çərşənbə günü, 11 noyabr 2026
     

Tanınmış alim Ali Attestasiya Komissiyasına bütün gənc alimlər üçün faydalı təklif verdi...

Image


“Ali Attestasiya Komissiyası (AAK) elmi iş müdafiə edənlərdən beynəlxalq elmi jurnallarda, platformalarda məqalə çap etdirmələrini tələb edir. Bu isə elmlə məşğul olan və gələcəkdə taleyini ciddi şəkildə elmə bağlamaq istəyən insanları çıxılmaz vəziyyətə salır. Bu mənada ki, xarici beynəlxalq elmi jurnallarda bir məqalənin çap edilməsi böyük xərc tələb edir, əsl elm adamları, elmlə məşğul olanlar əksər hallarda bu üzdən xaricdə məqalə çap etdirə bilmirlər. Bu isə sui-istifadəçilər, elmə dəxli olmayanlar üçün “münbit şərait” yaradır. Əsl elm adamı məqalə çap etdirməyə pul tapmır, amma maddi imkanı yüksək olan, dissertasiyasını, eləcə də xaricdə onun adından çap ediləcək məqalələri başqasına yazdıranlar xarici elmi jurnallarda çap olunurlar. Bu da əsl elm adamının kölgədə qalmasına və elmə aid olmayanların elmi iş “müdafiə edib” elmi dərəcə almasına səbəb olur”. Bunu baki-xeber.com-a açıqlamasında AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirib. 

M.Zülfüqarlının sözlərinə görə, məhz bu məsələ də gənclərin elmə gəlməsinə əngəl törədir, yüksək elmi potensialı, dərin savadı olan şəxslərin çoxu maddi imkansızlıq ucbatından xaricə məqalə göndərə bilmir, bu da onun elmi dərəcə almasının qarşına sədd çəkir. “Elmə yararlı insanları qətiyyən itirmək olmaz” – deyən professor Zülfüqarlı təklif edir ki, Ali Attestasiya Komissiyası elmi iş müdafiə etmək istəyənlərin öz məqalələrini xarici ölkələrdə çap etdirmələri üçün kredit təşkil etsin: “Təklif edərdim ki, AAK elmə böyük həvəsi olan, lakin maddi imkansızlıq üzündən məqalələrini xarici ölkələrdə çap etdirə bilməyən tədqiqatçılara kredit təşkil etsin. AAK-ın təşkil etdiyi kredit hesabına imkansız tədqiqatçılar öz məqalələrini xarici ölkələrdə çap etdirə bilərlər. Hesab edirəm ki, AKK bizim bu təklifi nəzərə almalıdır və tədqiqatçılara kreditlər təşkil etməlidir, indiki halda çıxış yolu yalnız budur”. 

“AAK tədqiqatçılara, elmi iş müdafiə etmək istəyən gənclərə kredit təşkil etməlidir ki, onlar bu qədər ağır xərcin öhdəsindən gələ bilsinlər”

M.Zülfüqarlının sözlərinə görə, kreditin də şərti belə qoyulsun ki, həmin şəxslər müdafiə edib elmi dərəcə aldıqdan sonra kredit onların elmi dərəcəyə görə aldıqları əlavələr hesabına ödənilsin. “Elmi iş müdafiə edənlərin maaşlarına əlavələr edilir. Məsələn, fəlsəfə doktorluğuna görə 60, elmlər doktorluğuna görə 40 manat, dosent və professorluğa görə də əməkhaqlarına əlavələr olunur. Elmi iş müdafiə edənlər diplomlarını aldıqdan sonra maaşlarının üstünə gələn əlavələrdən isə kreditlər ödənilsin. Belə olarsa, gənclərin elmə həvəs göstərməsi və elmdə olan insanların daha da irəliləməsi, elmi ad, elmi dərəcə alması nisbətən sadələşər. Bu təklif gerçəkləşərsə, kasıb gənclərin elmlə məşğul olmasına böyük stimul verəcək. Elmə həvəsi və potensialı olan gənclərin elmə gəlməsinə hər cür şərait yaradılmalıdır. Özü də pul yalnız xaricdə məqalə çap etdirmək üçün lazım deyil, bütün məsələlərdə maliyyə lazımdır. Çünki monoqrafiyanın çapının özü çox böyük xərc tələb edir. Bunu tədqiqatçı özü etməlidir. AAK həmçinin xaricdə keçirilən elmi konfranslarda iştirak edilməsini tələb edir, bu da elm adamlarının özünün hesabına başa gəlir. Amma bütün bunları təklif etdiyimiz kredit hesabına etmək olar. Sonra da, dediyim kimi, əməkhaqqına əlavələr gələndə tədiqiqatçılar o krediti geri qaytararlar.  Hesab edirəm ki, bu təklifi ölkə rəhbərliyi də yüksək qarşılayar, çünki elmin inkişafında dövlətin də böyük marağı var. Mənə elə gəlir ki, bu təklif elmi ictimaiyyətin də diqqətini cəlb edəcək”- deyə bildirən M.Zülfüqarlı əlavə etdi ki, monoqrafiyanın, avtoreferatların, məqalələrin, dissertasiyanın 4-5 nüsxə çapına kifayət qədər pul tələb olunur. “Monoqrafiya 500 ədədi təxminən 2000 manatdır. Beynəlxalq şəbəkələrdə ən az 2 məqalə çap olunmalıdır ki, onun da birinin qiyməti 2400 dollardır, ikisi bir yerdə 4800 dollara başa gəlir. Yerli jurnallarda 20 elmi məqalə nəşri 1000 manat edir. Xarici ölkələrdə konfranslarda iştirak etmək də ucuz başa gəlmir, 2 konfrans üçün ən azı 1000 manat tələb olunur. Avtoreferatın nəşri 500 manat (avtoreferatın xərci deyəsən indi daha da artıb M.Z), onu xarici ölkələrə göndərmək 200 manat, dissertasiyanı 5 nüsxə çıxarmaq 500 manatdır. Bura gözə görünməyən xərcləri də əlavə edəndə daha çox olur. Mən təxmini dedim. Elə tədqiqatçı ola bilər ki yeni xərclər deyə bilər. Bütün bunlardan sonra elmlər doktoru dərəcəsinə görə əməkhaqqına cəmi 40 manat əlavə edilir. AAK tədqiqatçılara, elmi iş müdafiə etmək istəyən gəclərə kredit təşkil etməlidir ki, onlar bu qədər ağır xərcin öhdəsindən gələ bilsinlər. Yoxsa tədqiqatçının öz gücünə bunları həll etmək çox çətindir”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ