çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Onuncu yazı

Image


(Əvvəli ötən saylarımızda)

Qarabağ Azərbaycandır!
Vətən müharibəsi...

Hər bir dövlətin sərhədləri və ərazi bütövlüyü toxunulmazdır. Bu, bütün beynəlxalq qurumlar tərəfindən təsbit olunan bir prioritetdir. Lakin doxsanıncı illərdə mənfur qonşumuz heç bir qanun tanımayaraq torpaqlarımıza təcavüz etdi. Minlərlə şəhid verən Azərbaycan Respublikasının o dövrdəki rəhbərliyinin səriştəsizliyi üzündən iyirmi faiz ərazimizi itirdik.

Gənc tədqiqatçılardan birinin gözəl sözü var: xoşbəxt o xalqın nümayəndəsidir ki, o, azad dünyaya gəlir, müstəqil dövlətdə yaşayır və Vətənin hürr sahibi kimi dünyadan köçür. Xalqımızın müstəqilliyi bizə qızıl sinidə verilməyib. O, neçə-neçə vətənsevər oğul və qızların qanı hesabına başa gəlib. Bunun üçün isə uzun mübarizə yolu qət edilib. Bu mübarizənin ən ağır cəbhəsi isə ideoloji mübarizə olub.

İspaniya ictimai-siyasi xadimi Dolores İbarrurinin bir ifadəsi var. O qeyd edirdi ki, “Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır”.

Sovet senzura maşınının bütün gücü ilə işlədiyi 1979-cu ildə çəkilmiş “Babək” filmində xalqımızın azadlıq simvoluna çevrilmiş qəhrəmanın oğlu ilə dialoqun mahiyyəti də çox şeydən xəbər verir. Həmin filmdə Babək oğluna xitabən deyir: “Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən-döyüşə aparan. Elə güman edirdim ki, sən də bu yolun yolçusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür!”.

Tarixən humanist və insanpərvər olan Azərbaycan xalqı torpaqların qaytarılması üçün müharibə yolundan istifadə etmək istəmir, elə hey sülh danışıqlarını davam etdirirdi. Amma düşmən bunu dəyərləndirmək əvəzinə, hər gün atəşkəsi pozur, nəticədə neçə-neçə ailəyə şəhid cənazələri gedirdi. Şübhəsiz ki, bütün olanlar millətin səbr kasasını doldururdu. Səbr kasasının son damlası 12 iyul 2020-ci ildə tamamlandı. Qarabağdan uzaq olan Tovuz rayonunda təxribata əl atan erməni silahlı qüvvələrinin niyyətləri boğazında qaldı və hücumun qarşısı mətanətlə alındı. Təəssüf ki, Polad Həşimov kimi generalımız, Rəşad Mahmudov kimi zabitimiz və neçə-neçə əsgərimiz öz həyatını itirdi. Düzdür, onlar şəhadət şərbətini içərək cənnətə pərvazlandılar, lakin xalq şəhidlərin qisasının dərhal alınmasını tələb edirdi. Milli Məclisin binasının qarşısına toplaşaraq: “Ya Qarabağ, ya ölüm!”, “Qarabağa azadlıq!”, “Biz şəhidlərin qisasını almaq istəyirik!” kimi şüarlar səsləndirdilər. Təbii ki, dövlət başçısı gedişatı izləyir, hər şeyi ölçüb-biçirdi. Qisasın vacibliyini cənab Prezident də təsdiqləyirdi. Lakin düşmənə son bir şans verildi ki, torpaqlardan könüllü çıxsın. Bəs, Ermənistan respublikası nə etdi? Öz havadarlarına güvənərək sentyabrın 27-də növbəti təxribata əl atdı.

İstər Madrid, istər Kazan danışıqlarına, istərsə də digər müqavilə və qərarlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmək bilmirdi. Düşmənin pis niyyətli olduğunu və torpaqları heç vaxt boşaltmayacağını görən cənab Prezident qəti addım atdı. Rəşadətli Azərbaycan Ordusuna 27 sentyabr hucumunun ardınca dərhal əks-hücum əmri verdi. Bu, qəfəsdən buraxılan şirlərin öz şikarı uğrunda mübarizəsi demək idi. Qəzəbli aslan kimi nərə çəkən əsgərlərimiz və zabitlərimiz öz haqlarını almaq üçün hücuma keçdilər.

Cəbhədə haqla-batil mübarizəsini eşidən gənclərimiz ard-arda səfərbərlik xidmətinə üz tutdular. On minlərlə könüllünün də qoşulduğu nizamlı ordunun qarşısında tab gətirmək, təbii ki, mümkünsüz idi.

Qırx dörd günlük  Vətən müharibəsində hamı Ermənistan Respublikasının iç üzünü gördü. İki dəfə Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncə ballistik raket hücumlarına, dəfələrlə Bərdə və Tərtər şəhərləri raket və minaatan hücumlarına məruz qaldı. Nəticədə 91 nəfər dinc sakin həyatını itirdi, 400-dən artıq sivil-mülki insan yaralandı. Vəfat edənlərin 11-nin uşaq olması isə məsələnin faciəviliyini daha da artırdı. Bu, sadəcə bir dövlətin başqa bir dövlətə yox, qəsbkar dövlətin insanlığa qarşı böyük cinayəti idi. Erməni Silahlı Qüvvələrindən fərqli olaraq, damarında Cavanşir, Xətai, Babək, Mübariz kimi igidlərin genini daşıyan cəngavər Azərbaycan ordusu mülki əhalini hədəfə almadığını dəfələrlə bəyan etdi. Bizim məqsədimiz hansısa xalqla vuruşmaq yox, onları yer üzündən silmək yox, sadəcə torpaqlarımızda işğalını davam etdirən erməni hərbiçilərini öz torpaqlarımızdan qovmaq idi. Belə bir strategiya isə ədalətin məhvəri idi və şübhəsiz, adil olanın qalib gəlməsi qaçınılmazdı.

Qırx dörd günlük müharibədə Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində onlarla dinc, günahsız insan həyatını itirdi. Lakin dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar saralmış kağızlar üzərində qalan bəyanatlardan konkret əmələ keçmə istiqamətində bircə addım belə atmırdı. Bəlkə də bu cinayətlər başqa dövlətlərə qarşı törədilsəydi, dünya çıxış yolunu susmaqda yox, sərt cavab tədbirlərində görərdi.

Bəzi dövlətlər üzərimizə böhtan atmağa və yersiz ittihamlar yağdırmağa başladılar. Lakin ölkə başçısı həqiqətlərin, faktların dili ilə hər dəfəsində əsgərlərimizin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasını təkbaşına həyata keçirdiklərini bildirdi. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi indiyədək ölkəmizə qarşı dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası, kimin münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı.

Tarix hər zaman təkrarlanır, dəyişən şəxsiyyətlər olur. Hər zaman zülmlə silahlananlar ədalətin üzərinə kölgə salmaqla, öz rəzil əməllərini həyata keçirmişlər. Bu dəfə də ermənilər Gəncə və Bərdəni qadağan olunmuş silahlar vasitəsilə atəşə tutdular. “Amnesty İnternational” və “Human Rights Vatch” kimi beynəlxalq təşkilatlar da bu faktı təsdiqləməli oldular. Hər iki qurumun hesabatları göstərdi ki, həqiqəti gizlətmək mümkün deyil. Həqiqət əyilsə də sınmadı. Sonda qələbə çaldı. İstər ön cəbhədə əsgərlərimizin, istərsə də arxa cəbhədə mülki əhalinin möhkəm yumruq kimi birləşməsi ədaləti bərpa etdi.

Aydın məsələdir ki, hər bir dövlətin iqtisadiyyatı və ordusu güclü olduqda, özü də güclü olur. Müstəqilliyimiz dövründə ordumuz inkişaf edərək dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Təkcə müasir və güclü silahlarımız bizi qələbəyə çatdıra bilməzdi. Döyüşdə qalib olmağımızın əsas səbəbkarı cəsur və Vətənini, millətini sevən oğullarımız oldu. Azərbaycan əsgərləri ard-arda zəfərləri ilə Vətənin sinəsindəki yaralara məlhəm qoydular.

Bu Vətən müharibəsində xalqımız orduya böyük dəstək verdi, daim onlarla bir olduqlarını bildirdi. Analarımız ev xörəkləri bişirib əsgər balalarımıza göndərdilər, milyonlarla həmvətənimiz öz duaları ilə Allahdan əsgərlərimizə yardım dilədi. Ən maraqlısı isə, olduğum cəzaçəkmə müəssisəsindəki məhkumların öz imkanları daxilində pul toplayıb ön cəbhədə vuruşan əsgərlərə göndərmələri idi. Ola bilər ki, məhkumlar nə qədər pul toplaya bilər, deyə düşünəsiniz. Düzdür, heç min manat pul yığılmadı. Lakin işi-gücü olmayan, yalnızca yaxınlarının dəstəyi ilə dolanan dustaqların belə bir addımı təqdirəlayiq idi.

Deyirlər, bir gün qurbağa ağzında su harasa tələsir. Onu yolda saxlayıb soruşurlar: “Ay qurbağa, hara belə?” Qurbağa deyir: “Eşitmişəm, Həzrət İbrahimi oda atıblar, gedirəm odu söndürəm”. Hamı gülür: “Sən bu qədər su ilə o böyüklükdəki tonqala nə edə bilərsən?” Qurbağa kefini pozmadan cavab verir: “Mən öz əlimdən gələni edirəm. Kim tərəfdə olduğumu göstərmək istəyirəm”.

Azərbaycan ordusu haqq-batil, ədalət-zülm qarşıdurmasında doğru seçimi etdi və qalib oldu. Vətən onun yolunda qanı və canı ilə vuruşan əsgər və zabitlərə oğul deməklə kifayətlənmədi. Dünya qarşısında böyütdüyü cəsarətli oğulları ilə qürur duydu. Məncə, elə bunun özü hərbiçilərimizə kifayət edirdi. Axı, övlad üçün ən əhəmiyyətli duyğu anasının onunla fəxr etdiyini görməsi və bilməsidir...

Təbii ki, Vətənimizin füsunkar, dilbər guşəsi olan Qarabağımızın erməni vəhşilərindən azad edilməsi gec-tez labüd idi. Bu gün illərlə yetişirdi. Hər ötən gün bizi o böyük Qələbə gününə doğru aparırdı. Bizi o torpaqlara onun azadlıq haqqı, şəhid ruhları səsləyirdi. Bu tarixi anın ilk qələbə sorağı 2020-ci il sentyabr ayının 27-də bütün dünyaya yayıldı. Müzəffər Azərbaycan Ordusunun bütün cəbhə boyu işğal altında olan torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması uğrunda apardığı hərbi əməliyyatlar uğurlu oldu. Qırx dörd günlük zəfər yürüşündə Füzuli, Cəbrayıl, Qubadlı, Ağdərə, Zəngilan, Laçın, Ağdam düşmənlərdən təmizləndi. Bu tarixi, möhtəşəm qələbənin son akkordu Azərbaycanın ürəyi, incəsənət beşiyi, Qarabağı tacı Şuşa şəhərinin azad edilməsi oldu. Bu şəhər uğrunda döyüşlərdə yüzlərlə Azərbaycan əsgəri və zabiti qəhrəmanlıqla döyüşdü, ölümün gözlərinə dik baxaraq, öz mərdliyi, igidliyi, cəsarəti ilə ölümə qalib gəldi. Şuşamızda məhz o qəhrəman oğulların rəşadəti sayəsində üçrəngli bayrağımız dalğalandı. 2020-ci il noyabrın 8-i ikiqat bayram oldu. Bu gün həm Şuşamız işğaldan azad edildi, həm də tarixi Zəfər bayramı kimi yaddaşlara düşdü.

Şuşa!.. Sənin uğrunda ölməyə dəyərdi, ey gözəlliklər diyarı! Sənin qoynunda qədimliyindən söz açan hər bir daşın, qayan, abidən bizim hamımızın iftixarıdır. Bülbülün, Üzeyirin, Xan əminin zəngulələri səndə asimana bülənd alıb, Natəvanın, Vaqifin qəzəlləri könülləri oxşayıb. Pənah xanın, İbrahim xanın ayaq izləri qalıb bu gözəlliklər diyarında. Qəribədir, Şuşanın işğal tarixi 1992-ci il mayın 8-nə təsadüf edir. Şuşamız 28 il bu azadlıq həsrəti ilə öz xilaskarlarının yolunu gözlədi. Həmişə də inamla, böyük ümidlə illərin üzücü, iztirablı yaşantıları 2020-ci il noyabr ayının 8-də sevinc duyğuları ilə əvəzləndi. Ürəklərdəki həsrət buzunu azadlıq alovu birdəfəlik olaraq əritdi. İndi Şuşamızda məscidlərdən azan səsi göylərə yüksəlir, həyat öz məcrasına düşür, yollar çəkilir, tikililər meydana gəlir. Şuşamız öz əvvəlki şöhrətinə doğru inamla addımlayır. Bu yol isə əbədi və dönməzdir!

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ