çərşənbə günü, 11 noyabr 2026
     

Şəhid Rəşad Novruzov... - FOTO

Image


Müharibə deyilən bir kabusu biz həmişə kitablardan oxuduq, filmlərdən izlədik. Azərbaycanımızın dilbər guşəsi olan Qarabağın işğalı isə bütün detalları ilə beynimizdə gözümüz önündə daim canlanacaq şəkildə dərin izlər buraxdı. Minlərlə şəhid verdik, Vətənimizin hər bölgəsində şəhidlər xiyabanı salındı. Amma gün gəldi o şəhidlərimizin qanı alındı. Yeni şəhidlər versək də, torpaqlarımızın düşmən tapdağından azad olması bir az da olsa yanan ürəyimizə su səpdi...

Bu qələbədə bizim Maştağa kəndinin də payı var. Maştağa Şəhidlər Xiyabanı bizim tez-tez ziyarət etdiyimiz məkanlardan biridir. Burada uyuyan igid oğullarımızdan biri də Şəhid Rəşad Novruzovdur...

Rəşadətli Rəşad balam,

Əsgər oğlum, igid balam.

Şəhid oldun el yolunda,

Azərbaycanın uğrunda!

Dərdli oldu atan, anan...

Şəhidimizin anası İlahə Məmmədovanın dərdli sinəsindən qopan bu misraların baş hərfləri Şəhidimizin adını açıqlayır. İlahə xanım oğlu haqqında qürurla, fəxrlə danışır: “Oğlum Rəşad 2002-ci il aprelin 3-də Maştağada dünyaya gəlib. Biz müvəqqəti Xocasan qəsəbəsində məskunlaşdığımızdan Rəşad 2008-2013-cü illərdə Binəqədi rayonu Zakir Məmmədov adına 103 saylı məktəbdə təhsil alıb. 2013-2017-ci ilərdə təhsilini Maştağadakı 255 saylı məktəbdə davam etdirib. 2015-2016-cı illərdə qaydasız döyüş idman növü ilə məşğul olub. 9 illik məktəbi bitirib, bir il bərbərlik sənətini öyrənib. Atası Elşad Novruzov tikintidə usta olduğuna görə, onunla işləməyə başlayıb. Bir müddət mağazada satıcı vəzifəsində də çalışıb. 2020-ci ilin aprelində hərbi xidmətə gedib. Goranboyda Ballıqayada xidmət edib. Ordan Cəlilabaddakı 052 hərbi hissəyə göndərilib və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib...”.

Şəhid anası bura kimi sakit danışdı, sonra bir qədər fikrə getdi. Oğlu ilə keçən günlərin təsiri altında bəlkə də xoşbəxt bir an yaşadı. Növbəti sualımı cavablandırmaq üçün sözünə davam etdi: “Sentyabrın 20-26-da Bakıda Şubanı hərbi hissəsində təlim keçirdilər. 26-da yanına getdik, artıq döyüş bölgəsinə getmişdilər. Sentyabrın 27-də müharibə başladı...

Rəşad Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Hadrut, Laçın, Şuşa döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşada şəhid olub. Atasına demişdi ki, bircə Şuşa qalıb, ayın 5-ə kimi qayıdacayıq. 3-4 dəfə əlaqə saxladı bizimlə. Deyirdi ki, hər şey yaxşıdır, az qalıb qələbə çalacağıq, gələcəyik...

Oktyabrın 12-də axırıncı dəfə danışıb. Deyib ki, gələndən sonra mənə toy edərsiniz. Amma sonra Şuşaya gedəndə oktyabrın sonunda atası ilə danışıb, deyib ki, Şuşaya gedirik, halal elə, bəlkə qayıtmadım. 10 gün xəbər gəlmədi, qələbə olmuşdu, amma xəbər yox idi. Düşündük ki, sağ olsaydı, yəqin nə yolla olsa xəbər verərdi. Çünki bir dəfə Füzuli döyüşlərində zəng vura bilməyəndə, bir adama demişdi ki, atama zəng vur, de ki, salamatam. Atası 3 gün onu yuxuda görüb, deyib ki, mən ağıram, gəl məni apar, sonra da deyib niyə gəlib məni aparmırsan. Atası axtarış edib, deyiblər sağdır, zəngi gəlmədiyindən bilirdik ki, yoxdur. Atası Füzuliyə gedib, cənazələrə baxıblar. Atası açanda Rəşadı tanıyıb. Noyabrın 15-də gətirdilər,  Razində İmam Rza məscidində saxlanılıb. Səhəri evə gətirdilər. Yarım saatdan sonra Maştağa Şəhidlər Xiyabanında dəfn olundu...”.
İlahə xanım gah fəxarətlə danışır, oğlunun şəhadətilə qürur duyduğunu bildirir. Gah da ürəyinin bir parçası olan, ömrünün ilk nübarı olan igid balasının yoxluğunu düçşünüb kövrəlir. Bütün şəhid anaları belədir. Nə qədər fəxr etsələr də, yenə də candan can ayrılıb. Nə qədər “Vətən sağ olsun” desələr də, övladlarının da sağ olması keçir ürəklərindən. Çox vaxt da onların haqqında sağ kimi danışırlar. Bu itkiyə inanmaq istəmirlər. sanki hardasa var, bir gün gələcəkmiş kimi xəyal da qururlar...

Savadlı idi, kasıbçılıqdan təsilini davam etdirə bilmədi. Dünya malına gözü tox idi. Kərbəlaya getmək istəyirdi, mən qoymadım, sonunda şəhid oldu. Ağam İmam Hüseynə qonaq olar, inşaallah. Deyirdi ki, ana, gələcəyəm əsgərlikdən, səni işləməyə qoymayacağam...

103 saylı məktəbdə oxuduğu sinfə adını veriblər. Əsgər yoldaşı Fazilin qucağında can verib. Deyib ki, atama, anama salam de, məni bağışlasınlar, gələ bilmədim...”.

Şəhidimizin atası Elşad Novruzov danışmaq istəmədi, amma İlahə xanımın sözünə qüvvət olaraq dedi: “Mən əsilikdən qorxurdum. Şükr Allaha ki, əsir olmadı, şəhid oldu. Şəhidlik gözəl məqamdır”. Söhbətimizin sonunda “O gəlməsə də, siz gedəcəksiniz onun yanına” deyəndə, şəhid atası dedi: “Mən düşünmürəm onun getdiyi yerə gedə biləcəyəm. Təki olsun, amma onların məqamı böyükdür...”.

İlahə xanımın şəhid oğlunun dilindən yazdığı digər şeiri də oxuculara təqdim edirəm:

Bir gün xəbər gələr, anam,

Şəhid oldu oğlun Rəşad.

Sən ağlama, fəxr et, anam,

Vətən azad, ruhumuz şad.

Mən hər zaman yanınızda,

Hərdən ruhən birləşərik.

Mənim məkanım cənnətdir,

Bir gün burda görüşərik.

Şəhid Rəşad Novruzov “Vətən uğrunda”, “Cəsur əsgər”, ”Şücaətə görə” medalları ilə təltif olunmuş, fərxi fərman almışdır. Digər medalların da veriləcəyi gözlənilir.

Şəhidimizin dostu Sərxan deyir: “Rəşad çox igid oğlan idi. Biz birlikdə işləmişik. Həmişə yanımda olub. Yaxşı, ünsiyyətcil, zarafatcıl idi. Çox mərd oğlan idi. düzgün idi, halal zəhməti sevirdi...”.

Şəhidimizin döyüş yoldaşı ismayıl Xıdırlı deyir: “Rəşadlsa çox yaxın olmuşuq. İsmayıllıda eyni qrupda olmuşuq. Deyib-gülən, zarafatcıl idi. qrup komandirimiz də, digər komandirlər də onu çox sevirdilər. çox işgüzar idi, əziyyətdən çəkinməzdi. Hamıyla münasibəti yaxşı idi, heç kimlə dalaşmazdı. Haçan baxırdın, kimləsə deyib-gülürdü...

Sentyabrın 23-də sonuncu təlim məşqimiz idi. Rəşad çox çalışırdı, sürünürdü, tər tökürdü, daha yaxşı öyrənsin deyə, daha yaxşı bacarsın deyə daha çox çalışırdı. Təlim məşqlərimiz bitdi, qayıtdıq. Sentyabrın 25-də həyəcanla durduq və bütün əşyalarımızı maşınlara yüklədik. Hamımız oturduq maşına. Dedilər ki, Göygöl təliminə gedirik. Gecə saat birin yarısında Gorana çatdıq, yerləşdik, gecə patruluna da Rəşadla bir çıxdıq.

Səhər təpənin üstündə yenə patrulda birlikdə idik. Aşağı düşdü, dedi ki, gəlirəm. Sonra məni səslədi, düşdüm gördüm daraqları doldururlar. Sonra yola düşdük. Murova gəldik. Hava çox soyuq idi. Sentyabrın 26-da gecə səhərə kimi sursat yüklədik. 27-ə keçən gecə yola düşdük. Artıq Kəlbəcər istiqamətində döyüş başladı. 18 kilometr irəliləmişdik. Gecə idi, Rəşadla uzanmışdıq, dedi ki, Xıdırlı, çox üşüyürəm, gəl qucaqlayaq bir-birimizi, isinək. Səhər açılana kimi ac-susuz yatdıq. Sonra Cəbrayıla getdik. Rəşad çox əziyyət çəkən qardaş olub. Mən onu heç vaxt unuda bilmərəm. Nəyimiz olub bölmüşük, çörəyimizi, suyumuzu belə...

Çox yaxın olmuşuq, qardaş kimi. Bir dəfə döyüşün axır vaxtları idi, iki gün yatanda sayıqladı, qışqırıb yuxudan oyandı. Sol tərəf qabırğasını tutmuşdu. Dedim, nə olub, dedi ki, qaqa, görürəm ki, yaralanmışam...

Nə vaxt süfrəyə oturub çörək yeyirdik, deyirdi ki, “Şəhid olacağam”. Ancaq bu sözü deyirdi...

İsmayıl artıq tükəndi, sözünü bitirdi. Görünür həmin anları xatırlamaq o qədər də asan deyildi. Zarafat deyil, odun, alovun içində olasan, güllə yağışı altında torpaq alasan, hər gün çiynində şəhid, yaralı daşıyasan. İnsan daş deyil ki...

Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, Allah şəhid ailələrinə səbr versin, müharibə alovunun içindən salamat çıxıb gələn canlı şahidlərimizə də...

Sona XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ