gün tale Elcanın üzünə gülsə də, qəlbini göynədən kədər onu sarsıdır, acı təəssüflərə qərq edirdi. Elə həmin gün, son döyüşdən əvvəlki istirahət vaxtı silahdaşları ilə birlikdə qələbə haqqında danışır, arzularından söz açır, hansısa şad xəbərin sevincini bölüşürdü. Bir saat sonra baş verəcək döyüşdən xəbərsiz olan əsgərlərin onları gözləyəcək taledən xəbəri yox idi. Elcan fikir, xəyallar aləminə dalanda, nədənsə Allahın müqəddəs kitabımız Qurani-Kərimdə buyurduğu: “Heç kəs sabah nə əldə edəcəyini və harada öləcəyini bilməz!” – ayəsini xatırladı. Düşündü ki, onsuz da insan bu dünyaya bir dəfə gəlir, onu da gərək ləyaqətlə yaşasın. Mənəvi qanunlara əməl edən vicdanlı insana, məhz belə birisinə xoşbəxt ömür sürmək nəsib olur. Bu xoşbəxtlik təkcə dünyəvi nemətlərdən faydalanmaq, dünyəvi istəklərə nail olmaq yox, həm də mənəvi yüksəliş və saflıqdır.

Elcan Muradov Vətənə bəslədiyi ülvi sevgiylə, düşmənə sonsuz kinlə silahlanan qəlbinin güc-qüvvəsilə əlindəki silahı möhkəm tutaraq, Vətən torpaqlarının azadlığı uğrunda döyüşə atılmışdı. Cəbhəyə yollananda içdiyi andı xatırlayıb öz-özünə dedi: “Mən şəhidlərimizin qanı ilə suvarılmış Vətən torpaqlarının düşməndən azad edilməsi üçün son damla qanımadək vuruşacam. Düşmən əsarətində inləyən torpaqlarımız üzərində narahat dolaşan şəhid ruhlarını sevindirəcəm”.

Az sonra şəhadət şərbətini içəcəyini duyan Elcan illərdir anaların qəlbindəki yaralara məlhəm olacaqdı. O, bir neçə gün bundan əvvəl xain düşməndən təmizlədikləri Hadrut qəsəbəsi və Füzulinin bir neçə kəndini göz önünə gətirdi. Erməni vandalları buralarda demək olar daşı-daş üstündə qoymamışdılar. Vaxtilə ata-babalarımız yaşayan o isti evlər xarabalığa dönmüş, tikililər yerlə-yeksan olmuşdu. İşğal altında qaldığı illər ərzində yağı ayaqları sinəsinə dəydikcə Vətənin imdad harayı sinəsini çat-çat etmişdi. İndi bu torpaqlar azad nəfəs alırdı. Elcan hazırda durduğu yeni azad olunmuş kəndin ətrafına boylandı. Hər tərəf quru səhralığa bənzəyirdi. Əyilib Ana Vətənin bağrından bir ovuc torpaq götürdü. Düşündü ki, əlində tutduğu bu bir ovuc torpağa hansısa şəhidimizin qanı qarışıb. Onsuz da bu yerlərdə tökülən qanlar son nəticədə hədər getməmişdi. Onların qisası düşməndən bir-bir alınırdı. Uğrunda canlarını qurban verdikləri Vətən torpağının üzü indi gülürdü.

Nədənsə, yadına orta məktəb illərində tarix və coğrafiya fənlərini keçərkən kitabdakı xəritə düşdü. Qarabağımızın ərazisi həmin xəritədə qırmızı rəngə boyanmışdı. Deməli o, qanla suvarılıb və bu qan torpağın canına hopub. Həmin qan təkcə onun sinəsini boyamayıb, bu qan hər bir azərbaycanlının köksündə, qəlbində qara ləkəyə dönüb. Otuz ilə yaxın bu qanı Vətən torpaqları udub. İndi torpaqlarımızın azadlıqdan aldığı nəfəslə hər bir azərbaycanlının milli qürur hissi oyanmışdı.

Elcan da bu müqəddəs duyğunu öz qəlbində hiss edirdi. Bu gün Füzulimizin azadlığı, sabah Cəbrayılımız, Qubadlımız, Zəngilanımız, Laçınımız, Kəlbəcərimiz, Ağdamımız, Şuşamız, Xankəndimiz, Xocavəndimiz, Xocalımız, bir sözlə, Qarabağımızın azadlığı həyata keçəcəkdi. Düşünürdü ki, kaş on iki canı olardı və hərəsi bir istiqamətdə vuruşardı. Kaş bayrağımızın bütün işğal olunmuş ərazilərdə dalğalanmasını görəydi.

Gözləri önünə bu günləri görə bilməyən Milli Qəhrəman Mübariz İbrahimov gəldi. Mübariz haqqında hazırlanmış videoçarxı dəfələrlə izləmişdi. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində o, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan hərbiçilərinin çox sayda əsgər və zabitini qəfil həmlə ilə məhv edir. Sonra isə düşmənin silahlarını özlərinə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Videorolikdə şəhidin atası Ağakərim kişinin dedikləri isə qəhrəman igidin hansı ailədə tərbiyə aldığını əyani şəkildə göstərir: “Hadisənin səhəri günü tezdən saat beş-altı arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubu tapmışdılar...”. Bu qəhrəmanlığa damğasını vuran isə onun valideynlərinə yazdığı məktubdur. Həmin məktubda Mübariz, sanki təkcə valideynlərinə deyil, bütün Azərbaycan xalqına müraciət edirdi. O, bizə milli-mənəvi dəyərlərimizə bağlı olmağımızı, Vətən sevgisinin nə olduğunu yenidən öyrətmişdi: “Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ