çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Doqquzuncu yazı

Image


(Əvvəli ötən sayımızda)

Elə millətlər var ki, həmişə başqalarının haqqına göz dikirlər. Zəif olanları daim əzmək istəyirlər. Bəzən olur ki, ən yaxın qonşu dövlətə hücum etmək üçün müxtəlif bəhanələr axtarırlar. Əllərinə keçən ən kiçik fürsəti belə qaçırmırlar. Belə bir anlayışa sahib dövlətlərə görə, yaşamaq haqqı sadəcə qüvvətli olanındır. Halbuki, yer üzündə hər kəsin yaşama haqqı vardır. Tarixdə bəzi vaxtlar güc-qüvvə zəfər çalsa da, ən sonda haqq qələbə qazanmışdır. Həris insanların, haqq-ədalət tanımayanların bir gün başqasının torpağına göz dikməsi mümkündür. Necə ki, bizim ata-baba torpağımıza göz dikmişdilər.

Düşmənin hücumlarından qorunmaq, xalqı-milləti müdafiə etmək üçün, təbii ki, ordunun mövcudluğu zəruridir. Vətən müdafiəsi üçün hərbi xidmət keçmək, təlim görmək vacibdir. Peyğəmbərimizə istinad edilən bir hədisdə o Həzrətin belə buyurduğu nəql olunur: “Vətən müdafiəsi üçün oyaq qalan göz sanki ibadət etmiş kimidir”; “Qiyamət günü iki gözü Cəhənnəm atəşi yandırmaz: Allah qorxusundan ağlayan və Allahın razılığı üçün (Vətən sərhədində) gecə oyaq qalan göz”.

Vətənini sevən insan sevinclə əsgərliyə gedər, şövqlə postda durar və lazım olduqda düşmən üzərinə qorxmadan hücum çəkər...

Şəhid Muradov Elcan şərti adı “Qartal” olan postda xidmət çəkirdi. Postda çəkilən bir gün arxa cəbhədəki on gündən daha ağır və məsuliyyətli olur desək, hər halda yanlış sayılmaz. Bunu təkcə eşitdiklərimə yox, həm də gördüklərimə, yaşadıqlarıma əsasən deyirəm. Belə ki, mən də əsgərliyimi Ağdam rayonunda yerləşən ön xətt postlarından birində çəkmişəm. Bu səbəbdən Ana Vətənin keşiyində duran Elcanın bir neçə aylıq əsgərlik həyatını daha dolğun şəkildə sizlərlə paylaşa bilirəm.

Təsəvvür edin, Vətənin düşmənlə təmas xəttində, ən öndə olan şəxs post əsgəri olur. Günlər, ələlxüsus gecələr insan daim həyəcan keçirir. Hər an mənfur düşmən basqını, kəşfiyyatçı keçidi və ya hücum ola bilər deyə daim ayıq-sayıq olmalısan.

Post əsgərinin günlük qrafiki də olduqca çətin olur: iki saat post xidmətinin ardınca iki saat saatdar kimi növbə çəkməlisən. Bundan sonra iki saat istirahətə vaxt verilir. Onu da ki, hər vaxt əldə etmək olmur. İstirahət vaxtı lazım olanda səngər qazmalı, silah-sursatı təmizləməlisən. Bu o deməkdir ki, sutkada 4-5 saat istirahət etməyinə baxmayaraq, əsgər hər bir işi yerli-yerində görür.

Elcanın post yoldaşlarından biri var idi, indi tərxis olunub. Adını qeyd etməyimə razı olmadığından yaza bilmirəm. O, şəhidlə bağlı xatirələrini belə dilə gətirdi: “Bəzən içimizdə elə əsgər olurdu ki, postdan yayınmağa və ya xidmətdə mürgüləməyə meyl göstərirdi. Elcan həmişə belə şeylərə deyinir, üzü qəzəbdən qızarırdı. Bir dəfə mən onun niyə bu qədər cidd-cəhdlə çalışdığına etiraz edərək dilləndim ki, ay Elcan, sən Allah, bəsdir. Qoy əsgərliyimizi yola verib gedək evimizə. Elcan başını narazı halda bulayıb getdi. Sonra məni təklikdə tutub bir kənara çəkdi və dedi: “Qardaş, mən belə şeylərə tez əsəbiləşirəm, düzdür. Amma bilirsən niyə? Şərəfsizlərlə qarşı-qarşıya xidmət aparırıq. Bunlardan nə alçaqlıq desən gözləmək olar. Biz əsgərliyə vaxtımızı öldürməyə yox, torpağı qorumağa gəlmişik. Arxa rayonlardakı camaat ana-bacılarını bizə əmanət edib. Biz xalqın qeyrətini çəkirik. Ona görə bura kişilik məktəbi deyirlər”.

Elcan mənimlə elə söhbət etdi ki, ondan sonra nə bir dəfə postdan yayınmağı, nə də başqa şeyi beynimdən keçirmədim”.

Ümumiyyətlə, şəhidlə bağlı xatirələri dinlədikcə ümumi bir fikir diqqətimi özünə çəkir. O da Elcanın öz haqqını qoruması idi. Heç vaxt haqqının tapdanmasına, əlindən alınmasına imkan vermirdi. Düzdür, sevdikləri uğrunda öz haqqını fəda edərdi, lakin düşmən barəsində vəziyyət tam əksinə idi. Muradov Elcan ön cəbhədə bir məqsədlə xidmət edirdi: öz haqqını geri almaq! Bu torpaq onun, xalqımızın haqqıdır və nanəcib düşmən əlimizdən almışdı. Təbii ki, Elcanın damarlarında axan qan hər saniyə onu döyüşə təşviq edirdi. Məgər, öz haqqın üçün vuruşmaqdan şərəfli bir şey varmı bu dünyada?

Hər insan yaşamaq istəyir. Yaşamaq insan övladının haqqıdır. Lakin Elcan kimilər sevdikləri uğrunda hər an öz canlarını fəda etməyə hazır olurlar, yəni öz yaşama haqlarını sevdiklərinə qurban verirlər.

İndiyə qədər onlarla şəhid haqqında oxuyub məlumatlanmışam. İçərilərində bir neçə nəfər istisna olmaqla vəsiyyət yazanlarla heç rastlaşmamışam. Şəhidlər adətən vəsiyyət yazmırlar. Onların vəsiyyəti onsuz da gün işığı kimi aydın olur: Vətən sağ olsun!

Bir məsələni də qeyd etmək zəruridir. Məktəblilər və tələbələr şəhidlər haqqında oxuyanda yalnızca qürur duymaqla kifayətlənməməlidirlər. Mübariz İbrahimov, Fərid Əhmədov, Əliqismət Yaqublu, Rəşad Mahmudov, Ceyhun Əyyubov, Elcan Muradov kimi oğullarımızın onların boynunda haqqı var. Bu haqq Ana Vətənin rifahı üçün öz vəzifələrinə layiqincə əməl etmələridir. Şəhidlərin vəzifəsi canını verməkdir! Niyə? Yerdə qalanlar öz vəzifələrinə rahat əməl edə bilsin deyə. Məktəbli və tələbələrin vəzifəsi dərslərdə müvəffəqiyyətli olmaqdır. İnanın, tam səmimiyyətlə deyirəm: hər şagirdin, hər tələbənin dərsdəki hər davamiyyəti şəhidlərimizin üzünü güldürür...

Şəhidin nə dəfnində, nə üç, nə yeddi, nə də qırx məclisində iştirak edə bilməməyim ürəyimi çox sıxırdı. Həbsxananın soyuq divarları üstümə yeriyirdi. Tez-tez hüzr sahibi olan dayımgillə telefon vasitəsilə əlaqə saxlayırdım ki, daxilimdəki təlatüm soyusun.

Bir gün Elcanın kiçik qardaşı Eltacla telefonda danışırdım. Şəhidin qırx məclisinə üç-dörd gün qalmışdı. Eltacın əhvalı yaxşı idi. Deyəsən, uşaq ağlı ilə hələ də qardaşının yoxluğunu anlamırdı. O qardaş ki, arxa-dirəyi olmuşdu. Telefonda hal-əhval edəndə bəzən eşidilən gülüş səsi ürəyimdə qəribə hisslər yaradırdı. Mən nəfəsimi dərib: “Eltac, sən bizə Elcanın əmanətisən. Yaxşı, qaqaş?” – dedim. Eltac: “Hə” – dedi və ardınca da: “Təranə bibi deyir ki, Elcan indi cənnətdədir, elə?”.

- Hə, elədir. Düz deyir bibin.

- Ay qaqa, nolar, bibiyə denən məni də ora aparsın da. Mən deyəndə bibi pis olub ağlayır.

Təsəvvür edin, balaca bir uşağın bu sözləri insanda hansı təsir oyadar? Ona toxtaqlıq vermək üçün dedim:

- İndi ora getmək olmur. Amma sən yaxşı adam olsan, Allah səni də ora aparacaq.

- E-e, mən indi istəyirəm.

- Qurban olum, qoy fikirləşim, sənə yenə zəng edərəm, – deyib dəstəyi qulağımdan aralamaq istəyirdim ki, yenidən onun səsi gəldi:

- Mən qaqamı istəyirəm.

Və məsum balanın göz yaşları, ağlamaq səsləri...

Erməni vəhşiliyinin yaratdığı faciələrin cüzi bir hissəsidir bu. Ata yolu gözləyən balalar, övlad yolu gözləyən analar, həyat yoldaşı yolu gözləyən xanımlar, yüzlərlə bu kimi gözlər indi qəm dəryasında batıb və bunun ağrısı hələ uzun illər davam edəcək.

Şir ürəyi yemiş igid...

Muradov Elcanın postda xidməti vəzifəsinə necə əməl etməsi, ümumiyyətlə şəxsi keyfiyyətləri barədə ən dolğun məlumatı şəhidin manqa komandiri olmuş müddətdən artıq həqiqi xidmət edən çavuş Eminov Ramiqdən öyrənə bildim. O, müharibə başlamazdan bir ay əvvəl xidmət yerini dəyişmişdi. Zəng eləyib hal-əhval etdim. O, ilk danışıqdan çox mehriban birisi təəssüratı yaradırdı. Deyəndə ki, Elcanın bibisi oğluyam, çox sevindi. Şəhidin ruhuna ithafən bir kitab qələmə alındığını biləndə necə dəstək ola biləcəyilə maraqlandı. Mən, sadəcə, Elcanın hərbi xidmət dövrünə aid xatirələrini bölüşməsini istədim. O dedi:

- Elcan oğul idi. Çox mərd əsgər idi. Neçə dəfə olub ki, postda olanda gecənin bir çağı postlararası rabitə xətti kəsilib. “Dembllərin” bəzisi zülmət qaranlıqda səngərə girməyə ehtiyat eləyirdi. Amma Elcanın gözündə qorxu yox idi. Elə bil, şir ürəyi yemişdi. Təkcə postda yox, taborda da yaxşı hörməti var idi. Hamı xətrini istəyirdi. Müharibədə tanıdığm hərbçilərin çoxu şəhid oldu. Amma səni inandırım ki, ən çox Elcanın şəhidlik xəbərini eşidəndə pis oldum.

- Bildiklərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Bəs, bilmirsiniz, Elcan konkret hansı ərazilərin alınmasında iştirak edib?

- Mən onun rəhmətlik tağım komandiri ilə də dost olmuşam. Bildiyimə görə, Füzuli rayonunun altı-yeddi kəndinin azad olunması üçün gedən döyüşlərdə fəal iştirak edib. Sonra Hadrudda da vuruşub. Komandiri də onun xətrini çox istəyirdi, dost kimi idilər. Hər ikisi eyni gündə şəhid olub.

Bunu deyən Ramiq Eminov bir az susub dərindən ah çəkdi:

- Allah rəhmət eləsin. Elcan oğul idi.

- Sağ olun, Ramiq qardaş. Allah amanında qalın.

Mən bunu deyib danışığı yekunlaşdırmaq istəyirdim ki, sanki nəsə xatırlayaraq sözümü ağzımda qoydu:

- Hə, bir şey də mən sizdən soruşum, olar?

- Əlbəttə, buyurun.

- Elcan həmişə çox fikirli olurdu. Elə bil, dərdi var idi. Nə qədər soruşsam da, mənə bir kəlmə belə demirdi.

Ramiq bəyin bununla məndən nəsə öyrənmək istədiyini başa düşürdüm. Amma təəssüf ki, təfsilatı ilə deyə bilməzdim.

- Qardaşım, bir sözlə izah edim. Rəhmətlik həyatda çox çətinliklər çəkib. Elə həmişə həm öz dərdini, həm də başqalarının dərdini fikirləşirdi. “Kişi ağlamaz” – deyib qəlbinin boşalmasına da icazə vermirdi. Vallah, tam deyə bilmərəm, amma çox vaxt elə çox istədiyi insanların bəzilərinin elədiyi əməllərə görə pis olurdu. Urəyini də hər adama açmırdı.

- Aydındır. Allah bir də rəhmət eləsin. İndi xoş halına, cənnətdədir.

- Düzdür, xoş halına.

Telefonla danışığı bitirib qəmli halda həbsxanadakı yataqxanaya gedib öz yerimdə oturdum. Dolabçadan şəkil albomunu çıxarıb Elcanın şəkillərini vərəqləməyə başladım. Şəkillərdən biri əsgərlikdə görüş vaxtı çəkilmişdi. Qardaşım Elmir, dayım Eldəniz, Turxan, Elcanın dostu Emin görüşə getmişdilər. Şəkil də həmin gündən xatirə idi...

Şəklə baxıram. On doqquz illik ömrünü nakam yaşayan bir oğul. Hər tərəfdən ona hücum edən, dizlərini bükmək istəyən həyata sinə gərən, dimdik ayaqda duran bir igid. Əlində nənəsinin bişirdiyi ev çörəyi, gülümsəyərək fotokameraya baxır. Üzü gülür, gözləri isə dərdlidir.

Şəhid Elcan Muradovun qəhrəmanlığı barəsində digər şəxslərlə də söhbətləşmələrim oldu. Onların hamısını bu kitaba sığdırmaq, təbii ki, mümkün deyil. Amma bütün bu söhbətlərdən aydın olan budur ki, Elcan Vətən qeyrətini öz ana qeyrəti hesab edirdi. Onun keşiyində dayanmağı öz qeyrət borcu bilirdi. Zənnimcə o, şəhadəti ilə bunu sübut etdi və hər bir Azərbaycan gəncinə bir qeyrət örnəyi oldu.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ