çərşənbə günü, 11 noyabr 2026
     

Adı, ünvanı yurd adlı torpaq olan şair: Nəzakət Məmmədli

Image


Nəzakət xanımın şeirlərini mütaliə etdikcə bu səmimi şeirlər bizi bir estetik zövq mənbəyi kimi fərəhli düşüncələrə çəkir; eləcə də şairin sənətkarlıq axtarışları baxımından bizim diqqətimizi məşğul edir.

Nəzakət xanım “Yada düşdü” kimi məsul bir jurnalın, ölkədə öz dəst-xətti, yaradıcı çevrəsi olan ədəbi-bədii dərginin redaktorudur. Bununla bərabər, onun hərtərəfli yaradıcılığının böyük bir sahəsini şeir  təşkil edir. Onun şeirləri həmən  öz mövzu aktuallığı, bədii ideya, söz  zənginliyi ilə diqqəti cəlb edir. Bu şeirlərdə “dünyanın əşrəfi” sayılan insan, onun xoşbəxtliyi, onu  çevrələyən təbiətə, onun nemətlərinə münasibəti, insanın insana qayğısı, bəslədiyi sevgisi-ülfəti  poetik ifadələrlə verilir. Özünü də həmin insanların cərgəsində gördüyümüz şairin:

Yalana dönübdü mənim gerçəyim,

Solub düymə-düymə gülüm-çiçəyim.

Analar açmayıb qara ləçəyin,

Göz yaşı dönübdür selə, şəhidim!

misralarındakı səmimiyyətə inanmamaq olmur. Çünki vətən, xalq yolunda əziz çanından keçən şəhid itkisi tək bir evin deyil, hamımızın itkisi olduğunu qəbul etməyən yoxdur aramızda. Şair bizim yaxın zamanlarda baş verən itkilərimizlə, nisbətən uzaq tarixlərdə yaşadığımız faciələrin arasında fərq görmür. Onunçün heç nə unudulmamış, heç nə yaddan çıxmamışdır.  Şair “Qanlı Yanvar” üçün də eyni dərəcədə  təsirlənib üzülür. Yenə göz önünə  acı  mənzərələr gətirilir,  yenə şairanə təsvirin gücü ilə bizlərdə poetik-estetik ovqat yaratmaqla bərabər  həm də bir ağlayış səsi verən lal mənzərə önündə durmuş kimi hiss edirik özümüzü:

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Qara qan ələyir o qanlı Yanvar.

Məsum insanların qanı üstünə

Qərənfil döşəyən tarixlər də var.

Şair dünyası bəlkə də ən maraqlı, ən cazibədar və ən zəngin dünyadır həm şair, elə həm də biz oxucu üçün. Bu da gətirib Nəzakət xanım yaradıcılığında mövzu zənginliyinə çıxarır; bir çox şeirləri onun dəyişməz, sabit  vətəndaş şair mövqeyini, vicdani səsin susmadığını açıq-aydın göstərir

Nadan var yetişib ucuz şöhrətə,

Alim ad alınca gözü kor qalıb.

Ey dünya, min dəfə aşınmısan sən

Şükür ki, kül altda yenə qor qalıb.

Əlbəttə, yaradıcılıq təcrübəsində  tez-tez rastlanan daxili monoloq xüsusi üslubi qaydalardan biridir və bu cür nitqdə (daxili nitqdə) baş vermiş hadisələrin təsvirindən  başqa,  daha çox onlarla bağlı olaraq yaranmış fikir və duyğuları ifadə olunur. Dediklərimizə uyğun ən parlaq nümunə  olaraq şairin məşhur “Mən zabit anasıyam!” şeirini göstərmək istəyirik:

Beşiyini asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyimə, laylama, övladıma bağlıyam,
Mən zabit anasıyam!

Hər bəndin sonunda xüsusi bir vurğuyla səslənən  “Mən zabit anasıyam!” ifadəsini yalnız anaya, gecəsi-gündüzü cəbhəyə yola saldığı balasıyla bağlı olan Anaya yaraşdırmaq olar, yalnız ona aid etmək olar.  Bu ifadə özü həm də təntənəli bir andı xatırladır. Vətənin dar günündə onun taleyini, müqəddəratını öz taleyi kimi daşıyan oğulla birgə olan, o tale yükünü bölüşən ananın andını  andırır.

Dağlarımın başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni bu intiqama, bu qisasa səsləyən
Zabit anasıyam mən!

Düşmənə “göz dağı”san, gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin “dar günü”ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!

Bir də fədakaranə:

Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!

Və ya,

Ana namusudur, bacı isməti,
Ərən babaların papağı - səngər.
Savaşda gözünü yuman şəhidin,
Sonuncu mənzili, otağı - səngər.

“Səngər”

Bunlar səssiz duyğularıdır şairin.  Ana qəlbinin çırpıntılarını daha  necə vermək olar?! Sərrast detalları ilə çatdırılan bədii fikrin gücünə, şeiriyyətinə, şairin mənalandırma bacarığına heyran qalmamaq olmur.

Əsas ünsiyyət vasitəsi kimi ana dilinin bütün gözəlliklərini, söz yadigarlarını üzə çıxaran, başlıcası şeiriyyət yaradan örnəkləri- nitq detallarını – xəlqi ifadələri və  şairin bədii lövhələri canlandıracaq qədər dəqiq  yaradıcılıq təcrübəsi nümunələrini nümayiş etdirəcək:  haqqın işığı, əfsanə adam, can yanğısı, alın yazısı, naxışlı ömür-gün yolu,  tanrının yazdığı,  qəlb evi, göz dünyası, göz yaddaşı, dərdin ölçüsü, son mənzil, Qarabağ qoxusu, ayrılığın fəryadı, bir əlçim ümid, yanvar ağrısı, Haqqın qapısı, tale boyunca,  söz işığı, halal ocaq,  arzu zirvəsi, zamanın tufanları, üzərik kimi, təbərrik kimi, qeyrət ətri,  igid ərənlər,  şərin hiyləsi, güzgülənmək çiçək arzular... kimi emosional-estetik keyfiyyətli ifadələr bu lirik şeirlərin bədii-estetik dəyərinin son dərəcə yüksək olduğunu təsdiqləyir.

Vətəninə, yurduna, elinə-xalqına bağlı sənətkar yaradıcılığında Cənubi Azərbaycan, ikiyə bölünmüş vətən taleyi yer aldı. Bir çox şairlərimizi cəlb edən bu mövzu  Nəzakət xanımı çox düşündürən mövzu oldu və beləliklə,  şairimizin  qələmindən də yan keçmədi:

O tayın da, bu tayın da adı vətən,
Qanqalların arasında daş bitirən,
Bülbülləri ağı üstə dil-dil ötən
O da vətən, bud a vətən-

Ərdəbilim.
Necə oldu canı candan, qanı qandan ayırdılar.
Paralayıb, parçalayıb, dağtdılar?
Əsir düşdü doğma elim,
Yasaq oldu doğma dilim,

Ərdəbilim…

deyir və  bununla onun  qanlı savaşdan seçilməyən sülh nəticəsində cəllad qılıncı ilə ikiyə bölünmüş vətən dərdinə qəlb üsyanını eşitmiş kimi olursan. Bunun kimi:

Dərbənd qalasından Təbrizə qədər,
Uzanan bu yurdun səsi içimdə.
Mənim Şah babamın, Şah Xətainin,
Əbədi harayı, ərzi içimdə.

sayaq bədii tapıntıları ilə itən vətən torpaqlarının sanki xəritəsini çəkir şair, həm də çəkir ki, onlar unudulmasın, yaddan çıxarılmasın, necə varsa  elə o cür də yaddaşa keçsin.

Hönkürə-hönkürə axırdı sular, 
Yolların üzündən kədər damırdı.
Səbrin yuxusundan keçirdi millət.
Ümidin üz-gözü mamır-mamırdı.

“Şəhid zirvəsi”

Savaş ruhlu poeziyamızın gözəl nümunələrini yaratmış,  həm də bizim səadət içində, sülh, əmin–amanlıq şəraitində yaşamağımıza  səbəb olan fədakar  oğullarımızın xatirəsinə sədaqətli, həmçinin  şeirlərində qəlbən vətənə, xalqa bağlı, onun sabahı, müstəqilliyi üçün mübarizə aparan vətəndaş şairin səsini eşitmiş oluruq:

Didərgin naləsi yurd yerlərində,
Matəm bayrağıtək dalğalanırdı.
Dədə Qorqud eli, Babək diyarı,
Hər gün oba-oba yağmalanırdı.

Bu misal çəkdiyimiz “Şəhid zirvəsi”  şeirində məzmun, fikir, hətta ruh... hamısı arzuları gül açmadan solan, amma könüllərdə parlaq xatirəsi yer tutuan,  əziz xatirəsi zirvələrə qaldırılan  şəhidlərimizə həsr olunan gözəl şeirlərimizdən biri sayılmalıdır.  Şairin yaradıcılığında sayca gözəgəlimli yer tutan vətənnpərvər ruhlu şeirlərin, xüsusən ayrıca Qarabağ savaşına həsr edilmiş nümunələrin söz varlığını incələyərkən  savaşın acısını daddıran:  “Qıvrıla-qıvrıla qalmışdı yollar”; “bələyi qanlıydı körpələrin də”; “mərmilər yağırdı gözün qırpmadan”; “ağı söyləyirdi sanki bulaqlar”; “dillərdə üşüyür “Qarabağ” sözü”; “sonuncu ümidin solur nəfəsi”; “çiçək-çiçək şəhid qanı”; “dodaqda donmuşdu ana laylası” və bu kimi dil-nitq nümunələrin –şair sözünün  can verib oyatdığı coşqun vətənpərvərlik, qəhrəmanlıq duyğularıyla yoğrulmuş bu nitq parçalarının dilimizin bütün imkanlarından istifadə etməklə ağılın və ruhun tərbiyəsi üçün yaranmış dil elementləri olduğunu çatdırmaq istərdik.

Könül oxşayan, göz oxşayan...
Bahara ilk könül verən sən oldun,
Kolların dibində bitdin, bənövşə.
Baharsa könlünü çox gülə verdi,

Gül-çiçək içində itdin, bənövşə.

Təbiətin möcüzələrindən olan bənövşəyə həsr olunan şeirlərdən biri də baxın, Nəzakət xanımın hədiyyəsidir və bu şeir şairin qadın qəlbinin incəliklərini duymaq, bu incəlikləri emosional-lirik tərzdə şirin nəğmələrə çevirmək bacarığını göstərmişdir.

Sadə şəkildə, lakin emosionallıq cizgiləriylə sərtləşən reallıq yağan “Həyatı möcüzə bilək” şeiri, eyni zamanda həmin ruhda birləşən bir çox şeirləri  ilə şair insana, həyat hadisələrinə öz sağlam münasibətini bildirir. Bununla cəmiyyətdə dünyanın mizanını pozan qeyri-insani halların, gözlə görünən və görünməyən  ədalətsizliklərin,  saf, gözəl insani keyfiyyətlərin  ayaqlar altına atıldığının, iyrəncliklərin, bütün xoşagəlməzliklərin qarşısını almağa çağırır:

Hər kəsin qəlbində dinsin vicdanı,
Nə olar, həyatı möcüzə bilək.
Zamanı incidib, qovan dünyanı
Qorusun gözəllik, məhəbbət, istək-
Nə olar, dünyanı möcüzə bilək,
Nə olar, həyatı möcüzə bilək.
“Həyatı möcüzə bilək”

Müdriklik tərbiyəsi verən, daim cəmiyyəti düşündürən, insanı mənəvi kamilliyə dəvət edən: “yaxşılıq – solmayan bir yaraşıqdır”; “rahat yuxu yatmıram, çünki düşmən yatmayıb”; “bəxti yatmış dərdləri bir kimsə oyatmayıb”; “babamın əmanəti, anamın laylasıdır”; “kimliyimi tanıdan ulu sözümdü” və s. deyimlər öz gücünə bizi nikbin düşüncələrə çəkir.

Nəzakət Məmmədli şeirlərilə insanlığa qədirbilənlik duyğusu, vətən, xalq təəssübkeşliyi, vəfa-sədaqət, fədakarlıq kimi qızıl dəyərində keyfiyyətlər, yenilməz güc-dəyanət və s. kimi insani hissləri tərbiyə etməklə nikbin ruh  aşılayır. Bu xeyirxah fəaliyyətdir. Uğurlar olsun.

Minaxanım NURİYEVA TƏKLƏLİ
Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ