çərşənbə günü, 11 noyabr 2026
     

Azərbaycana qonşu ölkələrdə əsl koronavirus soyqırımı başlayıb…

Image


Son günlərdə Azərbaycana qonşu ölkələrdə koronavirus pandemiyasının yenidən tüğyan etməsi müşahidə edilir. Gürcüstnda, Rusiyada, Türkiyədə, İranda, Ermənistanda virusa yoluxanların və bu infeksiya üzündən həyatını itirənlərin sayı yenidən artır.

Gürcü infeksionist həkim Devi Tabidze ölkəsinin fəlakətli bir durumla qarşı-qarşıya olduğunu bildirir: “Bu gün Gürcüstan əhalisi koronavirus soyqırımı ilə üz-üzədir. Ölkədə çox təhlükəli vəziyyət yaranıb”. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma hallarının artması həyəcan doğurur: “Vəziyyət belə davam etsə gündəlik yoluxma 7 000 nəfərdən çox olacaq. Bu gün mövsümi qrip də aktuallaşıb. Sanki koronavirus və qrip birgə hücuma keçiblər. Ona görə də yoluxma halları hər gün artır. Biz əvvəlcə gündəlik yoluxmanın 4-5 min arasında olacağını proqnozlaşdırırdıq. Amma indi görürük ki, bu rəqəm daha böyük olacaq”. İnfeksionist bildirib ki, bu gün reanimasiya şöbələrindəki vəziyyəti nəzərə almasaq, xəstəxanalarda vəziyyət normaldır: “Amma belə davam etsə, səhra hospitalları açmalı olacağıq”. Rusiyada da virusa yoluxmada antirekordlar qeydə alınır. Son dövrlər ərzində isə burada virusdan həyatını itirənlərin sayı gündəlik min nəfəri keçir. Türkiyə və İranda da gündəlik ölüm sayında artım qeydə alınır. Ermənistanda da koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə gərginləşib, yoluxanların sayının kəskin artması səbəbindən xəstəxanalarda praktiki olaraq boş yer yoxdur, yüzlərlə xəstə xəstəxanaya yerləşdirilməsini gözləyir. Ölkənin Səhiyyə Nazirliyi koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən noyabrın 1-dən açıq havada məcburi maska rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul edib. Burada gündəlik olaraq azı 50 adam virusdan həyatını itirir. Erməni ordusunda da vəziyyət ağırdır. Belə ki, Ermənistanın Gorus rayonu ərazisində yerləşən hərbi hissəsində COVID-19 infeksiyası tüğyan edir. Mülki əhali arasında yayılan xəstəlik artıq hərbi hissələri də çökdürür. Bu ölkə mətbuatında yayılan məlumatlarda qeyd edilir ki, hərbi qulluqçular arasında xəstəliyin geniş yayılması, vaksinlərin, dərman preparatlarının və peşəkar tibb işçilərinin azlığı səbəbindən koronavirusa yoluxan hərbi qulluqçular arasında xəstəlikdən vəziyyəti ağırlaşanların sayı çoxalıb. Vəziyyət o həddə çatıb ki, Gorus rayonundan gündə bir neçə hərbi qulluqçu İrəvanda yerləşən ixtisaslaşdırılmış xəstəxanalara köçürülür.

Hərbi hissələrdə koronavirus infeksiyasının geniş yayılması faktı ictimaiyyətdən gizlədilsə də, bundan xəbər tutan valideynlər övladlarının sağalması üçün təlaş içində yollar axtarırlar. Gorus ərazisində hər gün COVID-19 xəstəliyindən kiminsə ölməsi xəbəri də əsgər valideynlərinin daha çox narahatlığına səbəb olub. Başqa bir xəbərdə deyilir ki, Ağdərə rayonu ərazisində gizlənən qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında da koronavirus infeksiyası geniş yayılıb. Bu səbəbdən də dəstələrin üzvləri silahı ataraq ailələrinin və öz canlarının hayına qalmağa çalışır. Görülən sərt tədbirlər belə qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında fərarilik hallarının qarşısını almağa kömək etmir.

Azərbaycana gəlincə, burada digər ölkələrə nəzərən epidemik vəziyyət qənaətbəxş olsa da, koronavirusa sutkalıq yoluxma sayı 2 min nəfəri ötüb və bir müddətdir ki, azalma müşahidə edilmir. Bu vəziyyət COVID-19-la mübarizəni artırmağı, xüsusilə də üçüncü doza ilə peyvəndləməyə əhəmiyyət verilməsini zəruri edir. Azərbaycanda ən geniş istifadə olunan "Coronovac" vaksininin effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu elmə artıq məlumdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 2 doza vaksin almış bir sıra vətəndaşlar 6 ayı artıq geridə qoyub. Belə olan halda, orqanizmdə olan spesifik immunitet zəifləyir və ya tamamilə itir. Həkim-mütəxəssislər bildirir ki, bütün halları nəzərə alaraq, üçüncü dozanın tətbiqinə üstünlük verilməlidir. Xüsusilə risq qrupuna daxil olanların peyvənd olunması daha zəruridir. Onlar ənənəvi olaraq ara məsafəni qorumalı, qapalı məkanlarda tibbi maska taxmalı və gigiyenik qaydalara riayət etməlidir. Bu, COVID-19-a qarşı ən effektiv mübarizə üsuludur. Qeyd edək ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma artsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan isə 45-cidir.

Dünyanın bir çox ölkəsində də infeksiya ilə bağlı vəziyyət gərgindir. Ekspertlərin firkincə, bu fonda “axirət günü” ssenarisini istisna etmək düzgün olmaz. Alimlər “axirət günü” dedikdə virusun bütün immunitetləri yarıb keçəcək varianta çevrilə biləcəyini nəzərdə tutur. Bununla belə, “Reuters” ekspertləri bildirir ki, COVID-19 qarşıdan gələn illərdə xəstəlik və ölüm hallarının əsas səbəblərindən biri olaraq qalacaq, amma o, malyariya kimi arxa plana keçəcək. Onlar düşünürlər ki, koronavirus tədricən özünü qızılca kimi aparacaq və vaksinasiya faizinin aşağı olduğu ölkələrdə ara-sıra baş qaldıracaq. Bir sıra alimlər isə hesab edir ki, koronavirus qrip və soyuqdəymə kimi mövsümi yoluxmaya çevriləcək. Onların fikrincə, bu virus daha çox uşaqlara yoluxacaq və əvvəlki qədər öldürücü olmayacaq. Amma bunun bu nöqtəyə gəlib çatması üçün illər lazım gələ bilər. ABŞ-ın “Hutchinson” Xərçəng Mərkəzindən virusoloq Trevor Bedford qeyd edir ki, bu qış Birləşmiş Ştatlarda yüngül dalğadan sonra koronavirus 2022-2023-cü illərdə endemik fazasına keçəcək. Onun hesablamasına görə, bundan sonra ABŞ-da hər il COVID-19-dan 50-100 min arası ölüm qeydə alınacaq. O müqayisə üçün bildirir ki, adi qrip üçün bu rəqəm ildə 30 mindir. O əlavə edir ki, virusun mutasiyası davam edəcək və hər il vaksinin buster dozasını vurdurmaq lazım gələcək. Lakin o da etiraf olunur  ki, COVID mövsümi xəstəliyə çevrilərsə, qriplə birlikdə səhiyyə sistemləri üzərinə əlavə yük olacaq. Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyasından Riçard Haçet deyir ki, bəzi ölkələrdə vaksinasiya faizinin yüksək, bəzilərində isə aşağı olduğu bir şəraitdə dünya bu virusa qarşı kövrək olmaqda qalacaq: "Mənim gecələr yuxumu qaçıran belə bir narahatlıqdır ki, vaksinlərdən və immunitetlərdən yan keçən yeni variant peyda olsa, biz bir COVID pandemiyasından çıxmamış, yenisi ilə üzləşə bilərik”. Bu arada Britaniya Milli Statistika Ofisinin sifariş etdiyi yeni araşdırma vaksin olunmayanların ölüm risqinin tam peyvənd olunmuşlarla müqayisədə 32 dəfə çox olduğunu göstərib. Bu da qeyd olunur ki, sözügedən rəqəm əhalinin yaş qrupları arasındakı struktur fərqi və əhali sayı nəzərə alınaraq çıxarılıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ