çərşənbə günü, 11 noyabr 2026
     

Akademiyanın bir neçə Elmi Şurasının səmərəsiz olduğuna dair rəylər var - kimlər üçünsə əlavə iş yeri...

Image


Ali məktəblərdə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mövcud olan Elmi Şuraların fəaliyyəti mütəmadi olaraq müzakirə və tənqid obyekti olub. Hətta müəyyən vaxtlarda bu şuraların ləğvinin tərəfdarı olan alimlərimiz də olub. Əksər hallarda Elmi Şuraların elmə deyil, elmdən kənar məqsədlərə də xidmət etdiyi, hətta bəziləri üçün əlavə maaş almaq üçün ikinci iş yeri olduğu da deyilir. Elmi Şuralara qarşı tənqidi münasibətlər yavaş-yavaş öz təsirini göstərməkdədir. Bəzi elmi qurumlarda Elmi Şuraların sayı və tərkibi məhdudlaşdırılmağa başlayıb.

Yayılan məlumatlara görə, AMEA-da yaradılmış Elm, təhsil və texnologiya problemləri üzrə Elmi Şura ilə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın tərkibi və istiqamətləri bənzərlik təşkil etdiyindən şuraların birləşdirilməsi barədə qərar verilib.

AMEA-da bir neçə Elmi Şuranın birləşdirilməsinin hansı müsbət cəhətləri ola bilər?

Ekspertlər qeyd edir ki, Elmi Şuraların əksəriyyəti formal olaraq fəaliyyət göstərir. Bu şuraların əksər hallarda hansısa indiki və keçmiş məmur, deputat üçün əlavə iş yeri olduğunu deyən ekspertlərin sözlərinə görə, Elmi Şuralar sabiq və indiki məmurlarla, deputatlarla yanaşı bəzi akademiklərin 10-15-ci əlavə iş yeridir ki, onlar burdan havayı pul alır. Məmur və deputatlar bəzən illərlə Elmi Şuraların iclaslarında iştirak etməsələr də buradan qopmurlar, çünki bura onların gələcəkdə vəzifələrini itirdikdən sonra sahibləndikləri iş yerləri olacaq və onlar işsiz qalmayacaqlar. Son proseslər zamanı biz bunları əyani şəkildə işdən çıxarılan məmurların timsalında gördük, aydın oldu ki, bir məmur az qala on-on beş yerdən maaş alırmış.

“...Bu qurumun fəaliyyətində hər hansı bir dönüş əldə olunmayıb, sadəcə olaraq AMEA intriqa ocağına çevrilib”

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, AMEA-da Elm, təhsil və texnologiya problemləri üzrə Elmi Şura ilə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın tərkibi və istiqamətləri bənzərlik təşkil etdiyindən şuraların birləşdirilməsi normal haldır, amma bu cür məsələlər elmin problemlərinin həllinə xidmət etmir. İ.Orucov dedi ki, Elmi Şuraların bəzi məmurlar, deputatlar və başqaları üçün əlavə iş yerləri olduğu deyilsə də, əslində onların statusu və məqsədi başqadır: “Elmi Şuralar iş yer deyil, burada fəaliyyət ictimai əsaslarla həyata keçirilir. Bu Elmi Şuralarda təmsilçiliklə bağlı hər hansı bir vəsait ödənilmir. Yalnız Elmi Şuralarda həmin sahələr üzrə çox vacib məsələlər müzakirə edilir və şura üzvləri bərabər hüquqludurlar, yalnız səsvermə ilə müzakirə olunan məsələ ilə bağlı fikirlərini ifadə edirlər. Əlbəttə, Elmi Şurada təmsil olunmaq elmi müəssisələr arasında bir prestij məsələsidir. Bu baxımdan, hər hansı bir keçmiş məmurun, deputatın Elmi Şurada təmsil olunması yalnız onların “mən filan şuranın üzvüyəm” deyə hansı bir qərar qəbuletmə prosesində rolunun artmasına xidmət edə bilər. Amma bura iş yeri sayıla bilməz, iş yeri də deyil.

Lakin oxşar tərkibdə, sahədə fəaliyyət göstərən Elmi Şuralar varsa, fikrimcə, bunların birləşdirilməsi vacibdir.  Elmi Şuraların birləşdirilməsi elmimizə nə verəcək? Düşünmürəm ki, Elmi Şuraların birləşdirilməsi, yaxud ayrılması elmə nəsə verə bilər. Elmə töhəni elmi müəssisədə fəaliyyət göstərən yaxşı alimlər verə bilər. Bu baxımdan, Akademiya 2013-cü ildən, Akif Əlizadənin dövründən böhran dövrünü yaşayır. Hələ ki, bu qurumun fəaliyyətində hər hansı bir dönüş əldə olunmayıb, sadəcə olaraq AMEA intriqa ocağına çevrilib. Bu da çox zərərlidir. Eyni zamanda biz həmişə sizinlə söhbətlərimizdə, müsahibələrimizdə deyirik ki, Akademiya bu şəkildə idarə oluna bilməz. Akademiyada qohumbazlıq, yerlibazlıq çox ifrat həddə çatıb, bu da elmimiz üçün çox böyük təhlükədir. Məsələn, sizə bir fakt deyim. Akif Əlizadə botanik olmayan əmisi qızını Akademiyada akademik edib onu Botanika İnstitutuna direktor qoymuşdu. İndi məlum olur ki, Botanika İnstitutunda nə biabırçılıqlar baş verib. Eləcə də  uzun illər Akademiyada direktor postu tutan neçə-neçə adamlar var.  Bu adamların nə elmə töhfəsi olub, nə də institutu inkişaf etdirmək üçün hər hansı bir iş gorüblər, amma yenə də onlar direktor postundadırlar”.

İ.Orucov qeyd etdi ki, artıq AMEA-nın elmi-tədqiqat institutlarının bir çoxunda araşdırmalar başlayıb, burada biabırçı məsələlər, alim adına, alim əxlaqına yaraşmayan hallar aşkarlanıb. Bunların qeyd olunmasının çox vacib olduğunu deyən ekspert hesab edir ki, bu istiqamətlərdə həm yoxlamaları artırmaq lazımdır, eyni zamanda da yoxlamalar ədalətli şəkildə həyata keçirilməlidir. “Sizi əmin edirəm ki, bu gün yoxlamalar aparılsa Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutunda yeyinti və saxtakarlıq birinci yer tutar. Amma hələ də bu adam Geologiya və Geofizika İnstitutunda direktor vəzifəsini tutmaqda davam edir. Onun zamanında yaranmış bu biabırçılığa görə özündə məsuliyyət hiss edib istefa da vermir. 87 yaşlı bir adam ikiəlli şəkildə vəzifədən tutub. Bu gün-sabah 88 yaşı olacaq, iş qabiliyyəti, təşkilatçılığı sıfır, amma 40 ilə yaxındır ki, bu adam Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsini tutur. Akademiya onun dövründə biabırçı günə düşüb, buna görə məsuliyyət daşımaq əvəzinə vəzifədən yapışıb, Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsindən belə istefa vermir. Burada bir nümunə nümayiş etdirə bilərdi, amma etdirmir. Elmi Şuraların birləşdirilməsi, yaxud ləğv olunması  ilə Akademiyanın problemini həll etmək mümkünsüzdür. İnanmıram ki, bununla burada hansısa bir dönüş yaransın. Akademiyanın problemini həll etmək üçün Elmi Şuraları birləşdirmək, yaxud ayırmaq yox, saxtakar, yerində olmayan şəxsləri vəzifədən uzaqlaşdırmaq lazımdır. Akademiyanı yeniləmək, bura yeni simalar cəlb etmək lazımdır. Xüsusilə Avropada, dünyanın nüfuzlu elmi mərkəzlərində çalışmış adlamları Akademiyaya gətirmək lazımdır. Məsələn, Azərbaycanın çox nüfuzlu bir elm xadimi, alimi var - Məsud Əfəndiyev. Uzun illərdir Almaniyada çalışır, hətta Azərbaycan vətəndaşlığından belə çıxmayıb. Bunu özünə bir qürur bilir. Məsud Əfəndiyev kimi bir adamı gətirib Akademiyanın Riyaziyyat İnstitutuna direktor qoysalar bu institutun simasını dəyişəcək. Əminəm, dəyişəcək...”

İ.Orucovun sözlərinə görə, bizim xaricdə xeyli sayda mütəxəssislərimiz, Qərib Mürşüdov kimi kimyaçılarımız var. Q.Mürşüdovun dünyada tanınan və nüfuzlu adam olduğunu deyən İ.Orucovun sözlərinə görə, belə alimlər AMEA-nı dəyişməyə qadirdir: “Gətirib Qərib Mürşüdovu Kimya İnstituna direktor qoysalar, o bu institutu dəyişəcək, çünki o əsl alimdir, saf adamdır. Mən düşünmürəm ki, hətta Azərbaycan elm məktəbinin yetişdiyi gənc alimlər burada nə isə edə bilər. Düşünürəm ki, mütləq şəkildə xaricdə işləyən bizim gənc, perspektivli alimləri gətirib Akademiyada institutlara rəhbər qoymaq lazımdır, çünki onlar institutları dəyişə bilər. Yoxsa Elmi Şuraların tərkibində dəyişiklik etməklə, Elmi Şuraları birləşdirməklə heç nəyə nail olmaq mümkün deyil”-deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA  

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ